Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

17



oyunlardakı  gülüş  və  yarışın  xüsusi  vəzifəsi,  görəcəyi  iş  var.  Bu  iş  qışın  yola 

salınmasından və yazın qarşılanmasından ibarətdir. Bu işin görülməsində gülüş 

və  yarış  əsas  vasitələrdir.  Onlarsız  nə  qış  getməz,  nə  də  yaz  gəlməz.  Bunlar 

qədim azərbaycanlının təbiətə,  onu əhatə  edə dünyaya  magik təsir vasitələridir. 

Onlarda magiya – sehr, mistika vardır.  

Novruz tamaşalarında üç tip ənənəvi obrazın olması görünür: 

Birincisi,  getməkdə,  qocalaraq  ölməkdə  olan,  sərt,  pis  üzlü,  insanlara 

aclıq, səfalət gətirən qışı təmsil edən obrazlar; 

İkincisi,  gəlməkdə,  dirilməkdə,  oyanmaqda  olan  və  insanlara həyat bəxş 

edən yazı təmsil edən obrazlar; 

Üçüncüsü, yazın qələbəsini təmsil edən gülüş obrazı. 

Novruz bayramının ən  məşhur tamaşası “Kosa-kosa” tamaşasıdır. Onun 

müxtəlif variantları var. Ancaq bütün variantlar eyni motiv ətrafında birləşir və 

ümumi məzmuna malikdir. Tamaşa hər yerdə əsas personajın – kosanın adı ilə 

adlanır. Bu, bir karnaval personajıdır və onun geyimindəki simvollar – tərsinəlik, 

gülüş  yaradıcı  elementlər Cütçü babanın  geyimi  ilə  eyni  məqsədə xidmət  edir.  

Kosanın əyninə tərsinə kürk geyindirir, üzünü möhkəm unlayır, başına şiş papaq, 

yaxud  motal  papaq  qoyur,  boynuna  zınqırov  asır,  qarnına  paltarının  altından 

yastıqça  bağlayır,  əlinə  qırmızı  parça  ilə  çağa  kimi  bələnmiş  çömçə  verirlər. 

Sonra  qapı-qapı  gəzir,  nəğmələr  oxuyaraq  pay  yığırlar. Müxtəlif bölgələrdə bu 

tamaşa  müəyyən  təfərrüatlarına  görə  fərqlənir.  Lakin  bütün  variantlar  üçün 

xarakterik olan cəhətlər var və onlar aşağıdakılardır. 

a) Kosa bütün variantlarda qışın rəmzidir. Onun əynində tərsinə geyilmiş 

kürk və üzünə vurulmuş un birbaşa qarı – qışı rəmzləndirir. Digər atributlar da 

köhnə ili – qışı bildirir.  

b) “Kosa-Kosa”  tamaşasının bütün variantlarında yazla qışın mübarizəsi 

əks  olunmuşdur.  M.Kazımoğlunun  yazdığı  kimi,  qışın  nəticəsində  yaranmış 

qıtlıq  və  məhrumiyyətdən  söz  açmaq  “Kosa-kosa”  tamaşasının  əsas 

motivlərindəndir

1



c) Kosa köhnə ilin – qışın obrazıdır. Lakin bu obraz təkcə qışı yox, eyni 

zamanda  gəlməkdə,  daxil  olmaqda,  dirilməkdə,  oyanmaqda,  doğulmaqda  olan 

yazı  təmsil  edir.  Onun  qarnına  paltarının  altından  bağlanan  yastıqça  kosanın 

ikicanlı,  yəni  hamilə  olduğunu  göstərir.  Kosanı  qapı-qapı  gəzdirən  uşaqların 

nəğməsində aşağıdakı parça, demək olar ki, bütün variantlarda var: 

                            Mənim Kosam canlıdı,  

                            Qolları mərcanlıdı, 

                                                

1

 Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, s. 84  




 

 

18



                            Kosama əl vurmayın, 

                            Kosam iki canlıdı. 

M.Kazımoğlu  yazır  ki,  biz  “Kosa-kosa”  tamaşasında  qışın  da  xədimlik 

kimi bir maska olması fikrini irəli sürürük. Bəli, kosa məhz qış (qocalıq) libası 

geymiş  yazdır  (cavanlıqdır).  Belə  olmasaydı,  tamaşada  kosanın  “ikicanlılı-

ğı”ndan  (hamiləliyindən)  danışılmaz,  onun  doğub-törəmə,  bar-bəhər  vermə 

funksiyasına işarə edilməzdi

1

.  



ç)  Bəzi  variantlarda  kosanın  əlinə  qırmızı  parça  ilə  çağa  kimi  bələnmiş 

çömçənin verilməsi də ilin dəyişməsini simvollaşdırır. Bu halda Kosa köhnə ili, 

əlindəki bəzədilmiş çömçə isə təzə doğulacaq yeni ili bildirir. 

d) Variantlarda Kosanın yıxılaraq ölməsi və yenidən dirilməsi, yaxud keçi 

tərəfindən  öldürülməsi  yeni  ilin  köhnə  ili  əvəz  etməsinin  ölüb-dirilmə şəklində 

təsəvvür  edildiyini  göstərir.  Azad  Nəbiyev  yazır  ki,  yazın  gəlişi  doğulma  yox, 

daha erkən təsəvvürlərdən olan ölüb-dirilmə anlamı ilə bağlıdır (86, 283). Cəlal 

Bəydili  göstərir  ki,  ölüb-dirilmə  motivi,  demək  olar  ki,  çox  vaxt  məntiqi 

ardıcıllıqdan  uzaq  hadisələr  düzümündən  ibarət,  üstəlik  də  qəlibləşmiş  hazır 

mətn  parçaları  olmayan  ritual  qaynaqlı  bütün  oyunlarda  var  (40,  197).  Ramil 

Əliyev ölüb-dirilmənin köklərinin od və su kimi ilkin ünsürlərlə bağlı olduğunu 

göstərir.  Bu  ünsürlər  isə,  məlum  ilduğu  kimi,  Novruz  bayramının  ayrılmaz 

ünsürləridir. R.Əliyev yazır ki, həyat ölümü doğurur, ölüm isə yenidən həyatda 

doğulur.  İnsan  bu  ziddiyyəti  dərk  edirdi.  Bu  ziddiyyətə  səbəb  olan  od  və  su 

stixiyaları idi. Od və su həm həyatı, həm də yoxluğu təmsil edirdi. Onların mifik 

təfəkkürdə  obrazlaşdırılması  isə  mif  mətnlərində  ölüb-dirilmə  ilə  bağlı 

təsəvvürlərin yaranmasına imkan verirdi

2



e) Variantların əsas hissəsində kosa obrazı ilə bərabər keçəl də iştirak edir. 

Əgər  kosa  qışla  yazı  birgə  təmsil  edən  obraz,  yəni  yazı  doğan  qış  obrazıdırsa, 

keçəl  öz  keçəlliyi  ilə  qışı  təmsil  edir.  Bu  da  kosa  kimi  komik  bir  obrazdır, 

gülməli  görkəmi  var:  başına  qurudulmuş  qoyun  qarnı  keçirməklə  özünü  keçəl 

şəklinə salır.  

Novruzun maraqlı tamaşalarından biri “Xanbəzəmə”dir. Axır çərşənbədə 

keçirilən bu tamaşada xanın hakimiyyəti qurulur. Onun vəzir-vəkili, köməkçiləri 

olur. İnsanlar ona şikayət edir. O isə müvafiq cəzalar təyin edirdi. Bu tamaşa da 

bütün Novruz tamaşaları kimi ilin dəyişməsini, yazla qışın mübarizəsini özündə 

                                                

1

 

Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, s. 84-85 



2

 

Əliyev R. Ölüb-dirilmə motivinin  tipləri və tipikləşdirilməsi haqqında // “Dədə 



Qorqud” jur., 2005, № 3, s. 36

 

 




Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə