52
UDP; şəbəkə səviyyəsində – EIGRP, ICMP, IGMP, IP, IS-
IS, OSPF, RIP; kanal səviyyəsində – Arcnet, ATM, Ether-
net, Frame relay, HDLC, PPP, L2TP, SLIP, Token ring.
Verilənlər şəbəkədə hissələrə bölünərək ötürülür. İn-
ternet vasitəsilə ötürülə bilməsi üçün həmin hissəyə alan
kompüterin ünvanı, paketin sıra nömrəsi və digər məlu-
matlardan ibarət olan idarəedici informasiya (başlıq) əla-
və edilir. İdarəedici informasiya (başlıq) əlavə edilmiş ve-
rilənlər paket adlanır.
Paketlərin formatı və həcmi, eləcə də onların internetdə
ötürülməsi və yığılması ardıcıllığı TCP/IP (Transmission
Control Protocol/Internet Protocol – ötürmənin idarə
edilməsi protokolu / şə bəkələrarası protokol) protokolları
ilə müəyyən edilir. TCP protokolu şəbəkədə iki kompüter
arasında rabitə seansının təşkilini, IP isə marşrutlaşmaya,
yəni paketlərin lazımi ünvana çatdırılmasını təmin edirlər.
Hazırda internet şəbəkəsi IP (Internet Protocol) proto-
kolunun və verilənlər paketlərinin marşrutlaşdırılması tex-
nologiyasının köməyi ilə müxtəlif arxitekturaya və to-
pologiyaya malik olan minlərlə korporativ, elmi, hökümət,
özəl və fərdi kompüter şəbəkələrini özündə birləşdirir.
2.2. İnternet ünvanlar
Verilənlərin ötürülməsi zamanı problemlərin yaranma-
ması üçün internetdə qoşulmuş hər bir kompüter unikal
IP-ünvana malik olmalıdır. IP-ünvan bir-birindən nöqtə ilə
ayrılan dörd ədəd ardıcıllığından ibarət olur. Bu ədədlərin
hər biri bir bayt uzunluğunda olur və 0-dan 255-dək qiy-
mət ala bilər. Ən soldakı ədəd ən yüksək ranqlı şəbəkənin
nömrəsi olur. Sonrakı iki ədəd nisbətən aşağı ranqlı
53
şəbəkələrin hissələrini, sonuncu ədəd isə konkret şəbəkə
kompüterini (hostu) müəyyən edir (şək.2.1).
Ümumi halda, host dedikdə digər avadanlıqlarla ünsiy-
yət üçün TCP/IP protokollarını istifadə edən istənilən
qurğu başa düşülür.
IP-ünvanlar çətin yadda saxlanıldığı üçün onların əvəzinə
şərti simvolik adlardan istifadə olunması təklif olunmuşdur.
Belə adlara domen adlar deyirlər. Domen adlar da bir-birin-
dən nöqtələrlə ayrılan hissələrdən ibarət olur. Bu hissələrin
sayı müxtəlif ola bilər. IP-ünvanlarda yüksək ranqlı hissə
solda, domen adlarda isə sağ tərəfdə yerləşir. Domen adın
ən sağında yerləşən hissəsi birinci səviyyəli domenin adı və
ya identifikatoru adlanır. Bu hissə, bir qayda olaraq, ölkələrin
domen adları ( ru – Rusiya, pl – Polşa, tr – Türkiyə, az –Azər-
baycan və s.) və ya istifadə üçün ABŞ-a məxsus olan və bey-
nəlxalq səviyyədə istifadə edilən domen adlar ( com – kom-
mersiya təşkilatları, edu – təhsil müəssisələri, gov – dövlət
təşkilatları, mil – hərbi təşkilatlar, net – fəaliyyəti şəbəkə ilə
156 . 71 . 243 . 5
Ən yüksək ranqlı
şəbəkənin nömrəsi
Şəbəkə kompüterinin,
hostun nömrəsi
Aşağı ranqlı şəbəkələrin
hissələrinin nömrələri
Şək.2.1. IP-ünvan
54
bağlı olan təşkilatlar, org – qeyri-kommersiya təşkilatları,
int – beynəlxalq təşkilatlar və s.) olur.
İnternetdə işləyən zaman istifadəçilərin daxil etdiyi
simvolik ünvan (domen ad) DNS (Domain Name System
– Domen adlar sistemi) adlanan xüsusi xidmət tərəfindən
IP-ünvana çevrilir.
2014-cü ilin əvvəlinə olan məlumata görə yuxarı səviy-
yəli domenlərin sayı 400-ü, yuxarı domen səviyyəsində
qeydiyyatdan keçmiş domen adların sayı 280 milyonu,
yuxarı domen səviyyəsi ölkə kodları olan qeydiyyatdan
keçmiş domen adların sayı 150 milyonu ötüb keçmişdir.
Qeyd olunduğu kimi, internetə qoşulmuş hər bir kom-
püter IP-ünvan və ya simvolik ünvan şəklində təqdim
olunan unikal ünvana malik olur. Lakin internetə qoşul-
muş kompüterdə olan konkret informasiya ehtiyatını (mə-
lumatı, sənədi və s. saxlayan faylı) əldə etmək üçün onun
yerləşdiyi tam marşrutu və adını göstərmək lazımdır.
Bununla yanaşı, internet vasitəsilə həmin informasiya
ehtiyatına müraciət etmək üçün əlavə olaraq ona daxil
olmaq üçün zəruri olan protokol da göstərilməlidir. İnfor-
masiya ehtiyatının adını, kompüterdəki marşrutunu,
həmin komüterin internet ünvanını və müvafiq protokolun
adını özündə birləşdirən simvollar ardıcıllığı həmin ehti-
yatın internetdə bilavasitə göstəricisi kimi müəyyən olu-
nur. Bu göstərici informasiya ehtiyatının İnternedə unikal
ünvanı olub URL (Universal Resource Locator – ehtiyat-
ların universal göstəricisi) adlanır. Ona bəzən URL-ün-
van, bəzən ehtiyatın internet ünvanı, bəzən isə sadəcə ün-
van deyirlər. Tam URL-ünvan aşağıdakı şəkildə olur:
protokol://serverin-ünvanı/marşrut/faylın adı (şək.2.2).
55
Qeyd olunmalıdır ki, elektron poçtu ünvanı URL-ün-
vanlardan fərqlənir. Belə ki, elektron poçt ünvanı “@” işarəsi
ilə ayrılan iki hissədən ibarət olur. Bu simvoldan sol tərəfdə
istifadəçinin (elektron poçtunun abonentinin) adı, sağ tərəfdə
isə onun “poçt qutusunun” yerləşdiyi poçt serverinin domen
adı (ünvanı) göstərilir: username@serverin adı (şək.2.3).
İstifadəçinin adı serverdə qeydiyyat zamanı onun özü
tərəfindən seçilən və daxil edilən şərti addır. Məsələn,
tofiq_musayev@gmail.com.
tofiq_musayev@gmail.com
Poçt serverinin
ünvanı
Şək.2.3. Elektron poçtu ünvanı
İstifadəinin
adı
http://www.science.gov.az/az/branches/physic.html
Protokol
İnformasiya ehtiyatının
(faylın) kompüterdə marşrutu
Faylın adı
Şək.2.2. URL-ünvan
Serverin
(kompüterin) ünvanı
Dostları ilə paylaş: |