18
“İnterkontinental” otelində jurnalistlər qarşısında çıxış edərək bildirdi: “Mən şad olardım ki, Dağlıq Qarabağı
Ermənistana qaytarsınlar. Mən iqtisadçı kimi hesab
edirəm ki, onlar Azərbaycandan daha çox Ermənistanla bağlıdırlar.
Mən artıq bununla bağlı təklif vermişəm və ümid edirəm ki, bu ideya həyata keçiriliəcəkdir”. Bu bəyanat Qarabağ
üzərinə bütün dünya ermənilərinin hücumu üçün ilk rəsmi siqnal oldu. A.Aqanbekyanın açıqlaması ermənilər tərəfindən
Moskva rəhbərliyinin rəsmi mövqeyi kimi qəbul olundu və onların geniş fəaliyyət üçün əl-qolunu açdı.
1987-ci ilin ikinci yarısından başlayaraq azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağda açıq şəkildə sıxışdırılır
və çıxıb getməyə məcbur edilirdilər. Bu proses yerli erməni icra və milis (polis) orqanları, qeyri-formal silahlı dəstələr
tərəfindən həyata keçirilirdi. Müqavimət göstərməyə cəhd edən dinc əhali döyülür və yaxud öldürülürdü. Daim ölüm
təhlükəsi qarşısında qalan azərbaycanlılar tədricən öz yurdlarını tərk edərək Azərbaycana pənah gətirirdilər. Dörd min
nəfərlik ilk böyük qaçqın dəstəsi Ermənistanın Quqark rayonundan 1988-ci ilin əvvəlində gəldi. Bu Ermənistan rəhbərliyi
tərəfindən həyata keçirilən “etnik təmizləmə” siyasətinin başlanğıcı idi. “Etnik təmizləmə” siyasəti ilə azərbaycanlılar
1918-1920-ci və daha sonrakı illərdə Azərbaycanın Ermənistana bağışaldığı tarixi ərazilərindən zorla çıxarılırdılar.
Ermənilər “etnik təmizləmə” ilə yanaşı ilk siyasi addımlarını da atdılar. 1988-ci ilin yanvar-fevral aylarında Xankəndində
və İrəvanda Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbləri ilə toplantı və mitinqlər başladı. 1988-ci il fevralın 13-də
Xankəndinin mərkəzi Lenin meydanında ermənilərin ilk mitinqi keçirildi. Fevralın 20-də isə Dağlıq Qarabağ
muxtariyyətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeçiliyinə keçməsi xahişi ilə Azərbaycan rəhbərliyinə rəsmi
müraciət göndərdi. Bunun ardınca isə silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra, fevralın 22-də erməni
silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən Azərbaycan türklərini gülləboran etdilər, 2 nəfər gənc
öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisə Ermənistandan gələn emissarlar tərəfindən törədildi və ermənilər silahlı
münaqişədə maraqlı olduqlarını nümayiş etdirdilər.
Fevralın 28-də isə İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıtda qanlı hadisələr törədildi.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən
təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri
N.Kryuçkov da etiraf etmişdir. Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə
Ermənistandan zorla çıxarılmış 4 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və
ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də “ölü zona”
adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də
burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı,
onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. İstintaq materiallarında
ixtişaşlara Azərbaycan türkü Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilirdi. Erməninin
bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı
erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bəzi faktlara müraciət etməyə ehtiyac vardır. Zərəçəkmiş
Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə
anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm
çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa
bildirirdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt
soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma
vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci
mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə
19
endirərək halsız vəziyyətə salmışdır”. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni
qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da
qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə
yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələr məşhur deyimi bir
daha təsdiq etdi: “ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş və yaxud öldürülmüş
həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün
yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy
formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və
Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama
perspektivlərini heçə endirməyə çalışırdılar. Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan
cənubda Azərbaycan türklərinin yaşadıqları Mehmandar kəndinin 4 sakini qətlə yetirildi, martın 25-də Ararat rayonunun
kəndlərində 100-dən artıq ev yandırıldı, əhalisi qovuldu. Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərinə hücumlar
adi hal aldı.
Vəziyyətin gərginləşməsi Moskva rəhbərliyini bəzi addımlar atmağa məcbur etdi. Münaqişə zonasına əlavə hərbi
qüvvələr yerləşdirildi. Fevralın sonunda Azərbaycan və Ermənistanda Moskvanın hərbi qüvvələrinin sayı 13 min nəfərə
çatdırıldı. Təxminən həmin vaxtda Ermənistan ərazilərində ilk hərbləşdirilmiş dəstələr yaradıldı. Bu dəstələr İrəvanda
fəaliyyət göstərən və beynəlxalq erməni terror təşkilatlarının dəstəyi ilə yaradılan “Qarabağ komitəsi”nə tabe idilər. Bu
Komitənin rəhbərlərindən biri sonralar Ermənistanın prezidenti olmuş L.Ter-Petrosyan idi. 1988-ci ilin yayına qədər bu
dəstələr konkret şəxsi heyəti olan mütəşəkkil birləşmələrə çevrildilər, ov və döyüş silahları ilə təmin edildilər. Eyni
zamanda Ermənistanın kənd rayonlarında sərhədboyu yaşayış məntəqələrini qorumaq adı altında silahlı “özünümüdafiə
dəstələri” yaradıldı. Bu dəstələrin hamısı vahid mərkəzdən–millətçi erməni hərəkatının liderləri tərəfindən idarə olunurdu.
1988-cı il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısı keçirildi və Azərbaycanın
tərkibindən çıxmaq haqda qərar qəbul olundu. Bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət
olunmadılar.
Ermənistanda və Dağlıq Qarabağda yaşayan Azərbaycan türkləri isə silahlı erməni dəstələri qarşısında tam
müdafiəsiz qalmışdılar. Dağlıq Qarabağda Azərbaycan türkləri aramsız olaraq erməni silahlılarının hücumlarına məruz
qalırdılar. Ermənistanda isə erməni silahlı dəstələrinin hücumları 1988-ci ilin noyabr-dekabr ayları ərzində 250 mindən
artıq Azərbaycan türkünün öz yurdlarından zorla deportasiya edilməsi ilə nəticələndi. Bu zaman dinc əhaliyə qarşı
dəhşətli vəhşiliklər törədildi, 216 nəfər, o cümlədən 57 qadın, 5 körpə və müxtəlif yaşlarında 18 uşaq öldürüldü. 1988-ci
ilin noyabrında Ermənistanın şimal-şərq hissəsindəki Vartan kəndində 12 azərbaycanlı diri-diri yandırıldı. Ermənilər
“etnik təmizləmə” siyasəti nəticəsində Azərbaycan türklərinin əsrlərlə yaşadıqları 172 yaşayış məntəqəsini, 8 min kv.km
ərazini ələ keçirdilər. Bəzi yerlərdə qalmış dinc əhali də 1991-ci ilə qədər qovulub çıxarıldılar. Azərbaycan türklərinin
yaşadıqları sonuncu kənd–Nüvədi 1991-ci il avqustun 8-də boşaldıldı. Insanlar daim onları hədələyən ölüm təhlükəsi
qarşısında öz yurdlarını tərk etməli oldular. 1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş zəlzələ zamanı da
azərbaycanlı və ermənilərin əsil mənəvi dəyərləri nümayiş etdirildi. Zəlzələdən dərhal sonra, dekabrın 11-də
Azərbaycandan xüsusi dəstə təyyarə ilə təbii fəlakət zonasına yola düşdü. Lakin köməyə gələn təyyarə Leninakan hava
limanının dispetçer heyəti tərəfindən qəzaya uğradıldı. Bu qəza nəticəsində 73 nəfər azərbaycanlı həlak oldu, yalnız bir
nəfər xilas ola bildi. Həmin şəxsi isə Ermənistanda heç bir xəstəxana qəbul etmədi, onu təcili olaraq Bakıya göndərməli
oldular. Zəlzələdən zərərçəkənlərə kömək üçün gəlmiş fransalı xilasedicilər isə daha dəhşətli hadisənin şahidi oldular.