Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

II. Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır: 

1) Bütün nəqliyyat vasitəsi sürücülərinə və piyadalara aid olan siqnallar: 

a) "Diqqət. Hərəkət dayandırılsın" siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə 

və piyadalara hərəkətlərini davam etməyə icazə verir; 

b) "Müəyyən istiqamət üzrə hərəkət" siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin və 

piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düzünə, relssiz nəqliyyat vasitələrinin 

düzünə və sağa hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir

v) "Sola dönmə" siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz nəqliyyat 

vasitələrinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn nəqliyyat vasitələrinə sağa dönməyə, arxa 

tərəfindən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn nəqliyyat vasitələrinin 

hərəkətini isə qadağan edir; 

2) Konkret nəqliyyat vasitəsi sürücüsünə və piyadaya aid olan siqnallar: 

a) "Sürəti azaldın" siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə 

sürücüdən öz nəqliyyat vasitəsinin sürətini azaldılmasını tələb edir; 

b) "Sürəti artırın" siqnalı nizamlayıcı əli ilə üfiqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, 

hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz nəqliyyat vasitələrinin sürətini artırmaq, piyadalardan isə yolu 

keçməsini tezləşdirməyi tələb edir

v) "Dayanın" siqnalı nizamlayacı tərəfindən hər hansı nəqliyyat vasitəsinə tərəf yönəldilmişdirsə, onun 

sürücüsündən öz nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında dayandırmasını tələb edir. 

III. Müstəsna hallarda (yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin 

görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından 

fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər. 

IV. Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər. 

V. Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən 

siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq 

düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıq saçan və yaxud işıq verən olmalıdır. 



Maddə 59. Svetoforun siqnalları 

I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. 

Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). 

II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti 

şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola 

bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. 

III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 

1) yaşıl rəngli işığın yanması -- bu siqnal hərəkətə icazə verir; 

2) yaşıl rəngli işığın yanıb- sönməsi -- bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə 

qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo 

tətbiq edilə bilər); 

3) sarı rəngli işığın yanması -- bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 

4) sarı rəngli işığın yanıb-sönməsi -- hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin 

olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 




5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi -- bu siqnal hərəkəti qadağan edir; 

6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması -- bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın 

yanacağını bildirir. 

IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası 

ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola 

dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə 

verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı 

istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. 

V. Svetoforun əsas yaşıl işığının üstünə qara konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə svetoforun əlavə 

bölməsinin olduğunu bildirir və əlavə bölmənin işığında göstəriləndən fərqlənən digər istiqamətlərdə hərəkətə icazə 

verir. 

VI. Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil 



edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini 

qadağan edir. Velosipedçilərin hərəkətini nizamlamaq üçün həmçinin dairəvi işıqları olan kiçik ölçülü 

svetoforlardan da istifadə edilə bilər; həmin svetoforlara üzərində qara rəngli velosiped təsviri olan 200200 mm 

ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə olunur. 

VII. Kor piyadalara yolun hərəkət hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün svetoforun işıq siqnallarına 

səs siqnalı da əlavə edilə bilər. 

VIII. Yolun hərəkət hissəsinin zolaqları ilə, xüsusən hərəkət istiqaməti əks tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat 

vasitələrinin hərəkətini nizamlamaq üçün belə yollarda qırmızı rəngli X formalı siqnalı və aşağı yönəldilmiş 

oxşəkilli yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu siqnallar onların altında yerləşən zolaqda hərəkəti 

müvafiq sürətdə qadağan edir və ya ona icazə verir. Qarşılıqlı svetoforun əsas siqnallarına diaqonal üzrə aşağı sağa 

və ya sola istiqamətləndirilmiş oxşəkilli sarı siqnal əlavə edilə bilər; onun yanması siqnalın dəyişəcəyini və oxun 

göstərdiyi zolağa keçməyin zəruriliyini bildirir. Hər iki tərəfdən 1.9 nişanlama xətti olan zolağın üzərində asılmış 

qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmək qadağandır. 

IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin 

nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün "T" hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan 

birrəngli siqnal svetoforları tətbiq edilə bilər. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir və 

ya bir neçə siqnal -- hərəkətə icazə verir. Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal yananda -- sola, ortadakı 

yananda -- düzünə, sağdakı yananda -- sağa hərəkət etməyə icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal yanırsa, 

hərəkət qadağandır. 

X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən keçib getməsinə icazə 

verir. Yanıb-sönən ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda görmə sahəsi həddində keçidə yaxınlaşan qatarın 

(lokomotivin, drezinanın) olmadığı halda hərəkətə icazə verir. 

XI. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı 

olmadan onların ərazisində yerləşən yollarda svetoforlar qurmaq qadağandır. 

XII. Yollarda svetoforların qurulması və onların lazımi vəziyyətdə işləməsinə nəzarət Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

XIII. Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar. 

Maddə 60. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi 

I. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. 

II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 

yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi 

qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə