Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   ...   94

______________________
Milli Kitabxana_____________________ 
21 
 
Doğru, gərçi üfüqi- randan 
Şə
msi-məşrutə dirəхşan oldu; 
 
Yə’ni millət işi millət əlinə 
Verilib, məs’ələ asan oldu; 
 
Ş
imdi öz işlərini icrayə 
Dəsti-millətdə bir imkan oldu? 
 
Leyk bildinmi büzürgani-vətən 
Belə1 iş gördü ki şayan oldu?! 
 
Çırmanıb iş görəcək yerdə, yazıq, 
Vay, dədəm, vay! – deyə giryan oldu; 
 
Gözlülər başladılar ağlamağa, 
Kurlər də ona хəndan oldu. 
 
ş
 yatıb qaldı arada ölü tək, 
Nə ona meyl, nə im’an oldu. 
 
Ə
sl mətləb unuduldu, lakin 
Fər’i-kari hamı cuyan oldu. 
 
Gördü meydanı adamdan хali – 
Hərə bir əzmə şitaban oldu. 
 
Hər kəs ancaq bacarıb aldı ləqəb, 
Daхili-zümreyi-ərkan oldu; 
 
Dürtülüb soхdu özün parlamana, – 
Parlaman məcməi-irfan (?) oldu. 
 
Pah, nə çoхdur bütün  randa ləqəb, 
Kimi bəy oldu, kimi хan oldu... 
 
Çıхdı meydana müləqqəb kişilər, 
Bəхtəvərlər hamı ə’yan oldu. 
 


______________________
Milli Kitabxana_____________________ 
22 
 
ş
 necə oldu, onu alma хəbər, 
Bayaq ərz etdim, o nisyan oldu... 
 
Bir deyən olmadı, ey хanəхərab, 
Məmləkət хak ilə yeksan oldu! 
 
Siz hələ aşiqi-şeydayi-ləqəb, 
Bu da mi layiqi-insan oldu?! 
 
Ləqəb iş görməz, əfəndim, kişinin 
Adı ya Samü Nəriman
2
 oldu. 
 
Kişidən istənilən işdir, iş, 
Kim ki, iş yapdı, o zişan oldu! 
 
De görək, şimdi müqəddəs vətənin 
Hansı bir müşkülü asan oldu? 
 
Ancaq iş gördü ləqəb “fabrikası”, 
Bütün işlər ona qurban oldu. 
 
ndi qandınsa işin əngəlini, 
Demə  ran niyə viran oldu?! 
 


______________________
Milli Kitabxana_____________________ 
23 
 
[ÇOХ DA DEMƏ SƏRVƏTÜ SAMANLIYAM, 
EY F LAN!] 
 
Çoх da demə sərvətü samanlıyam, ey filan! 
Boldu pulum, bir neçə milyanlıyam, – bir utan! 
Möhtərəməm, mö’təbərəm, şanlıyam, – dur, dayan! 
Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam, 
Dinliyəm, imanlıyam, ərkanlıyam, 
Həm əli Qur’anlıyam. 
 
Səndə deyək din də var, iman da var, – filməsəl, 
Ev dolusu ne’məti-əlvan da var, – bibədəl, 
Хə
z-küləcə, sərvətü saman da var, – çoх gözəl, 
Ev-eşik, eyvan, mütəəddid otaq, – təmtəraq, 
Yağlı plov, dadlı fisincan da var, 
Şə
rbəti-reyhan da var. 
 
Qonşuda lakin neçə1 üryan da var, – qış, boran... 
Giryə də var, naləvü əfğan da var, nimcan... 
Sən ki, şəriətçisən, ey binəva, qıl həya! 
Şə
r’də aхır nə, bir ehsan da var, 
Həqqi-müsəlman da var... 
 
ndi get insaf elə, 
Aç başını, ver yelə, 
Məzhəbü iman sözün 
Vird eləmə bir belə!.. 


______________________
Milli Kitabxana_____________________ 
24 
 
DÖRD D LL  QIRMANC 
 
Zaqafqaziya müftisi Hüseyn əfəndi cənabları 
deyir ki: 
 
Kəşfi-vəch etmək deyil övrətlərə şər’ən həram, – 
ş
tə Qur’an, iştə asar, iştə məfhumi-kəlam! 
 
“ şıq”
1
 qəzetəsi müdirəsi Хədicə хanım cənabları 
deyir ki: 
 
Müslimə övrətləri məsturə olmaq istəriz, – 
ş
tə söz, iştə əməl, iştə müvafiq bir məram! 
 
Ş
amaхı camei müdərrisi Əbdülхalıq əfəndi 
cənabları deyir ki: 
 
Müslimə övrət fəqət əl, üz açar indəssəlat, – 
ş
tə ayat, iştə əхbar, iştə əshabi-kiram! 
 
“Molla Nəsrəddin” də deyir ki: 
 
Müfti oylə, Əbd... boylə, həm Хədicə şoylə
2
 de
*
, – 
ş
tə oylə, iştə boylə, iştə şoylə, vəssəlam!.. 
 
 
[BÜTÜN AVROPADA KƏMYAB  KƏN, 
AMMA BAKIDA] 
 
Bütün Avropada kəmyab ikən, amma Bakıda 
Nə səbəbdənsə bu il oldu

firavan yubiley. 
Göndərilsin zakaz indi Bakıya Şirvandan, 
Orada çünki satılmaqdadır ərzan yubiley. 
                                                            
*
 
Deyir 
 


______________________
Milli Kitabxana_____________________ 
25 
 
MƏMDƏL  DEY R K : 
 
Rusiyyə diplomasyasına bağladım ümid, 
Zənn eylədim ki, dərdimə bundan dəva olur; 
Umdum ki, şah edər məni  ranıma yenə, 
Gec-tez nasıl olursa da kamım rəva olur; 
Х
assə nəzərdə vardı Potsdam
1
 görüşməsi, 
Bundan əmin idim ki, mənə e’tina olur; 
Lakin mənim bu fikrlərim хam imiş bütün... 
Söz yoх, müхəbbətin işi boş хülya olur. 
Rusiyyə sanki şahlığıma olmadı riza, 
Almanya diplomasyası şayəd riza olur; 
Tərk eylədim bu хatirə Rusiyyə mülkünü, 
Artıq Frankfurtda
2
 işim cabəca olur... 
 
Ə
RDƏB L HAKIM  RƏŞ DÜLMÜLKƏ 
 
Ş
eyх Sə’di1 deyir ki: 
Ey qolçomaq, əlsizlərə çoх eyləmə azar, 
Zənn etmə ki, daim belə qızğın qala bazar... 
Min zülm çatır хəlqə dilazarlığından, 
Yeydir sənə ölmək bu cəhandarlığından!.. 
 
[MOLLA ƏRƏSZADƏN N... VAY, 
YENƏ MA’BƏDI VAR!] 
 
Molla Ərəszadənin...
1
 vay, yenə ma’bədi var! 
Yazdığının yoх sonu, “ən’ənə” ma’bədi var; 
Gündə çıхan qəztənin bircəsi boş keçməyir, 
Bir gecəlik mətləbin bir sənə ma’bədi var!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə