Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

42 
 
 
Zaman, element və məkan haqqında  
 
Hər  bir  planetin  öz  zamanı  var.  Bu  davamedicilikdə 
təzahür  edir.  Enerjidən  uzaqlaşdıqca,  hərəkət  zəifləyir  və 
zaman uzanır. 
Hər  bir  düşüncənin  öz  obyekti  var.  Düşüncə  enerji 
olduğundan 
(xaricdən 
gələn 
enerji 
selinin 
beyində 
formalaşdırdığı  mövcudluq)  təbii  ki,  onun  da  zamanı  var.  Hər 
bir  düşüncə  öz  zamanıa  xasdır.  Bunun  üçün  isə  şəraitin 
yetişməsi  lazımdır.  Şəraitin  yetişməsi  isə  zərurətdən  meydana 
gəlir. Düşüncəni də iki istiqamətdə təsnif etmək olar: birincisi, 
fövqəlsiqnalların  köməyi  ilə  formalaşan  düşüncə-burada  ola 
bilər  ki,  siqnallar  birbaşa  fövqəlqüvvədən  (məsələn,  makro-
qüvvədən)  insana  daxil  olur.  İkincisi  isə  təbiətin  daxilindən 
(məsələn,  Günəş  sistemindən  əldə  edilən  siqnallar)  gələn 
siqnallar  ilə  formalaşan  düşüncələr.  İkinci  istiqamət  üzrə 
formalaşan  düşüncələrdə  zaman  amili  yetişən  şəraitlə,  dəyişən 
şə
raitlə  müəyyən  olunur.  Birinci  istiqamətin  düşüncəsində  isə 
kainatın qlobal qüvvəsi ilə yetişən amillər mühüm rol oynayır. 
Bu  baxımdan  da  siqnalları  qəbul  etmək  dərəcəsinə  görə 
insanları  da  makro  və  mikro  düşünən  insanlar  kimi  qəbul 
etmək  olar.  Ən  yüksək  səviyyədə  düşünmə  insanları  daha  çox 
kainata  bağlayır,  onun  makro  zamanı  kainatla  əlaqəli  olur,  bu 
da  insanları  dahiliyə,  müdrikliyə  aparıb  çıxarır.  Onların 
düşüncəsini  təkmil  edir,  zaman-zaman  mükəmməlləşdirir. 
Ondan  aşağı  düşünən  insanlar  isə  daha  çox  “aşağı”  təbiətə 
bağlı  olurlar.  Burada  isə  insanlar  daha  çox  aşağı  təbiətin 
materiyasına bağlanır. Birinci dərəcələi düşüncə insanları daha 
çox  mənəviyyat  insanları,  ikinci  düşüncə  dərəcəsinin  insanları 
isə  material  aləmin  insanları  olurlar.  Filosofları  bu  baxımdan 
da birinci dərəcəli düşüncə


43 
 
 
Ə
gər  nəzərə  alsaq  ki,  insanlar  da  ən  kiçik  təbiət  hissəcik-
lərindən  ibarətdir,  onların  ruhu  da  elə  təbiət  və  fövqəltəbiət 
hissəcikləridir, onda belə qərara gələ bilərik ki, birinci dərəcəli 
düşünən  insanların  bazalarında  bu  hissəciklərin  çox  hissəsi 
(həcmi)  toplanıbdır.  Yəni,  anadangəlmə  beyinləri  daha  çox 
yetişməyə meyillidir. Siqnalları da qəbul etdikcə, beyin daha da 
inkişaf edir. 
Düşüncə  zamanının  formalaşmasında  beyin  (düşüncə) 
obyektlərinin  dəyişməsi  də  mühüm  rol  oynayır.  Yəni, insanlar 
düşüncələrini  bir  obyektə  çox  yüklədikdə  digər  obyektin  sonu 
olur.  Burada  artıq  yaddaş  (hafizə)  mühüm  rol  oynayır.  Bir 
informasiyanın  qəbulu  digər  informasiyanı  silə  bilir.  Silinmiş 
informasiya  üçün  zaman  başa  çatmış  olur.  Buradan  da 
idealizm  meydana  gəlmiş  olur.  Düsüncənin  zamanı  həm 
kainatla  bağlıdır,  həm  də  “aşağı”  təbiətlə  (tərkib  təbiəti  ilə) 
ə
laqəlidir.  Hər  ikisində  düşüncə  obyektinin  zamanı  mövcud 
olur. Düşüncənin mövcudluğu və mövcudsuzluğu isə materiya 
aləminin  mütləq  varlığını  heçə  endirə  bilməz.  Buradan  da 
materializm  meydana  gəlmiş  olur.  Materiya  var,  o  mütləqdir, 
düşüncə  əslində  onu  zaman-zaman  axtarıb  tapır.  Düşüncənin 
zamanı  materiyanın  zamanı  ilə  üst-üstə  düşə  bilir.  Yəni, 
düşüncə  materiyanı  kəşf  etdiyi  zaman  öz  məqsədinə  çatır. 
Düşüncə materiyanı axtara-axtara yeni zamanlara daxil olur və 
tapdığı  materiyanın  zamanını  aşkarlayır.  Ancaq  materiyanın 
mövcudluğu düşüncənin mövcudluğundan qabaq olur. Düşüncə 
sadəcə  onu  tapır.  “Batıb  –çıxan”  və  obyektə  daxil  olan 
materiya əlamətlərinin əks olunmasına görə düşüncə tərəfindən 
aşkar  olunur.  Deməli,  materiyanın  zamanı  da  düşüncə  (burada 
həm də  görmə) tərəfindən aşkar oluna bilir. Materiyanın aşkar 
olunması  ilə  siqnalların  qəbulu  elə  düşüncənin  zamanını 
meydana  gətirir.  Gözdən  itən  materiya  da  yaddaşda  qala  bilir. 
Deməli,  düşüncənin  zamanı  materiyanın  zamanı  ilə  nisbətdə 
fərqli  ola  bilir.  Materiyanın  gözdən  itməsi  onun  zamanını 


44 
 
 
müvəqqəti  olaraq  bitirir,  düşüncənin-onun  üzərində  düşünü-
lənin  zamanı  isə  hələ  də  qala  bilir.  Burada  hafizələrdə  gözdən 
itən materiyanın  forması  (obrazı)  əks  olunur. Deməli, buradan 
da  belə  nəticə  ortaya  çıxır  ki,  düşüncələrin  formalaşmasında 
ə
sasən  material  aləmin  siqnalları,  yəni  onlarn  obrazlarının 
siqnalları  mühüm  rol  oynayır.  Burada  artıq  beynin  əks  etmə 
(materiya  aləmini  əks  etmə)  zamanı  düşüncə  zamanını  uzada 
bilir. (Qeyd: əslində “aşağı” təbiətdə, eləcə də gözlə görünən 
kainatda  materiyasız  aləm  yoxdur.  İstənilən  rəng  varsa, 
element  də  var.  Ancaq  bu,  o  demək  deyil  ki,  hər  şeyi  göz 
görmək  qabiliyyətinə  malikdir.  Lakin  göz  nəyi  əlavə 
görəcəksə,  o  da  materiya  aləminin  tərkibi  olacaqdır.  Bu 
baxımdan  rəngsizlik,  əlamətsizlik  yoxdur.  Gözə  görünə 
bilən  istənilən  obyekt  varlıqdır,  həm  də  mütləq  varlqıdır. 
Mütləq varlıq həm də gözlə görünməyən, lakin digər duyğu 
orqanları  vasitəsilə  hiss  ediləndir.  Deməli, mütləq varlıqsız 
heç nə yoxdur).  
Ə
slində  zaman  elementlərin  hərəkətindən  (yerdəyiş-
məsindən,  eləcə  də  özündən  sonra  yeni  elementləri  meydana 
gətirməsindən,  yəni  çevrilmədən  sonra,  yeni xassə  yaranandan 
sonra)  ortaya  çıxan  dəyişmədir,  vəziyyətdir.  Elementlərin 
məsafə  və  yerdəyişməsidir.  Zaman  -ölçmədir,  hərəkətlərin 
ardıcıl  olaraq  hesablanmasıdır,  bu  baxımdan  da  elə  insanlar 
üçündür.  Məsələn,  Yerin  Günəş  ətrafında  dövr  etməsinin 
ölçüləri,  hesablanması  ilə  zamanı  biz  müəyyən  edə  bilirik. 
Eləcə də Ay  peyki ilə şərti olaraq  ayı müəyyən edirik. Burada 
zamanı  cisimlərin  hərəkətinin  hesablanması  (ədədlə,  ədədi 
ifadə  edən  rəqəmlərlə)  meydana  gətirir.  Yəni,  təqvimlər  göy 
cisimləri  ilə  müəyyən  olunur.  Zaman  bu  baxımdan  ən  kiçik 
hissələrə  bölünəndir.  Yəni,  təbii  ki,  saniyələr  də  bölünür.  Ən 
kiçik  atomun  hərəkəti  elə  ən  kiçik  zamandır.  Deməli,  zaman 
elementin  özündədir.  Element  yoxdursa,  elementin  hərəkəri 
yoxdursa,  zaman  da  yoxdur.  Elementin  hərəkətinin  zəifləməsi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə