Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

156 
 
 
Dövlətin təşkilində cəmiyyət böyük rol oynayır. Cəmiyyət 
onu  təmsil  etmək  üçün  dövlət  hakimiyyətinə  (dövlətə) 
nümayəndələr  göndərir.  Dövlətin  rəhbəri  cəmiyyətin  birinci 
nümayəndəsi  hesab  olunur.  Dövlət  cəmiyyət  üçün  maraqları 
təmin  edən  əsas  bir  qurum  (universal  və  mərkəzləşdirici 
qurum)  rolunu  oynayır.  Dövlət  cəmiyyətin  dövlət  hakimiyyəti 
ilə  əlaqələrini  və  üzvi  vəhdətini,  bu  baxımdan  da  müəyyən 
bütöv tərkibi üzrə sintezini təşkil edir. 
Dövlət (dövlət hakimiyyəti) öz siyasətini təmin etmək üçün 
və  cəmiyyətdən  nümayəndələri  (mənbə  olaraq)  cəlb  etmək 
üçün  seçki  amilindən  yararlanır.  Seçki  yolu  dövlətin  cəmiyyət 
qarşısında  sanki  məsuliyyətini  yerinə  yetirmək  üçün  əsas 
yollardan biri rolunu oynayır. 
Məlumdur  ki,  dövlət  siyasətinin  təşkil  olunmasının 
yollarından  biri  də  seçki  hesab  olunur.  Seçki  (ümumxalq 
seçkisi) xalqın iradəsinin siyasi hakimiyyətdə və dövlətdə əsas 
təcəssümü  rolunu  oynayır.  Xalq  öz  iradəsini  seçkilərlə 
bildirməklə hakimiyyəti özündən asılı edir.  
Seçki 
ümumdövlət 
siyasətinin 
tərkibidir, 
onun 
istiqamətləindən biridir. Seçki proseslərin həyata keçirilməsinə 
təkan  verən  üsullardan  biridir  və  bu  baxımdan  da  şərtləndirici 
ə
həmiyyət  kəsb  edir.  Seçki  cəmiyyətlə  dövlət  arasında,  yəni 
sosial qrupla siyasi qrup arasında, əlaqələri meydana gətirən 
vasitələr  kimi  xüsusi  önəmə  malik  olan  bir  prosesdir.  Seçki 
vasitəsilə  cəmiyyətin  üzvləri  dövlətin  siyasi  fəaliyyətində 
iştirak  imkanları  əldə  edirlər.  Əgər  belə  qənətə  gəliriksə,  -
dövlət  cəmiyyət  və  dövlət  hakimiyyəti  tərəfindən  ibarət  olan 
bir  strukturdur  və  cəmiyyət  dövlət  üçün  əsas  mənbə  rolunu 
oynayır,  -onda  bu  prinsipdən  irəli  gələrək,  belə  nəticə  əldə 
etmək  olar  ki,  seçki  (ali  siyasi  mərhələdə  həyata  keçirilən 
ümumxalq  seçkisi  və  yerli  səviyyədə  həyata  keçirilən  seçkilər) 
cəmiyyəti dövlətlə bağlayan əsas proses vasitəsidir. Seçki yolu 
ilə  (burada  həm  də  qanunvericilik  layihələrinə  səsvermə) 


157 
 
 
dövlətin  siyasətinin  mərkəzi  strukturları  və  mexanizmləri 
formalaşdırılır.  Dövlətlə  cəmiyyət  arasında  olan  vəhdət 
dövlətin maraqlarını cəmiyyətin maraqlarına bağlayır. 
Dövlət xalq vasitəsilə bütün hərəkətlərinə (təbii ki, burada 
xalqın  maraqlarına  cavab  vermək  səviyyəsi  nəzərdə  tutulur) 
hüquq  verir.  Seçki  dövlətin  hərkətlərindən biridirsə, onda belə 
qənaətə  gəlmək  olar  ki,  seçki  hüququ  da  dövlətin  daxili 
hüquqlarından  biridir.  Xalq  öz  seçki  hüququnu  bir  siyasi 
qurum  kimi  dövlət  tərfindən  tanıdır.  Bu  baxımdan  da 
dövlətin  təşkilində  iştirak  edir.  Seçki  cəmiyyəti  dövlətlə 
bağlayır və dövlətin maraqlarını xalqın maraqları ilə birləşdirir. 
Burada dövlətin hüququ xalqa xidmətə yönəlir.  
 
Seçki şəraitinin yaradılmasının və yetişməsinin əsasları 
  
Hər  bir  prosesin  yetişməsi  üçün  şəraitin  meydana  gəlməsi 
zəruri amilə çevrilir. Buna zamanın yetişməsi kimi də baxırlar. 
Zaman  yetişəndə  yeni  şərait  üzə  çıxır  və  yeni  proseslər 
başlayır.  Belə  hesab  etmək  olar  ki,  şəraiti  yetişdirmək  üçün 
istiqamətlər olaraq iki baza variantı lazım gəlir: birincisi, təbii 
prosesləri  hesab  etmək  olar  ki,  bu  təbii  proseslər  sayəsində 
elementlərin  sistemdə  toplaşması  zamanı  məkan  çatışmazlığı 
yaranır  və  elementlər  yeni  məkanlar  axtarmağa  can  atır  və  bu 
baxımdan 
yeni 
sistem 
trayektoriyalarının 
yaradılması 
zərurətləri  meydana  gəlir.  İkincisi  isə  elementləri  yeni  sistem 
trayektoriyasına  cəlb  etmək  üçün  və  inkişafa  təkan  vermək 
məqsədilə  və  inkişaf  naminə  yeni  elementləri  və  sistemləri 
yaratmaq  üçün  istiqamətlər  müəyyən  olunur.  Hər  iki  halda 
layihə  müəyyən  edilir.  Birinci  layihədə  mövcud  elementlərin 
yeni  istiqamətlər  əksini  tapır,  ikinci  layihədə  isə  yeni 
istiqamətləri  yaratmaqla  gələcək  elementlərin  əldə  edilməsi 
baza məqsədlərə çevrilir. Bu iki layihə öz-özlüyündə insanların 
gələcək hüquqlarının təmin olunması məqsədini güdür.  


158 
 
 
Təbii  ki,  hər  bir  proses  müəyyən  hədlər  çərçivəsində 
yetişir.  Hədlər  dedikdə,  şəraitin  yetişməsini  əks  etdirən  və 
müəyyən həcmli elementlər nəzərdə tutulmalıdır. Elementlərin 
istənilən hərəkət trayektoriyası və həcmi onun həddini göstərir. 
Çünki  hər  bir  element  (komponent)  müəyyən  həddə  malikdir 
və  hədlər  çərçivəsində  də  müəyyən  trayektoriyaları  edir.  Yəni 
hədlərsiz  məkan  və  element  yoxdur.  Hərəkətin  cızdığı 
trayektoriyanın həddini isə elementin tutduğu məkan sərhədləri 
müəyyən edir.  
Proseslərin yetişməsi anında zaman amili əsas rol oynayır.  
Seçki  şəraitinin  yetişməsi  cəmiyyətdə  resurslardan  və 
maariflənmədən asılıdır. Seçki şəraitinin yetişməsi bu prosesin 
təkrar  baş  verməsinin  zamanla  ifadə  olunmasında  öz  əksini 
tapır.  Seçki  şəraitinin  yetişməsi  seçkilərin  keçirilmıəsi  üçün 
müəyyən şəraitin yaradılması prinsipini də özündə ehtiva edir. 
Seçki şəraitinin yetişməsinin zəruri əsasları da formalaşmış 
olur. Bunu da iki baza aspektlə bağlamaq olar: birincisi, nəzərə 
almaq lazımdır ki, cəmiyyətin sistemli inkişafı yeni meyarların, 
yeni  istedad  və  qabiliyyətlərin  üzə  çıxmasının  əsaslarını 
yaratmış 
olur. 
Cəmiyyyət 
özünün 
müəyyən 
inkişaf 
mərhələsində onun inkişafının qarşısını alan şablonlardan azad 
olmağa,  ümumilikdə  yenilənməyə  can  atır.  İkincisi  isə, 
cəmiyyət  mövcud  vəziyyətlə  barışmayır,  radikallıq  sabit 
inkişafın,  sabit  və  tarazlı  inkişafın  qarşısını  alır.  Bu  anda  yeni 
və  təxirəsalınmaz  seçkilərin  keçirilməsi  üçün  zaman  və  şərait 
yetişir. Hər iki halda seçkilər cəmiyyətin və dövlətin inkişafına 
xidmət göstərmiş olur.  
 
Seçkilər və gələcək hüquqların təmin olunması 
 
Hər  bir  məfhum  birləşmə  əsasında  (digər  məfhumlarla) 
müəyyən  istəkləri,  istiqamət  və  yolları  göstərir.  Məfhumların 
birləşmələrindən  geniş  mənalar  olaraq  anlayışlar  ortaya  çıxır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə