Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc


Bioloji-mənəvi  münasibətlər-cinsi  münasibətlər



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə159/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   ...   155   156   157   158   159   160   161   162   ...   175

 

480


Bioloji-mənəvi  münasibətlər-cinsi  münasibətlər-kişi  ilə 

qadın arasında olan münasibətlər və s.  

Hər  bir  sahə  (istiqamət)  üzrə  münasibətin  də  öz strukturu, 

tərkib  komponentləri  var.  Münasibətlərin  balanslaşdırılmasına 

da  iki  baza  aspektindən  yanaşmaq  olar:  birincisi,  sahələr  üzrə 

münasibətlərin  balanslaşdırılması.  Məsələn,  iqtisadi  sahələr 

üzrə  münasibətlərin  balanslaşdırılması;  ikinci  aspekt  isə 

müxtəlif  sahələrarası  (qarşılıqlı  sahələr)  münasibətlərin 

balanslaşdırılması;  məsələn,  iqtisadiyyat,  siyasət  sahələri 

arasındakı münasibətlərin balanslaşdırılması.  

Məlumdur  ki,  insan  fəaliyyəti  şəbəkə  xarakterinə  malikdir 

və  tələbatlar  da  şəbəkəli  xarakterə  malik  olur.  Münasibətlərin 

balanslaşdırılması 

proseslərinin 

özləri 

də 


münasibətlər 

sisteminin  tarazlı  fəaliyyətini  təmin  edir.  Münasibətlərin 

yaranması və  genişlənməsi proseslərini təmin edən subyektlər, 

obyektlər,  sahələr,  münasibətləri  yaradan  icra  vasitələri  (icra 

alətləri),  icra  üsulları  və  vasitələri,  icra  qaydaları  və  s., 

ümumilikdə  münasibətlərin  formalaşmasında  iştirak  edən 

bütün tərəflər, əşya və predmetlər cəmi münasibətlər sisteminin 

tərkibinə aid olur. Münasibətlərin balanslaşdırılmasının özü də 

bu  baxımdan  sistemli  xarakter  daşıyır.  Münasibətlərin 

balanslaşdırılması  həm  vahid  mərkəzləşmiş,  həm  də  şəbəkəli 

mərkəzləşmiş  xüsusiyyətlərə  malik  olur.  Münasibətlərin 

balanslaşdırılması  sisteminə  münasibətlərdə  iştirak  edən 

tərəflərin  maraqlarını  tarazlı  şəkildə  təmin  edən,  tələbatlarını 

tarazlı qaydada ödəyən üsul və vasitələr, mexanizm yolları aid 

edilir. 

Münasibətlərin 

balanslaşdırılması 

qaydaları 

da 

münasibətlərin  balanslaşdırılması  sisteminə  və  mexanizminə 



daxil  edilir.  Münasibətlərin  balanslaşdırılması  proseslərinin 

ardıcıllığına aşağıdakıları aid etmək olar: 

-tərəflərin  maraq  və  tələbat  meyarlarının,  ehtiyaclarının 

öyrənilməsi, müəyyən edilməsi (təcrübi və nəzərə əsaslarla);  

-tərəflərin 

maraq, 


ehtiyac 

və 


tələbat 

sahələrinin, 

obyektlərinin müəyyən edilməsi



 

481


-tərəflərin  maraq,  ehtiyac  və  tələbat  zamanın  müəyyən 

edilməsi

-tərəflərin  maraq,  ehtiyac  və  tələbatlarını  ödəmək 

vasitələrinin,  üsullarının  və  mərkəzlərinin,  eləcə  də  obyekt  və 

subyektlərinin müəyyən edilməsi

-tərəflərin  maraq,  ehtiyac  və  tələbat  şəraitinin  öyrənilməsi 

və öyrənmə vasitələrinin müəyyən edilməsi; 

-tərəflərin  maraq,  ehtiyac  və  tələbat  sahələri  arasında 

bərabər əlaqələrin müəyyən edilməsi və təmin edilməsi

-tərəflərin maraq, ehtiyac və tələbat sahələrinin subyektləri 

arasında fəaliyyət münasibətlərinin tarazlı əsaslarının müəyyən 

edilməsi,  münasibətlərin  daxili  vəziyyətinin,  bu  baxımdan 

məzmununun müəyyən edilməsi.  

Münasibətlərinn 

balanslaşdırılması 

mərhələləri 

münasibətlərin balanslaşdırılması strukturunun əsaslarını təşkil 

edir.  Münasibətlərin  balanslaşıdırılması  zamanı  münasibət 

sahələri  arasında  tarazlı  bağlılığın  və  tarazlığı  təmin  edən 

vasitələrin tarazlı fəaliyyətinin əsaslarını müəyyən etmək lazım 

gəlir. 

Münasibətlər  sistemi  həm  ayrı-ayrı  sahələrdə,  həm  də 



sahələr  arasındakı  əlaqələr  sistemində  yarana  bilər.  Bu  sistem 

əsasən  keçicilik  funksiyasını  yerinə  yetirə  bilər.  Məsələn, 

iqtisadi  və  siyasi  münasibətlər  sistemlərini  tarazlamaq  üçün 

aralıq, örtürücü tarazlı sistemlərin formalaşması baş verir.  

Münasibətlərin  balanslaşdırılması  öz-özlüyündə  bir  proses 

olduğundan  proseslər  də  müəyyən  keçici  mərhələlərlə  həyata 

keçirilir.  Bu  baxımdan  proseslər  biri-biri  üçün  zəmin  olan, 

təkanvericilik  baxımından  mühüm  əhəmiyyət  kəsb  edən  baza 

və  üst  qat  proseslərini  özündə  əks  etdirir.  Balanslaşdırma 

prosesində tətbiq edilən bütün üsullar cəmi, üsulların forma və 

məzmunu balanslaşdırma prosesinin yollarını müəyyən edir ki, 

bu  da  balanslaşdırılmağa  cəlb  edilən  münasibətlərin  sistemini 

və  strukturunu  təşkil  edir.  Proseslərlərin  tərkibi  də  mövcud 

olur.  Balanslaşdırma  proseslərinin  tərkibinə  proseslərin  həyata 




 

482


keçirilməsi üçün ilkin şəraitin öyrənilməsi, tərəflərin maraq və 

tələbat  tərkibinin,  forma  və  məzmununun  öyrənilməsi,  bu 

baxımdan  proseslərdə  iştirak  edən  tərəflərin  maraq  və 

tələbatlarının  həcminin  öyrənilməsi,  tələbat  və  maraqların 

obyektlərinin  müəyyən  edilməsi,  məkan  və  zamanın  müəyyən 

edilməsi,  tərəflərin  öz  maraqlarını  qarşılıqlı  təmin  etmək  üçün 

onların uyğun şəkildə hərəkət vəziyyətinə gətirilməsi üsullarını 

aid  etmək  olar.  Nəzərə  almaq  lazımdır  ki,  balanslaşdırma 

prosesi  bir  ümumi  hərəkət  tərzi  olmaqla,  özündə  müxtəlif 

hərəkətlər  prosesini  ehtiva  edir.  Balanslaşdırma  prosesi 

məqsədə  xidmət  edir  və  məqsəd  yollarını  müəyyənləşdirir. 

Prosesin  mərhələləri,  yolları,  metodları  öz-özlüyündə  prosesin 

tərkibini  əmələ  gətirir.  Prosesin  tərkibi  onun  formasını 

müəyyən edir.  



 

Balanslı vəziyyət üçün şəraitin meydana gəlməsi və  

şə

rtlərin ödənilməsinin əsasları  

 

Şərait  özü  bir  imkan  anıdır,  vəziyyətidir  ki,  bu  anda 



zamana müvafiq olaraq müəyyən maraqların yerinə yetirilməsi 

üçün  hərəkətlərin  edilməsi  zərurətə  çevrilir.  Yetişən  zamanda 

hərəkət  zərurəti  başlıca  amilə  çevrilir.  Balanslaşdırma  üçün 

mütləq  şəkildə  zəncirvari,  əlaqəli  şəraitlər  yetişir.  Əvvəlcə 

qeyd  edildiyi  kimi,  balanslı  vəziyyət  tərəflərin  qarşılıqlı 

duruşu,  dayanışı  zamanı  mütləq  və  qeyri-mütləq  əsaslarla, 

müəyyən  nöqtələrə  (koordinatlara)  nisbətən,  koordinatlar 

çərçivəsində  bərabər  səviyyənin  təmin  edilməsidir.  Balanslı 

vəziyyət  həmçinin  müəyyən  zamanda  və  məkanda  şəraitin 

doğurduğu  vəziyyətdir.  Balanslı  vəziyyət  hərəkətlərə  bağlı 

olduğundan  və  hərəkətlər  də  zaman,  məkanla  əlaqəli 

olduğundan,  balanslı  vəziyyətin  meydana  gəlməsi  üçün  ya 

hərəkətdə 

olan 


vasitələrin 

(tamın) 


ümumilikdə 

taraz 


vəziyyətinə gətirilməsi, ya da tamın ayrı-ayrı hissələrinin taraz 

vəziyyətinə  gətirilməsi  (gəlməsi)  tələb  olunur.  Bütün  hallarda 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə