Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

yanağına tökülüb sifətinə yayılırdı. Mən onun kədərinə şərik olmuş halda 
Ninonun qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını 
silmirdi, dodaqları isə payız yarpağı kimi əsirdi. Onun əllərini ovuclarımın 
içinə aldım. Əlləri soyuq cansız və kiçilmiş idi. Onun yaşlı gözlərindən 
öpdüm və o, fikirli şəkildə mənə baxdı. 
  -  Nino, - deyə qışqırdım. Nino sənə nə olub? 
  O, əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı 
salanda, əlinin üstündə diş yerləri aşkar görünürdü. 
  -  Əli xan, mən sənə nifrət edirəm. 
  Onun səsində dərin bir dəhşət hiss olunurdu. 
  -  Nino, sən xəstələnmisən? 
  -  Yox, mən sənə nifrət edirəm. 
  O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın 
gözlərinə bənzəyirdi. Nino, tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş 
qanlı çiyinlərimə vahimə ilə baxırdı. 
  -  Nino, nə olub axı? 
  -  Mən sənə nifrət edirəm. 
  O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini 
dizlərinə dayadı. Onun göz yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə 
bir yabançıya baxan kimi mənə baxdı. De görüm nə etmişəm, Nino? 
  O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı: 
  -  Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində 
idim. Biz çay içirdik, bir ara Hollandiya konsulu bizi Top meydanındakı 
evinə dəvət etdi. O, Şərqin barbar dini mərasimlərini bizə göstərmək 
istəyirdi. Biz pəncərənin qabağında dayanıb yanımızdan keçən 
təəssübkeşlərin dalğasını seyr etməyə başladıq. Mən şeypur səsini eşitdim 
və vəhşiləşmiş sifətləri gördüm. Ürəyim bulandı. Konsul “işgəncə 
çılğınlığı” deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. 
Biz birdən-birə vəhşi qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-
cındır içində olan bir dərvişin özünü atın ayaqları altına atdığını gördük. 
Və sonra... Sonra konsul əlini uzadıb təəccüblə dedi: “Bu, o...?” lakin o, 
cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində 
sinə döyən və zəncirlə kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O 
yerli sən idin, Əli xan! Mən fanatik bir barbarın arvadı olduğum üçün 
utanıb yerə girdim. Mən sənin bütün hərəkətlərini izləyirdim və konsulun 
acıyan baxışlarını hiss edirdim. Ondan sonra oturub çay içdik və yaxud 
yemək yedik – dəqiq yadımda qalmayıb. Mən güc-bəla ilə özümü orada 
saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin qabağında 
durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


fanatik barbarların arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa 
bilməyəcəyəm. 
  O, susdu və kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz 
vətənimi və dincliyimi gözəgörünməzdə tapmaq istəyirdim. 
  -  İndi nə olacaq, Nino? 
  -  Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəcəyik. Mən buradan çıxıb 
uzaqlara getmək istəyirəm. Elə bir yerə getməliyəm ki, Top meydanındakı 
dəlini bir də görməyim və təkrarən sənin üzünü görməyim. Əli xan, burax 
məni çıxım gedim. 
  -  Sən haraya gedəcəksən, Nino? 
  -  Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu. 
  -  Axı sən nə üçün belə elədin? 
  -  Sənə görə, Nino, amma sən bunu başa düşməzsən. 
  -  Yox, - deyə həyəcanlı şəkildə Nino cavab verdi –  mən buradan o qədər 
yorulmuşam ki, çıxıb getmək istəyirəm. Bu çirkin Asiya mənə əzab verir. 
  -  Məni sevirsənmi? 
  O, tərəddüdlə: “hə” deyə cavab verdi və əllərini dizlərinin üstünə qoydu. 
Mən onu qucağıma alıb yataq otağına apardım. Onu soyundurub yerinə 
qoydum, O, dərin bir qorxu içində qarmaqarışıq şeylər söyləyirdi. 
  -  Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə 
gedəcəyik. O, yorğun halda başını tərpətdi və gözlərini yumdu. 
  Yuxuya dalarkən əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun 
yanında oturub ovucumun içiylə onun qəlbinin döyüntüsünü dinlədim. 
Sonra mən də soyunub onun yanına uzandım. Onun bədəni isti idi. O, uşaq 
kimi sol böyrü üstündə, dizlərini büküb, başını yorğanın altına salıb 
yatmışdı. 
  Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, 
hamamxanaya doğru getdi. Orada suyu şıppıldada-şıppıldada yuyunurdu, 
lakin mənim oraya girməyimə izin vermədi... Oradan çıxandan sonra 
gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində məlhəmlə dolu bir 
qab var idi. O, təqsirini başa düşən adam kimi məlhəmi kürəyimdəki 
yaralara sürtdü. Sonra nəzakətlə dedi: 
  -  Sən özünü yox, məni döyməli idin, Əli xan. 
  -  Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq 
gücüm qalmamışdı. 
  O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla 
çayını içirdi və pərt halda bağçaya baxırdı. Sonra birdən-birə gözlərimin 
içinə baxıb dedi: 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  -  Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda 
qaldığım müddətdə də nifrət edəcəyəm. Nə edim, mən bunu tərgidə 
bilmərəm. Biz ayağa durduq. Bağçaya keçib fəvvarənin yanında oturduq. 
Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. Sonra atamın kareti 
gurultu ilə həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino başını 
yana əydi və ürkəkcəsinə dedi: 
  -  Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm. 
  Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa 
başladıq. Sonra hovuza əyilib, hovuzdakı suda əksimizə tamaşa etdik. 
Nino əlini suya saldı və əksimiz balaca dalğalarda pozulub getdi. 
  -  Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və 
onun qəribə adamlarına nifrət edirəm. Elə ki, evimizə çatdıq, hər şey 
sürətlə keçib gedəcək. 
  O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra 
başını qaldırdı. Su damlaları onun yanağından və çənəsindən süzülürdü. 
  -  Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay 
qalıb – deyə Nino sözünü bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən 
onun üzünü sildim və soyuq yanaqlarını öpdüm. O da güldü. 
  İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan 
düzənliyindən keçib, neft qüllələrinin əhatəsində və düşmənin işğalı 
altında və işgəncələrə məruz qalan Bakıya tərəf irəliləyən alaylardan asılı 
idi. 
  Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, 
onu tez evin içinə apardım. Sonra qrammofonu gətirib Qunonun “Faust” 
operasından bir ariya çaldırdım. Bu, ən uca səsli val idi. Nino qorxu içində 
mənə sarılarkən, mefistofelin qödrətli bas səsi uzaqlardan gələn şeypurun 
sönük səsini və “Şaxsey-Vaxsey” səslərini batırırdı. 
   
   
  XXVII 
   
  Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı 
tutdu. Bu xəbər bazarlara, çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki 
son rus müdafiəçiləri ac-yalavac Bakıdan qaçıb dənizi aşmış, İran və 
Türküstana getmişdilər. Şəhərin qədim qalasının üzərində ağ hilallı 
qırmızı Türk bayrağı müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin 
Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran qəzetlərində yazılar çap 
etdirmişdi. Əmim Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni 
zamanda bununla ingilislərin qılığına girmək istədiyi üçün Tehran 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə