Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   2   3   4   5   6   7   8   9   ...   50

Эюйярчин 
 
 
22
Elə bil dillər lal, qulaqlar kardı, 
Tanrıya çatmırdı insanın səsi. 
İrtica sözünü deyə bilmişdi, 
Bayram təntənəsi yaşayırdı o. 
Döyüşdə gənclərin çoxu ölmüşdü, 
Kütləvi tərxislər verirdi ordu. 
Dilsiz sorğusuna səmadan hələ, 
Cavab gözləyirdi hər şəhid qəbri. 
Hötenin “Faust”u gəlirdi dilə, 
Amma tükənmirdi göylərin səbri. 
Artur fəlsəfəyə qatdı başını, 
Ayrı cür ürəyi dura bilərdi. 
Vətənini sevən hər vətəndaşın, 
O vaxt böyük idi Vətəndən dərdi. 
Dahi Bethovenin simfoniyası, 
Kövrəlmiş torpağa layla çalırdı. 
Kədərdən solmuşdu Ayın ziyası, 
Günəş o yerlərdə fikrə dalırdı. 
Kasıblar “ya Allah” deyib durmuşdu, 
Varlılar bundan da şübhələnirdi. 
Qorxaqlar dəhnəni selə vermişdi, 
Ayrı ölkələrdə yurd dilənirdi. 
Ustad, bu günləri yaxşı görmədin, 
Görmədin, nə müdhiş bəhanələr var. 
Sən Xocalı
3
 kimi şəhər vermədin, 
Bilmədin, ölkəmdə mənim nələr var. 
Təəccüb etmərəm bir zərrə bu gün
Ölülər içində çəkilsə adım. 
Sevdim, yaşamadım sevilmək üçün, 
                                                 
3
 Xocalı – erməni işğalçılarının  yer üzündən sildiyi Azərbaycan  
şəhəri 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
23
Qulaq as, dərdimi sənə anladım.   
Mənim Vətənimin dilbər guşəsi, 
Yağılar əlində çürüməkdədir. 
Susub Qarabağda
4
 Üzeyrin
5
 səsi, 
Çirkin bir siyasət neçə rəngdədir. 
Tək torpaq deyildi məqsəd döyüşdə, 
Ölülər təzədən öldürülürdü. 
Ölmüş balasının meyidi üstə, 
Ana işgəncəylə güldürülürdü. 
Dünya görünməmiş faciə gördü
Susdu bu qırğınlar olmamış kimi. 
Axı sən demişdin o, təsəvvürdür, 
Bağışla, unutdum bilməmiş kimi... 
Bir şəhər azaldı şəhərlər içrə, 
Can verən cismini bir də əzdilər. 
Təsəlli yerinə paytaxtda hücrə, 
Yaradıb önünə əklil düzdülər. 
Şuşam süqut etdi, Laçın talandı, 
Ağdərə, Cəbrayıl, Ağdam, Kəlbəcər...
6
 
Adlarından başqa nə var, yalandı, 
Susmuş muğamatdır, oxunmuş əsər... 
Dərdimi dərdinə caladım, ustad, 
Ölməz əsərini vərəqləyirkən. 
Mən səndən öyrəndim nədir istedad, 
Mən sənə sığındım həyat əzirkən. 
“Dünya iradə və təsəvvür kimi”
7
 
Mənim də fəlsəfi şüarım oldu. 
                                                 
4
 Qarabağ – Azərbaycanın işğal olunmuş ərazisi  
5
 Ü. Hacıbəyov – dahi Azərbaycan bəstəkarı 
6
 Azərbaycanın işğal olunmuş rayonları 
7
 Dahi alman filosofu A.Şopenhauerin əsəri 


Эюйярчин 
 
 
24
Gizlədə bilmədim məhəbbətimi, 
Sənin də Vətənin diyarım oldu. 
... Dərslər başlamışdı universitetdə, 
Hamı qayıtmışdı qış tətilindən. 
Təkrar sınaq üçün kimi gəl-getdə, 
Kimi öndə idi öz təhsilindən. 
Qızlar ara-sıra cilvələnərək 
Arzudan biçirdi xəyal donunu. 
Oğlanlar söz üçün dolanıb tək-tək, 
Çox vaxt gözləyirdi dərsin sonunu. 
– Allah xəbərsizmi bu səfalətdən, 
Nədən nicat yolu göstərmir bizə? 
Bir xoş söz almırıq min əyalətdən, 
Yer-Göy qan ağlayır qədərimizə...  
– Allah istəsəydi, bunlar olmazdı, 
Ədalət naminə qoruyaq dini. 
Biz O-na nə qədər şükr etsək, azdır, 
Artırıb azaldan O-dur ruzini! 
Niyə istəməsin, görəsən, Allah, 
İslah olunmasın hər çirkli ürək? 
Axı öz-özünə açılmır sabah, 
Bizi yaradıbsa, yaşatsın gərək. 
Tanrı körpələri sevməsin, niyə? 
Nədən Allahına qul bəndələrin 
Günləri bükülsün qara əsgiyə, 
Zülmün kəsilməsin müdhiş əlləri? 
– Məsləhət O-nundur, nə deyə billik?... 
Ən böyük ədalət sahibi O-dur! 
Ondadır ən böyük mərifət, bilik, 
İnam Həqqə gedən birinci yoldur. 
Bizim haqqımız yox, əksəriyyətin 
Böyük inamına şübhə gətirək. 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
25
Etiqad olmasa, yaşamaq çətin, 
Yetər, bu mövzunu gəlin, bitirək. 
İnsan azğındırsa, Allah neyləsin?! 
– Güclünü, gücsüzü yaradan O-dur. 
Güclüyə mərhəmət bəxşiş eyləsin, 
Tanrının bəxşişi bir kəlmə “Ol!” dur. 
Artur dostlarına qulaq asırdı, 
Amma eşitmirdi fikrən onları. 
Ürək sındırmışdı, ağlı kəsirdi, 
Həyat bağışlamır unutqanları. 
Lokku, Berklini düşünür Artur, 
Onların fikrinə istinad edir. 
Hər kəs fəlsəfəni bir yana dartır, 
Lakin sonda hamı bir yolla gedir. 
Dərrakə artıqca kədər böyüyür, 
İnsanın gözündə heç olur dünya. 
Ölüm adiləşir, ürək soyuyur, 
Yaşayan ruh olur, yaşanan röya. 
Sevinci az olmur düşünən kəsin, 
Həyatı ömründən qiymətli olur. 
Zaman silsiləvi yoldur həndəsi
Nə bir az boşalır, nə bir az dolur. 
Həqiqət mərkəzdir, fikir dairə, 
Onun ətrafında fırlanır hər kəs. 
Allah vergisidir ilham şairə, 
İnsanın birinci mənasıdır səs. 
Fəsillər dörd ayə, il bir surədir, 
Sevgi yaşamaqdır, sevilmək nəşə. 
Təxəyyül xəyala, zövqə görədir, 
İdrak özünə də sirrdir həmişə. 
Gecənin, gündüzün hikməti gizli
Dəryanın, damlanın xisləti birdir. 


Эюйярчин 
 
 
26
Çayın suyu şirin, dənizin duzlu, 
Tez keçən hisslərə ağıl tədbirdir. 
Gözəllik özü də duyana qalıb, 
Hər kəs görünməyən tərəfi görməz. 
Həqqə könül vermək insana qalıb, 
Hər qəlbə məhəbbət mələyi girməz. 
Səadət bir andır, an əbədiyyət, 
Rəvayət – tarixin qürur nəğməsi. 
Fiziki qanundur, deyildir adət, 
Suyun buz olması, qarın yağması. 
Yorulan təbiət qışı gətirir, 
Yuxuda ağrılar azalır çünki. 
Kamillik çöhrəyə işıq gətirir, 
Hikmət çırağından nur alır çünki. 
Küləklər təşvişlə nəsə axtarır, 
Yağış dodağını isladır Yerin. 
Həqiqət həm varda, həm də yoxdadır, 
Nəhayəti yoxdur düşüncələrin. 
Dünyanın qanına susayıb tək-tək, 
Azğınlar Tanrıya meydan oxuyur. 
Çox vaxt daşdan çıxır bir parça çörək
Hər gün ötən günə təəssüf duyur. 
İntihar baş verir, amma nə fayda, 
Mənbəyi tükənmir insaniliyin. 
Aşiq burda qalır, məşuq o tayda, 
Təməli qoyulur əfsanəliyin. 
Dövran üzə gülür dəlilər kimi, 
Azdırmaq istəyir bəşəriyyəti. 
Haldan-hala düşür eşqin iqlimi, 
Daim təzələnmək olur niyyəti.  
İlğımlar titrəyir ümid yerinə, 
Fikir söz torunda ilişib qalır. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə