511
yollarını,
metodlarını
müəyyən
edir.
Yarımsistemlərin
koordinasiyası sistemin ümumi mexanizmisinin formalaşması
yollarını müəyənləşdirir. Koordinasiya üsul və vasitələrin
müəyyən edilməsində mühüm rol oynayır. Sxemdən görünür
ki, yarımsistemlər fərqlidir (dairələrin fərqliliyi). Hər bir
yarımsistem daxilində yaranan fərqli hərəkətlər yarımsistemin
balanslı mühitini yaradır. Balanslı vəziyyət əkslikərin
mübarizəsindən və vəhdətindən yaranır. Tam sistemin özünün
balanslı mühiti onun yarımsistemlərinin fərqliliyi, müxtəlifliyi,
çalarlığı ilə müşahidə edilən vəziyyətindən formalaşır. Buradan
bir daha belə qənatə gəlinir ki, balanslı vəziyyət fərqli-fərqli
məkanlarda (hər bir məkan dairəsi üzrə) fərqli hərəkət
məzmunlarından,
balanslaşdırma
fəaliyyətinin
tərkib
elementlərinin koordinasiyasından yaranır.
Münasibətlərdə koordinasiya və tarazlaşdırma
Belə bir prinsipdən çıxış etmək olar: hər bir varlıq,- istər
konkret, istər mücərrəd olsun,- şüurda, anlayışlarda müəyyən
nöqtələrlə sərhədlənən, müəyyən nöqtələr arasında xətlərin
birləşməsindən əmələ gələn, müəyyən sahələri əhatə edən
təzahürlərdən ibarətdir. Bu təzahürlər beyində təsvir olunur,
yaddaşlarda həkk olunur. Əvvəlcə qeyd edildiyi kimi,
münasibət anlayışının özü də mücərrəd koordinatlar arasında
mövcud olan anlayışdır. Münasibət canlı aləmi əks etdirən,
canlı varlıqlar arasında, canlı varlıqla cansız aləm arasında
tellər yaradan mücərrəd vasitələrdir. Münasibətin özünün
mahiyyətində kəmiyyət, ölçü amili var. Bu baxımdan
münasibətin
koordinatları
var
və
münasibətlərarası
koordinasiya prosesləri həyata keçirilir.
Münasibətlərin tərkib elementləri, münasibətlər sisteminin
forma və məzmun tərkibi, mahiyyəti əlaqəli şəkildə, birləşmiş
qaydada vahid bir məzmun təşkil edir. Münasibətlər
hərəkətlərdən
formalaşdığından
hərəkətlərin
forma
və
512
məzmunu da koordinasiyaları müəyyən edir. Hər bir hərəkətin
nöqtələri (koordinatları) mövcud olur ki, bu koordinatlar da
hərəkətin formasını, kəmiyyətini, başlanğıc və sonunu
müəyyən edir. Münasibətlərin koordinasiyası amilinə iki
aspektdən yanaşmaq olr: birincisi, müəyyən məkanda,
müəyyən
sahədə
mövcud
olan
münasibətlərin
tərkib
elementlərinin
koordinasiyası;
ikincisi,
sahələrarası
münasibətlər sistemininin koordinasiyası. Hər iki istiqamət
münasibətlərin iki və çoxtərəfli balanslaşdırılmasını təmin edir,
münasibət subyektlərinin uyğunlaşdırılmış şəkildə fəaliyyətini
əsaslandırır. Digər tərəfdən də koordinasiya münasibətlərin
təbəqəli və sahəli şəkildə inkişafını zəruri edir. Hər bir
münasibət, eləcə də münasibətlərin tərkib elementlərinin
uzlaşması, əlaqələndirilməsi müəyyən trayektoriya üzrə
münasibətlərin inkişafını və balanslaşmasını zəruri edir.
Həmçinin fərqli mühitlər yaradır. Fərqli hərəkət momentlərinin
uzlaşması, əlaqələndirilməsi müəyyən trayektoriya üzrə
hərəkətlərin eyniləşməsini, eyni son məqsədlər üçün edilməsini
zəruri edir. Bu baxımdan da hesab etmək olar ki, münasibətlər
məzmununun,
münasibətlər
tərkibinin
əlaqələndirilməsi
münasibətlərin tarazlı vəziyyətinin yaranmasını şərtləndirir.
Münasibətlərin koordinasiyasına dair aşağıdakı
qaydada ümumiləşdirilmiş fikirlər bildirmək olar:
-münasibətlərdə koordinasiya müəyyən əşyalara təsirlər
istiqamətində tərəflərin tələbat və ehtiyac kəmiyyətlərinin
eyniləşdirilməsidir-müəyyən istiqamətlər üzrə;
-münasibətlərdə
koordinasiya
münasibət
sahələri,
münasibət istiqamətləri aralarında halların, məqamların,
zaman, məkan və şəraitlərin eyniləşdirilməsidir, uzlaş-
dırılmasıdır-zaman, məkan, şərait amillərinin də koordinatları
mövcuddur;
513
-münasibətlərdə oxşar məzmunlu proseslərin başlanğıcı və
sonu arasında proses davamlılığının əlaqələndirilməsidir;
-proses məzmunu olan halların, vəziyyətlərin (təsiretmə,
hissələrə parçalama, tamın əldə edilməsi, bu baxımdan
tənzimləmə,
nəticə
olaraq
istifadə
etmə,
faydalanma
məqamlarının eyniləşdirilməsi, əlaqələndirilməsi) uzlaşdırıl-
masıdır;
-ümumi münasibətlər sahəsində, sistemində koordinasiya
münasibətlərin yarımsistemləri arasında məzmun tərkiblərinin,
proses tərkiblərinin koordinatlarının əlaqələndirilməsidir.
(Qeyd, ümumiyyətlə, düşüncədə, qavrayışlarda istənilən bir
konkret və mücərrəd elementin ölçüsünü, kəmiyyətini,
miqdarını, həcmini müəyyən edən nöqtələr vardır. Kəmiyyət
anlayışını
nöqtələrarası
məsafələrlə
düşüncələrdə
və
təsiretmədə, təsirlərin həcmində, miqdarında müəyyən etmək
olar);
-balanslaşdırma
proseslərində
koordinasiya
sistemin
yarımstrukturları daxilində və arasında tərkib elementlərin
qarşılıqlı mübarizə məqamları arasında bərabərlik və qeyri-
bərabərlik hallarını birləşdirici amildir;
-balanslaşdırma proseslərində koordinasiya hər hansı bir
əşyaya (əşyalara) təsirlər zamanı vasitələrin təsir tərzləri və
təsir səviyyələri, təsir imkanları arasında koordinatların,
ölçülərin əlaqələndirilməsidir.
Vasitələrin tarazlı qaydada uyğunlaşdırılmasını
aşağıdakı əsaslarla ümumiləşdirmək olar:
-vasitələrin (subyektlərin) forma və məzmun baxımından
(məsələn,
fərdlərin
yaşlarının
uyğunlaşdırılması,
əmək
qabiliyyətlərinin
uyğunlaşdırılması,
cəmiyyətin
sosial
təbəqələri arasında uyğunluq və birliyin yaradılması, statusların
müəyyən edilməsi və onlar arasında əlaqələrin qurulması və s.)
tarazlı şəkildə uyğunlaşdırılması;
Dostları ilə paylaş: |