Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

95 
 
qanunvericiliyinə 11 oktyabr 1996-cı ildə daxil edilmişdir.  stehsal sirrlərinin mühafi-
zəsinə  ABŞ  Məcəlləsinin  90-ci  fəslinin  18-ci  bölməsi,  xüsusilə  “ qtisadi  cəsusluq” 
adlı  1831-ci  və  “Ticarət  sirrlərinin  oğurlanması”  adlı  1832-ci  maddələri  həsr  olun-
muşdur.
1
 
ABŞ-dan fərqli olaraq Avropa ölkələrində kommersiya sirrini təşkil edən məlu-
matların  istənilən  ələ  keçirilməsi  “cəsusluq”  termini  ilə  ifadə  edilir.  Belə  ki, 
Finlandiya CM-nin 30-cu fəslinin “Kommersiya cəsusluğu” adlı 4-cü maddəsi  kom-
mersiya  sirrinin  oğurlanmasına  görə  məsuliyyəti  müəyyən  edir.  spaniya  CM-nin 
278-ci  maddəsi isə  kommersiya  sirrinin mövcud olduğu  elektron  məlumat  və infor-
masiyaya kompüterlərlə səlahiyyətsiz daxil olmaya görə məsuliyyəti müəyyən edir.  
sveçrənin  CM-də    “sənaye  cəsusluğu”  və  “ticarət  sirri”  terminləri  istifadə 
olunmur.  Bu  məcəllənin  kommersiya  və  digər  sirrlərin  mühafizəsinə  həsr  olunmuş 
143-cü  maddəsi  “Məlumatların  qanunsuz  əldə  edilməsi”  adlanır  və  qərəzli  şəkildə 
gəlir  əldə  etmək  məqsədilə  elektron və  digər  bu  kimi  vasitələrlə  məlumatların səla-
hiyyətsiz toplanması və göndərilməsi  hallarını cinayət hesab edir.  
Kompüter sabotajı və zərərverici proqramların yayılması: 1980-ci illərə qədər 
kompüter  məlumatlarının  və  saytların  zədələnmələrdən  və  xuliqanlıqdan  müdafiəsi 
ə
mlaka  zərərin vurulması  və  vandalizm  haqqında  normalar  vasitəsilə təmin  edilirdi. 
Lakin  bu  normalar  maddi  obyektlərin  müdafiəsinə  yönəldiyindən  yalnız  hər  hansı 
daşıyıcılarda  saxlanılan  informasiyanın,  yəni  daşıyıcının  tamlığını  müdafiə  edə 
bilirdi. Bəzi dövlətlərdə Avstraliya, Belçika cinayət-hüquqi normalarında informasiya 
daşıyıcısını məhv etmədən informasiyanın məhv edilməsi halı əmlaka zərərin vurul-
ması  kimi  qiymətləndirilmir  və  bu  normaların  təsir  dairəsinə  daxil  edilmirdi.  Digər 
dövlətlərdə vandalizm və ya əmlaka zərərin vurulması haqqında normalar kompüter 
məlumatlarına və saytlara da tətbiq edilməklə yanaşı, informasiyaya zərər vurulması 
halının  qəbul  edilməsi  üçün  informasiya  daşıyıcısına  da  zərərin  vurulması  halının 
mövcudluğu  tələb  edilmirdi.    Xarici  alimlərin  fikrincə,  bu  normalardan  bəziləri 
hazırda  da  uğurla  tətbiq  edilir.  Bu  normalar  Danimarka  CM-nin  özgənin  mülkiy-
yətinin  yerdəyişməsi  və  məhv  edilməsinə  görə  məsuliyyəti  müəyyən  edən  291-ci 
                                                           
1
 http://www4.law.cornell.edu 


96 
 
maddəsi,  sveç  CM-nin  maddi  ziyan  vuran  cinayətlərə  (həmçinin  informasiyaya 
zərərin  vurulması  halında  da  tətbiq  edilir)  həsr  olunmuş  12-ci  fəsli,  Yapon  CM-nin 
258-ci (rəsmi sənədlərə zərər vurulması) və 259-cu (şəxsi sənədlərə zərər vurulması) 
maddələridir.
1
Lakin  bununla  belə  göndərilən,  amma  yaddaşda  saxlanılmayan 
məlumatların  göndərilmə  prosesində  məhv  edilməsi  kimi  problemlər  ortaya  çıxırdı. 
Bu  problemi  həll  edən  yeni  qanunvericilik  Kanada,  Danimarka,  Almaniya, 
Finlandiya, Fransa, Yaponiya, Hollandiya,  spaniya,  sveç, Böyük Britaniya, ABŞ-da 
formalaşdırıldı.  Bununla  belə  ayrı-ayrı  dövlətlərdə  bu  proses  müxtəlif  üsullarla 
həyata keçirildi.  Bəzi ölkələrdə - məsələn Finlandiyada artıq mövcud olan vandalizm 
və  əmlaka  zərər  vurulması  haqqında  normalarda  dəyişiklik  edildi.  Digərlərində 
(xüsusilə  Yaponiyada)  yeni  nomalar  bütün  növ  məlumat  və  sənədləri  əhatə  edir. 
Almaniya,  Fransa,  Hollandiya,  spaniya,  Böyük  Britaniyada  isə  kompüter 
məlumatlarının tamlığının müdafiəsi haqqında xüsusi normalar qəbul edilmişdir.  
Virusların  yayılması  haqqında  normaların  yaradılmasında  ölkələr  daha  irəliyə 
gedərək  virus  proqramlarının  yaradılması  və  yayılması  haqqında  normalar  qəbul 
etmişlər.  Bu  normalarda    əməlin  cinayət  hesab  olunması  üçün  onun  müəyyən  bir 
kompüterə qəsdən istiqamətlənməsi, eləcə də zərərin vurulması mütləq şərt kimi tələb 
edilmir. Məsələn, Böyük Britaniyada belə bir qəsdin müəyyən bir kompüterə istiqa-
mətlənmiş  olmasının  təsdiqi  zəruri  deyil.  O,  istənilən  bir  kompüterə  zərər  vurul-
masına yönəldilə bilər və bu hal artıq cinayət hesab edilir. 
ABŞ-ın  6  ştatı  (Kaliforniya,  Nebraska,  llinoys,  Men,  Minnesota,  Texas)  ilk 
dəfə virus probleminə yanaşaraq kompüter və ya kompüter sistemlərinə virus və ya 
zərərverici  proqramların  yeridilməsinə  görə  məsuliyyəti  müəyyən  edən  qanunlar 
qəbul etmişlər. 
Problemə belə yanaşma Avropa ölkələrində də müşahidə olunmaqdadır. Məsə-
lən,  taliya CM-nə kompüter sistemlərinə zərərin vurulması və ya onların məhv edil-
məsi üçün nəzərdə tutulan proqramların yayılmasına görə məsuliyyəti – cərimə və ya 
2 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutan 615d maddəsi əlavə edilmişdir. 
                                                           
1
 http://www.isc.meiji.ac.jp/~sumwel_h/Co-des/comp-crim.html 
 


97 
 
Hollandiyanın  CM-nin  350b  maddəsi  isə  çoxaldılması  ilə  sistemə  zərər  vurulması 
üçün nəzərdə tutulan məlumatların heç bir icazə olmadan yayılması halını qanunsuz 
hesab  edir.  sveçrədə  1995-ci  il  1  yanvar  tarixində  qəbul  edilmiş  normalar  yalnız 
zərərverici proqramların yaradılması, yayılması, reklamının deyil, eləcə də bu proq-
ramların yaradılması üçün təlimatlar verilməsini də cinayət hesab edir. ( sveçrə CM 
maddə 144bis)
1
 
Ə
gər kompüter və kompüter sistemlərinə  daxil olma, kompüter sabotajı, məlu-
matların məxfiliyinin pozulması, kompüter dələduzluğu haqqında məsuliyyəti müəy-
yən edən  qanunvericiliyi bütövlükdə nəzərdən keçirsək, əksər inkişaf etmiş dövlət-
lərin  cinayət  qanunvericilikləri  bu  və  ya  digər  səviyyədə  bütün  sadalanan  əməlləri 
nəzərdə  tutur.  Bununla  belə  bir  çox  kibercinayətlərin  başlanğıcını  götürdüyü 
məlumatlara qanunsuz daxil olmaya görə məsuliyyəti müəyyən edən normaların eyni 
vəziyyətləri, yəni vurduğu ziyanın ağırlığından asılı olmayaraq məlumatlara  istənilən 
səlahiyyətsiz girişin qanunsuz hesab olunmasını əks etdirmələri vacibdir. Əks halda 
kibercinayətkarlığın transsərhəd xarakteri belə qanuna zidd əməlləri törədən şəxslərin 
qanunvericiliklərdəki  bu  fərqlərdən  istifadə  edərək  məsuliyyətdən  yayına  bilməsinə 
imkan verəcəkdir. Bundan başqa terminologiyada, qanunverici konstruksiyalarda və 
kibercinayətlərin  tərkib  əlamətlərində  ciddi  fərqlərin  mövcudluğu  cinayətlərin 
araşdırılmasında  və  cinayətkarın  məhkəmə  təqibində  problemlər  yaradır.  Beləliklə, 
kibercinayətkarlıqla,  xüsusilə  böyük  maliyyə  itkilərinə  səbəb  olan  iqtisadi 
kibercinayətkarlıqla,  kompüter  sabotajı,  zərərverici  proqramların  yayılması  ilə 
effektli  mübarizə  üçün  kompüter  və  kompüter  sistemlərinə  qanunsuz  olaraq  daxil 
olma,  kompüter  dələduzluğu,  kompüter  sistemlərinin  işinə  müdaxilə  haqqında 
normaların unifikasiya edilməsi zəruridir.  
 
 
 
 
 
                                                           
1
 http://www.admin.ch/ch/d/sr/311_0/a143.html
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə