Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

_______________ Milli Kitabxana _______________ 
36 
 
O cənnət bağçasının gülü, laləsi yandı,  
Yer üzü başdan-başa yaz rənginə boyandı. 
 
Gecə gündüzə döndü. Günorta günü par-par,  
Sərvlər gül açdılar. Möcüzəli bir bahar. 
 
Dönüb bağa baxmalı, görməkçün nərgizləri,  
Sürməylə sürmələndi onun nərgiz gözləri. 
 
Yeddi qatlı göylərdən ədəb dərsi öyrənən,  
Peyğəmbər üzr istədi bütün peyğəmbərlərdən. 
 
Neçə ulduz pərdəsi qədəmində dərbədər,  
Bayrağını daşıyır ağ çiynində mələklər. 
 
Gecənin göbəyində dil-dodağının mişki,  
165 
       Atının ayağında aypara bir nal təki. 
 
Bu qaranlıq gecədə atəşmidir parlayan?  
Yoxsa şimşək saçılır Bürağın dırnağından?! 
 
Göyərçin qılıqlı at tərlanmı, kəklikmidir?  
Bəlkə qumru quşudur, yoxsa hüma tək gedir! 
 
Firuzə qübbələrdən çıxdı yeddinci qata,  
Əl-əl gəzən gül kimi çatdı ilahi taxta. 
 
Qolsuz bir köynəkmidir Sidr ağacı əyninə?  
Ərşin yaxası dəyir onun əl-ətəyinə. 
 
Üzgün yoldaşlarını yormuşdu göy yolları,  
170
        Bükülüb qanadları, qırılmışdı qolları. 
 
O, azmış qərib kimi heyrət içrə yürürdü,  
Yalnız ulu Tanrının qapısını döyürdü. 
 
Keşik çəkən mələklər izlədilər yolunu,  
Çəkilib, kəcavədə təkcə qoydular onu. 


_______________ Milli Kitabxana _______________ 
37 
 
O yolçusu olmayan yolda təkcə açıb iz,  
Gedirdi, bir qədəmi o birindən xəbərsiz, 
 
O, əsrar pərdəsinin bayıldı qapısında,  
Ondan başqa heç bir kəs çatmamışdı bu qata. 
 
Ayağı kainatın başında bir qızıl tac,  
175 
       Ərşin özü də bu çür ülvi nemətə möhtac! 
 
Üstündən qələm çəkdi hər nə varsa cahanda,  
Ərş üstündə ucaltdı bayrağını bir anda. 
 
Can qorxusu içində sayıqlarkən kainat,  
Verdi can ölkəsini bədən mülkünə sovqat. 
 
Ərşin son nöqtəsində yolçuluq başa çatdı,  
Ürək, can işləri də cana, ürəyə yatdı. 
 
Hansı yerdən gəlibsə, həmən yerə çapdı ruh,  
Xəyal tapa bilməyən bir gözəllik tapdı ruh. 
 
Addım-addım yürüdü, mənzilə ilk çatdı o,  
180
       Göylərin libasını əynindən çıxartdı o. 
 
Gücü gəldikcə getdi. Çıxdı hünər yolları,  
Bu sonsuz təbiətin yaxasından dışarı. 
 
Əzəməti, hümməti pak bir aləm yaratdı,  
Mənzili bilinməyən ülvi bir qata çatdı. 
 
Qurşağından yapışıb onu ucaltdı qeyrət,  
Yüyənindən yapışıb, guşədən çəkdi heyrət. 
 
Yürüsə də, canında bir yorğunluq duymadı,  
Aradı həndəvəri, gəzdiyini bulmadı. 
 
Mənliyindən keçincə, tapdı arzu-kamını,  
185
       Tanrı mərtəbəsində aldılar salamını. 
 


_______________ Milli Kitabxana _______________ 
38 
 
Vüsal əli döşündə, aldı töhfə gülünü,  
Cah-cəlal sarayının qaldırdı ağ tülünü. 
 
Ayaq gedib-gəlməyi həvalə etdi başa,  
Qəlbin gözü nə gördü? İlahi bir tamaşa! 
 
Seyr etdiyi o nurun harda tayı, misli var?  
Nə zaval dəyə bilər, nə xəyal onu qavrar. 
 
Aşiqliyi elə bil gözünə işıq verdi,  
Görünməyən Tanrını aşiq gözüylə gördü. 
 
Lakin, onu görməyin məkanı, zamanı yox,  
190
       Zamandan və məkandan çünki çox ucadır, çox! 
 
O idrakın gözündən gizlənə bilməz heç vaxt,  
"Onu görə bilmərik!" deyənlər kordu ancaq. 
 
Tapmdığını görmək bir səadətdir, bəli,  
Mütləq görülməlidir O, mütləq görülməli! 
 
O pərdəni görməyə məkan varmı? Məkan yox.  
Yürüməyə, çatmağa zaman varmı? Zaman yox. 
 
O pərdənin ardını görməyi bacaranlar,  
Məkanı tapmasa da, laməkana yol tapar. 
 
Tanrı sifətlərini inkar küfrdür saqın,  
195  
      Cahil olma, nə yönü, nə yeri var Allahın. 
 
Tanrı var, fəqət onun mənzili, məqamı yox,  
Məkana möhtac olan Tanrı sayılarmı? Yox! 
 
Həzrət Məhəmməd onu başqa ölçüylə gördü:  
Ürək, idrak gözüylə, zəka gücüylə gördü. 
 
Haqqın hazırladığı meydən içdi Peyğəmbər,  
Bizim də qəlbimizə damızdırdı bir qədər. 
 


_______________ Milli Kitabxana _______________ 
39 
 
O, Tanrının lütfünü nəfəsində sanırdı,  
Tanrı çəkir nazını, o, isə nazlanırdı. 
 
Şəkər təbəssüm ilə süslənib dodaqları,  
200
       Dua etdi Tanrıya: - Bizə nicat ver barı! 
 
Xəzinədən zəngindir onun hümməti qat-qat,  
Qəlbindəki hər murad açdı o gün qol-qanad. 
 
Elə ki, qüvvət aldı Tanrının qəbulundan,  
Yenə emal evinə üz qoydu müdrik insan. 
 
Eşqin çazibəsilə qət etdiyi səfəri,  
Bircə nəfəs içində bitirib, döndü geri. 
 
Ey sözü dilimizin duzu, qəndi Peyğəmbər!  
Canımıza dərmandır saçdığın ətir, ənbər. 
 
Səxavətin nurlatsın bu dünyanın gözünü,  
205
       Nizamiyə yardım et, tamamlasın sözünü. 
 
PEYĞƏMBƏRİMİZİ ÖYƏN İKİNCİ GÖZƏLLƏMƏ 
 
Yeddi ulduzun nuru, doqquz fələyə gültac,  
Tanrı elçilərinin ən ucası, son yalvac. 
 
Əhmədin ayağında əql özünü toz sanıb,  
Yəhərinin tərkinə iki cahan bağlanıb. 
 
Odur naz səhrasının yeni açmış sünbülü,  
Gizlinlər dənizində ən saf gövhərdi könlü. 
 
Saçları gündüz belə şölə verər sünbülə,  
Dişləri qərq eləyər Günəşi dürrə, lələ. 
  
Şəkər dodaqlarını daim açsaydı əgər,  
210
      Ondan utanmazdımı sədəf bağrında gövhər? 
 
Bir daşın da könlünü qırmayan həssas kişi!  
Daşlar necə qıydı bəs, sındırdı inci dişi? 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə