Б и б ли о гр а ф и й а
33
Sitarənin uşaqlıq və yeniyetməlik
dövrü təbiətin qoynunda
keçmişdir. O, dəfələrlə “təbiətin yaşıl ormanlarda xəlq etliyi gö-
zəlliyi, lətafəti seyr etmək üçün… yaşıl, lətif otlar üzərindəki al-
maz paraları kimi parlayan şəbnəmlərdən ətəyinin, qundaralarının
(ayaqqabılarının) bütün-bütünə islanmasının” fərqinə varmadan
nəşəli günlər keçirmişdir. Bütün bunlar Sitarəni “rəqiqül-qəlb”
(incə qəlbli) etmişdir. Ona görə Sitarənin bu sevgisindən xəbər
tutan Rəmziyyə ona xəbərdarlıq edir ki, “əksəriyyən riqqəti-qəlb
çox da mənfəətli olmayır. İnsanı böyük-böyük təhlükələrə düçar
edir. Onun üçün rəqiqül-qəlb olmaqla bərabər bir az da istiqamət
və mətanət lazımdır”. Ancaq bu nəsihətlər, qızlıq isməti və qüru-
ru qarşısında Sitarə ruhunu saran eşq atəşi qarşısında öz gücsüz-
lüyünü günbəgün etiraf etməyə və bu
məhəbbətin gücü ilə hesab-
laşmağa məcbur olur…
Cavad da “on səkkiz, on doqquz radələrində (burada: yaşla-
rında – red.) bir pəri yavrusu,… bir mələkparə” kimi qiymətlən-
dirdiyi Sitarənin əsiridir. Ancaq evliliyi və bir uşağının olması
onun qarşısını kəsir. Sitarəyə nisbətən Cavad özünün daha çıxıl-
maz hala düşdüyünü etiraf edir. “Bilsəniz, bu pəri yavrusundan
(Sitarədən – red.) saçılan sevda qığılcımları nə qədər qəlbimi
rahətsiz edir. Bəradər, indi isə özümə daha yazığım gəlir. Zira o
məndən daha məsud. O yalnız bir sevda vərəminin pəncəsində
boğulursa, mən həm sevda, həm vicdan pəncəsində əzilməkdə-
yəm. İkincinin əzabı daha şiddətli deyilmi?”
Nəhayət, Cavad da sevda pəncəsində öz iradi gücünü itirib
vicdanının səsini qulaqardına vuraraq zövcəsindən və yavrusun-
dan ayrılmaq qərarına gəlir. Ancaq sevgililərin
nəşəli günləri tez-
liklə reallıq tufanının fırtınalarında qərq olur; Cavidin arvadı Sita-
rəgilə gələrək onları məsələdən agah edir. Qıza məlum olur ki,
Cavad evli və üç yaşında bir qız atası imiş. O, dostuna məktubla-
rının birində özünün evliliklə sevgi arasında qalıb necə iztirablar
keçirdiyini belə ifadə edir: “İndisə, bəradər, çox fəna bir mövqe-
dəyəm. Hər iki tərəfdən dəhşətli. Əgər bu tərəfə meyil olursam,
mühit, vicdan məni boğacaq və əgər o tərəfi tutursam, atəşi-sevda
А б д у л л а Шаи г
34
məni yaxacaq, ruhumu parçalayacaq olur. Nə edim, söyləyiniz, nə
edim? Əlavə, zavallı zövcəciyim də mənimlə fəna müamilədə bu-
lunmamış,
cocuq kimi məni sevmiş, süsləmiş. Bir dəqiqə belə
mükəddər olmama macal verməyərək, dürlü-dürlü lətifələrlə,
mərhəmətlərlə könlümü almış, canı, ruhu qədər sevmişdir. Bilsə-
niz indiki dalğınlığım zavallı qadına nə qədər təsir etmiş və sol-
durmuşdur. Onu indi necə atım? Vicdanımı, namusumu necə par-
çalayım? Bu üç-dörd sənə zərfində tikdiyi sıcaq yavasını necə da-
ğıdım? Vicdana yakışır şeymi? Siz söyləyiniz, bəradər, mümkün-
mü? Ah, nə isə düşünməkdən saçlarım belə ağardı»
11
.
Eşqinin bu atəşindən Cavad yatağa düşür. Titrətmə-qızdırma
içində sayıqlayaraq Sitarəni çağırır. Həyat yoldaşı isə həyəcan və
əzablarını öz içində boğmağa, Cavadı yenə nəvazişlərlə əhatə et-
məyə çalışır. Bütün bunlara baxmayaraq, nəhayət, Cavadın vicda-
nı onun “üzərinə vulkan kimi fışqıran, dağ parçası kimi yuvarla-
nan atəşi-sevda içində parçalanaraq məhv olur”. O, həyat yolda-
şından ayrılır. Bütün bunları – Cavadın evli və uşaqlı olduğunu
biləndə Sitarə sarsılaraq, qıyya çəkib huşunu itirir. Cavadın ona
dediyi “Gözəl Sitarəm, indiyədək sizinlə mükaliməyə girişməyə
vicdanca haqlı deyil idim, zira bir səbəb var idi”,
- sözlərinin mə-
nasını indi başa düşür. Həm düşdüyü vəziyyət, həm də Cavadın
arvadı və körpə qızının imdad diləyən solğun və həyəcanlı sifəti
Sitarəni vicdan mühakiməsinə çəkərək “hər an ağır-ağır zəncirlər
altında boğur, ruhunu xırpalayır, çox qorxunc, çox müdhiş uçu-
rumlara doğru sürükləyir». Artıq onun üçün həyat “çox müdhiş
görünür». Ona görə də xoşbəxtliyini başqasının bədbəxtliyi üzə-
rində qurmaqdansa, “…atəşi-sevda içində əbədiyyətə yuvarlana-
yuvarlana imrari-həyat etməyə” qərar verir.
Sitarə vicdan və könül rahatlığı tapmaq üçün yenə şəhər hə-
yatından, cəmiyyətin eybəcərliklərindən qaçıb, təbiətin saf qoy-
nunda, ucqar bir kənddə qərar tutur. Lakin bir tərəfdən yalqızlıq,
digər tərəfdən də payızın qəm gətirən ruzigarı ona dinclik vermir.
11
Şaiq, A. Seçilmiş əsərləri: üç cilddə /Abdulla Şaiq; tərt. ed. K.Talıbzadə.-
Bakı:
Avrasiya Press, 2005.- C.I.- S.474.
Б и б ли о гр а ф и й а
35
Sitarə mülklərinin yerləşdiyi kənddə – “minlərlə bu qaranlıq və
cəhalətin təhlükəli uçurumuna doğru yuvarlanan zavallı köy
qızlarını” bir otağa yığıb onlara dərs keçməyə başlayır. Ancaq o
özündən heç cürə qaça bilmir. Vaxtı ilə atalı və xoşbəxt uşaqlıq
illərinin şirin xatirələri də onun yaralı qəlbini ovundura bilmir.
Həyətlərində atasının yetişdirdiyi baxçada keçirdiyi xoşbəxt anla-
rı, onun daima öz qızını dizləri üstünə alıb ülvi nəvazişlərlə əziz-
lədiyini bildirən Sitarə sözünə belə davam edir: “Ah, zavallı ba-
bam, bircə gözlərini aç da, canlı çiçək dediyin qızına bax: necə
solmuş, saralmış, artıq ayaqları məzara doğru titrəyir” (I c., s. 492).
Sitarənin əhvalına uyğun olaraq təbiət də gərgin və qaşqa-
baqlıdır. Bir ay əvvəl bütün yaşıllığı və gözəlliyi ilə ruh oxşadığı
halda, indi çılpaq və qəmgindir. Sitarə öz iztirablarını son nəfəs-
lərində belə yaşayır: “Yata bilmirəm. Şamı söndürüb qaranlıq fi-
kirlər başımın kişəsində qara qarğalar kimi uçuşur. Gözəl və saf
xatiratım söndü, məhv oldu. Burdan nerəyə qaçım? Nerəyə qaçır-
sam, o qaranlıq mazi məni təqib edir, bir an rahat buraxmayır.
Alaca səhər pəncərədən üzünü göstərir. Dururam… Ah istəyirəm
ki, bir kərrə yenə Cavadın üzünü görəydim, sonra öləydim…» (I
c., s. 493)
Uğursuz, nakam sevginin yanğısı ilə şam kimi əriyib sönən
Sitarə son nəfəsdə Cavadın – sevgilisinin adını pıçıldayıb, onu
arzulayır. Ancaq o, həyatını qeyb etsə də, ilkin, təbii saflığını və
vicdani təmizliyini sonadək qoruyub saxlaya bilir.
“İki müztərib…” romanının ideyası, üslubu, təsvir və təhkiyə
tərzi, qəhrəmanların daxili, ruhi aləmlərinin ifadəsi baxımından
sentimentalizm ədəbi cərəyanının tələblərinə uyğundur. Süjetin
və hadisələrin inkişafı qəhrəmanların ümidsizliyi,
hiss və duyğu-
larının kövrəkliyi fonunda təqdim edilir.
Romanda hər iki müztəribin məktub yazdıqları həmdərdləri –
Rəmziyyə və Ciddi zahirən passiv olsalar da, onlar əsər boyu
qəhrəmanların vicdan səsi və A.Şaiqın idealının ifadəçisi rolunda
çıxış edirlər. Əsərin sonunda – axırıncı məktubda təhkiyənin
ahəngi dəyişir. Ədib sanki birdən-birə romanın sentimental ruhu-
А б д у л л а Шаи г
36
nu dəyişmək, “fikircə romantizm məsləkini təqib etdiyi kimi”
əsərini də həmin ruhda, demokratik tərzdə yazdığını bildirir (Bax:
s.494).
A.Şaiqin yaradıcılığında sentimental keyfiyyət sonrakı mər-
hələdə öz yerini romantizmə tərk etsə də, müəyyən məqamlarda,
məsələn, “Əsrimizin qəhrəmanları”nda Sona, “Araz”da Almas
obrazlarının taleyində, “Qafqaz çiçəyi” və s. əsərlərdə özünü yenə
romantizmlə paralel şəkildə ifadə edir.
Eyni zamanda ədib özü-
nün yaradıcılıq amalına sadiq qalaraq, sonrakı nəsr əsərlərində sı-
nıq könüllərə, dərdli ürəklərə, uçuq-sökük daxmaların sakinləri-
nə daha artıq diqqət yetirir. Ancaq bu qəmgin aləmin sakinlərinin
ağır güzəranı A.Şaiqi qəmləndirsə də onların daxili dünyalarının
cazibəsi və ülviyyəti ədibin ruhuna qol-qanad verir. “Məktub ye-
tişmədi”, “Köç”, “Əsəbi adam”, “Dursun”, “Əsrimizin qəhrəman-
ları”, “Araz” və s. əsərlər dediklərimizə dayaqdır.
Bir parça çörək dalınca Bakının neft mədənlərinə işləməyə
gələn Qurban (“Məktub yetişmədi”) daim ailəsini, balalarının gü-
zəranını, gündəlik ruzisini təmin etmək haqda düşünür, bunun
üçün özünü oda-közə vurur.
Lakin tale onun üzünə gülmür; ailə-
sinə yazdırdığı son təsəlli məktubu da ünvanına yetişə bilmir.
Qazdıqları neft quyusu fontan vurduğu vaxt Qurban qəzaya düşüb
həlak olur. Hekayədə qurbanların acınacaqlı taleyi fəhlə Səfərin
dili ilə belə ümumiləşdirilir: “…Bu yerlərin (neft mədənlərinin
– red.) hər guşəsinə qədəm bassan, hər ovuc torpağa çəkic
vursan fəhlə sümüyü görür, fəhlə fəryadı eşidirsən”.
Ancaq mədən sahibi Kərbəlayı Qulunu və onun kimilərini bu
insan taleləri yox, neft fantanlarının gətirdiyi gözqamaşdırıcı,
dəbdəbəli həyatın məstedici şirinliyi maraqlandırır. A.Şaiq sonra-
kı və daha irihəcmli nəsr əsərlərində – “Əsrimizin qəhrəmanları”
povestində və “Araz” romanında “Məktub yetişmədi” hekayəsin-
də təsvir etdiyi sosial qütblərin – qurbanların,
səfərlərin və kərbə-
layı quluların sonrakı ictimai-fikri və əxlaqi inkişaf yollarını və
talelərini izləməyi qarşıya məqsəd qoymuşdur. Belə ki, “Əsrimi-
zin qəhrəmanları”nda artıq həm fəhlə sinfi, həm də neft burjuazi-