Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

19



əks etdirir. Burada xan, onun hakimiyyəti köhnə ili təmsil edir. Ən diqqətçəkən 

cəhət gülüşlə bağlıdır. Əgər xan gülsə, onun hakimiyyəti sona çatmış olur. Yəni 

gülüşlə  xanın – köhnə ilin, qışın hakimiyyəti başa çatır.  

İkinci  fəslin  dördüncü  yarımfəsli  “Oyun  ənənələri  adlanır.    Novruz 

tamaşa  və  oyunlarında    tamaşaları  fərqləndirən  əsas  əlamət  gülüş,  oyunları 

fərqləndirən  əsas  əlamət  yarışdır.  Novruz  tamaşalarındakı  gülüş  yazla  qışın 

mübarizəsi  ilə  bağlı  olub,  yazın  gəlişinə  xidmət  etdiyi  kimi  Novruz 

oyunlarındakı yarışma da  yazla qışın, kosmosla xaosun  mübarizəsi  ilə bağlıdır. 

“Çərşənbə  rituallarınada  da  Xaos  –  Kosmos  oppozitiv  invariantının 

transformativ  variantları  kimi  qarşı-qarşıya  qoyulan  qruplar  və  onların 

mübarizəsi,  döyüşü,  davası əksini tapır. Bu  qarşı-qarşıya  duran tərəfləri,  yaxud 

qrupları təmsil olunma obyektlərinə görə dörd qrupa bölə bilərik: 

 1. Zoomorfik səviyyədə ritual qarşıdurma; 

 2. Antropomorfik səviyyədə ritual qarşıdurma; 

 3. Əşyavi səviyyədə ritual qarşıdurma;  

 4. Qarışıq səviyyədə ritual qarşıdurma

1



Novruz oyunlarının hamısında yarış var. Novruz oyunlarındakı yarışmalar 



öz  kökləri  etibarilə  kosmos-xaos  qarşıdurmasını əks  etdirir. Oyunların bir çoxu 

heyvanlarla 

bağlıdır. 

Məsələn, 



Xoruzdöyüşdürmə”, 

“İtboğuşdurma”, 

“Qoçdöyüşü”  oyunları.  Novruz  bayramının  ən  mühüm  və  geniş  yayılmış 

oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə 

vurulur,  sınan  yumurta  məğlub  tərəf  olur.  Novruz  bayramında  oynanılan 

yumurtadöyüşmə  oyunu  birbaşa  bu  bayramın  yaradılış  fəlsəfəsini  əks  etdirir. 

Onda yaradılışın qədim mifik cizgi və mahiyyəti əks olunub. Yaradılış mübarizə 

yolu ilə baş verir və yaradılışı qalib gələn tərəf həyata keçirir. 

Novruz bayramında oynanılan oyunlardan biri “Küşti”, yaxud başqa adla 

“Qurşaqtutma”  oyunudur.  Bu,  sadəcə,  insanların  güləş  yolu  ilə  yarışmasıdır. 

Güləşmə digər el şənliklərində də olur. İki tərəfdən biri qalib, biri məğlub olur.  

Novruz  mərasim  kompleksinə  daxil  olan  oyunlar  çoxdur.  Həmin 

oyunların  hamısı  bir  ideya  xətti  ətrafında  birləşir:  köhnə  ilin  yola  salınması 

(məğlub  edilərək  qovulması)  və  yeni  ilin  qarşılanması  (çağırılması,  dəvət 

olunması). Tamaşalar üçün əsas əlamət gülüş, oyunlar üçün əsas əlamət yarışma 

(mübarizə) olsa da, oyunlarda da gülüş ayrılmaz əlamət kimi iştirak edir. Çünki 

gülüş yazın rəmzi olub, qışı məğlub etmək üçün ən təsirli magik vasitədir. 

                                                

1

 Allahverdiyev R. Azərbaycan təqvim miflərinin semantikası: Fil. üzrə fəl. dok. 



...dissertasiya. Bakı, 2011, s.123  

 



 

 

20



İkinci  fəslin  beşinci  yarımfəsli  “Mətbəx  ənənələri”  adlanır.  Novruz 

bayramının  zəngin  mətbəx  ənənələri  yaradılış  fəlsəfəsi  ilə  bağlıdır.  Bayram 

yeməkləri bir qida olsa da, bayramda onlar bayramla bağlı əlavə məna qazanır. 

Məsələn,  “Yumurta  boyamaq”  adəti.    İnsanlar  il  boyu  yumurta  qaynadıb 

yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da 

bayramla bağlı xüsusi mənası vardır. “Yumurta boyamaq çox-çox qədimlərdən 

adət  olub.  Buna  müxtəlif  xalqlar  öz  dinlərinə,  inam  və  etiqadlarına,  həyat 

tərzlərinə  uyğun  cavablar  vermişlər.  Qədim  azərbaycanlıların  ilaxır  çərşənbədə 

və  Novruz  bayramı  günlərində  qırmızı  yumurta  boyamaq  adəti  əcdadın  və 

torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan 

ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir”

1



Novruz  süfrəsindəki  qırmızı  boyanmış  yumurta  ölüb-dirilmə  xarakterli 

bayram  ayini  ilə  bağlıdır.  Ola  bilsin  ki,  lap  keçmişlərdə  ilin  dəyişməsi 

mərasimində bişmiş yumurtanın yeyilməsi kimi xüsusi mərasim olub. Ancaq bu, 

xüsusi  mərasim  olmaya  da  bilərdi.  Novruzun  ölüb-dirilmə  fəlsəfəsi  hamıya 

aiddir. Ona görə də çoxlu yumurta bişirilirdi ki, hamı ondan dadaraq yeni ilə – 

yeni  dünyaya  keçə  bilsin.  Bişmiş  yumurtanın  hər  süfrədə,  bayram  xonçasında 

mütləq şəkildə olması bununla bağlıdır. 

Novruzun  mərasimi  simvolikası  “Yeddi  ləvin”,  yaxud  “Yeddi  sin” 

(variantı:  “Yeddi  şin”)  adlanan  adətdə  xüsusi  ifadə  olunur.  “Yeddi  ləvin” 

dialektlərdə  “yeddi  löyün”  şəklində  də  deyilir.  Mənası  yeddi  növ  yemək 

deməkdir.  A.Xəlil  yazır  ki,  yeddi  növ  yemək  hazırlamaq  (yeddi  löyün)  və  ya 

bayram süfrəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti 

olmuşdur

2



Novruzun  mərasimi  yeməklərindən  biri  də  səməni  halvasıdır.  Səməni 

bitki/ağac kulti ilə bağlıdır. Ağac qədim türk mifologiyasında torpaq, atəş, dəmir 

və  su  ilə  bərabər  dünyanın  yaradılışının  əsasında  duran  beş  ünsürdən  biridir. 

Səməni  birbaşa  yeni  həyatı,  yenidən  yaranmanı  rəmzləndirir.  Belə  ki,  səməni 

Novruz  ərəfəsində  qablarda  dənli  bitkilərdən  göyərdilir.  O,  yazın,  yaşıllığın, 

əkin-biçinin  rəmzidir.  Səmənin  göyərdilməsi  bir  ayindir.  Ona  görə  də  ondan 

hazırlanan  şirniyyatlar,  o  cümlədən  səməni  halvası  mərasim  yeməyi  olub, 

Novruz bayramının yaradılış fəlsəfəsini özündə əks etdirir. 

                                                

1

 Novruz Bayramı Ensiklopediyası. Tərtib edənlər: Bəhlul Abdulla, Tofiq Babayev. Bakı: 



Şərq-Qərb, 2008, 208 s.  

2

 Hacılı A. Mifopoetik ənənədə dünya ağacı / Azərbaycan şifahi xalq ədəbiyyatına dair 



tədqiqlər. XI kitab. Bakı: Səda, 2002, s. 122 


Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə