Б и б ли о гр а ф и й а
25
yanın məhvi”nə səbəb olur.
Burada göstərilir ki, Səfərin Telli adlı
“nazikəndam, gözəl, pəripeykər, alagöz, şux baxışlı, laləüzar,
işvəli, qəmzəli, gözəl qızı” hələ körpəlikdən əmisi Əmir Aslan
bəyin oğlu Daşdəmirə beşikkəsdi edilmişdir. Lakin o, Oğuz adlı
bir gəncə könül bağlamışdır. Gənclərin bu sevgisinin qarşısını
heç bir maneə, insan ruhunun azadlığına buxov olan zərərli adət
kəsə bilmir. Tellinin Daşdəmirlə toyu olan gün Oğuz öz sevgilisi-
ni götürüb qaçır. Bu hadisə Daşdəmiri və onun nəslini Oğuzun
nəsli ilə qan davasına çıxarır…
Şair kədərlə göstərir ki, bu zərərli adət,
kin püskürən təkəb-
bür iki gəncin saf eşqi ilə yanaşı, iki məşhur nəslin yoxa çıxması
ilə nəticələnir. Vaxtilə şən qəhqəhələr yüksələn köşkün yerində
indi “qəm məkanı” olan xərabələr durur. Bu xərabə isə öz görkə-
mi ilə “qanlı bir macəraya tənə vurur”.
“Şair və qadın” poemasının qəhrəmanlarına da sevgisiz, ümid-
siz və imansız bir həyat zindan kimi görünür. Onların hər ikisi
vaxtilə sevginin “sultanları belə titrədən qələsi”nin xoşbəxt, şən
duyğulu sakinləri olmuşlar. Lakin qadını sevgilisi xəbər-ətərsiz
atıb başqa diyara gedib, şairin isə sevgilisi vəfat edib. İndi bu xə-
yanəti xatırlayanda qadının “bağrı qana dönür”. Bildirir ki, bu xə-
yanət nəticəsində
Sanki yer,
göy dönmüş bütün tərsinə,
Hər şey saxta, müzlim görünür mənə (II c., s.268).
Şair də təsəllisini hər dəfə sevgilisinin adını çəkəndə onun
gözünə görünən xəyalı ilə tapır, ruhunu sevgilisinin ruhu ilə qo-
vuşdurmağa çalışır. A.Şaiqin bu saf, ülvi duyğularla sevən qəhrə-
manlarının hər ikisi – Şair də Qadın da özlərinin könül rahatlıqla-
rını pislik və xəyanətlərlə dolu, tərsinə çevrilmiş cəmiyyətdə yox,
ruhi aləmdə və təbiətin şirin, ülvi xatirələri ilə dolu qoynunda,
həyat dolu yaşıl bir guşəsində tapırlar.
“İdeal və İnsanlıq” mənzum dramının personajlarının təkcə
adlarının göz önünə gətirilməsi A.Şaiqin bəşər övladının gələcəyi
А б д у л л а Шаи г
26
üçün keçirdiyi narahatlıqların mahiyyəti və çatışmazlıqların ara-
dan qaldırılması yolları haqda romantik düşüncə və qənaətləri
haqda təsəvvür yaradır. Əsərin iştirakçıları bunlardır: İnsanlıq,
İdeal, Vicdan, Ədalət, Mərhəmət, Səadət, Fəlakət, Zülm, Şeytan.
Nə qədər ki, şər qüvvələr bəşər övladının vicdanına hakim-
dir, İdeal onları tərk etmək qərarına gəlir. Odur ki, İnsanlıq Əda-
lət, Vicdan,
Mərhəmət və sairin qələbəsi, İdealın ona qaytarılması
üçün Uca Yaradana üz tutur. Onun çağırışları, duaları “Amin” sö-
zü ilə təsdiqlənir. Bu dəstəyin arxasından gec-tez İnsanlığın öz
idealına qovuşacağı inamı boylanır. Birinci Dünya müharibəsinin
boğucu tüstü və dumanları içindən ucalan bu inamın arxasında isə
A.Şaiqin bəşər övladının və öz əcdadının daim saflıq, ədalət və
xilaskarlıq üstə köklənən ruhlarının “Simurğ quşu” şəklində geri
dönəcəyinə bəslədiyi romantik qətiyyəti dayanır.
Şair “mən”inin bu qətiyyəti ilə silahlanmış uşağın öz anasına
onu intizardan qurtarmaq istəyi ilə dediyi aşağıdakı sözlər də
bunu təsdiq edir:
Səbr et, anam, Qaf dağında dərələr
Dolub-daşar, xain əllər quruyar.
Simurğ quşu gülər, günəş də doğar.
Göydən yerə enər sevgi, səadət;
O gün atam yenə gələr səlamət (II c., s.48).
A.Şaiqi bu milli-mənəvi ideal və inam heç vaxt tərk etmir.
Həmin nikbinlik şairi cümhuriyyət dövrünun ağır, keşməkeşli
mübarizə və çarpışmalar dövründə də işıqlı sabaha, xoş gələcək
uğrunda mübarizəyə səsləyir.
***
O dövrdə bütövlükdə türk dünyasının və Azərbaycanın düşdü-
yü böhranlı vəziyyətindən dərin təlaş keçirən Abdulla Şaiq “Və-
tənin yanıq səsi” adlı poemasında Vətənin dili ilə ulu babalarımızın
şöhrətli keçmişinə nəzər salır. Qafqazın – bu ulu Vətənimizin şən,
Б и б ли о гр а ф и й а
27
xoşbəxt günlərini, bizim ulu nəslimizi sevinclə öz qoynunda
bəslədiyini və igid, nəcib övladlarının timsalında
özünə həm də
etibarlı mühafizlər tapıb daim əmniyyətdə olacağı qənaəti ilə
rahatlanır. Ancaq, bu gün vətən həmin nəslin övladlarında əvvəlki
təpəri görmədiyindən darılıb rəncidə olduğunu belə ifadə edir:
Babanızdan üzülüncə əllərim
Gözlərimi sizə dikmişdim yalnız.
“Bu qan da o qandan süzülmüş”, deridim,
“Yaman gündə imdadım olursunuz”.
Ümidlərinin doğrulmadığını görən Vətən bugünkü nəslin tor-
pağa, yurda “sahiblik” hissinin zəifləməsinin haradan doğduğu
sualına, milli-mənəvi laqeydliyin yaranma səbəblərinə cavab
axtararaq qətiyyətlə bildirirdi:
O şən, o bəxtiyar könlüm, dolu qan,
Böylə səfaləti artıq çəkəməm.
Sönməz bəndə əski sevgi və iman,
Yuca başımı alçaqlara əgəməm!
Şairə görə sevindirici haldır ki, şanlı və qüdrətli türkün bu-
günkü nəsli Vətənin səsinə səs verərək “qanlarının
həmin o əski
qan olduğunu, ürəklərinin elə əvvəlki duyğularla döyündüyünü,
bu yurdun dağ-daşında qurtarıcı qəhrəmanların az olmadığını”
bəyan edir:
Beş dünyanın vəhşiləri toplansa,
“Ölüm” – deyə, “Vətən!” – deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz qalınca öc alarız.
Vətən oğlu sanki öz Anası qarşısında And içir; o əllər ki, səni
qurtarmaq üçün uzanmır, o dillər ki, səni anmır, o ürək ki sənin
А б д у л л а Шаи г
28
üçün döyünmür, qoy onların anaları ağlar qalsın! Bununla A.Şaiq
öz yurddaşlarını Vətəni yağı qəsdindən
qurtarmaq üçün həmişə
hazır, səfərbər olmağa çağırırdı.
Şair başa düşürdü ki, hər tərəfi düşmənlərin sardığı bir şəraitdə
aparılan ağır mübarizədə təkbaşına qalib gəlmək çətindir. Bu və-
ziyyətdən çıxış yolunu o, türkdilli xalqların mənəvi və sosial-si-
yasi bütövlüyündə, həm də hazırkı nəslin öz qəhrəman keçmişi ilə
ruhi-mənəvi qovuşmasında görürdü. “Yeni ay doğarkən” (II c., s.
63-64) şerində təsvir edilir ki, Türk Anası öz oğluna türkün doğan
hilalını – işıq haləsi ilə bədirlənmiş ayını göstərərək, bu qız is-
mətli gözəlin – yenicə doğulan ayın ondan – Türk oğlundan nəsə
umduğunu bildirir. O, diqqəti ayın ətrafındakı yeddi ulduza cəlb
edərək,
deyir ki, bunlar yeddi türk dövlətinin rəmzidir. Həmin ul-
duzlar ayın ətrafında daha parlaq göründüyü kimi, türk dövlətləri
də öz hilalı ətrafında sıx birləşsələr, daha qüvvətli və yenilməz
olarlar. Türk oğlu Yavuz Günəşi Aydan və Ülkərlərdən çox sevsə
də, bu yeni aya baxarkən onun varlığını özünün də baş aça bilmə-
diyi qəribə hisslər çulğalayır:
Annacığım! Bən Günəşi Aydan,
yeddi ülkərdən
Çox sevirəm. Bilməm şu Aya bən baxarkən
Neçin əski diləklərim dalğalanır gözümdə?
Neçin tatlı, uğurlu bir duyğu doğar üzümdə?
Neçin bu Ay ruhuma pək uyğun, munis görünür?
İçim, dışım, Günəş kibi neçin nura bürünür?
Genetik yaddaşın oyatdığı bu tükənməz, ülvi duyğular türk
dünyasının işıqlı sabahına nur çiləyən milli-mənəvi potensiyamı-
zın istinad nöqtəsi, enerji, güc mənbəyi kimi diqqəti cəlb edir.
Təsadüfi deyil ki, Anasının köməyi ilə “hər biri bir igidin yıldı-
zı”, daha doğrusu, hər biri bir türk dövlətinin rəmzi olan ülkərlər
arasında özünün “pək parlaq o qırmızı ulduzunu” müəyyənləşdi-
rib tapan Yavuzun urəyi həmin ülkərlərin
bir-birlərindən uzaq
dayanıb sönük görünməsinə dözmür və qəlbində onları birləşdir-