Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

92 
 
eləcə də digər rabitə sistemləri vasitəsilə göndərilən məlumatların məxfiliyinin müda-
fiəsinə istiqamətlənmişlər. 
Kompüter  və  kompüter  şəbəkələrinə  səlahiyyətsiz  daxil  olma:Daha  öncə  də 
qeyd  edildiyi  kimi  ölkələrin  cinayət  qanunvericiliklərində  edilən  islahatların  ikinci 
istiqaməti  (1980-ci  ildən  başlayaraq)  olmaqla  həyata  keçirilməsinin  əsas  səbəbi 
yüksək  texnologiyalar  sferasında  iqtisadi  cinayətlərinin  miqyasının  genişlənməsi 
olmuşdur.  Cinayət  qanunvericiliyinə  bu  dəyişikliklərin  edilməsini  kibercinayətkar-
lığın yeni formalarının yalnız cinayət-hüquqi müdafiənin ənənəvi obyektlərinə deyil, 
elektron hesablar, kompüter proqramları, elektron sənədlər kimi yeni “duyulmayan” 
obyektlər üçün də təhlükə yaratması zəruri etmişdir. 
Kibercinayətkarlığın yeni formaları həmçinin ənənəvi cinayət əməllərinin törə-
dilməsinin yeni formalarını - məsələn, insanların aldadılması yerinə kompüter sistem-
lərinin “aldadılması”nı da nəzərdə tuturdu. Dəyişikliklər 2 yolla həyata keçirilmişdir: 
1-ci  bir  sıra  dövlətlər  “köhnə”,  yəni  artıq  mövcud  normaların  fəaliyyət  dairəsini 
genişləndirmiş,  digərləri  bilavasita  və  ya  dolayısı  ilə  kompüter  vasitəsilə  törədilən 
iqtisadi  cinayətlər  haqqında  xüsusi  qanunlar  qəbul  etmişlər.  1980-ci  illərin 
ə
vvəllərində  bu  qanunlar  əsasən  kompüter  dələduzluğu  haqqında  qanunlar  olsa  da, 
daha  sonralar  bu  cinayətlərin  siyahısı  kompüter  sabotajı,  cəsusluq,  kompüter    və 
kompüter  sistemlərinə  qanunsuz  daxil  olma  kimi  əməllər  hesabına  genişlənmişdir. 
Nəticədə  məhz  kompüter  sistemlərinə və kompüterlərə  qanunsuz  daxil olmaya  görə 
məsuliyyəti nəzərdə tutan qanunvericilik iqtisadi kibercinayətlərin qarşısının alınması 
üçün  “baza”  hesab  olunmağa  başladı.  Buna  səbəb  isə  iqtisadi  kibercinayətlərin  çox 
hissəsinin  “kənardan”,  səlahiyyətsiz  şəxslər  tərəfindən  qeyri-qanuni  daxil  olmaqla 
törədilməsi oldu.  
Kompüterlərin  kəşf  olunmasına  qədər  də  cinayət  qanunvericiliyinin  yazış-
maların,  telefon  və  teleqraf  əlaqəsinin  məxfiliyini  qoruyan  normaları  mövcud  idi. 
Yüksək texnologiyaların inkişafı ilə kompüterlərin bazasında saxlanılan məlumatların 
qorunması zəruriliyi, “rabitə sirri, məxfiliyi” anlayışını genişləndirməyi tələb etdi. Bir 
çox dövlətlərdə kompüter və kompüter şəbəkələrini mövcud cinayət-hüquq normaları 
vasitəsilə hücumlardan müdafiə etmək qeyri-mümkün idi. Belə ki, bir çox dövlətlərin, 


93 
 
məsələn,  Almaniya,  taliya,  Hollandiya,  ABŞ-ın  məlumatların  ələ  keçirilməsi 
haqqında  ənənəvi  qanunları    yalnız  şifahi  əlaqənin  ələ  keçirilməsinə  və  daha  çox 
rabitə  sirrinin  cinayət-hüquqi  mühafizəsinə  istiqamətləndirilmişdir.  Bununla  yanaşı 
xüsusi mülkiyyətin sərhədlərinin pozulmasına görə məsuliyyət haqqında normalar da 
istifadə  oluna  bilmirdi.  Beləliklə,  kompüter  məlumatlarına  qanunsuz  daxil  olma 
hallarının  getdikcə  artması  kompüter,  kompüter  məlumatları  və  sistemlərinə 
səlahiyyətsiz daxil olma və ya onların qanunsuz istifadəsi  haqqında yeni qanunların 
qəbul  olunmasına  gətirib  çıxardı.  Bu  qanunlar  Avstraliya,  Kanada,  Danimarka, 
Almaniya, Finlandiya, Fransa, Hollandiya, Norveç,  spaniya,  sveç, Böyük Britaniya, 
sveçrə,  ABŞ-da  qəbul  edilmişdir.  Sonralar  qanunsuz  olaraq  daxil  olmaya  görə 
məsuliyyəti müəyyən edən belə qanunlar Belçika və Yaponiyada da qəbul olundu.  
Lakin bəzi ölkələrdə belə əməllər kriminallaşdırılmamışdır. Məsələn Avstriya. 
Avstriyanın 2000-ci ildə qəbul olunmuş “Məxfi məlumatlar haqqında Akt”-nın   52-ci 
maddəsində  məlumatlara  qanunsuz  daxil  olmaya  görə  inzibati  məsuliyyət  müəyyən  
olunmuşdur.  Qanunsuz  daxil  olma  halını  kriminallaşdıran  normalar  isə  mahiyyət 
etibarı ilə fərqlidirlər. Belə ki, Danimarka,  ngiltərə, Yunanıstan, ABŞ-ın bir çox ştat-
larında  məlumatlara  istənilən  qanunsuz  daxil  olma  kriminal  xarakter  daşıyır.  Digər 
ölkələrdə  -  Almaniya,  Hollandiya,  Norveçdə  cinayət  məsuliyyətini  müəyyən  edən 
normalar yalnız təhlükəsizlik tədbirləri ilə qorunan və ya xüsusi nəzarət altında olan, 
o  cümlədən  qanunla  qorunan  məlumatlara  qanunsuz  daxil  olma  halı  baş  verdikdə 
tətbiq edilir. Məlumatlara səlahiyyətsiz daxil olma halının cinayət hesab olunmasının 
şə
rtlərinə aşağıdakılar aid edilir: 
- cinayətkarın  zərər  vurmaq  niyyəti  (Kanada,  Fransa,  srail,  Yeni  Zellandiya, 
Ş
otlandiya); 
- informasiyaya zərərin vurulması, dəyişdirilməsi və ya daha sonrakı istifadəsi 
məqsədilə informasiyanın ələ keçirilməsi (ABŞ-ın bəzi ştatları); 
- informasiyaya istənilən minimal zərərin vurulması ( spaniya). 
Bəzi    ölkələr  –  məsələn  Böyük  Britaniya  bu  yanaşmaları  kombinasiya  edib 
“sadə”  qanunsuz  daxil  olma  və  ixtisaslaşdırılmış  qanunsuz  daxil  olmanı  kriminal-
laşdırır. Misal kimi Böyük Britaniyanın 1990-cı il tarixli “Kompüterdən sui-istifadə 


94 
 
halları haqqında Akt”-nı göstərə bilərik. Bu aktın 1-ci paraqrafında  “kompüter məlu-
matlarına  səlahiyyətsiz  daxil  olma”-ya  görə  məsuliyyət  müəyyən  edilmişdir.  Bu 
paraqrafda kompüterlərdən onların hər hansı funksiyasını yerinə yetirmək, hər hansı 
proqrama daxil olmaq və ya məlumatı əldə etmək məqsədilə qanunsuz istifadə etmə 
nəzərdə  tutulur.  Bu  “sadə”  daxil  olma  hesab  olunur.  “Kompüterdən  sui-istifadə 
halları  haqqında  Akt”-ın    2-ci  paraqrafı  “digər  cinayətləri  törətmək  məqsədilə  səla-
hiyyətsiz daxil olma”-ya görə məsuliyyəti nəzərdə tutur. Bu isə ixtisaslaşdırılmış tip 
daxil  olma  hesab  olunur.  Bu  məsuliyyət  həm  cərimə  şəklində,  həm  də  6  aya  qədər 
azadlıqdan  məhrum  etmə  şəklində  tətbiq  edilir.  Daha  ciddi  cinayətlərdə  hətta  5  ilə 
qədər azadlıqdan məhrum etmə müəyyən edilə bilər.
1
 
Ticarət və sənaye sirrinin mühafizəsi: Qanunvericilikdə informasiya mülkiyyət 
hesab  olunsa  da  ənənəvi  normalarda  mülkiyyətin  oğurlanması  halı  kimi  əmlakın  və 
ya  əmlaka  olan  hüququn  cinayətkarın  və  ya  üçüncü  şəxsin  xeyrinə  geri  qaytarıl-
mamaq şərtilə ələ keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı mülkiyyətçini əmlak-
dan məhrum etmə və onu öz xeyrinə istifadə etmə mütləq hal kimi nəzərdən keçirilir. 
Kommersiya  və  sənaye  sirrlərinin  oğurlanması  halının  fərqli  cəhəti  isə  onun 
kommersiya  sirrinin  mövcud  olduğu  informasiyanın  sadəcə  olaraq  sürətinin  çıxarıl-
ması  ilə  həyata  keçirilə  bilməsidir.  Məsələn,  bu  informasiyanın  cinayətkar  və  ya 
üçüncü  şəxs  tərəfindən  oxunması  onun  sahibkarın  mülkiyyətindən  çıxmasına  səbəb 
olmur. Lakin bununla belə informasiya öz dəyərini – qiymətlilik və məxfiliyini itirir.  
Ölkələrin  kommersiya  sirrinin  elektron  daşıyıcılara  daxil  olmaqla  oğurlan-
masından  qorunması  haqqında  milli  qanunvericiliklərdə  müxtəlif  terminlərdən 
istifadə  olunur.  Bu  cinayətlər  həm  “iqtisadi  cəsusluq”,  “işgüzar  cəsusluq”,  həm  də 
“ticarət  sirlərinin  oğurlanması”  kimi  adlandırıla  bilər.  Normaların  konstruksiyası  və 
yerləşməsi  də  müxtəlifdir.  Bu normalar  daha  çox biznes  və  ya  bazar  əleyhinə  cina-
yətlər bölməsində (Finlandiya,  spaniya) və ya kompüter və telekommunikasiya cina-
yətləri  bölməsində  qeyd  edilirlər.  Cəsusluq  və  kommersiya  sirrinin  elektron  qəsd-
lərdən qorunmasına xidmət edən qanunvericiliyə ən yaxşı nümunə istehsal sirrlərinin 
cinayət  hüquqi  mühafizəsi  haqqında  ABŞ  qanunvericiliyidir.  Bu  normalar  ABŞ 
                                                           
1
 URL:http://www.hmso.gov.uk/acts/acts1990/Ukpga_19900018_en_1.htm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə