Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

  Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. 
İkimizin də damarlarında turan qanı axır. Bəlkə də ona görə Xəlifənin 
ayparalı bayrağının altında ölmək daha asandır. 
  Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi: 
  - Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan 
qanımı deyirsən? Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az 
unudursan. Get Altay dağlarına, hətta daha uzaqlara, get Sibir hüdudlarına 
kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə danışan, bizim 
qanımızdan olan, bizim kimi türklər. Amma Allah onları yolundan 
azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, torpağa, bütlərə 
sitayiş edirlər. Su ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-
Tengriyə səcdə edirlər. Əgər günlərin birində oralarda yaşayan yakutlar və 
yaxud altaylılar qüvvətlənib bizə qarşı müharibə elan edərlərsə, onda biz 
şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin qələbəsinə 
sevinməliyik? 
  - Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. 
Türklərə qarşı vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmməd 
Peyğəmbərin adı ilə biz çarın xaçını xəlifənin ayparalı bayrağına qarşı 
müdafiə etməliyik? Axı nə etməliyik, Seyid? 
  Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi: 
  - Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm. 
  Seyid Mustafa dəhşətli iztirab içində idi. 
  Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his 
eləyərək yanırdı. Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng 
naxışlarını işıqlandırırdı. Bu namaz xalçası qatlanıb yola götürülə biləcək 
qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa da bu dünyaya bir səyahət 
dolayısıyla gəlmiş kimiydi. Zatən başqalarının günahlarını pisləmək Seyid 
üçün çox asan idi. On il, iyirmi il keçəcək və Məşhəddə gözə görünmədən 
və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam Rzanın 
türbəsində imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından 
xəbərdar olan bir qocanın gözlərini xatırladırdı. Əgər o, İranın yenidən 
böyük və qüdrətli bir dövlət olmasına gətirib çıxartsaydı da, yenə haqq və 
din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha batıb dünyanın 
nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. 
Seyid ona görə susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din 
astanasında tənha keşikçi olan Seyid Mustafanı mən elə buna görə çox 
istəyirdim. 
  Söhbətin mövzusunu dəyişdirmək üçün dedim: 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  - Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan 
ayırmasın. Ancaq mən bu gün səninlə o mövzuda deyil, bam-başqa şey 
haqqında danışmaq istəyirəm. 
  Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə 
məşğul idi. Başını qaldırıb gülümsədi. Onun çopur sifəti elə bil bir az da 
enliləşdi: “Dərdini bilirəm, Əli xan. Evlənmək istəyirsən” - dedi. Özümü 
itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid Mustafa ilə şiə hərbi-
siyasi gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək niyyətində 
idim. Amma Seyid, artıq indidən mənim nikahımı kəsməyə hazır olan 
molla kimi danışırdı. 
  - Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, 
evlənmək istəməyimin sənə nə dəxli var? 
  - Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun 
üçün də evlənmək istəyinin bir az da olsa mənə dəxli var. Sən məndən 
xoşu gəlməyən xristian Nino ilə evlənmək istəyirsən? Elədir mi? 
  - Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna? 
  Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi: 
  - Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də 
ən vacib odur ki, bəyəndiyin qızla evlənəsən. Qadının kişidən xoşu 
gəlməsi vacib deyildir. Ağıllı kişi qadının iltifatını qazanmağa səy 
göstərməz. 
  Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini 
sevməsinə lüzum varmı? Yox, çünki əkinçinin torpağı, tarlanı sevməsi 
kifayətdir. Evlən. Amma heç bir zaman yaddan çıxartma ki, qadın yalnız 
və  yalnız sadəcə bir tarladır. 
  - Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - 
deyə ondan soruşdum. 
  Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi: 
  - Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda 
yoxdur. Bunlar axı ona nəyə lazımdır? Qadının bakirə olması və çoxlu 
uşaq doğması ona yetər. 
  Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha 
məqbuldur. Bunu yaddan çıxartma, Əli xan. Mən həyəcanla oturub 
gözləyirdim ki, dindar Seyid Mustafa zəhləsi gedən bir xristian qızı ilə 
evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa başlayacaq. Lakin 
onun cavabı məni sakitləşdirdi. Bu cavab onun açıq və ağıllı insan 
olduğunu bir daha isbat edirdi. 
  Yavaşca ondan soruşdum: 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  - Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman 
olması şərtdir? 
  - Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan 
bir məxluğun dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də 
cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb heçə dönür. 
Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar. 
  Başımı razı halda yırğaladım. 
  Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun 
əllərinə bənzəyən uzun əlləri üstünü toz basmış bir kitabı rəfdən götürdü. 
Kitabın cildinə nəzər saldım. Orada farsca “Çeynabi Təvarix əl səlcuq” 
sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi. 
  Seyid kitabı açdı və dedi: 
  - Budur, səhifə 207. 
  Sonra yüksək səslə oxumağa başladı. 
  - Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat 
etdi. Onun yerinə Səlcuq taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox 
keçmədən Qiyasəddin Keyxosrov bir gürcü prinsesi ilə evləndi. Onun 
gürcü qızına məhəbbəti o qədər güclü idi ki, sikkələrin üzərində öz şəkli 
ilə yanaşı, arvadının da şəklini vurmağı əmr etdi. Bir gün alimlərlə din 
xadimləri sultanın yanına gəlib deyirlər: “Sultanın şəriətə qarşı çıxması 
düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”. 
  Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: 
“Cənabi Allah məni sizə hökmdar təyin edib. Sizin vəzifəniz də itaət 
etməkdir”. Alimlərlə din xadimləri hökmdarın sözlərindən sonra gedib 
kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin Keyxosrovun gözlərini 
açdı və o, alimləri yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən 
müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək 
vəzifəsini Allah mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: 
uzun yalı olan və sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın 
üzərində parıldayan günəş də çox sevdiyim qadındır. Dediklərim də sizin 
üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur. 
Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”. 
  Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də
vaxtı ilə Keyxosrovun etdiyini indi sən edirsən. Heç bir qanun bunu 
qadağan etmir. Gürcü qadınları da Peyğəmbərin dindar möminlərinə vəd 
etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: “Gedin onları 
alın”. 
  Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi 
balaca gözləri işıqlandı. O, iyirminci əsrin balaca bir tərəddüdünü 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə