Microsoft Word Nax. Mr. Az?ri-son end doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə7/77
tarix06.02.2018
ölçüsü2,85 Kb.
#26730
1   2   3   4   5   6   7   8   9   10   ...   77

 
21
keçirilmiş, filiz gündəlik məhsuldarlığı 100 t olan yerli zənginləşdirmə 
fabrikində emal olunmuşdur. Molibden konsentratı isə Rusiyaya göndə-
rilmişdir.
 
Yatağın təsdiqlənmiş ehtiyatları artıq istismar edilib qurtar-
mışdır. Mədən bu gün rentabelli olmayan müəssisə kimi fəaliyyətini 
dayandırmışdır. Qeyd olunan mədənin  ətrafında yerləşən Qapıcıq, 
Mədəndərəsi və digər molibden yataqlarında kəşfiyyat işləri aparıldıqdan 
və istismara cəlb edildikdən sonra  Parağaçay mədəni sonrakı onillik-
lərdə də fəaliyyətini davam etdirə bilər. 
Parağaçay yatağı müxtəlif illərdə  İ.N.Sitkovski və K.N.Şilenko 
(1939-1940), Q.A.Tvalçrelidze (1941-1950), Ə.D.Kərimov (1944), 
M.A.Mustafabəyli (1947), N.A.Dobrodnı (1949-1950), K.A.Əsədov 
(1949-1955),  Ş.K.Dəmirov (1957-1964), V.N.Nağıyev (1956, 1977, 
1980), Z.İ.Mirzəyev,  Ə.H.Babayev (1988) və digərləri tərəfindən 
öyrənilmişdir. Keçən əsrin 50-ci illərində Parağaçay yatağının istismara 
cəlb olunmasında, filizin çıxarılmasında və  işlənilməsində  mədənin 
direktoru H.S.Məmmədovun böyük əməyi olmuşdur. 
Yatağın geoloji quruluşunda Ordubad plutonunun intruziv kom-
pleksi iştirak edir və  əsasən ilkin mərhələnin qabbro, qabbro-diopit, 
diorit, monsodiorit, monsonit və onların kvarslı növləri  və gec mərhə-
lənin qranodiorit, kvarslı sienit-dioritləri ilə  təmsil olunmuşdur.  Ştoka-
bənzər kiçik intruziv cisimlər və qranodiorit və qranosienit porfir, kvarslı 
sienit, lamprofir və digər süxurların daykaları geniş inkişaf tapmışdır. 
Plutonun sərhəd zolağında Orta Eosenin andezit seriyasının  vulkanitləri 
(lava və aqlomeratlar) və Alt Eosenin vulkanogen-terrigen süxurları 
hesabına  əmələ  gəlmiş    törəmə kvarsitlər geniş yayılmışdır. “Baş” və 
“Misli” filiz damarları qeyd olunan daykaların zalbandına aid edilir.  
Strukturu. Yataq Ordubad plutonunun endotəmas zonasına aid 
edilir və lokal Parağaçay və  şimal-şərqə uzanan Urumus-Parağaçay 
dərinlik qırılmalarının kəsişmə hissəsində yerləşir. Axırıncı Ordubad 
dərinlik qırılmasının subparalel şaxəsi hesab olunur. 
 
Yatağın strukturu əsasən filizləşməyə  qədər, bəzən filizləşmədən 
sonrakı qırılma pozulmalarının inkişafı ilə səciyyələnir və burada başlıca 
olaraq   filizli damarlar öyrənilmişdir. Bütün filizli damarlar şimal-qərb 
istiqamətli  çat-qırılmalarına aid edilmişdir. Filizləşməyə qədər qırılma-
pozulmalar nisbətən iri ölçülü olub, qopuq-qopuqdur və  xırdalanma 
zonası ilə təmsil olunur. Zonaların şimal-qərb istiqamətli qopuq çatlarla  
kəsişmə  sahələri adətən filiz minerallaşması saxlayır. 


 
22
Kontakt və hidrotermal metamorfizm təmas süxurları ilə: plutonun 
ətraf süxurlarla sərhəddində törəmə kvarsitlərlə, bəzən epidozitlə, buy-
nuzdaşları ilə  və vulkanitlərin arasında kaolinləşmə, serisitləşmə, pirit-
ləşmə  şəklində olan hidrotermal metasomatitlərlə  və intruziyanın daxi-
lində filiz zonalarında biotit-kalium çöl şpatlı və kvars-karbonatlı meta-
somatitlərlə təmsil olunmuşdur. Qalınlığı 1 m-ə qədər, uzunluğu 50 m-ə 
qədər olan aplitlər daha geniş yayılmışdır. Aplitlərə aiddir: 
a) tərkibinə görə, leykokrat və melanokrat dioritlərə, kvarslı diorit-
lərə, kvarslı monsonitlərə, qranodioritlərə (onlar xırdadənəli quruluşa 
malik olub, qalınlığı 0,1 m-ə qədərdir)   cavab verən
b) qranitlərin mərkəzi hissəsində qalınlığı 10-15 sm-ə qədər  olan 
xırda və iridənəli sistemsiz peqmatoid daykaları. Onların sərhədində 
dioritlər, kvarslı dioritlər, kobuddənəli monsonitlər və qranodioritlər 
intensiv biotitləşmişdir (20-30 sm-dən 0,5 m-dək enində zolaq şəklində).  
 v) qalınlığı 1,0 m-ə qədər olan xırdadənəli və bərabərdənəli qranit 
və aplit daykaları, adətən, intensiv muskovitləşmiş, piritləşmişdir. Onlar 
əvvəlki iki tip daykaları kəsirlər.  
Parağaçay yatağının damar-molibden kimi kəşfiyyatı aparılmış və 
istismar edilmişdir. Lakin
 
V.N.Nağıyevə (1977, 1980) görə, Parağaçay 
damar-molibden yatağı  dərinlikdə  ştokverk tipli mis-molibden-porfir 
filizləşməsinə keçir. 
Parağaçay damar-molibden yatağında 40-a yaxın sulfid-kvars 
damarı öyrənilmişdir. Onların içərisində ən iriləri “Baş”, “Orta”, “Yeni” 
və “Misli” damarlar sayılır. Aşağıda bu damarların qısa səciyyəsi verilir. 
“Baş” damar 295°-325° bucaq altında şimal-şərqə doğru 500 m-ə 
qədər uzanır və  cənub-qərbə 45-70° bucaq altında yatır. Damarın 
qalınlığı 0,1 m-dən 2,5 m-dək dəyişərək  orta hesabla 0,7 m təşkil edir. 
Damarın cənub-şərq hissəsində molibden, şimal-qərb hissəsində isə mis 
filizləşməsi üstünlük təşkil edir. Molibdenin orta miqdarı 0,05-0,02%, 
mis 6,2% təşkil edir. “Baş” damar lamprofir daykasına aid edilmişdir. 
Damar molibdenitin, piritin və xalkopiritin incə damarcıq  şəbəkələri 
müşahidə olunan möhkəm, bəzən çatlı  ağ kvarsla mürəkkəbləşmişdir. 
Damarın  şimal-qərb cinahı brekçiyalaşmış süxurlarla məhdudlaşır və  
orada onun qalınlığı azalır və demək olar ki, bütün horizontlarda 
pazlaşır. “Baş” damar 35 m düşmə istiqamətində  sənaye  əhəmiyyətli 
molibden filizləşməsi saxlayan apofizə  malikdir.  
“Yeni” damar 330 m izlənilir, orta qalınlığı 0,6 m, molibdenin orta 
miqdarı 0,7%-dir. Uzanması  şimal-qərb 280-300°, yatımı dik olub, 


 
23
cənub-qərbə 60-80
0
-dir. “Orta” damar “Baş” və “Yeni” damarların 
arasında yerləşir. Uzanması  şimal-qərbə 290-300°, yatımı  cənub-qərbə 
30-70
0
, qalınlığı isə 0,1-0,2 m-dir. Molibdenin miqdarı 0,02%-dir. 
“Misli” damar uzanma istiqamətində 160 m öyrənilmişdir. Filiz 
mineralları xalkopirit, pirit, bəzən isə molibdenitlə təmsil olunur. Damar 
üzrə molibdenin orta miqdarı 0,33% təşkil edir.  
Kvars-molibden damarının uzunluğu 0,03-0,8 km, qalınlığı 0,2-2,5 
m, orta hesabla 0,4-0,7 m, molibdenin miqdarı izdən 23%-ə qədər (orta 
hesabla -0,5-1,16%), mis 0,01-6,21% təşkil edir.  
Yer səthində yalnız karbonatlarla təmsil olunan qızıl-polimetal 
damarı orta və alt horizontlarda qəndgörünüşlü kvarsdan ibarət olub
həmçinin qızıl və misin sənaye əhəmiyyətli konsentrasiyalarını saxlayır 
(qızıl orta hesabla 10 q/t, mis 0,8%). Onun kvars-molibden damarı ilə 
kəsişmə hissəsində  də  qızılın yüksək miqdarı qeyd olunur.  Görünür, 
burada  kvars-molibden damarı yerini 0,6-1,5 m dəyişmişdir. 
 
1977-ci ildə V.N.Nağıyev tərəfindən Parağaçay yatağındakı 4 №-li 
əsas mağaraya baxış keçirilərkən, 420-751 m intervalda damarcıq-
möhtəvi mis-molibden filizi aşkar edilmişdir. Sonradan bu mağaranın  
təmasətrafı zonası V.N.Nağıyev tərəfindən başdan-başa sınaqlaşdırılmış-
dır. 4 №-li mağaranın 600-703 m intervalında 103 m qalınlığa misin orta 
miqdarı 0,24%, molibden isə 0,007% olmuşdur.  
Təkrarən, 1980-ci ildə V.N.Nağıyev və M.Ə.Seyidov tərəfindən 
damarcıq-möhtəvi mis-molibden filizləşməsinin yayılmasını öyrənmək 
məqsədilə Gilançay axtarış partiyasının hesabına 4 №-li əsas mağaranın 
aşağı və yuxarı horizontlarından dərinliyi 340,2 m olan 101 №-li buruq 
quyusu qazılmışdır. 101 №-li buruq quyusunun  117-312 m intervalında 
mis 0,14%, molibden 0,006%, qızıl 0,1q/t-dan 1,02 q/t-a qədər təşkil 
etmişdir. Ayrı-ayrı intervallarda misin miqdarı 1,0%-ə qədər çatır.  
Bu işin nəticəsində Parağaçay yatağının cənub-qərb cinahında 
damarcıq-möhtəvi ştokverk tipli mis-molibden-porfir filizləşməsi müəy-
yən olunmuşdur ki, bunun da perspektivliyinin qiymətləndirilməsi tələb 
olunur.  
Müəyyən olunmuş ştokverk tipli  mis-molibden-porfir  filizləşməsi 
az perspektivli “May” və  “Cənub” kvars-mis-molibden damarlarının alt 
horizontuna uyğun gəlir. Göründüyü kimi, əsas sənaye  əhəmiyyətli 
“Baş”, “Orta”, “Yeni” və “Misli” damarların yerləşdiyi Parağaçay 
yatağının mərkəzi hissəsinin alt horizontunda ştokverk tipli filizləşmə 
mis-molibden-porfir formasiyasına keçməlidir. Başqa sözlə, kəşf olun-


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə