Б и б ли о гр а ф и й а
13
olar.
Müəllim Şaiq də, nasir və şair Şaiq də ilk gündən bir ata
qayğısı ilə “cocuqluğa” ana dili öyrədirdi. İndi bu nəcib xidmətin
ən yaxşı yadigarı yaradılmasında və inkişafında Şaiqin canla-
başla iştirak etdiyi böyük uşaq ədəbiyyatıdır”
3
.
A.Şaiq XX əsr uşaq ədəbiyyatımızın yaradılması və inkişaf
etdirilməsində ardıcıl və məqsədyönlü şəkildə çalışmış, öz fəaliy-
yəti ilə bu sahədə bir məktəb yaratmışdır. “…O, müntəzəm və ar-
dıcıl şəkildə həmişə uşaq ədəbiyyatı ilə yaşamış, nəfəs almışdır.
Azərbaycan uşaq şeiri və nəsri, dramaturgiyası bütöv və müstəqil
bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kama-
la çatmışdır”.
Abdulla Şaiqin ilk mətbu şeiri də uşaqlar üçün yazılmışdır.
“Ananın öz oğluna lay-lay deməsi” başlıqlı bu şeirdə Ana öz öv-
ladına
onun ulu və şöhrətli soykökə, gözəl və zəngin, əsrarəngiz
təbiətli vətənə bağlı olduğunu belə başa salır:
Lay-lay mələkim, sevdicigim, yavrucuğum, yat!
Bir də ələ düşməz bu cocuqluq dəmi, heyhat!
Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfraz,
İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.
4
Həyata qədəm qoyuduğu ilk anlardan ana öz övladının mənə-
vi-əxlaqi tərbiyəsi ilə yanaşı, həm onun fiziki sağlamlığı qayğısı-
na qalır, həm də yavrusuna parlaq günəşli bir səhər arzulayır.
A.Şaiq uşaq psixologiyasına, onun maraq dairəsi və anlaq sə-
viyyəsinə bələd olan incə zövqlü, həssas duyğulu sənətkar idi.
Uşaqların nağıl və əfsanə qanadlı fantaziyası, gördükləri,
müşahi-
dələri qarşısında duyduğu heyrət və təəccüb onun şeir və hekayə-
lərində romantik bir vüsətlə əks etdirilmişdir. Bu əsərlərdə ro-
mantizmə xas zahiri sadəlövhlük, ilkinlikdən doğan saflıq, heyrət
3
Qarayev, Y. Min ilin sonu… (XXI əsr və Şərq dəyərləri) /Yaşar Qarayev.-
Bakı: Elm, 2001.- S.78.
4
Şaiq, A. Seçilmiş əsərləri: üç cilddə /Abdulla Şaiq.- Bakı:
Avrasiya Press,
2005.- C.II.- S.21.
А б д у л л а Шаи г
14
və varlığı dərk etmək cəhdləri sanki uşaq dünyasının
sirli-sehrli
aləmindən güc alır. Uşağın ilkin olaraq ətraf aləmə, təbiətə, canlı-
lara göstərdiyi diqqət və maraq şairin “Xoruz”, “Keçi”, “Uşaq və
dovşan”, “Yetim cücə” və s. şeirlərində öz əksini həyatdan doğan
romantik heyrətin poetik ifadəsi şəklində tapmışdır.
Xoruzun hərəkət və əlamətlərindən təəccüblənib bütün bun-
ların sirrini anlamağa çalışan uşaq ona deyir:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan.
Qoymayırsan yatmağa
Ay canım, məstan xoruz!
5
Hər birimizin uşaqlıqdan əzbər bildiyimiz
bu kiçik şeirdə ifa-
də olunan heyrət və saflıq dolu məna və məzmun dərinliyi, bütün
bu cəhətlərin böyük ustalıqla uşaq marağına uyğun ifadəsinin
nəticəsidir ki, o, uşaq poeziyamızın klassik nümunələri sırasına
daxil olmuşdur. Yaxud “Keçi” şeirində keçinin hərəkətləri ilə
yanaşı, onu gözləyən təhlükədən narahat olan uşağın hiss və hə-
yəcanlarını görürüksə, başqa bir şeirdə “Uşaq və dovşan”ın (III, s.
7) dialoqu vasitəsilə digər canlılarla insanın ünsiyyət yaratmaq
cəhdinin şahidi oluruq. Dovşanın ondan qaçmasını istəməyən
uşaq onu özü ilə dostluğa çağırır:
Dovşan, dovşan, a dovşan:
Qaçma, dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən.
5
Şaiq, A. Seçilmiş əsərləri: üç cilddə /Abdulla Şaiq.- Bakı: Avrasiya Press,
2005.- C.III.- S.10.
Qeyd: Bundan sonra üçcildlikdən gətirilən sitatların yeri mötərizədə ancaq cild
və səhifə ilə göstəriləcək.
Б и б ли о гр а ф и й а
15
Dovşan isə uşaqdan qaçmasının səbəbini belə izah edir:
Dura bilmərəm, dadaş,
Yanında var Alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
Bu izahatın özündə insan qayğı və həssaslığından doğan
məhrəmanə bir münasibət var.
A.Şaiqin uşaq şeirləri həm də uşaqları müxtəlif canlılar, eyni
zamanda təbiət hadisələri, çiçəklər, bitkilərlə yaxından tanış et-
mək, onların xüsusiyyətləri və ətraf aləmdəki yeri barədə anlayış,
məlumat və bilik vermək məqsədi daşıyır. Yuxarıda haqqında söz
açdığımız şeirlərdən başqa “Quzu”, “Bülbül”, “Yetim cücə”,
“Arı”, “Kəpənək”, “Qızılgül”, “Bənövşə”, “Zanbaq”, “Qərənfil”
və s. şeirlər deyilənlərə misaldır. “Səhər”, “Payız gecəsi”, “Ba-
har”, “Ülkər”, “Tonqal” və s. şeirlər balaca oxucularda həm də tə-
biətə, onun gözəlliklərinə məhəbbət hissi aşılamaq məqsədi daşı-
yır. Məsələn, dillər əzbəri olan “Bənövşəyəm, bənövşə, düşmü-
şəm dilə, dişə” misraları ilə başlayan şeirdə bu bahar çiçəyinin
xüsusiyyəti barədə – nə vaxt açıb, solması haqda deyilir:
Bahar
oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda
Mən quş olub uçaram (III, s. 27).
Burada bənövşə çiçəyinin digər çiçəklərdən tez açıb az ömür
sürməsi bilərəkdən solub getmək yox, “quş olub uçmaq” kimi ifa-
də olunur. Bununla şair bənövşənin əbədiyaşarlığı, sadəcə olaraq
uçub harayasa getməyi və nə vaxtsa qayıdacağı haqda oxucuda
təsəvvür yaradır. Balaca oxucu intizarla bənövşənin “qayıdacağı”
günü gözləyir.
А б д у л л а Шаи г
16
Qərənfiləm mən,
Gözəl
güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən (III, s. 26).
Yaxud “Zanbaq” şeirində oxuyuruq:
Zanbağam mən, Zanbağam,
Ay işığından ağam,
Açdığım hər ağ çətir
Ətrafa yayır ətir.
Ağ atlazdan donum var.
Gümüş kimi parıldar.
Mən də gözəl çiçəyəm,
Toxunma, ağ ipəyəm (III, s.27).
Bu misraların hərəsində zanbağın bir əlaməti haqda məlumat
verilir. Təsvirlər sona çatanda zanbağın portreti tamamlanır. Şei-
rin özü kimi onun yaratdığı təsəvvur də yığcam və poetikdir. Ya-
ratdığı təəssürat çiçəyin özü qədər zərifdir.
A.Şaiq təkcə gülləri, çiçəkləri vəsf etmir. O, başqa nəsnə və
hadisələrdə də təbiət gözəllərinin və gözəlliklərinin
bir əlamətini
tapır. Digər şeirlərdə olduğu kimi, şairin həmin şeirlərindəki
müşahidə və bənzətmələri də incə və poetik olduğu qədər həm də
həyatidir. Məsələn, “Tonqal” şeirində olduğu kimi:
Bir qırmızı güldür tonqal,
Bir dəstə sünbüldür tonqal.
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.
Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.