Microsoft Word ++++Secki huququ\3005. doc


“Seçki” məfhumu və onun tərkib mahiyyəti –



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

69 
 
 
“Seçki” məfhumu və onun tərkib mahiyyəti –  
insan hüquqları kontekstindən təhlil  
 
Ümumi  prinsip  olaraq,  belə  bir  fikir  qəbul  oluna  bilər  ki, 
universal  qaydada  faydalı  təsirə  malik  olan  hər  bir  müsbət 
hərəkət  hüquqdur  (fərdi  məsələlərdə  isə  bu  prinsip  bir  çox 
hallarda  pozula  bilər.  Məsələn  güclü  tərəfin  hərəkətinin, 
fəaliyyət  xüsusiyyətlərinin  əksər  hallarda  haqlı  olması  prinsipi 
və  güclü  tərəfin  güc  nümayiş  etdirərək  prosesləri  dəyişmək 
imkanının  olması,  güclü  tərəfin  ümumproseslər sisteminə  yeni 
prosesləri  əlavə  etməsi  və  sistemdə  kəmiyyəti  dəyişdirməsi, 
keyfiyyət  dəyişikliklərinə  səbəb  olan  təsirləri  göstərməsi  buna 
nümunə  ola  bilər.  Bu  zaman  müqayisədə  zəif  olan  tərəflərin 
mövqelərində məcburi olaraq dəyişikliklər ortaya çıxa bilər və 
onların  mənafeləri  zərbə  altında  qala  bilər),  çünki  hər  bir 
müsbət  hərəkət  daha  çox  haqdır,  qaneedicilikdir,  razılıqdır, 
qarşılıqlı razılaşmadır; əxlaqdır, onun tərkibi olaraq tərbiyədir, 
tərbiyə  olduğuna  görə  nizamdır  (daxildən  irəli  gələrək  zahiri 
hərəkətlərin  məhdudlaşdırılması və  bir  çox  yerlərdə buna fikir 
verilməsi),  nizam  vasitəsi  olmasından  irəli  gələrək  ədalətdir 
(konkret  hallarda  və  konkret  şəraitdə  mütləq  tərəflər-burada 
faydalanan tərəflər- üçün mütləq ədalət, digər tərəflər üçün isə 
şə
rti və nisbi ədalətdir. Universal ədalət isə universal mütləq və 
universal  nisbi  bərabərliyi  özündə  əks  etdirdiyindən  hər  kəs 
üçün bu və ya digər səviyyədə ədalətdir. Ədalətdir, ona görə ki, 
tərkib  elementləri  bu  və  ya  da  digər  tərəflərə  münasibətdə 
bərabərdir.  Deməli,  ədalət  elə  bərabərlikdir.  Bərabərlik 
ə
sasında  bölünmədir.  Bərabərlik  isə  şərait  və  imkanlara 
nisbətdə  müəyyən  trayektoriyalar  üzrə  elementlərin  bərabət 
nisbətdə  düzülüşüdür),  ədalət  meyarıdır,  ədalətdən  meydana 
gələn  tarazlı  əsaslı  nizam  vasitəsidir,  (Qeyd:  bizim  eradan 
ə
vvəl V-IV əsrlərdə öz təlimi ilə (atomistik təlim) tanınan antik 
yunan  filosofu  Demokritə  görə,  hər  bir  təsadüfi  hadisə,  baş 


70 
 
 
verən  hadisələrin  əsl  səbəbini  bilməməkdən  doğan  subyektiv 
illuziyadır.
1
nizam vasitəsi olaraq sistemin tərkibidir. Siyasi və 
ictimai  sistemin  tərkibi  hüquqa  (maraqların  normalarla  tənzim 
edilməsinə  yönələn  əsasa)  əsaslanan  ədalətli  və  rəngarəng 
düzülüşdür.  Deyilən  fikirlərdən  (sintezdən)  belə  nəticəyə 
gəlmək  olur  ki,  hüquq  təbiidir,  insan  maraqları  təbiidir, 
pozitiv hüquq təbii hüquq trayektoriyası üzərində meydana 
gələn  və  fəaliyyətə  bağlı  olan  şərti  əsasdır.  Pozitiv  hüquq 
təbii  hüquq  trayektoriyası  üzərində  olan  şaxələnmədir,  onun 
“ətraflara  yayılmasını”  əks  etdirən  törəmə  xassəsinə  malikdir. 
(Qeyd: insan təbiidir, lakin canlılara məxsus olan iradə və əqil 
(yalnız  insana  məxsusdur)  qabiliyyət  sayəsində  öz  təbiiliyini 
meydana  gətirəndir.  Yəni,  insanlar  artmalarını  və  bu  prosesin 
təbiiliyini  (ardıcıl  maraqların  ödənilməsindən  irəli  gələn 
ehtiyacları)  özləri  təmin  edirlər.  Belə  qəbul olunur ki, insanlar 
ilk  yaranış  olaraq  fövqəltəbii  qüvvənin  məhsuludurlar. 
Fövqəltəbii  qüvvənin  köməkliyi  sayəsində  də  öz  artımlarını 
təmin edirlər. İnsanların başlanğıcından sonuna qədər qüvvənin 
nəzarəti  və  təmini  mövcud  olur.  Fövqəltəbii  qüvvənin  insana 
verdiyi  qüvvə  və  enerji  onların  irsi  qaydada nəsil artırmalarını 
təmin  edir.  Buradan  belə  bir  nəticə  ortaya  çıxır  ki,  fövqəltəbii 
qüvvə  başlanğıcda-yaranışda  və  sona  qədər-ömür  yolu  boyu  -
daima  insanlarladır.  Fövqəltəbii  qüvvə  dedikdə,  belə  qəbul 
etmək  olar  ki,  düçüncələrdə  olan  bu  ifadə  (məfhum,  anlayış) 
qüvvələrin təsnifatından yaranan və təbii qüvvələrdən yuxarıda 
dayanan  və  təbii  qüvvələri  özünə  tabe  etdirən  bir  təbii 
fərqləndirici  kateqoriyadır,  metaqüvvədir.  Kainatın,  dünyanın 
yaranmasını  və  fəaliyyətini  təmin  edən  təbii  qüvvələri  təsnif 
etdikdə,  belə  qənaətə  gələ  bilərik  ki,  bu  qüvvələr  materiya 
kütləsinə tətbiqinə (təsirinə və təzyiqinə) görə fərqli kəmiyyətə 
                                                 
1
 Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu. 
Qədim yunan fəlsəfəsi antologiyası. “Yeni Nəsil” AJB, Bakı, 2002, 
180 səh., səh.5.
 


71 
 
 
malikdirlər. Enerji də fərqlidir və fövqəltəbii qüvvənin enerjisi 
də  kütləsinə  görə  daha  çoxdur  və  aşağı  təbii  qüvvələrin  enerji 
kütləsini  də  öz  daxilində  cəmləşdirir.  Dünyanı  nizamlayan, 
insanları  universal  (kollektiv  şəkildə)  və  fərdi  əsaslarla 
nizamlayan  qüvvələr  mövcuddur.  Belə  qəbul  etmək  olar  ki, 
kainatı  tənzim  edən  tərkib  qüvvələr  vahid  qüvvəni  meydana 
gətirir  və  ya  da  vahid  qüvvənin  tərkibi  olaraq  mövcud  olur. 
Buradan  da  belə  bir  prinsip  meydana  gəlir  ki,  insan  öz 
kainatının  və  təbiətinin  tərkibi  olan  canlı  aləmin  tərkibidir. 
Deməli,  insan  təbiət  qüvvəsindən  və  ona  nəzarət  edən 
fövqəltəbii  qüvvədən  asılı  olan  bir  məxluqdur.  İnsan təbiətdən 
və  təbiətin  üzərində  olan  fövqəlqüvvədən  enerji  alır  və  enerji 
mübadiləsini həyata keçirir. Ola bilər ki, bəzi insanlar birbaşa 
fövqəlqüvvədən  enerji  alırlar.  İnsanlar  bir  çox  canlılar  kimi 
qurucudurlar  və  ali  məxluqlar  olaraq  yaradıcıdırlar.  İnsanların 
yaratdıqları  əşyalar  isə  daha  çox  süni  hesab  olunur.  İnsanlar 
süni  adlandırılan  əşyaları  özlərinin  təbii  xüsusiyyətlərindən 
irəli  gələrək  yaradırlar.  Burada  sünilik  təbiiliyin  məhsulu 
olaraq  meydana  gəlir  və  əslində  tərkib  olaraq  çıxış  edir.  Süni 
əş
yların  yaradılması  prosesləri  təbiətdə  mövcud  olan  baza 
elementlərin  təbii  təfəkkürün  təsir  obyektinə  məruz  qalması 
sayəsində  baş  verir.  Burada  şüur  və  hərəkətin  vəhdəti  təbiətin 
təbii  elementlərinin  forma  və  məzmununu  dəyişdirir  və  yeni 
forma  və  məzmunu  əmələ  gətirir.  Buradan  belə  bir  məntiqi 
nəticə  hasil  olur  ki,  təbii  qüvvə  və  ondan  da  yuxarıda  olan 
fövqəltəbii  qüvvə  insan  üçün  əqli  qabiliyyəti  və  istedadı, 
yüksək  şüuru  məhz  təbii  elementləri  öz  mənafeyi  naminə 
(burada  insanlar)  dəyişmək  üçün  verib.  İnkişaf bu dəyişikliyin 
nəticəsidirsə, deməli, inkişaf ədalətdir, haqdır, onu təmin etmək 
insanların  qabiliyyətinə  və  istedadına  bağlıdır.  İnkişaf 
fövqəltəbii  qüvvə  tərəfindən  insana  verilən  bir  nemətdir.  Həm 
də təbiidir.  İnkişaf və hüquq təbii olaraq bir-birini şərtləndirən 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə