Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   2   3   4   5   6   7   8   9   ...   33

__________________Milli Kitabxana__________________ 
15 
 
şagirdləri bilavasitə mümkün olan həllərin tədqiq edilməsinin zəruri 
bir məsələ olmasına inandırar. Burada hesablama xarakterli 
məsələlərin həllində vahidlər sisteminin seçilməsinə eyni cür 
yanaşmaq da vacib məsələdir. Hazırda dərslik və məsələ kitablarında 
vahidlər sistemindəki müxtəliflik hələ  də hiss olunur. Son vaxtlar 
fizikada ancaq iki vahidlər sistemindən-SQS və BS-dən istifadə 
olunur. Riyaziyyatda isə müxtəlif uzunluq, sahə, həcm, sürət və s. 
vahidlərindən istifadə olunur. Kimya, biologiya, coğrafiya və digər 
fənlərdə də hələ bu barədə müəyyən bir sistem yoxdur. 
Fizikada «çəki» və «kütlə»nin fərqi böyük çətinliklə izah edildiyi 
halda, kimyada bunlara eyni anlayış kimi baxılır. Bu səbəbə görə  də 
çox vaxt şagirdlərin vahidlər sisteminə aid biliklərində kəsir cəhətlərə 
rast gəlmək olur, bununla əlaqədar olaraq məsələ həllində səhvlərə yol 
verildiyindən    cavab   düz  çıxmır,  şagirdlərdə isə  məsələnin həlli 
yolunun düz olmasına yersiz şübhə yaranır. 
Riyaziyyatda loqarifm xətkeşinin öyrənilməsinə xeyli yer verilir, 
lakin başqa fənlər üzrə dərs deyən  müəllimlər xətkeşdən   istifadəni 
tələb etməsələr   o tez yaddan çıxar. Onu öyrənməyə sərf   olunan vaxt 
isə  hədər gedər. Xətkeşdən istifadə olunan dərslərdə vaxta qənaət 
edildiyindən, bir dərsdə daha çox məsələ  həll etmək, bu məsələ ilə 
əlaqədar olan inteqrasiya əlaqəsini inkişaf etdirmək üçün əlverişli 
şərait yaranır. Kimya dərsində müəllim ozonu keçdikdə, fizika 
kabinəsindən elektrofor maşınını  və ya yüksək gərginlik almaq üçün 
işlədilən induksiya sarğacından istifadə edir. 
Fizika dərslərində isə kimya kabinetindəki reaktivlər, cədvəllər, 
bəzi cihazlar istifadə olunur. Bu tədbirlər də inteqrasiya əlaqəsini 
inkişaf etdirir. 
Hazırda filmlərdən istifadə  tədrisin metodikasına geniş daxil 
olmuşdur. Hadisə  və prosesləri bilavasitə müşahidə etmək imkan 
xaricində olduqda, bu filmlər daha böyük rol oynayır. Həmin filmlərin 
ayrı-ayrı fənlərin mövzularına görə buraxılmasına baxmayaraq, ondan 
yaxın fənlərdə də istifadə olunur. Məsələn, «Atomun quruluşu» filmi 
və ya onun fraqmentləri kimyadan "IX sinifdə «Maddənin    quruluşu» 
        
  


__________________Milli Kitabxana__________________ 
16 
 
bəhsində, X sinifdə isə «Atomun quruluşu»    və «Atom enerjisi» 
mövzularını keçdikdə nümayiş etdirilir. 
«Günəş Yerdə əsas enerji mənbəyidir» filmi təkcə VII sinifdə yox 
(fizikadan ensrjinin saxlanması  və çevrilməsi qanununu keçərkən), 
həm də VII sinifdə kimya dərslərində  şagirdlərin aldıqları bilikləri 
zənginləşdirmək üçün (oksigenin fiziki və kimyəvi xassələri, 
oksigenin tətbiqləri, təbiətdə oksigen, havanın tərkibi), biologiyadan 
(yarpaq, bitkilərdə üzvi maddələrin  əmələ  gəlməsi), coğrafiyadan 
(relyef və faydalı qazıntılar) mövzularını keçddidə də istifadə olunur. 
Tədris prosesində, bütün yuxarıda saydığımız əlaqə növlərini bir-
birilə üzvi surətdə bağlı  şəkildə  həyata keçirməklə  şagirdlərin aldığı 
biliklərin   dərinləşməsinə,  möhkəmlənməsinə    və  tamamlanmasına 
nail olmaq mümkündür. 
 
 
§ 4. TƏBİƏT ELMLƏRİNİN ƏSASLARINI ƏLAQƏLİ 
ÖYRƏTMƏYİN PSİXOLOJİ ƏHƏMİYYƏTİ 
 
Hər bir fənn müəyyən sistemlə öyrədilir. Dərslikdə materialın 
düzülüşündə  də müəyyən sistem olur. Buna baxmayaraq, tədris 
prosesində çox zaman bu və ya başqa bir çatışmazlıq hiss olunur. 
Bəzən  şagirdlərin yaxın fəndən hazırlıq səviyyəsi aşağı olduğundan 
başqa fənn üzrə mövzu öyrədilərkən şagirdlərin biliyində səthilik hiss 
olunur. Bu mövzunun yerini çox vaxt dəyişmək də mümkün olmur, 
çünki didaktikanın əsas prinsiplərindəi biri olan «məlumdan məchula» 
. qaydası pozulur. Məsələn, kimyadan «kovalent əlaqə», fizikadan 
«vektorların toplanması və ayrılması» dərslikdə lap əvvəllərdə verilir, 
ona görə də səthi öyrədilir. Lakin buna ayrı imkan da yoxdur. Çünki 
bu məsələlər ona görə kursa lap əvvəldə daxil edilir ki, onların 
əsasında bütün qalan mövzuların öyrədilməsi mümkün olsun. Belə 
çətinliklər başqa fənlərdə  də var. Materialın bütün fənlər üçün eyni 
dərəcədə  əlverişli hər düzülüşünü  tərtib etmək mümkün olmur. Ona 
görə  də  hər bir fəndə  səthi öyrədilən, zəif mənimsənilən yerlərin 
olması zəruri xarakter daşıyır. 
Fənlərarası  əlaqənin həyata keçirilməsi yaxşı  təşkil ednldikdə bu 
nöqsanları kursun sonuna qədər  


__________________Milli Kitabxana__________________ 
17 
 
aradan qaldırmaq mümkün olur. Bunun    üçün    hər    bir fənn 
müəllimi, yaxın fənnlərdən səthi öyrədilmiş yerlərə çatdıqda 
şagirdlərin biliklərindəki kəsir   cəhətləri yox etməyə çalışmalıdır. 
Məsələn,    kovalent əlaqə ilə  şagirdlər kimya dərslərində tanış    
olarkən, onların bu mövzunu yaxşı  dərk etməsi üçün fiziki bilikləri 
çatmır. Çünki fizikada    atom   və molekulların elektromaqnit xassəsi   
haqqında        məlumatı  şagirdlər kovalent əlaqə mövzusunu keçəndən 
çox sonra alırlar. Lakin fizikadan «Dünyanın müasir elmi mənzərəsi» 
adlı ümumiləşdirici dərsdə  şagirdlərin fiziki və kimyəvi bilikləri 
əsasında bütün kimyəvi  əlaqə növləri haqqında məlumat verildikdə    
onlar kovalent əlaqəni çox yaxşı başa düşür. Bunun kimi də fizikadan 
çox səthi öyrədilən «Vektorların toplanması  və ayrılması» mövzusu, 
riyaziyyatdan, çoxbucaqlı üçbucaqların həllini keçərkən dərinləşdirilə 
və möhkəmləndirilə bilər. Bu   zaman heç bir    vaxt itkisinə də yol 
verilməz. 
Beləliklə, müxtəlif fənlərin ayrı-ayrı mövzuları, qeyd etdiyimiz 
səbəblərə görə yaxşı  mənimsənilmədikdə, fənlərarası  əlaqədən 
müvəffəqiyyətlə istifadə olunarsa, bu nöqsanlar asanlıqla aradan 
qaldırılar. Başqa sözlə desək, burada fənlərarası  əlaqə, mühüm bir 
psixoloji funksiyanı,  şagirdlərin öyrəndikləri materialı yaxşı başa 
düşməsini təmin edir. 
Fənlərarası əlaqə öyrənilən materialın yadda qalması kimi mühüm 
bir psixoloji funksiyanın da yerinə - yetirilməsində böyük rol oynayır. 
Fənlərarası  əlaqənin öyrədilən materialın  şagirdlərin yadında 
qalmasına göstərdiyi təsir, bu əlaqə vasitəsilə qonşu fənlərin ayrı-ayrı 
faktlarının ümumiləşdirilməsinin nəticəsidir. Orta məktəbdə öyrədilən 
təbiət elmlərində  şagirdlər, başlıca olaraq, materiyanın quruluşu və 
onun müxtəlif hərəkət formalarını  əhatə edən məsələləri öyrənirlər. 
Ona görə  də  şagirdlər bütün tədris müddətində müxtəlif fənlərə aid 
dərslərdə  dəfələrlə eyni hadisələr və ya qanunlarla rastlaşırlar. 
Verilmiş hadisə haqqında onlar öz biliklərini genişləndirərək, hər dəfə 
bu hadisənin yeni bir əlamətini öyrənirlər. Beləliklə, bu hadisə 
dəfələrlə yaddaşda təkrar olunur, əvvəllər  əmələ  gələn assosiasiyalar 
möhkəmlənir və onun yeni əlamətlərinin məlum ol- 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə