530
Balanslı vəziyyətlər arasında keçid
Qrafik 12
Ardıcıl və eyni trayektoriya üzrə davam edən balanslı
vəziyyətlər
531
Balanslı vəziyyətlər arasında keçid – qalxmalar və
enmələr üzrə müşahidə olunan vəziyyətlər-vəziyyətlərin
dalğa xüsusiyyətləri
Qrafik 13
Eyni trayektoriya üzrə davam edən müxtəlif disbalanslı və
balanslı vəziyyətlərin dəyişiklikləri-qalxmalar və enmələr
Eyni istiqamət, lakin müxtəlif trayektoriyalar üzrə
mövcud olan balans vəziyyətlərin dəyişmələri
Balanslı vəziyyəti əks etdirir
Disbalanslı vəziyyəti əks etdirir
532
“Dolmuş sıra qablar” sxemi . Hər bir qabın ölçüsünə
görə onun içindəkilərin tərkibi və miqdarı, çəkisi
müəyyən edilir. Hər bir qab öz tutumuna görə
daxilinə əşya və ya maddə toplaya bilir. Hər bir
dolmuş qab eyni çəkidə ola bilməz. Bu baxımdan da
konkret tarazlıq ola bilməz. Kiçik qab özündən böyük
qabın müəyyən həddi qədər tutuma malik ola bilər. Bu
baxımdan bərabər hədlər daxilində tarazlıq ola bilər
Qrafik 14
Burada qablar şərti olaraq dövlətləri göstərirlər. Qablar sıra ilə düzülürlər. Sıralanma
dövlətlərin beynəlxalq münasibətlərdə sıralanmalarını əks etdirir. Bu sıralanmada xətti
tarazlıq var. Qabların ölçüləri, tutumları dövlətlərin maraqlarının tərkibini və miqdarını
əks etdirir.
Bu “sıra qablar” prinsipi onu göstərir ki, dövlətlər öz güclərinə görə maraqlara
sahibdirlər. Kiçik dövlətin müqayisədə böyük marağı ola bilməz.
533
Münasibətlərdə tarazlaşdırma məzmununu əks
etdriən sxem
Qrafik 15
İki və daha çox eyni forma və məzmunlu vasitənin eyni əşyaya (əşyalara) təsiri üzərində
qurulan, təsirindən meydana gələn tarazlıq. Hər bir təsvir bir anı əks etdirir. Sxemin ikinci
hissəsi tarazlıq vəziyyətlərinin çoxluğunu əks etdirir. Bir vasitənin eyni formalı əşyaya
ikitərəfli təsiri. Burada ardıcıl proseslər kimi təsvir etsək, balanslar mühitinin yaranmasını
görərik.
əşya
subyekt (tərəflər)
təsiretmə
əşyadan irəli gələn tarazlıq
Tarazlıq vəziyyəti
534
Münasibətlərdə tarazlaşdırma məzmununu əks
etdriən sxem –tarazlı vəziyyətlərin çoxluğu
Qrafik 16
İki və daha çox eyni forma və məzmunlu vasitənin eyni əşyaya (əşyalara) təsiri üzərində
qurulan, təsirindən meydana gələn tarazlıq. Təsir nəticəsində eyni məzmunlu, lakin müxtəlif
formalı əşyalar meydana gəlir. Həmçinin başqa məzmunlu, müxtəlif formalı əşyalar yaranır.
Bu əşyalar üzərində təsir etmək üçün müxtəlif gücə və təsir malik olan subyektlər təsir edirlər.
Təsirlər sayəsində qarşılıqlı iştirak təmin edilir və balanslı vəziyyətlər meydana gəlir. İki
vasitə tərəfindən təsirə məruz qalan əşyadan əmələ gələn əşylar özlərinə digər maraqlı tərəfləri
cəlb edir.
Burada bir əşyaya iki tərəfin təsiri ilə meydana gələn beş müxtəlif formalı hissələr
üzərində dörd müxtəlif formalı (imkan və gücə malik olan) tərəf iştirak edir. İştirak
nəticəsində ola bilər ki, hər bir tərəf öz imkanına uyğun güc tətbiq etsin. Burada təsirlər
dərəcələnir. Ola da bilər ki, vasitələr eyni gücdə olmasın, lakin eyni təsirlər göstərsinlər,
eyni qüvvə (ortalama və yaxud kiçik vastənin maksimum gücünə müvafiq) tətbiq etsinlər.
İki başlı ox onu göstərir ki, təsir prosesləri (tətbiq və əldə olunan nəticələr) arasındakı
uyğunluqlar üzərində qurulan münasibətlər tarazlı münasibətlərdir. Bigə iştirakın özü
tarazlı münasibətlər deməkdir. Dörd vasitə bir əşyaya eyni maddə tətbiq edərək altı ədəd
başqa məzmunlu, müxtəlif formalı əşyalar əmələ gətirirlər. Bu zaman təsirlər eyni olur,
maddələr eyni olur. Tarazlı münasibətlər yaranır.
+ =
Əşya +maddə=əşya
Əşya +əşya =əşya (tam, hissə)
535
Balanslı vəziyyətlərin çoxtərəfliyini, çoxistiqamətliyini əks
etdirən sxem
Qrafik 17
Onu nəzərə almaq lazımdır ki, vasitələrin çoxluğu əşyalara təsir amillərini
gücləndirir və təsirlərin sayını artırır, təsir imkanlarını genişləndirir. Təsirlərin
sayı artıqca yeni əşyaların əmələ gəlməsi prosesləri baş verir. Yeni əşyalar yeni
istiqamətləri əmələ gətirir, yeni fəaliyyət istiqamətləri meydana gəlir, eləcə də
vasitələrin sayı artır. Vasitələrin sayının çoxluğu cəmiyyətin münasibətlər
strukturunu yaradır. Bu münasibətlər strukturu idarə və səlahiyyət baxımından,
vəzifə və funksiya baxımından iyerarxik xüsusiyyətlərə malik olur.
Münasibətlərin tarazlaşması da istiqamətlər üzrə həyata keçirilir. Bu baxımdan
da hesab etmək olar ki, cəmiyyətdə münasibətlərin çoxluğu, iyerarxiyası
münasibətlərin tarazlı vəziyyətinin iyerarxiyasını əmələ gətirir. Sxemdən də
görünür ki, əşyalardan hissələr əmələ gəlir, hissələr tamı əmələ gətirir. Kiçik
münasibətlərin tarazlığı böyük münasibətlər tarazlığını yaradır. Əksinə
istiqamətdə də tarazlıq yarana bilir.
Dostları ilə paylaş: |