Б и б ли о гр а ф и й а
5
Abdulla Şaiq
(1881-1959)
Abdulla Şaiqin həyat və yaradıcılığı ədəbiyyat
tarixinin həm
akademik nəşrlərində, həm ali və ortaixtisas məktəblərinin dərs-
liklərində, həm də digər müxtəlif nəşrlərdə özünə yer almaqdadır.
Bundan başqa müxtəlif almanaxların, müntəxəbatların tərtibində
ədibin əsərlərindən istifadə edilir. Oxucu və mütəxəssislər bütün
bu və digər çoxçeşidli, zəngin nəşrlərdən onlara lazım olan hər
hansı əsərin və ya ona həsr edilmiş elmi-nəzəri xarakterli ədə-
biyyatın əldə edilməsində müxtəlif çətinliklərlə üzləşirlər. Həmin
çətinliklərin aradan qaldırılıması, axtarılan hər hansı ədəbi və
elmi əsərin tezliklə əldə edilməsi, vaxt itkisinin maksimum azal-
dılması ilə yanaşı işin səmərəliliyinə şərait yaradılması üçün ayrı-
ayrı yazıçılara həsr edilmiş biblioqrafik nəşrlərin xüsusi əhəmiy-
yəti vardır. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxa-
nasının Abdulla Şaiqin həyat və yaradıcılığına həsr
etdiyi biblioq-
rafiya bu baxımdan son dərəcə böyük əhəmiyyətə malikdir.
Biblioqrafik nəşrin başa gətirilməsi üçün onun tərtibçi müəl-
lifləri hər bir faktın orada öz lazımi yerini tapmasına qüsursuz
nail olmaq naminə son dərəcə səbr və diqqətlə onlarla, yüzlərlə
qəzet, jurnal, kitab, təqvim və s. nüsxələrinə, onların səhifələrinə,
kitabxana kataloqlarına, arxiv materiallarına, məktub və xatirələr-
də verilən qeydlərin, edilən işarələrin izi ilə şəxsi fondlara, ev və
xatirə muzeylərinə və s. müraciət etməli, əldə etdikləri faktları
dönə-dönə bir-biri ilə tutuşdurmalı olurlar. İşin çətinliyinə səbəb
olan amillər sırasına bizdə ümumən arxiv mədəniyyətinin zəif ol-
ması, yəni hər bir yaradıcı adamın öz əsərlərinin taleyi ilə bağlı
əvvəldən narahatlıq keçirib onların qorunması,
sistemli şəklə
salınması ənənəsinin barmaqla sayılacaq qədər adamda müşahidə
edilməsi, obyektiv və subyektiv səbəblər ucbatından əlifbamızın
bir neçə dəfə (ərəb, latın, kiril, yenə latın) dəyişdirilməsi, müəllif-
lərin müxtəlif (gizli və açıq) imzalardan istifadə etmələri də
А б д у л л а Шаи г
6
daxildir. Bütün bunlar həmin əlifba qrafiklərinə bələd olmaq, on-
ları səhvsiz oxuya bilmək zərurətini də ortaya çıxarır.
A.Şaiqin biblioqrafiyasını hazırlayan müəlliflər iş prosesində
bütün bu göstərilən və qeyd edilən çətinliklərlə qarşılaşmışlar.
Ancaq onların vətəndaşlıq fədəkarlıqları, iş təcrübələri, səriştə,
səbr və elmi-nəzəri hazırlıq keyfiyyətləri, məsuliyyət və öz əmə-
yinə hörmət hissi həmçinin oxucu və tədqiqatçıların dadına
çatmaq, onların əməklərini yüngülləşdirmək duyğusundan aldıq-
ları zövq və mənəvi-əxlaqi rahatlıq duyğusu və s.
bütün bu mane-
ələrin aradan qaldırılaraq uğurlu bir nəşrin ərsəyə gətirilməsinə
stimul olmuşdur.
Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəa-
liyyətinə dair əsas fakt və tarixlərlə yanaşı əsərlərinin ilk və növ-
bəti nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidləri
(kitab, qəzet, jurnal, məcmuə və s.), haqqında yazan müəlliflərin
əsərlərinin çapdan çıxdığı nəşrlər, onların təsviri və s. yerli-yataq-
lı şəkildə öz əksini tapmışdır. A.Şaiq haqqında yazan müəllif-
lərin, onun əsərlərində yer alan şəxs, obraz və şairin adlar göstə-
ricisi əlifba sırası ilə olmaqla, biblioqrafiyanın hansı səhifələrində
yer alması da nəzərə çatdırılmışdır.
Bütün hallarda mövcud
biblioqrafik prinsiplər lazımi qaydada gözlənilmişdir.
Nəşrin əvvəlində tərtibçilərdən və redaktordan verilən yazılar
da oxucuların biblioqrafiyadan istifadələrini daha da asanlaşdır-
mağa xidmət edir.
“Abdulla Şaiq. Biblioqrafiya” adlı bu mötəbər nəşrin bütün
məziyyətləri ilə onun istifadəçiləri və mütəxəssislər tərəfindən
maraqla qarşılanacağına, onların stolüstü kitabları sırasına daxil
olacağına inanırıq.
Abdulla Şaiq Talıbzadə Azərbaycan ictimai ədəbi və mədəni
fikri tarixində görkəmli romantik şair, nasir, dramaturq, ədəbiy-
yatşünas-alim, tərcüməçi və müəllim kimi özgün yer tutur. Yara-
dıcılığının çoxşaxəliliyi onun əsərlərinin ideya-bədii keyfiyyətlə-
rinə səmərəli təsir göstərmiş, bütövlükdə A.Şaiq yaradıcılığının
yüksək sənət nümunəsi kimi ümumxalq məhəbbəti qazanıb əbədi-
Б и б ли о гр а ф и й а
7
yaşarlığına səbəb olmuşdur. Bu işdə ədibin ailəsi, böyüyüb boya-
başa çatdığı elitar ziyalı mühitinin də rolu danılmazdır. Yazıçının
oğlu akademik Kamal Talıbzadənin yazdığına görə, onların soy-
adları XVII əsrdən məlumdur. Həmin əsrdə ulu babaları Molla
Talıb qardaşları ilə bərabər Şəmsəddindən
Sarvana köçərək bura-
da məskunlaşmışlar. Hazırda Gürcüstan Respublikasının Marneu-
li adlanan həmin bölgəsində bu nəslin törəmələri yaşamaqdadırlar.
Abdulla Axund Mustafa oğlu Talıbzadə – Abdulla Şaiq
1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində ana-
dan olmuşdur. Onun valideynləri – Axund Mustafa və Mehri
xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar.
Abdulla böyük qardaşı Yusifdən sonra ailənin ikinci övladı idi.
Onun əkiztayı olan qız uşağı doğulandan az sonra tələf olmuşdu.
Sonralar Abdulla Şaiq kimi məşhurlaşıb Azərbaycan ictimai-
mədəni fikrinin inkişafına və ədəbiyyatına böyük xidmətlər gös-
tərən Abdullanın uşaqlıq və gənclik illəri mədəni bir muhitdə,
qabaqcıl fikirli, dərin bilikli ziyalıların əhatəsində və nəzarəti,
himayəsi altında keçmişdir. Atası Axund Mustafa Süleyman oğlu
dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci
ilədək Tiflis
şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının
müavini işləmişdi. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini
Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani
məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi.
Onun tədris proqramı o zamankı rus-tatar (Azərbaycan) məktəb-
lərinin layihəsinə uyğun idi. Odur ki, bu məktəbdə Abdullanın
atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının
məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.
Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən
maarifçilik hərəkatının ideyaları ilə silahlanan bu ziyalı cavanlar
gənc nəslin qabaqcılgörüşlü və vətəndaşlıq duyğuları ilə nəfəs
alan fədailər kimi yetişdirilməsi üçün əllərindən gələni edirdilər.
A.Şaiq 1889-93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan
sonra Xorasana ziyarətə gedən anası qardaşı Yusiflə birlikdə onu
da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasanda davam
А б д у л л а Шаи г
8
etdirirlər. Burada dövrun qabaqcıl fikirli gənclərindən olan,
Urmiyədən köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs
deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata, yaradıcılı-
ğa və azad düşüncəyə olan sonsuz həvəs və yanğının qüvvətlən-
məsində xüsusi rolu və təsiri olmuşdur. Təkcə bir faktı qeyd edək
ki, böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi
sonsuz ehti-
rama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birgə Tiflisə
qayıdır. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cu ilin payı-
zınadək Xorasanda bir tanışlarının evində qalaraq burada bakılı
Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika,
habelə ərəb şeirinin tarixinə dair dərs alır. Payızda anası Mehri
xanım gedib Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada
qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.
O, gənc yazıçı Nəriman Nərimanovun və Qori Müəllimlər
Seminariyasının məzunu, qabaqcıl maarif xadimi Abbas bəy Mi-
nasazovun köməyi ilə müəllimlik hüququ almağa hazırlaşır və az
sonra Bakıdakı Aleksandriyski gimnaziyada xüsusi komissiya
qarşısında imtahan verərək 25 aprel 1901-ci il tarixli müəllimlik
şəhadətnaməsi alır.
Bakıda 5-ci şəhər məktəbində ehtiyatda olan müəllim kimi pe-
daqoji fəaliyyətə başlayan Mirzə Abdulla 1903-cü
ildən Sabunçu-
dakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illər-
də o, görkəmli ədib və maarif xadimləri Ə.Haqverdiyev, H.Zərda-
bi, N.Vəzirov, H.Mahmudbəyov, S.S.Axundov, S.Hüseyn, habelə
Ə.Hüseynzadə, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, H.Cavid və başqa-
ları ilə yaxından tanış olub dostlaşır. A.Şaiqin milli-mənəvi inki-
şafında, onda milli ideal və türkçülük düşüncəsinin formalaşma-
sında böyük qardaşı Yusif Ziya ilə yanaşı, qovuşduğu bu qaynar
ədəbi-mədəni mühit də mühüm rol oynamışdır.
A.Şaiq həm bədii əsərləri, həm elmi-pedaqoji, həm də müəl-
limlik fəaliyyəti ilə bütün ömrünü
gənc nəslin təlim-tərbiyəsinə,
əsl vətəndaş, layiqli övlad kimi yetişdirilməsinə həsr etmişdir.
Tezliklə ədəbi aləmdə və mədəni-maarif mühitində tanınan Ab-