Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

28

keçirilməsi təklifi ilə hamı razılaşdı. “Minsk konfransı” ideyası belə yarandı. Sonra Ermənistanın işğalçı  hərəkətləri ilə 



bağlı konfransı çağırmaq mümkün olmadı və “Minsk konfransı” “Misk qrupu”na çevrildi. Bu qrupun ilk sədri İtaliyanın 

xarici işlər nazirinin keçmiş müavini Mario Raffaelli oldu və onun ilk iclası Minskdə deyil, Romada keçirildi. Minsk 

qrupunun tərkibi formalaşdırıldı  və sonralar dəyişdirildi.  Əvvəllər buraya Azərbaycan , Ermənistan, Belorus, 

Çexoslovakiya, Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ daxil idilər. Sonra Çexoslovakiyanın əvəzinə 

Avstriya, Finlandiya, Norveç daxil oldular. 

Hərbi əməliyyatlarda 366-ci motoatıcı alayın və digər birləşmələrin ermənilər tərəfdən iştirakı Azərbaycanda olan 

rus hərbi hissələrinə qarşı münasibəti kəskinləşdirdi. Ona görə də Rusiya qoşunlarını Azərbaycandan çıxartmağa başladı. 

Bu şəraitdə əsasən AXC-nin təşəbbüsü ilə bir sıra hərbi hissələrin silah, sursat və texnikası tutulub saxlanıldı. 1992-ci ilin 

ilk 3-4 ayı ərzində Rusiyanın Azərbaycanda olan 4-cü ordusunun 4 reaktiv qurğusu, 14 tankı, 96 zirehli piyada maşını, 45 

digər zirehli texnikası, 2929 ədəd atıcı silahı, 836 nəqliyyat vasitəsi  ələ keçirildi. Eyni hadisələr Ermənistanda da baş 

verirdi. Rusiyanın orada yerləşdirilmiş 7-ci ordusunun komandanlığı silah arsenalının böyük hissəsini ermənilərin 

ixtiyarına verdi. Ermənilər 39 zirehli piyada maşını, 10 ədəd digər zirehli texnika, 8 “Qrad” qurğusu, 12 döyüş vertolyotu, 

6 mindən artıq tank mərmiləri və s. zəbt etdilər.  

Ermənistan 1992-ci ilin yazında hərbi qüvvələrini Şuşa istiqamətində cəmləşdirdi. İşğalçı qüvvələrə peşəkar zabit 

A.Ter-Tatevosyan başçılıq edirdi. 

 Ermənilər Azərbaycanın paytaxtında baş verən siyasi hadisələrdən öz məqsədləri üçün istifadə etməyə 

çalışırdılar. Mərkəzdəki hakimiyyət böhranı Azərbaycan silahlı qüvvələrinin durumuna mənfi təsir göstərir, döyüş 

qabiliyyətini aşağı salırdı. 1992-ci ilin aprelində polkovnik-leytenant Elbrus Orucov Şuşaya göndərildi, o, qüvvələri bir 

araya gətirərək yeni “Şuşa briqadası”nı formalaşdırmalı idi. O, həmçinin  Şuşa, Laçın, Qubadlı, Zəngilanın komendantı 

təyin olunmuşdu. Onun səyləri heç bir nəticə vermədi. 1992-ci il mayın əvvəlində Şuşa qarnizonunun şəxsi heyəti 1500 

nəfərdən ibarət olmalı idi, lakin onların yarıdan çoxu Müdafiə naziri R.Qazıyevin  əmri ilə ezamiyyət və  məzuniyyətə 

göndərilmişdi.  Şəhərdə yalnız  Şuşa briqadasının qərargahı, reyd dəstəsi, “Səbayıl” tank taburu, 5 rayondan gəlmiş 

könüllülərin dəstələri, yerli milis (polis) qüvvələri qalmışdı. Ermənistan böyük canlı qüvvə  və texnika ilə mayın 7-də 

axşam  Şuşa üzərinə hücuma başladı.  Şəhərin az saylı müdafiəçiləri ağır döyüşlərdən sonra səhərisi gün Lıseqor 

aşırımından Laçına doğru geri çəkilməli oldular. Şuşa döyüşü bir gün davam etdi və hər iki tərəfdən 250-ə qədər adam 

öldü. Ermənilər öz itgilərinin 58 nəfər olduğunu bildirirdilər. Azərbaycan tərəfindən isə 159 nəfər həlak olmuş, 22 nəfər 

itgin düşmüşdü. Şuşanı son tərk edənlərin içərisində sonralar məşhur çeçen səhra komandiri olmuş Şamil Basayev də var 

idi. O, ANS telekanalına verdiyi müsahibəsində bildirirdi: “Şuşanı taleyin hökmünə buraxmışdılar. 700-ə yaxın erməni 

hücuma keçmişdi. O cür güclü qarnizon və o qədər silahla, həmçinin  şəhərin strateji mövqeyini nəzərə almaqla 100 

nəfərlik qüvvə  şəhəri  ən azından bir il müdafiə edə bilərdi. Amma təşkilatçılıq yox idi...”. Sonrakı günlər  ərzində 

ermənilər hücumu davam etdirərək mayın 18-də Laçını  ələ keçirdilər. Laçın üzərinə hücum həm  Şuşa, həm də 

Ermənistanın Gorus rayonu tərəfdən təşkil edilmişdi. Laçının 3 min nəfərdən artıq müdafiəçisi var idi. Lakin müdafiə 

təşkil olunmadığına görə heç bir müqavimət göstərilmədi, heç itgi də olmadı. Ermənilər Laçını tutmaqla Dağlıq 

Qarabağdan Ermənistana 20 km enində  dəhliz  əldə etdi. Ermənistan eyni zamanda Naxçıvanın Sədərək rayonunda 

Azərbaycan-Türkiyə sərhədinin bir hissəsinə hücum etdi. Hücumun qarşısı dərhal alındı, lakin bu hadisə Türkiyə-Rusiya 

münasibətlərini gərginləşdirdi. Şuşa və Laçında döyüşlərin davam etdiyi bir dövrdə, mayın 15-də Rusiyanın təşəbbüsü ilə 

Daşkənddə MDB dövlət başçılarının zirvə toplantısı keçirildi. Burada Rusiya işğal faktları ilə manipulyasiya edir, 

hadisələrin onun nəzarətində olduğunu göstərməyə, hər iki tərəfə öz şərtlərini qəbul etdirməyə çalışırdı. Toplantı 




 

29

iştirakçıları  həmçinin “Adi silahlara dair” müqavilənin prinsipləri və  həyata keçirilmə qaydaları haqda saziş  də 



imzaladılar. Sazişə görə, Azərbaycan  və Ermənistanın hər biri 220 tank, 220 zirehli maşın, 285 artilleriya qurğusu, 100 

hərbi təyyarə, 50 döyüş vertolyotuna malik ola bilərdi. Cəbhədəki uğursuzluqlar və Azərbaycan  rəhbərliyinin MDB 

çərçivəsindəki proseslərə qoşulmasına qarşı olan etirazlar Bakıda siyasi böhranı dərinləşdirdi, hakimiyyət dəyişikliyi baş 

verdi. AXC hakimiyyətə nəzarəti öz üzərinə götürdü. İsa Qəmbər parlamentin sədri, Əbülfəz Elçibəy prezident seçildi.  

1992-ci ilin yayında Ermənistan Dağlıq Qarabağda 20 min nəfərlik canlı qüvvə və 100-dən artıq zirehli texnika 

cəmləşdirərək geniş miqyaslı hücuma hazırlaşırdı. Erməni komandanlığı  Ağcakənd tərəfdən Xanlar istiqamətində 

irəliləməyi nəzərdə tuturdu. Bu məqsədlə həmin istiqamətdə yolların minadan təmizlənməsinə başlanılmışdı. Azərbaycan 

tərəfi düşmənin planları haqda məlumat alaraq, qabaqlayıcı addımlar atdı. Düşmənə qarşı  hərbi  əməliyyat planının 

hazırlanması  və  həyata keçirilməsinə Baş  Qərargah rəisi general-leytenant Valeh Bərşadlı  rəhbərlik edirdi. İyun ayının 

əvvəlində Milli Ordunun xeyli qüvvəsi (3-cü Əlahiddə motoatıcı briqadası, 4-cü tank briqadası, Tərtər, Goranboy, Xanlar, 

Mingəçevir, Lənkəran, Yevlax ərazi taburları, “Qurtuluş” taburu, daxili qoşunlar) gizli şəkildə cəbhə xəttinə yeridildi. 

İyunun 12-də Azərbaycanın hərbi hissələri geniş miqyaslı döyüş  əməliyyatlarına başladılar. Xanlar və Naftalan 

rayonlarının  ərazisindən  Şaumyan məntəqəsi istiqamətində güclü zərbə vuruldu. Eyni vaxtda Ağdərə,  Əsgəran, Hadrut 

istiqamətlərində düşmənə zərbələr endirildi. Azərbaycan Ordusu sürət amilindən bacarıqla istifadə edərək 48 saat ərzində 

işğalçıları  cənub istiqamətində geri oturdaraq Şaumyan bazasını  ləğv etdi, həmçinin  Əsgəran  şəhərini iki istiqamətdən 

mühasirəyə aldı.  İyunun 15-də ermənilər qüvvələrini səfərbər edərək  əkshücuma keçməyə  cəhd göstərdilər.  Əsgəran 

istiqamətində  ağır döyüşlərdən sonra düşmən Azərbaycan Ordusunun hücumunu dayandıra bildi. Azərbaycanın hərbi 

hissələri bu istqamətdə yalnız 6 kəndi azad edə bildilər. Cəbhənin şimal hissəsində Azərbaycan Ordusu Ağdərə rayonunun 

içərilərinə doğru irəlilədi.  İyunun 17-dən iyulun 9-a qədər Ağdərə (4 iyul), Marquşevan, Aterk kimi iri yaşayış 

məntəqələri azad edildi, Sərsəng su anbarının  şimal sahili nəzarətə götürüldü. Azərbaycan rəhbərliyi beynəlxalq 

danışıqların yeni mərhələsinin başlanması ilə əlaqədar iyulun 9-da hərbi əməliyyatları dayandırdı. 

Azərbaycan beynəlxalq vasitəçilərin tələblərini dərhal yerinə yetirirdi. Ermənilər isə,  əksinə, yaranmış  qısa 

fasilədən  əlavə qüvvələr cəlb etmək üçün yararlandılar və iyulun 15-də  əkshücuma keçdilər. Nəticədə onlar itirilmiş 

ərazilərin bir hissəsini qaytardılar və  Ağdərəyə yaxınlaşdılar. Avqust ayında Azərbaycan Ordusu yenidən güclü zərbə 

vuraraq düşməni geri çəkilməyə  məcbur etdi, Sərsəng su anbarı tam nəzarətə götürüldü, 121 km məsafədə  Ağdərə-

Kəlbəcər yolu açıldı.  Əsgərlərimiz Tərtər çayını keçərək cənuba doğru irəlilədi. Azərbaycan Ordusu sentyabrın 2-də 

Çıldıran yaşayış  məntəqəsinə  çıxaraq 83 gün davam etmiş hücum əməliyyatını başa çatdırdı. Bu hücum əməliyyatı 

nəticəsində Dağlıq Qarabağ  ərazilərinin yarısına qədəri Ermənistanın işğalından azad edildi. R.Koçaryan sonralar etiraf 

edirdi ki, “vəziyyət dəhşətli idi, Azərbaycan qoşunları Qarabağın 48 faizini tutmuşdu”. Ermənistan ordusu ciddi tələfat 

verdi. Yalnız 3-cü əlahiddə motoatıcı briqadanın hücum istiqamətində düşmənin 2 min nəfər canlı qüvvəsi, 50-ə  qədər 

zirehli texnikası, 16 artilleriya-minomyot sistemi məhv edilmişdi. 1992-ci ilin yayında çoxminli erməni axını Dağlıq 

Qarabağın cənubuna doğru axışırdı. Bu axın vidieolentə alınmışdır. Onlar Xankəndinə çatmağa can atırdılar. Yaşlı bir 

qadın kameranın obyektivinə  qışqırırdı: “Kim bizi lənətləmişdir? Biz yiyəsiz yetimlərikmi ki, onlar bizə belə  əzab 

verirlər?” Azərbaycan Ordusunun yaxınlaşmaq xəbəri çatan kimi hərbçilər və dinc əhali başıpozuq  şəkildə qaçmağa 

başlayırdılar. Ağdərəyə girmiş Azərbaycan döyüşçüləri  xatırlayırlar ki, heç bir müqavimət olmadı, şəhərə girdik, hamı 

qaçmışdı, yerdə bir dənə də olsun atılmış giliz yox idi, başlarını götürüb qaçmışdılar. Bu şəraitdə Azərbaycan Ordusunun 

qələbəsi çox yaxın idi. Yüksək səviyyəli bir erməni məmuru etiraf edir ki, “Stepanakertə (Xankəndinə) doğru gələn 

qaçqın sürüsünün qarşısını almaq mümkün deyildi, şəhərin müdafiəsi yox dərəcəsində idi, bu axının, fəlakətin qarşısını 




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə