Microsoft Word Onkologiya fesil 1-5 +. doc



Yüklə 3,55 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix05.02.2018
ölçüsü3,55 Kb.
#25273
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
226 
rirsə şüalanmanın SOD 75 Qr-dən yuxarı olması eyni zamanda ge-
niş yumşaq toxuma və sümük nekrozlarının əmələ gəlməsinə gətirib 
çıxarır ki, bu da əməliyyatdan sonra yaranın ikincili sağalmasına, 
fistulların (opostomalar) əmələ gəlməsinə, arroziv qanaxmalara sə-
bəb ola bilər. 
•  Cərrahi əməliyyat birinci etapda icra edildikdə daha adekvat şərait-
də  həyata keçirilir. Digər tərəfdən, rekonstruktiv plastik cərrahiy-
yədən (dəri-əzələ, dəri-əzələ-sümük parçaları və ya transplantatları) 
istifadə əməliyyatın radikallığının və funksional nəticələrinin təmin 
edilməsinə imkan verir. 
•  Əməliyyatdan sonra şüalanmaya məruz qalmamış  şiş törəməsinin 
histoloji müayinəsinin nəticələri adyuvant müalicə sxeminin (şüa, 
kimyəvi-şüa) daha dəqiq, optimal və effektiv müəyyən edilməsinə 
imkan yaradır.  
Şəkil 9.20. Dilin xərçənginin fotodinamik terapiyası (Hopper C., 2004) 


Fəsil 9. AĞIZ BOŞLUĞU XƏRÇƏNGİ 
227 
Kompleks müalicə hal-hazırda ağız boşluğunun yerli yayılmiş xərçəngi 
zamanı geniş yayılmiş müalicə metodu olub kombinəolunmuş müalicənin 
inkişafının məntiqi nəticəsi kimi meydana çıxmışdır. Bu müalicə metodu ağız 
boşluğunun yerli yayılmış xərçəngi zamanı kimyəvi preparatların effektivliyin 
müəyyən edilməsindən sonra formalaşmağa başladı. Əvvəllər kimyəvi müalicə 
ağız boşluğu xərçənginin qeyri rezektabel şişlərində və residivlərində palliativ 
məqsədlə istifadə olunurdu. Onların kliniki effektivliyi təsdiq olunandan sonra 
kimyəvi müalicə yerli təsir vasitələri (şüa müalicəsi, cərrahi  əməliyyat) ilə 
birgə istifadə edilməyə başlayaraq kompleks müalicə mütodunu formalaşdırdı. 
Ağız boşluğu xərçənginin kompleks müalicəsində kimyəvi terapiya neo-
adyuvant və adyuvant müalicə planında istifadə oluna bilər. Müasir müalicə 
alqoritminə görə  ağız boşluğu xərçənginin müalicəsinin birinci etapında apa-
rılan neoadyuvant kimyəvi-şüa müalicəsi nəticəsində şişin ölçülərinin 75%-dən 
şox kiçilməsi müalicənin II etapında şüa müalicəsinin radikal proqramla davam 
etdirilməsinə göstərişdir. Əks təqdirdə (şişin reqresiyasının 75%-dən az olması 
və ya şiş prosesinin proqressiyası) müalicənin II mərhələsində  cərrahi 
əməliyyat aparılır. 
Hazırda induksion poliximioterapiyanın ən çox istifadə olunan sxemləri 
PF (sisplatin + 5-ftorurasil) və TPF (dosetaksel + sisplatin + 5-ftorurasil) hesab 
olunur. İkinci sxem daha effektiv, eyni zamanda daha toksiki hesab olunur. Son 
tədqiqatlar axırınci sxemin istifadəsi nəticəsində  həm xəstələrin yaşam 
dövrünün uzadılmasını, həm də orqansaxlayıcı (konservativ) müalicənin 
nəticələrinin yaxşılaşdırılmasını qeyd edirlər. 
Dünyanın bir sıra iri klinikalarında ağız boşluğunun II–IV mərhələli re-
zektabel  şişləri zamanı kompleks müalicənin birinci etapında cərrahi  əməliy-
yata üstünlük verirlər. Həmin klinikaların məlumatlarına görə müasir rekon-
struktiv plastik cərrahiyyə metodlarından istifadə kafi funksional nəticələri 
təmin edir. Əməliyyatdan sonraki dövrdə isə adyuvant şüa və ya kimyəvi-şüa 
müalicəsi aparılır. 
Ağız boşluğu xərçənginin residivlərinin, həmçinin qeyri rezektabel və 
metastatik  şişlərin  əsas müalicə metodu kimyəvi-şüa müalicəsidir. Bu zaman 
istifadə olunan əsas müalicə sxemi PF-dir (sisplatin 5-ftorurasil). Lakin bu 
müalicə sxemi yalnız şişin reqressiya tezliyini artırır, yaşama göstəricilərinə isə 
təsir etmir. 
Son illər target preparatlarının (o cümlədən, setuksimab) kliniki prakti-
kada tətbiqi ağız boşluğunun yerli yayılmış  xərçəngi olan xəstələrin müalicə-
sində böyük imkanlar açdı. Müəyyən olunmuşdur ki, target terapiyası ilə kim-
yəvi və/və ya şüa müalicəsinin kombinasiyası  şişin reqressiya tezliyini artır-
maqla bərabər yaşama göstəricisini də yüksəldir. Hal-hazırda bu müalicə sxemi 
dünyanın  əksər klinikalarında ağız boşluğunun qeyri rezektabel xərçənginin 
müalicəsində əsas metoddur. 


  
 
BAŞ-BOYUN ŞİŞLƏRİ 
 
228 
 
9.10. Ağız boşluğu xərçəngi zamanı  
cərrahi texnika 
 
Ağız boşluğu xərçənginin cərrahiyyəsində  şişin radikal kəsilib götürül-
məsinə imkan verən adekvat cərrahi əməliyyat yolunun seçilməsi mühüm əhə-
miyyət kəsb edir. 
Ağız boşluğu xərçənginin cərrahi müalicəsi zamanı aşağıdaki əsas opera-
tiv yollardan istifadə olunur: 
•  Transoral (ağızdaxili) 
•  Transservikal – transoral 
•  Mandibulotomiya 
Kiçik ölçülü şişlər ağızdaxili yolla əməliyyat oluna bilər [şəkil 9.21]. 
Daha böyük ölçülü şişlərdə  əməliyyat ikili transservikal-transoral yolla və 
dodaq və yanağın kəsilməsi ilə aparılır [şəkil 9.22]. Ağız boşluğunun arxa na-
hiyəsində lokalizasiya olunmuş iri ölçülü şişlərdə mandibulotomiyadan istifadə 
olunur [şəkil 9.23]. 
Ağız boşluğu xərçənginin cərrahi müalicəsində vacib anlardan biri çənə 
sümüyündə aparılan müdaxilədir.  Əgər  şiş  çənə sümüyünə yaxın yerləşibsə 
onun kənari rezeksiyası aparılır [şəkil 9.24]. Sümüyün qabıq qatının və ya onun 
alveolyar çıxıntısinın minimal invaziyası çənənin kənarı rezeksiyasına əks gös-
təriş deyildir. 
Çənə sümüyünün kənari rezeksiyası zamanı onun qayıqvari rezeksiyası 
məqsədəuyğun hesab olunur ki, bu da sümüyün sınması riskini azaldır [şəkil 
9.25]. Ağız boşluğunun arxa lokalizasiyalı  şiş proseslərində (məsələn, retro-
molyar üçbudaq nahiyəsinin şişlərində) rezeksiya sahəsinə çənə sümüyünün tac 
çıxıntısı da daxil edilir [şəkil 9.26]. 
Digər hallarda (sümüyün qabıq qatının invaziyasında) sümüyün seq-
mentar rezeksiyası aparılır [şəkil 9.27]. Əməliyyatdan sonra əmələ  gələn 
defektlərin bərpası üçün rekonstruktiv-plastik əməliyyatlardan istifadə olunur. 
Əməliyyatdan sonrakı rekonstruksiyanın vacıbliyi və variantı defektin 
xarakterindən asılı olur. Kiçik ölçülü səthi  şişlərdə birincili tikişlərin qoyul-
ması, sərbəst dəri plastikası və ya yaranın ikincili sağalması mümkündür. Bö-
yük ölçülü şişlərdə yerli, regionar və  sərbəst plastika metodlarından istifadə 
olunur. Rekonstruksiya şəraitindən asılı olaraq dəri-fassial, dəri-sümük və ya 
dəri-əzələ-sümük parçalarından və transplantatlardan istifadə olunur. 
Ağız boşluğu xərçənginin cərrahi müalicəsindən sonra rekonstruksiyanın 
sonuncu etapı sümük implantatları  və dişlərin qoyulmasından ibarətdir [şəkil 
9.28]. Bu adətən müasir sərbəst dəri-sümük transplantatlarından istifadə 
zamanı mümkün olur, lakin implantasiya üçün aylar, hətta 1 ilə qədər vaxt tə-
ləb oluna bilər. 


Yüklə 3,55 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə