Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   10   ...   63

_______________ Milli Kitabxana _______________ 
22 
 
 
 


_______________ Milli Kitabxana _______________ 
23 
 
 
 
 
 
BAŞLANĞIC 
 
Bismillahir-rəhmanir-rəhim. 
Hikmət xəzinəsinə budur açar, ey həkim! 
 
Odur fikrin əvvəli, odur kəlamın sonu,  
Nə iş görsən, Tanrının adıyla qurtar onu. 
 
Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,  
Yaşayanlar içində əbədi odur ancaq. 
 
Qədim, sonsuz cahanı odur quran, saxlayan,  
Qələmlərin boynuna boyunbağı bağlayan. 
 
 
Səxavət qaynağını o qaynatdı binadan,  

Bütün var olanları yalnız odur yaradan. 
 
Pərdəli fələklərin pərdəsini açandır,  
Pərdəli iş görənin sirrini saxlayandır. 
 
Günəşin kəmərinə ləl ilə zinət verən,  
Torpağa həyat donu, suya təravət verən. 
 
Könül sahiblərinə əxlaq, hikmət göndərən,  
Ruzu uman kəslərə ruzu, nemət göndərən. 
 
İdrakın hər telinə düzüb inci, mirvari,  
Düşüncənin gözünə işıq gətirən Tanrı. 
 
Uca, pak alınlara səcdə nişanı vurar,         
10 
Cahanın şahlarına qızıldan tac qoydurar. 
 
Tədbirlə bişənləri çiy bilib, verər bada,  
Suçluların üzrünü qəbul eylər dünyada. 
 


_______________ Milli Kitabxana _______________ 
24 
 
Məhşər günü qoruyar, hifz eləyər qorxağı,  
Alimlərin könlündə olar tədbir qaynağı. 
 
Hər sifəti, vücudu əzəli və əbədi,  
Kainatın varlığı, yoxluğu əlindədi. 
 
Heçdir bu iki cahan ülviyyəti önündə,  
Bir nəfəsdir ömrümüz əzəməti önündə. 
 
Tapılarmı cahanda onunla bəhs eləyən?  
15
   
Varmı ondan savayı "Bu mülk mənimdir!" deyən? 
 
O vardı, hələ yoxkən yer, göy, ucalıq, alçaq,  
Varlıq yoxa çıxsa da, o, daim var olacaq. 
 
Çox gəzdi, çox düşündü peyğəmbərlər, alimlər,  
Tanrı vuran düyünü aça bildilər məgər? 
 
Onun elmi əzəldən dəryadır, necə dərya!  
Onun əbədiyyəti səhradır, necə səhra! 
 
Əvvəli ibtidasız, axırı intəhasız, 
İlki, sonu olmayan onun özüdür yalnız. 
 
Sənin vücudundakı cənnətə huri verdi,  
20
  
O nərgiz gözlərinə mərifət nuru verdi. 
 
Dirilərin, sağların bütün kəşməkəşləri,  
Yalnız Tanrıya təslim, Tanrı görür işləri. 
 
Cahanda ondan savay hər şey gəldi-gedəri,  
Yalnız odur əbədi, müqəddəsdir cövhəri. 
 
Yerin kəməri dağlar, gültac qoyan torpaqlar,  
Yalnız ona minnətdar, yalnız onu soraqlar. 
 
Kərəmi nur dalında gizlənmişkən bir zaman,  
Uzaqdı gül tikandan, şəkər isə qamışdan. 
  


_______________ Milli Kitabxana _______________ 
25 
 
Elə ki, səxasıyla kəramət abad oldu,  
25
    
Yoxluğun buxovundan bu varlıq azad oldu. 
 
İki-üç viran kəndin solmuş Ayı, ülkəri,  
Necə əngələ salmış əylənən fələkləri. 
 
Düyün açılmayınca qaralırdı hələ də,  
Gecənin zülmət saçı gündüzlərin əlində. 
 
Göydə min-min gövhəri sapa düzdü Yaradan,  
Sildi yoxluq tozunu gecənin saçlarından. 
 
Tulladı səmalara bu iki-üç çəmbəri,  
Yeddi düyün vurmaqla qandalladı yerləri. 
 
Günə, Aya don biçdi öz əlilə Yaradan,  
30
   
Birinə ağ ipəkdən, o birinə qaradan. 
 
Səfra buludlarını dənizlərdən çıxartdı,  
Çəmənlərdə Xızr üçün abi-zəmzəm yaratdı. 
 
Gecə rəngli torpağa verdi gündüz badəsi,  
Tökdü daşın ağzına neçə şəfəq qətrəsi. 
 
Birləşdirib, yoğurdu, qaynatdı suyla odu,  
Necə də xəlq elədi dürrü, bir də yaqutu. 
 
Ləlin ciyərlərinə nəyi verdi, bax, tanı:  
Torpağın ürəyindən qızıl-qırmızı qanı! 
 
Səxavət bağçasına tazə bir nəfəs qatdı,  
35
  
Söz quşunun səsini fələyədək ucaltdı! 
 
O, nitqin bağçasına xurma verdi - ətirli,  
O, qulaq sədəfinə söz gövhəri gətirdi. 
 
Qovdu şirin yuxunu göz pərdəsi dalına,  
Can köynəyi geydirdi bədənin zülalına. 
 
  


_______________ Milli Kitabxana _______________ 
26 
 
Atdı yerin saçını qucağına aləmin,  
Vurdu üsyan damğası yanağına Adəmin. 
 
Yudu zərin üzündən alçaqlığın izini,  
Bahar buludlarıyla qanlı gülün heyzini. 
 
Ulduzlarla sildi o, göydən hisi, dumanı,  
40 
Reyhanlara tapşırdı əsib keçən səbanı. 
 
Bu torpağın qanını göstərdi bir gül ilə,  
Əqlin nəbzini tutdu ürəyin öz əlilə. 
 
Qəmi dağıtsın deyə sevincə gülüş qatdı,  
Zöhrəni göylər üçün şən çalğıçı yaratdı. 
 
Gecə dönüb onunçün müşk, ənbər satana,  
Qulağında halqası, qul olmuş hilal ona. 
 
Sözün əli uzundur, dartındı yaman-yaxşı,  
Tanrı dərgahındakı daşla yarıldı başı. 
 
Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar,  
45 
   
Qapısından əliboş qayıtdı nalan, naçar. 
 
Çox vurnuxdu düşüncə, anlamadı sirrini,  
Göz axtarıb tapmadı Tanrının bənzərini. 
 
Ağıl dedi: - Aradım, ədəbsiz addım atdım,  
Ədəb onun özüymüş, yenə ona qayıtdım. 
 
Seyr elə pərgarının ucundan düşənləri,  
Axtarır bizim kimi, onu gəzir hər biri. 
 
Sidrdə əyləşənlər ona sarı can atar,  
Onun darvazasını döyür ərşə çıxanlar. 
 
Zəncirilə bağlanıb fələklərin biləyi,  
50
 Onun 
şövqüylə çarpır yerin, göyün ürəyi. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə