Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   49   50   51   52   53   54   55   56   57

159 
 
 
Anlayış  elə  genişləndirilmiş  və  dərin  və  izahlı  başa  düşülən 
məfhumdur. “Gələcək hüquq” anlayışı da hüquqların gələcəyə 
doğru  yönləndirilməsi  istəklərindən  və  təmin  olunması 
zərurətindən  meydana  gələn  bir  anlayışdır.  “Gələcək  hüquq” 
anlayışı  (təmin  olunması  baxımından)  resurslara  və  potensiala 
bağlı  olan  bir  anlayışdır.  Gələcək  hüquqların  təmin 
olunmasında  iki  mühüm  bazanı  və  siyasət  istiqamətini 
axtarmaq  olar:  birincisi,  mövcud  resursların  gələcəyə 
yönləndirilməsi və mövcud resurslar üzərində sistemli təsirlərin 
yaradılması  yolu  ilə  yeni  resursların  əldə  olunması;  ikincisi, 
mövcud  olmayan  yeni  resursların  qazanılması.  Hər  iki 
istiqamətdə  dəyişən  və  yeniləşən  ideyalar  çıxış  edir. 
Cəmiyyətdə  və  dövlətdə  yeni  resursları  əldə  etmək  üçün  yeni 
siyasət  istiqamətləri  meydana  gəlmiş  olur.  Yeni  siyasət 
istiqamətlərini isə seçkilər yolu ilə müəyyən edən siyasi sistem 
formalaşdırmış olur. Bu baxımdan da seçki gələcək hüquqların 
təmin  olunmasında  resursların  əldə  edilməsinin  əsaslarını 
meydana gətirmiş olur.  
İ
nsan hüquqları insanların ali bir məxluq kimi (burada əqli 
cəhətdən, 
düşüncə 
baxımından 
kamil 
canlı 
varlıqlar) 
mövcudluqlarını  şərtləndirən  əsas  kriteriyaların  rəsmi-siyasi 
baxımdan  ifadə  olunmasıdır.  İnsan  hüquqlarının  təmin 
olunması  təbii  ki,  ardıcıllığı  və  sahələr  baxımından 
kompleksliliyi  şərtləndirir.  İnsan  hüquqları  bütün  sahələrdə 
insanları  ali  məxluqlar  kimi  dəyərləndirən  kriteriyalar 
olduğundan  bu  hüquqların  təmin  olunması  insanların  ardıcıl 
həyat  tərzinin  təmin  olunması  ilə  sıx  şəkildə  əlaqəlidir.  İnsan 
hüquqlarının  artan  parametrlər  üzrə  inkişaf  etməsi  bu  hüquq-
ların ardıcıl və dinamik inkişafının əsaslarını meydana gətirmiş 
olur.  İnsan  fəaliyyətinin  zaman  və  məkana  uyğun  olaraq 
genişlənən (bir çox hallarda isə məhdudlaşan) şərtləri onu tələb 
edir  ki,  insanların  artan  (burada  çoxalan,  inkişaf  edən)  hüquq-
ları  meydana  gəlmiş  olsun.  Həyatın  elmi-texniki  baxımdan 


160 
 
 
təsiredicilik  əsasında  inkişafı  yeni-yeni  hüquq  sahələrinin 
meydana gəlməsinin əsaslarını meydana gətirmiş olur.  
Seçki  (həm  də  səsvermə)  siyasi  sistemlərin  təkmilləşməsi 
funksiyasını  yerinə  yetirdiyindən, belə qənaətə gəlmək olar ki, 
insanların  gələcək  hüquqlarının  yaranmasında  təşkiledici  bir 
vasitə olaraq mühüm əhəmiyyətə malik olan bir vasitədir.  
Seçki  prosesləri  ümumiyyətlə,  insan  hüquqlarının  təmin 
olunması  məsələsində  ardıcıllığın  meydana 
gəlməsinin 
ə
saslarını  yaratmış  olur.  Seçkilərin  ardıcıl  olaraq  keçirilməsi 
siyasi sistemlərin təkmilləşməsinin əsaslarını meydana gətirmiş 
olur.  Seçkilərdən-seçkilərə  siyasi  məsuliyyət  dövrü  və 
mərhələsi  meydana  gəlmiş  olur.  Seçkilərdən  seçkilərə  doğru 
arada  olan  müddəti  siyasi  sistemdə  subyektlərin  (burada 
tərəflərin) məsuliyyət müddəti hesab olunur. Seçki zamanı həm 
vətəndaşların,  həm  də  siyasi  qurumun  yeni  məsuliyyəti 
məsələsi  ortaya  çıxır.  Seçki  burada  birləşdirici  funksiyanı 
yerinə  yetirir.  Siyasi  sistemlərin  təkmilləşməsində  bu  müddət 
amili  inkişafı  şərtləndirən  amil  kimi  əhəmiyyət  kəsb  edə  bilir. 
Hər  bir  seçki  arasında  olan  müddət  (burada  dövlət  rəhbərinin 
seçilməsi,  hakimiyyət  rəhbərlərinin  seçilməsi  və  yerli 
idarəetmə seçkiləri və digər seçki formaları) siyasi sistem üçün 
məsuliyyət  müddəti  hesab  olunur.  Bu  baxımdan  da  seçkilər 
insan hüquqlarının təmin olunmalarında yeni əsasları meydana 
gətirmiş olur.  
Seçkilər  prosesinin  ardıcıllığı  xalqın  zamana  müvafiq 
olaraq iradə bütövlüyünün formalaşmasının əsaslarını yaratmış 
olur.  Seçkilərin  keçirilməsinin  müddət  amili  əsasən  indiki 
hüquqla  gələcək  hüquq  arasında  bir  körpü  yaradır.  Məsələn, 
hər seçki prosesi mütləq qaydada gələcək inkişaf üçün əsasları 
ortaya  çıxarmış  olur.  Seçkilər  gələcək  hüquqların  ardıcıl 
qaydada nəzəri əsaslarını meydana gətirmiş olur. Hər bir seçki 
müddətinin  müəyyən  olunması  gələcək  hüquqların  təmin 
olunmasının  əsaslarını  meydana  gətirmiş  olur.  Məsələn,  seçki 
prosesləri  zamanı  seçkiqabağı  təşviqatlarda  və  təbliğatlarda 


161 
 
 
insanların  gələcək  hüquqları  üçün  müəyyən  proqramlar  irəli 
sürülür.  Bu  baxımdan  da  seçkilər  yeni  hüquqların  əldə 
olunması üçün vasitələr rolunda çıxış edir.  
Yeni  seçkilər  cəmiyyətin  bir  müddət  üçün  ruhən 
sağlamlaşmasına  xidmət  edir.  Hər  bir  müddətdən  sonra 
keçirilən  seçkilər  yeni  öhdəlik  və  məsuliyyətləri  meydana 
gətirmiş  olur.  Yeni  öhdəlik  və  məsuliyyət  təbii  ki, 
yeniliklərin gəlməsinə şərait yaradır. Hər bir qüvvə özü ilə 
birlikdə  yenilikləri  gətirir.  Bu  baxımdan  da  seçkilər 
cəmiyyətin  zaman-zaman  yeniləşməsinin  əsaslarını  təşkil 
edir.  Lakin  bu  prinsip  adətən  təkmil  və  inkişaf  etmiş 
cəmiyyətlərə şamil oluna bilər. Öz siyasi sistemlərini seçkilərə 
və liberal əsaslara tabe etdirə bilməyən xalqlar üçün daima bir-
birini  əvəz  edən  seçkilər  bu  xalqlar  üçün  dağıdıcılığı  və 
sabitsizliyi meydana gətirmiş olur.  
Siyasi  sistemin  seçkilərarası  hesabat  dövrləri  elə  insan 
hüquqlarının siyasi formada və daha da dərin məzmunda təmin 
olumasının hesabat dövrləri kimi xarakterizə olunmalıdır. İnsan 
hüquqlarının  təmin  olunmasının  əsas  mərhələləri  həmçinin 
seçkilər  dövrü  olan  mərhələlər  də  hesab  olnmalıdır.  Digər 
mərhələlər  isə  müəyyən  dövlət  proqrmlarının  icrasının  təmin 
olunması  ilə  əlaqəlidir.  Ardıcıl  olaraq  icrası  təmin  olunan 
proqramlar  insan  hüquqlarının  artan  dinamika  ilə  inkişafının 
ə
saslarını meydana gətirmiş olur. 
 
Hüquqi dövlət və seçki amili 
 
Hüquqi  dövlət  ideyası  daim  insan  hüquq və  azadlıqları ilə 
sıx  şəkildə  bağlı  olmuşdur.  Bu  ideya  birdən-birə  inkişaf 
etməmişdir.  Bunun  üçün  zəruri  şərait  olmuş,  sosial  amillər 
meydana gəlmişdir.
1
  
                                                 
1
  Əsgərov  Z.A.  Konstitusiya  hüququ.  Dərslik.  Bakı;  Bakı  Universiteti 
nəşriyyatı. 2006, 698 səh, s.87.
  
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə