67
Seçkidə azadlıq vardır ki, insanlar bu azad yollarla öz sərbəst
və azad iradələrini ortaya qoya bilirlər. Deməli, seçki insan
azadlığının (siyasi və ictimai proseslərdə) əsas təcəssümüdür,
onun reallaşmasının üsullarından biridir. Seçki insanın daxili
azadlığının tərkibi olan komponentlərin xaricdə (xarici aləmə
münasibətdə, təzahürdə) büruzə verilməsi üçün
müəyyənedici
şə
rtlərdən, kateqoriyalardan biridir. Seçki dövlətin əsasını
təşkil edən ünsürlər olan insanlar (vətəndaşlar) arasında, eləcə
də dövlətlərlə (dövlət hakimiyyətləri ilə) vətəndaşlar arasında
münasibətləri və əlaqaləri tənzim edən üsullardan biridir.
Ümumiyyətlə “seçki” məfhumunun “insan hüquqları”
məfhumunun (anlayışının) tərkib komponenti olmasına
dair müəyyən nəticələri əldə etmək, təhlil əsasında müəyyən
qənaətlərə gəlmək üçün tezis, sintez və analizi aşağıdakı
şə
kildə (suallar şəkilində) qurmaq məqsədəuyğun olar:
-“seçki” məfhumu nədir, bu məfhum “insan hüquqları”
anlayışının necə tərkibidir və hansı halda tərkib olaraq
“seçki hüququnu” yaradır;
-“seçki hüququ” bir obyekt kimi fəlsəfə və elm
tərəfindən necə düşünülür və öyrənilir;
-seçki hüququ hansı hallarda zəruri olaraq təmin
olunur;
-seçki hüquq ümumi siyasi hüquqların nə üçün tərkibi
hesab olunur;
-seçki hüququ insanların dövlət və vətəndaşlıq
hüquqlarının formalaşmasında nə kimi rol oynayır;
-dövlət hüququnun formalaşmasında seçki hüquqları
insanların siyasi azadlıqlarını ifadə edən bir kriteriya
(burada təşkiledici və birləşdirici kriteriya kimi) olaraq
necə əhəmiyyətə malik olur;
-seçki hüquqları hansı hallarda mərkəzi müəyyənedici
məfhuma çevrilir və bunun üçün zərurət nədən ibarətdir;