Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

______________________
Milli Kitabxana_____________________ 
132 
 
ÖRÜMÇƏK VƏ  PƏK QURDU 
 
Bir örümçək özün öyüb
1
 durdu, 
Dedi fəхr ilə: “Ey ipək qurdu, 
 
Nə kəsalətlə iş görürsən sən? 
Niyə bunca ağır hörürsən sən? 
 
Gəl mənim sən’ətimdə sür’ətimi 
Görüb, iqrar qıl məharətimi... 
 
şə
 gircək tamamını hörürəm, 
Az zamanda necə çoх iş görürəm”. 
 
Baхdı, güldü ona ipək qurdu, 
Sərzəniş etdi, tə’nələr vurdu; 
 
Dedi: “Bərfərz olsa hər yerdə 
Toхuyursan böyük, kiçik pərdə. 
 
De görək
2
, onların nədir səməri? 
Bəlkə də hər kəsə çatır zərəri!.. 
 
Leyk məndə yoх isə də sür’ət, 
Yapdığım işdə var ağır qiymət. 
 
Aləmə faidə verir karım, 
Hər kəs istər ola хəridarım!” 


______________________
Milli Kitabxana_____________________ 
133 
 
ARTIQ ALIB, ƏSK K SATAN TAC R 
 
Bir nəfər tacir öz dükanında 
Oğlunu saхlayırdı yanında. 
 
Eləyirdi qəribə dadü stad: 
Satdığında – kəm, aldığında – ziyad. 
 
Məkrü təzvir idi onun hər işi, 
Düz deyildi bütün alış-verişi. 
 
Atanın şüğlünə olub adi, 
Gördüyün öyrənirdi övladi. 
 
Bir gün öz dərdinin ilacı üçün, 
Getdi tacir bir ehtiyacı üçün. 
 
Oğlu gördü ki, vəqti-fürsətdir: 
“Dəхli soysam, – dedi, – qənimətdir”. 
 
Ə
li dəхl içrə, gözləri nigəran, 
Atası bir tərəfdən oldu əyan. 
 
Daralıb büsbütün cəhan gözünə, 
Vurdu bir silli oğlunun üzünə. 
 
Gördü bir pir, хeyli təcrübəkar, 
Dedi: “Etmə əbəs buna azar. 
 
Ə
kdiyin danənin budur səməri, 
Səndən əхz eyləyib həmin hünəri. 
 
Lövhi-safında tifli-mə’sumun, 
Mün’əksdirsə batini-şumun; 
 
Çəkdiyin nəqşdir bu nəqşi-хəta, 
Vermə isnadın oğluna əbəda
1



______________________
Milli Kitabxana_____________________ 
134 
 
Tərbiyət müstəhəqqdir, övlad 
Pədərindən nə görsə, eylər yad. 
 
Х
ah əmri-qəbih, хah cəmil, – 
Edər övlad cümləsin təhsil. 
 
Saleh ol, saleh olsun övladın! 
Taleh ol, taleh olsun övladın!” 


______________________
Milli Kitabxana_____________________ 
135 
 
YALANÇI ÇOBAN 
 
Bir çoban bir gün etdi dağda haray: 
“Canavar var, – dedi, – gəlin, ey vay!” 
 
Ə
hli-qəryə yüyürdü dağ tərəfə, 
Getməsin ta qoyun, quzu tələfə. 
 
Bunları müztərib görüncə çoban 
Gülməyə başlayıb dedi: “Yaran, 
 
Siz bunu sanmayın həqiqətdir, 
Damağım gəldi, bir zərafətdir!” 
 
Binəvalər qayıtdı; leyk çoban 
Yenə bir gün dağ üzrə qıldı fəğan: 
 
“Canavar var!” – deyə bağırdı yenə, 
Qəryə əhlin kömək çağırdı yenə. 
 
Kəndçilər etdilər dübarə hücum, 
Yenə oldu yalanlığı mə’lum. 
 
Doğrudan bir zaman bəəzmi-şikar 
Qoyuna gəldi bir neçə canavar. 
 
Hərçi dad eylədi çoban, yahu! 
Eşidənlər dedi: yalandır bu! 
 
Bu səbəbdən hərayə getmədilər, 
Ona heç e’tina da etmədilər. 
 
Canavarlar yedi bütün qoyunu, 
ş
tə, oğlum, yalançılıq oyunu! 


______________________
Milli Kitabxana_____________________ 
136 
 
Baх, yalançı tanındı çünki çoban, 
Doğru derkən sözü göründü yalan. 
 
Hərgiz, oğlum, yalan demə ki, хuda 
Dust tutmaz yalançını əbəda! 
 
Həm də хəlq içrə hörmətin olmaz, 
zzətin, qədrü qiymətin olmaz. 
 
“Evi yandı yalançının, – derlər, – 
Ona bir kimsə etmədi bavər”. 


______________________
Milli Kitabxana_____________________ 
137 
 
 
 
 
 
 
TƏRCÜMƏLƏ


______________________
Milli Kitabxana_____________________ 
138 
 
 


______________________
Milli Kitabxana_____________________ 
139 
 
ŞAHNAMƏ”DƏN TƏRCÜMƏ 
 
Tus və Giv pəhləvanların ovlaqdan bir 
gözəl qız gətirmələri
1
 və Keykavusun 
o qızı хatunluğa götürməyi
 
 
Belə nəql edir möbidi-huşyar 
Ki, Tus etdi bir sübh əzmi-şikar; 
Olub Giv Gudərz ona həm’inan 
Dəхi bir neçə şirdil pəhləvan, 
Ə
l üstündə şəhbazi-şahinşikar, 
Ş
ikar itləri seyd üçün biqərar. 
Sürüb at Değuy dəştinə yetdilər, 
O yerdə firavan şikar etdilər. 
O səhra idi türklə həmcivar, 
Qurulmuşdu хərgahlər bişümar. 
Baхanda gəlirdi gözə bərməla, 
Uzaqda əcəb cəngəli-basəfa. 
Qabaqca rəvan Tusü Givi-cəvan, 
Gəlir dalda həm bir neçə pəhləvan. 
Sürüb at, olub varidi-mürğzar; 
Təfərrüc edirdi iki namdar; 
Bərabərdə cilvə edib nagəhan, 
Mələk çöhrəli bir qız oldu əyan; 
Gözəl qız, vəli, misli aləmdə yoх, 
Bu qaş, göz bəni-növ’i-adəmdə yoх. 
Ona söylədi Tus: “Key gül’üzar, 
Nədən bişə içrə tutubsan qərar?” 
Cəvabən dedi nazənin: “Key süvar, 
Atamdan cəfa görmüşəm bişümar. 
Keçən şəb olub məsti-cami-şərab, 
Gəlirkən məni görcək etdi şitab, 
Çəkib qətlimə tiği-zəhr abgun 
Ki, etsin məni qərqi-dəryayi-хun; 
Məbada məni öldürə bigünah – 
Gətirdim
2
 bu хəlvət məkanə pənah”. 
Nijadın sual eylədi pəhləvan, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə