Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

89 
 
Budapeşt  Konvensiyası  qəbul  olunmasından  3  il  sonra  qüvvəyə  minmişdir.  Lakin 
hələ  də  Avropa  dövlətlə  rinin  qanunvericiliklərində  unifikasiya  istiqamətində  ciddi 
dəyişikliklər baş verməmişdir. Çünki Konvensiyanın qüvvəyə minməsi üçün onun 5 
dövlət tərəfindən ratifikasiya olunması zəruri idi ki, bu dövlətlərdən də minimum 3-ü 
Avropa Şurasının üzvü olmalı idi. Budapeşt Konvensiyası 2003-cü ildə imzalansa da 
37  dövlətdən  yalnız  4-ü  -  Albaniya,  Xorvatiya,  Macarıstan  və  Estoniya  tərəfindən 
ratifikasiya  olundu.  2004-cü  ilin  18  mart  tarixində  Litvanın  da  bu  siyahıya  daxil 
olması ilə həmin ilin 1 iyul tarixində Konvensiya qüvvəyə mindi.  
Yuxarıda  sadalanan  problemlərə  baxmayaraq  ABŞ,  taliya,  Almaniya  və  s. 
kimi  ölkələr  də  var  ki,  kibercinayətkarlıq  haqqında  qanunvericilikləri  kifayət  qədər 
yaxşı formalaşdırılmış, həmçinin praktikada da tətbiq edilir.  
Avropa, Asiya və Amerika dövlətlərinin cinayət qanunvericiliklərinin növbəti 
müqayisəli  təhlili  ayrı-ayrı  ölkələrin  kibercinayətkarlıqla  mübarizə  problemini  milli 
səviyyədə necə həll etdiklərini ətraflı nümayiş etdirir.                      
Ölkə  qanunvericiliklərinin  müqayisəli  təhlili  yuxarıda  qeyd  olunmuş  milli 
qanunvericiliklərdə  edilmiş  dəyişikliklərin  təsnifatı  əsasında  formalaşdırılmışdır. 
Lakin  burada  hüquq  normaları  törədilmiş  qəsdin  obyektinə  görə  təhlil  edildiyindən 
daha ətraflı xarakter daşıyır. 
Təhlilin  bu  üsulu  daha  məqsədə  uyğun  hesab  olunur.  Belə  ki,  bu  üsul 
aşağıdakıları ayrı-ayrılıqda ətraflı təhlil etməyə imkan verir: 
- məlumatların məxfiliyinin qorunması haqqında normalar; 
- kompüter  və  kompüter  şəbəkələrinə  səlahiyyətsiz  daxil  olmağa  görə 
məsuliyyət haqqında normalar; 
- kommersiya sirrinin qorunması haqqında normalar; 
- kompüter  və  kompüter  şəbəkələrinin  sabotajdan  müdafiəsi  haqqında 
normalar; 
- iqtisadi kibercinayətlər haqqında normalar; (xüsusilə kompüter dələduzluğu); 
- göstərilən  normalarda  öz  əksini  tapmış  və  kibercinayətkarlığın  müxtəlif 
növlərinin qarşısının alınmasına yönəlmiş digər hallar. 


90 
 
Təhlilin  əsası  kimi  digər  kriteriyalarda  götürülə  bilər.  Məsələn:  ölkələrin 
kibercinayətkarlıqla mübarizəyə yönəlmiş cinayət hüquq normalarının həcminə görə 
aşağıdakı bölgüsü aparıla bilər. 
- kifayət dərəcədə yaxşı formalaşdırılmış və həcmli xüsusi qanunvericiliyi olan 
dövlətlər; 
- kibercinayətkarlıqla mübarizəyə yönəldilmiş az saylı normalara malik dövlət-
lər və ya göstərilən əməllərin cinayət təqibinin “köhnə”, artıq mövcud normalar əsa-
sında həyata keçirildiyi dövlətlər; 
- kibercinayətlər və kompüter cinayətləri haqqında xüsusi cinayət qanunverici-
liyinə  malik  olmayan,  həmçinin  kibercinayətlərə  görə  inzibati  məsuliyyətin  nəzərdə 
tutulduğu dövlətlər; 
Milli  cinayət  qanunvericiliklərinin  müqayisəli  təhlilini  çətinləşdirən  hal  isə 
məhz  bəzi  dövlətlərdə  kibercinayətkarlıq  haqqında  xüsusi  normaların  olmamasıdır.  
Lakin  mütəxəssislər  qeyd  edirlər  ki,  həmin  dövlətlərdə  bu  cinayət  əməllərinin 
araşdırılması  “köhnə”  normalar  əsasında  aparılır.  Məsələn,  kibercinayətkarlıqla 
mübarizə  sahəsində  qanunvericiliyin  tədqiqi  ilə  məşğul  olan  Avropa  mütəxəssisləri 
hesab  edirlər  ki,  Finlandiyada  xidmətdən  imtina  və  ziyanverici  proqramların 
yayılması  kimi  kriminal  əməllərin  cinayət  təqibi  “Rabitənin  pozulması  haqqında 
Akt”-a (1894) uyğun olaraq həyata keçirilir.  Bu akt çox köhnə olsa da onun kommu-
nikasiya  sistemlərinin  işinin  qəsdən  pozulmasına  görə  cəza  tədbirini  (2  ilə  qədər 
azadlıqdan məhrumetmə) nəzərdə tutan normaları indiki dövrdə də aktualdır. Qanun-
vericiliyin təhlilində belə normaların mövcudluğu da nəzərə alınmalıdır. 
Qlobal telekommunikasiya sistemlərində məlumatların məxfiliyinin müdafiəsi 
haqqında qanunvericilik: Maddi obyektlərdən fərqli olaraq informasiya obyektlərinin 
qorunması  zamanı  cinayət  qanunvericiliyi  yalnız  informasiya  sahibinin  maraqlarını 
deyil, həmçinin informasiyanın məzmununun bilavasitə toxunduğu üçüncü şəxslərin 
maraqlarını  da  müdafiə  etməlidir.  Lakin  ənənəvi  cinayət  qanunvericiliyində  əsasən 
şə
xsi  həyat  haqqında  məxfi  informasiyanın  toxunulmazlığının  müdafiəsi  nəzərdə 
tutulurdu  və  bu  qanunvericilik  informasiya  texnologiyaları  vasitəsilə  məlumatların 
yeni saxlanma, toplanma və göndərilmə üsulları şəraitində informasiyanın qorunması 


91 
 
üçün  yetərli  deyildi.  Bu  isə  1970-ci  ildən  başlayaraq  ölkələrin  milli  qanunvericilik-
lərində  dəyişikliklər  etməsinə  gətirib  çıxardı.  Bu  dəyişikliklərin  çox  hissəsi  inzibati 
qanunvericilikdə  olsa  da,  telekommunikasiya  şəbəkələrində  və  kompüterlərdə 
saxlanılan  məlumatların  məxfiliyinin  pozulmasına  görə  cinayət  məsuliyyətini 
müəyyən  edən  qanunlar  da  qəbul  edilmişdir.  Müxtəlif  dövlətlərin  bu  cinayət 
qanunvericilikləri  bir-birindən  kəskin  şəkildə  fərqlənirlər.  Buna  isə  ayrı-ayrı 
dövlətlərdə  məxfiliyin  pozulması  üzrə  cinayət  məsuliyyətinə  səbəb  olan  əməllərin 
fərqli qiymətləndirilməsi və cinayət qanunvericiliyin bu məxfiliyin müdafiə olunma-
sında  oynamalı  olduğu  roldan  asılıdır.  Məsələn,  Almaniyada  elektron  və  eləcə  də 
digər  daşıyıcılarda  saxlanılan  məlumatların  məxfiliyinin  pozulmasına  görə 
məsuliyyət  üçün  ayrıca  olaraq  CM-nin  202a  maddəsi  nəzərdə  tutulmuşdur.  Bu 
maddədə açıq aydın onun yalnız bu növ məlumatlara aid edildiyi göstərilmişdir. Bu 
maddə şəxsi həyata dair sirrlərin və toxunulmazlıqların pozulmasını nəzərdə tutan 15 

-li bölməyə daxil olmaqla qeyri-qanuni şəkildə onlar üçün nəzərdə tutulmayan və 
xüsusi qorunan məlumatları əldə etmiş şəxslər üçün məsuliyyəti müəyyən edir.  
Finlandiyanın  CM-sində  elektron  məlumatların  qorunmasına  yönəldilmiş  üç 
maddə (CM, fəsil 28, maddə 1,2,3) nəzərdə tutulmuşdur. 3-cü maddə birbaşa olaraq 
kompüter  məlumatlarının,  o  cümlədən  elektron  poçtların,  kompüter  şəbəkələri  ilə 
göndərilən  məlumatların  məxfiliyinin  pozulmasına  görə  məsuliyyəti  müəyyən  edir.  
Digər 2 maddə isə ümumi xarakter daşıyaraq informasiyanın məxfiliyinin pozulması 
halında praktiki olaraq tətbiq edilir. Əksər ölkələr elektron məlumatların qorunmasını 
cinayət  qanunvericiliyində  ayrıca  maddə  kimi  qeyd  etməyərək  onu  rabitə  sirrinin 
saxlanmasının  və  ya  şəxsi  həyatın  toxunulmazlığının  bir  aspekti  kimi  nəzərdən 
keçirir. Belə ki,  spaniya CM-sində bu hal şəxsi məlumatların, o cümlədən elektron 
şə
kildə  -  məsələn,  elektron  poçtda  saxlanılan  məktubların,  telekommunikasiya  və 
digər  kommunikasiya  sistemləri  vasitəsilə  ötürülən  məlumatların  aşkara  çıxarılması 
və yayılmasına görə məsuliyyət şəklində öz əksini tapır. Bundan başqa  spaniya CM-
nin  200-cü  maddəsi  göstərilən  vəziyyətləri  hüquqi  şəxslərin  informasiyasına  da  aid 
edir.  Ümumiyyətlə,  məlumatların  məxfiliyi  və  onun  qanunsuz  ələ  keçirilmədən 
qorunması  haqqında  normalar  elə  formalaşdırılmışdır  ki,  onlar  telekommunikasiya, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə