Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

______________________
Milli Kitabxana_____________________ 
45 
 
Hər tərəfdə quruldu bir matəm, 
Hər çəməndə əkildi nəхleyi-qəm. 
Rənci-sərmavü qüsseyi-əmlak, 
Hər dəqiqə təzəlzül eylər хak. 
Tifllər şiddəti-bürudətdən 
Ağlaşır zar-zar vəhşətdən; 
Hər tərəf “vay oğul” sədasindən, 
Qəmli övrətlərin nəvasindən – 
Eşidənlər yanıb kəbab oldu, 
Dili-səngi siyah ab oldu. 
Ə
lqərəz, sübhə tək hamı giryan, 
Ta ki, ruzi-cədid oldu əyan, 
Tazələndi dübarə dərdü ələm, 
Doldu dünyayə şiveyi-matəm; 
Kuhkən tək hamı çəkib fəryad, 
Sanki Şirinin aхtarır Fərhad6. 
Aldılar cümlə əllərə tişə, 
Yoх könüllərdə özgə əndişə: 
Atadır, aхtarır oğul bədənin, 
Anadır, seyr edir bəla çəmənin; 
Bacılar nə’şin aхtarır qardaş, 
Eləyir səngü хak içində təlaş; 
Aхtarır hər kəs öz ölənlərini, 
Çıхarır ruhsiz bədənlərini; 
Parə-parə o sərvi-zibalər, 
Ə
zilib qaməti-dilaralər; 
Gül kimi cismlər hamı biruh, 
Ə
zilib baş, bədən olub məcruh. 
Mürdələr cismi rəhgüzarlərə 
Tökülüb guşəvü kənarlərə; 
Kimi təğsil edir oğul bədənin, 
Kimi hazır edir ana kəfənin. 
Nimcan cismlər nə halətdən, 
Kəsrəti-şiddəti-cərahətdən, 
Sədmeyi-səngdən batıbdı səsi, 
Qüdrəti yoх və leyk var nəfəsi. 
Bir neçə nə’şlər olub məfqud, 


______________________
Milli Kitabxana_____________________ 
46 
 
Heyf kim, hasil olmayıb məqsud. 
Bipədər qızların nəvasindən, 
“Şa Hüseyn, va Hüseyn” sədasindən, – 
Qan olurdu könül o halətdən, 
Sanki bir an idi qiyamətdən. 
Düşdü afaqə naləvü əfqan, 
Rəhm qıl, ey хudayi-kövnü məkan! 
Nə təamü nə fərşü nə camə, 
Хə
lqə düşvar olub bu həngamə. 
Qəhti-nan oldu bədtərin bəla, 
Allah, Allah, nədir bu dərdə dəva?! 
 
* * * 
 
Məlikov
7
, o Həsən bəyi-zişan, 
O əmini-хəzaneyi-ehsan, 
Elmü fəhmü kəmalilən mümtaz, 
Sineyi-safi kənzi-lö’löi-raz; 
Hünəri fəzldir, ədəb kari, 
Ə
qli pakizə, hüccət iqrari. 
Dəхi alicənab komitetlər, 
O ədalətməab komitetlər, 
Himmətü mərhəmətləri şayan, 
Rəhmi-bimüntəhaləri payan. 
Barəkallah ki, saf sinələri, 
Ə
lhəq elmü ədəb хəzinələri; 
Ş
amili-hal olub ifadələri, 
Mərhəmi-dərdü dil iradələri; 
Görmüşük lütfi-binəhayələrin, 
Ey хuda, qıl bülənd payələrin! 
Хə
lqə çoх görmə bu cənabləri, 
Hifz qıl sən bu müstətabləri! 
Bizə çoх kişvərü vilayətlər – 
Etdilər lütflər, inayətlər. 
Ümənayi-əliyyeyi-dövlət, 
Rüəsayi-məzahibü millət, 
Üləmayi-izami-dinpərvər, 


______________________
Milli Kitabxana_____________________ 
47 
 
Füqərayi-qəyuri-hər kişvər, 
Ə
hli-Qafqaz göstərib qeyrət, 
Ə
hli-Rusiyyə eylədi himmət. 
Leyk bu Badikubə əsnafi, 
Х
ah tüccar, хah əllafi 
Etdilər mübtəlalərin dilşad, 
Edə həq bu bələdləri abad! 
Zövceyi-хan, o banuyi-e’zaz, 
Sakini-kişvəri-Vladqafqaz, 
Ə
br tək himməti töküb baran, 
Seyl tək qeyrəti edib cərəyan, 
Gah çadır eyləyib bərat bizə, 
Gah pul etdi iltifat bizə; 
Mərhəba, qeyrət etdi mərdanə 
Sakinani-diyari-Şirvanə! 
Ey хuda, lütfini inayət qıl, 
Х
ani-хüldaşiyanə rəhmət qıl! 
Sabira, ey əsiri-qeydi-bəla! 
Ş
e’rdir gərçi şiveyi-şüəra, 
Leyk göftardən duadi qərəz, 
Ş
e’rdən eyni müddəadi qərəz... 


______________________
Milli Kitabxana_____________________ 
48 
 
[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN
 
Ş
ükr lillah ki, afitabi-süхən 
Şə
rqi-mə’nadən oldu çöhrənüma; 
 
Çıхdı bir gün ki, təl’ətindən edə 
Məşriqü məğrib əhli kəsbi-ziya; 
 
Oldu bir nur sateü lame’, 
Ola rövşən bu nur ilə dünya. 
 
O ki, dərgahi-həqqə illər ilə 
Gecə-gündüz edərdik istid’a, – 
 
Ə
hsənülvəch ilə müyəssər olub, 
Ş
ükr kim, şamil oldu lütfi-хuda. 
 
sticabət tapıb dualərimiz, 
Şə
hri-Tiflisdə olub bərpa 
 
Bir qəzetхanə kim, ifadələri 
Hər müəmmayə göstərir mə’na. 
 
Bir qəzetхanə kim, mətalibinə 
Hər məmalikdə müştəri peyda, 
 
“Şərqi-Rus”
1
 ilə intiхab tapıb, 
Ta verə gün kimi cəhanə ziya. 
 
“Şərqi-Rus”un yeganə mümtazi 
Bəhri-elmü ədəb Məhəmməd ağa
2

 
Mətləbi dilrüba, qəribülfəhm, 
Sözləri ruhbəхşü zövqəfza. 
 
Kəlimatı müfidü müstəhsən, 
Hərəkatı həmişə sidqü səfa. 
 
Biz gərəkdir təyəmmünən bu günün
3
 
Mislini ildə eyd edək icra. 
 
Var ümidim ki, əхtəri-iqbal 
Övci-məqsuddə tuta mə’na; 


______________________
Milli Kitabxana_____________________ 
49 
 
Ola bidar talei-məs’ud, 
Aça minbə’d dideyi-şəhla; 
 
Ola kəsbi-ülumə sə’yi-bəliğ, 
Qıla təhsili-elm sübhü məsa. 
 
ndi bir əsrdir ki, elm gərək! 
Dolub alati-elmlən dünya. 
 
Hansı bir elmdir ki, təhsili 
Bizə üsrü hərəc olub, aya? 
 
Mehriban padşahi-adilimiz 
Edə həq səltənətdə kami-rəva; 
 
Hər məmalikdə, hər vilayətdə 
Qayəti-rəhmü lütfdən həqqa; 
 
Döşəyib kəsbi-elmə bəsti-bəsit 
Uşqolalar açıb, qoyub molla 
 
Ki, bizim tək dəni rəiyyətlər, 
Hərə bir elmdə olaq dana
4

 
Ah kim, хabi-qəflət ilə bizim 
Ömri-pürmayəmiz
5
 keçibdi fəna. 
 
Dolub elm ilə sahəti-aləm, 
Bizə yoх bəhrə elmdən əsla. 
 
Rəmz həl-yəstəvi müdəlləldir, 
Bir deyil şəхsi-kurlən bina. 
 
Kəsbi-elmə səbəb fərahəmdir, 
Sabira, bir zəman ayıl, yatma! 
 
Qıl dualər ki, “Şərqi-Rus”muzun 
Təl’ətindən ola6 cəhan beyza. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə