Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə77/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
243 
II. Vəzili epitel şişləri (ağız suyu vəzilərinin şişləri) 
• Adenomalar 
– pleomorf adenoma 
– mioepitelioma 
– bazalhüceyrəli adenoma 
– sistadenoma 
digərləri 
 
• Adenokarsinomalar 
– asinoz hüceyrəli karsinoma 
– mukoepidermoid karsinoma 
– adenosistoz karsinoma 
– polimorf adenokarsinoma 
– bazalhüceyrəli karsinoma 
– musinoz adenokarsinoma 
– onkosit adenokarsinoma 
– digərləri 
 
III. Yumşaq toxuma şişləri 
• Kapoşi sarkoması 
• Limfangioma 
• Xondromiksoid şiş 
• Dənəvərhüceyrəli epulid 
 
IV. Limfoid və qanyaradıcı toxuma şişləri 
• Diffuz B hüceyrəli limfoma 
• T hüceyrəli limfoma 
• Berkitt limfoması 
• Plazmositoma 
• Histiosinoma 
• Mieloid sarkoma 
• Digərləri 
 
V. Melanogen şişlər 
 
VI. İkincili şişlər 
 
Ağız-udlağın bədxassəli şişləri əksərən yastıhüceyrəli xərçəngdən ibarət 
olub  ən çox rast gəlinən lokalizasiyaları azalan sıra ilə damaq badamcıqları, 
dilin kökü, yumşaq damaq və  ağız-udlağın arxa divarıdır. Ağız-udlağın digər 
bədxassəli şişləri (limfoepitelioma, limfosarkoma) nadir hallarda rast gəlinir. 
 
10.2.2. TNM kliniki təsnifatı 
(AJCC – 2002) 
 
T – birincili şiş 
T

– birincili şişin qiymətləndirilməsi mümkün deyildir 
T
0
 – birincili şiş müəyyən edilmir 

is
 – preinvaziv karsinoma (carсinoma in situ) 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
244 
T
1
 – ölçüsü 2 sm-dən böyük olmayan şiş 
T
2
 – ölçüsü 2,1-4,0 sm olan şiş 
T
3
 – ölçüsü 4-sm dən böyük olan şiş 
T
4a
 – şiş qırtlağı, dilin dərin əzələlərini, daxili qanadabənzər əzələni, sərt 
damağı və ya çənə sümüyünü zədələyir 
T
4b
 – şiş lateral qanadabənzər əzələni, pazabənzər sümüyün qanadabən-
zər çıxıntısını, həmçinin beyin əsasını  zədələyir və/və ya daxili yuxu arte-
riyasını sıxır. 
N – regionar limfa düyünləri 
N
x
 – regionar limfa düyünlərinin vəziyyətini qiymətləndirmək mümkün 
deyildir. 
N
0
 – regionar limfa düyünlərində metastazlar yoxdur. 
N
1
 – bir ipsilateral limfa düyünündə diametri 3 sm-dən böyük olmayan 
metastaz 
N
2
 – bir ipsilateral limfa düyünündə diametri 3,1-6 sm olan metastaz və 
ya bir neçə ipsilateral limfa düyünlərində və ya ikitərəfli və ya kontrlateral lim-
fa düyünlərində diametri 6 sm-ə qədər olan metastazlar 
N
2a
 – bir ipsilateral limfa düyünündə diametri 3,1-6 sm olan metastaz 
N
2b
 – bir neçə ipsilateral limfa düyünündə diametri 6 sm-ə  qədər olan 
metastazlar 
N
2c
 – bir neçə bilateral və ya kontrlateral limfa düyünlərində diametri 6 
sm-ə qədər olan metastazlar 
N
3
 – regionar limfa düyünlərində diametri 6 sm-dən böyük olan me-
tastazlar 
M – uzaq metastazlar  
M
x
 – uzaq metastazların olmasını təyin etmək mümkün deyildir 
M
0
 – uzaq metastazlar yoxdur 
M
1
 – uzaq metastazlar var 
 
Mərhələlərə görə qruplaşdırma 
  
Mərhələ T 


0 mərhələ 
T
is
 
N
0
 
M
0
 
I mərhələ 
T
1
 
N
0
 
M
0
 
II mərhələ 
T
2
 
N
0
 
M
0
 
III mərhələ 
T

T

T

T

N

N

N

N

M

M

M

M

IV
A
 mərhələ 
T
4a 
T
4a 
N

N
1
 
M

M
0
 


Fəsil 10. UDLAĞIN BƏDXASSƏLİ ŞİŞLƏRİ 
245 
T

T

T

T
4a
 
N

N

N

N

M

M
0
 
M
0
 
M
0
 
IV
B
 mərhələ 
T
4b
 
istənilən T 
istənilən N 
N
3
 
M
0
 
M
0
 
IV
C
 mərhələ 
istənilən T 
istənilən N 
M
1
 
 
 
10.2.3. Klinika 
 
Ağız-udlaq xərçənginin klinikası şiş prosesinin lokalizasiyasından, onun 
böyümə formasından asılı olaraq fərqlidir. Xəstəliyin klinki gedişinin erkən
inkişaf və gecikmiş dövrləri ayırd edilir. 
Damaq badamcıqlarının  xərçəngi ağız-udlağın bütün bədxassəli  şişlə-
rinin  ən çox təsadüf edən forması olub, rastgəlmə tezliyi 60-65% təşkil edir. 
Xəstəliyin erkən mərhələsində xəstənin əsas şikayəti udma aktı zamanı yad ci-
sim hissiyatından və ağrıdan ibarət olur. Əmələ gələn bu şikayətlər, adətən, an-
gina kimi qiymətləndirilir və effektsiz müalicə aparılır. Xəstəliyin bu mərhələsi 
üçün şişin ekzofit böyümə forması xarakterikdir.  
Xəstəliyin inkişaf dövründə şişin yumşaq damağa və dilin kökünə sirayəti 
ilə əlagədar intensiv ağrılar meydana çixir. Şişin dilin kökünə sirayəti nəticə-
sində ağrı tək udma aktı zamanı deyil, həmçinin danışıq vaxtı və öskürdükdə 
də müşaidə olunur. Şiş prosesinin yumşaq damağa yayılması nəticəsində ağrı-
ların intensivliyi artır və  səsin tembri dəyişir. Xəstəliyin bu dövrü üçün xər-
çəngin infiltrativ-xoralı forması daha səciyyəvidir.  
Xəstəliyin gecikmiş mərhələsində şişin böyüməsi və ətraf orqan və toxu-
malara (sərt damaq, çənə və pazabənzər sümük, beyin əsası) yayılması nəticə-
sində başa və qulağa irradiasiya edən güclü ağrılar, ağızdan üfünətli qoxu 
əmələ gəlir, udma aktı çətinləşir, trizm müşahidə olunur. Damaq badamcıqla-
rının xərçəngi üçün regionar metastazvermə çox xarakterikdir. Xəstələrin 50%-
də regionar metastazlar ilkin şiş ilə eyni vaxtda aşkar edilir, şişin sonraki 
inkişafında isə  xəstələrin 80%-ə  qədərində müşahidə olunur. Bir sıra hallarda 
boyunda olan metastatik düyünlər özünü xəstəliyin ilk əlaməti kimi göstərir, 
onlar birincili şişdən daha böyük olur, daha sürətlə böyüyərək güclü baş 
ağrılarına, Horner sindromuna səbəb olur. 
Dilin kökünün  xərçəngi 15-20% hallarda müşahidə olunur. Xəstəliyin 
erkən mərhələsi özünü udma aktı zamanı çətinlik və ağrı hissiyyatları ilə gös-
tərir və infiltrativ-xoralı böyümə forması ilə xarakterizə edilir. Şiş prosesinin 
inkişaf mərhələsində dilin hərəkətinin pozulması səbəbindən udma aktı kəskin 
çətinləşir, ağrılar artır və irradiasiyaedici xarakter alır.  Şiş prosesinin qırtlaq-


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə