Microsoft Word Nevai Yeddi seyyare doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix20.10.2017
ölçüsü0,56 Mb.
#5933
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 

82 


Elə ləzzətliydi o xörək, şərbət, 

Deyərdin, behiştdən gəlib bu ne'mət. 

Yemək başlanandan keçdi bir qədər

gəldi ortalığa büllur qədəhlər. 

Naxışı rəngbərəng bir məçməyidə 

Gəldi o məçlisə neçə cür badə. 

Büllur qədəhlərin, çini kuzənin 

Ətri səndəl ətri, naxışı rəngin. 

Qız öz qədəhindən bir qurtum uddu, 

Sonra o qədəhi Müqbilçin tutdu. 

Elə itirdi ki, özünü oğlan, 

Nuş etdi şərabı son damlayaçan. 

Hey dolub-boşaldı çamlara meylər, 

Şadlıq eədasını tutmadı göylər. 

Elə gücləndi ki, meyin tə'siri, 

Qalmadı arada utanmaq yeri. 

Görüb pərizadın xoş rəftarını, 

Müqbil qeyb elədi ixtiyarını. 

Saxlaya bilmədi xacə özünü, 

Pəridən çəkməyib əsla gözünü

Gizlədə bilmədi ehtirasını, 

Açıqca bildirdi iltimasını. 

Sualtı dünyanın şux məleykəsi 

Divanə etmişdi bu gələn  kəsi. 

Əlini çəkmirdi əlindən onun, 

Müqbil ehtirasdan olmuşdu məçnun. 

Nə səbr qalmışdı onda, nə taqət, 

Od-alov salmışdı cisminə şəhvət. 

Ram edə bilməyib bu ehtirası, 

Qəsri başdan-başa tutdu sədası, 

Dedi: «Ey qəlbimi ovlayan nigar, 

 

83



Sən məndə qoymadın səbr, ixtiyar! 

Rəhm edib dərdimin dəvasını ver, 

Bu üzkün könlümün səfasını ver! 

Eylə vüsalınla məni bəxtəvər!» 

Lakin o üzü ay, gülüşü şəkər 

Verdi cavabını bu minval ilə: 

«Əzizim, özünü bir az al ələ! 

Bilirsən, onsuz da çox içmişik biz, 

Nə huşumuz qalıb, nə düşünçəmiz. 

Sabah düzəltdirrəm bir mey məçlisi

Şahanə bir şadlıq, bir toy məclisi. 

Qayda-qanun ilə kəsdiririk kəbin, 

Onda öz yerinə yetər mətləbin. 

Hərəmin olaram halallıqla mən, 

Haram yaxınlığı qov ürəyindən. 

Bukünlük cilovla şəhvətini sən, 

Pozma bakirəlik ismətini sən!» 

Tə'sir eləmədi bu söz Müqbilə, 

Pəriyə qulaq da asmadı belə. 

Az qaldı qışqırıb qopara nalə, 

Zorla cəhd etdi ki, yetsin vüsalə. 

Saxlaya bilməyib şəhvət selini, 

Örtülü bir yerə atdı əlini. 

İstədi gövhəri keçirib ələ, 

Birləşdirsin onu fil sümüyilə. 

Qız dedi: «Özünü salma heç gücə

Baş tutan deyildir vüsal bu geçə. 

Özünü saxlaya bilmirsənsə heç, 

Bu ayüzlülərdən birisini seç, 

Geçə keçib gedib, dan sökülünçə 

Sənin yarın olsun o ləbi qönçə. 



 

84 


Cismini bürüyən odun, atəşin 

Qoy tapsın o pəri vəslilə təskin.» 

Müqbil duydu: deyil tə'kidin yeri, 

Boğdu ürəyində çoşan hissləri. 

Xəcalət çəgərək baş verən haldan, 

Daha söz açmadı ona vüsaldan. 

Pəri hiss etdi ki, razıdır mehman, 

İki qız çağırdı qulluqçulardan. 

Biri gülüzlüydü, biri aypara

İşarət edinçə xanım onlara, 

Baş əyib pəriyə itaət ilə, 

Gedib yanaşdılar tezçə Müqbilə. 

Onlardan birilə kirib xəlvətə. 

Müqbil məşğul oldu eyşə-işrətə. 

O xəlvət otaqda nə baş verdisə, 

Mən açıq söyləyə bilmərəm sizə. 

Mən bunu söyləyə bilərəm ançaq: 

Gənc-qızmar günəşdi, qız-aydı parlaq. 

Geçə bayrağını endirdi fələk, 

Aldı zülmət geçə səndəli bir rəng. 

Açıldı gözləri yuxudan göyün, 

Oyandı çox uzaq üfüqlərdə gün. 

Gün ilk şüasını yaydığı anda, 

Müqbil də oyandı bulaq yanında. 

Dünənki əhvalat yadına düşdü, 

Fikirlər içində donub büzüşdü. 

Gözünün önündən keçdi o halət, 

Çəkdi o halından xeyli xəçalət. 

Səndəl koğuşuna girdi ki, təkrar, 

Bəlkə əməl edə və'dinə dildar. 

Girdi ki, pak suya çimub qüsl edə, 

 

85



Bəlkə canındakı yorğunluq gedə. 

O fitə bağlayıb belinə yenə, 

Cumdu o hovuzun dərinliyinə. 

Cumdu... Allah, allah, bu necə haldı, 

Müqbil havadan düz asılı qaldı. 

Gördü nə mö'cüzlər mö'cüzü vardır, 

Nə saray, nə də ki hovuzu vardır. 

Baxdı əvvəlkitək, gördüyü sayaq 

Yenə də sür'ətlə axır gur bulaq. 

Yenə baş vuraraq cumdu çeşməyə, 

Dünənki əhvalat baş versin deyə. 

Gördü əvvəlkitək axır gur bulaq, 

Günəş də nur saçır parıldayaraq. 

Düşündü: hər nə var yuyub axan su, 

Sönüb taleyinin parlaq ulduzu. 

O, zalım fələyi etdi məzəmmət, 

Artdı ağrıları, elədi şiddət. 

Qovrulub yanırdı bir ehtirasla, 

Bizdən uzaq olsun bu yaman bəla: 

Bir yandan başına gələn  müsibət, 

Bir yandan nanəcib bir həmsəyahət! 

Nələr gəlmişdisə onun başına 

Söyləyə bilməzdi yol yoldaşına. 

Yenə həmin daşa sataşdı gözü, 

Oxudu orada yazılan sözü, 

Fikir verməmişdi bu çümlələrə: 

«Kim bu suya kirsə ikinçi kərə, 

Bir dözülməz dərdə olar giriftar

Dənizdə üzməklə ondan qurtarar. 

Otursun o gərək qayığa dərhal, 

Keçiksə, tərpənsə o bir az ehmal, 



 

86 


Ya bir div göstərər öz divanını, 

Ya dəniz nəhənki alar canını!» 

Dedi: «Əl üzmüşəm mən niçatımdan, 

Ölməyim yaxşıdır puç həyatımdan!» 

Sonra düşündü ki, fani olsa da, 

Yaşamaq yaxşıdır bu puç dünyada. 

O burdan tez getmək fikrinə düşdü, 

Səndəl ağacından qayığı açdı. 

Baxıb yol yoldaşı qəmli Müqbilə, 

İstədi dərdini öyrənib bilə. 

Müqbildən eşidə bilmədi bir söz, 

Qayıq dalğaları yarıb keçdi tez. 

Yenə Müdbir oldu Müqbilə yoldaş, 

Belə yol yoldaşı olmayaydı kaş! 

Allahdan umaraq nicatı onlar, 

Var gücləri ilə çəkdilər avar. 

Müqbilin olmuşdu halı pərişan, 

Yaxıb-yandırırdı onu bu hiçran. 

Aşırdı kədəri, qəmi başından, 

Müdbir göz çəkmirdi yol yoldaşından. 

Sorğuya tuturdu onu dəmbədəm, 

Müqbilsə susurdu ürəyində qəm. 

Deyirdi: «hələlik diləyindən keç

Yoxdur cavab üçün taqətim də heç. 

Sənə mən nə deyim, nə cavab verim? 

Özümün özümdən varmı xəbərim? 

Dərdim sənin üçün deyil maraqlı, 

Mən xəcil, sən isə haqlısan, haqlı. 

Dalğınlığım sənə edirsə tə'sir, 

Buna səbəb mənəm, mənəm müqəssir. 

Verdiyim əzabı halal et mənə, 

 

87



Dözmüsən neçə gün, səbr et, döz yenə. 

Əgər tale bizə deyilsə küsgün, 

Gedib yetişərik sahilə bir gün. 

Ölüm yetişməsə əgər, yaşaram, 

Öpüb əllərindən vidalaşaram.» 

Deyib bu sözləri tutdu başını, 

Axıtdı gözünün inci yaşını. 

Müdbir əhvalatla olub aşina, 

Dedi: «hava gəlib bunun başına. 

Çeşmədə div görüb, ya da ki pəri, 

Başına vurubdur onun əsəri.» 

Müdbir bu sözləri söyləyən kimi, 

Göründü qarşıda nəhənk bir gəmi. 

Onların dadına yetişdi ruzgar

O böyük gəmiyə gəlib çatdılar. 

O da daxil oldu gəmiyə, bu da, 

Qərq olmaq qorxusu qaldı dəryada. 

Gördülər ölübdür gəmidə kim var, 

Dünya dərd-qəmindən xilas olublar. 

Sükançı özü də olmuşdu fəda, 

Sükansız gedirdi gəmi dəryada. 

Sağ qalan nə kiçik vardı, nə böyük, 

Səndəl ağaçıydı gəmidəki yük. 

Belə deyirlər ki, Məşriqdə adil 

Bir hökmdar varmış kövrək, rəhmdil. 

Bircə qızı varmış-mələkmiş, mələk, 

Məşriqdə yanırmış bu qız günəştək. 

Şahın ürəyinin parasıymış o, 

Gözünün ağıymış, qarasıymış o. 

Tutulubmuş o qız baş ağrısına, 

Açı görünürmüş bu həyat ona. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə