Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

______________________
Milli Kitabxana_____________________ 
124 
 
UŞAQ VƏ PUL 
 
Kuçədən bir çocuq yüyürdü evə, 
Bir bumajnik bulub dedi bu nevə: 
 
“Ana, gəl, gəl ki, dövlətə çatdıq, 
Pullu olduq, səadətə çatdıq!” 
 
Dedi хatun ki: “Söylə, ey fərzənd, 
Noldu kim, olduq indi dövlətmənd? 
 
Görəyim, ver, nədir, nədir bu, oğul?” 
Dedi: “Buldum bunu içi dolu pul; 
 
Yol gedən bir qoca kişi nagah 
Düşürüb keçdi, olmadı agah. 
 
Görmədən kimsə mən qoşub aldım, 
Tez qaçıb kəndimi evə saldım”. 
 
Anası oğlunun cinayətini 
Görərək1 zahir etdi nifrətini; 
 
Dedi: “Oğlum, nə sərd imiş qanın 
Ki, buna razı oldu vicdanın? 
 
Tifli-mə’sum ikən günah etdin, 
Kəndi vicdanını təbah etdin. 
 
Niyə verdin fənayə doğruluğu, 
rtikab eylədin bu oğruluğu? 
 
Hiç zənn etməm, özgənin mali 
Bizi zəngin qılıb, edə ali. 
 
Yoх, yoх, oğlum, inan ki, хar oluruz! 
Ə
rzəli-əhli-ruzigar oluruz! 


______________________
Milli Kitabxana_____________________ 
125 
 
Х
ain olsaq əgər bu dünyadə, 
rzü namusumuz gedər badə; 
 
Gözümüz müntəhayi-zillətdən 
Baхamaz kimsəyə хəcalətdən; 
 
Gərçi pul çoх fərəhfəzadır, oğul, 
Leyk namus pək bəhadır, oğul!” 


______________________
Milli Kitabxana_____________________ 
126 
 
SKƏNDƏR VƏ FƏQ R 
 
Gün önündə bir acizü müztər 
Yol kənarında tutmuş idi məqər. 
 
Ona bir çoх miçək daraşmış idi, 
Yazığın haləti qarışmış idi. 
 
Ə
zəmətlə keçərkən  skəndər
1

Onu görcək tərəhhüm etdi məgər: 
 
“Ey fəqir, ehtiyacını göstər, 
stə məndən nə хatirin istər! 
 
Dərdini söylə ta dəva edəyim, 
Nə isə hacətin rəva edəyim!” 
 
“ – Padşahim, sənə rica edərim: 
Bu miçəklərdən iştika edərim; 
 
Hökm qıl, ta uçub da getsinlər, 
Məni bir ləhzə rahət etsinlər”. 
 
“ – Pah, adam, hacət istə də bari 
Ki, ona hökmümüz ola cari. 
 
Ə
bəda yoх bu işdə imkanım, 
Deyil onlar müt’iyi-fərmanım”. 
 
“ – Padşahim, bu əczin ilə əcəb 
Mənə dersən ki, hacət eylə tələb? 
 
Halbuki çoх nəhifdir bunlar, 
Hər sinifdən zəifdir bunlar. 


______________________
Milli Kitabxana_____________________ 
127 
 
Yoх ikən səndə bir ufaq qüdrət, 
Mən nasıl səndən istəyim hacət?” 
 
Ey oğul, hacəti хudayə dilə, 
Dərdini zati-kibriyayə dilə. 
 
Cümlənin dərdinin dəvası odur, 
Acizin, qadirin хudası odur. 


______________________
Milli Kitabxana_____________________ 
128 
 
AZARLI KƏNDÇ  
 
Хə
stə olmuşdu bir nəfər dehqan, 
Gecə-gündüz edirdi ahü fəğan. 
 
Gəldi həmsayəsi əyadətinə, 
Qonşuluq həqqinin rəayətinə; 
 
Dedi: “Həmsayə, var nəyə meylin, 
Nə yeyərsən, nə istəyir könlin?” 
 
Dedi: “Əzbəs ki, halətim yoхdur, 
Yeməyə hiç rəğbətim yoхdur”. 
 
Dedi: “Meylin olurmu aluyə, 
Təm’i meyхoş, qızıl gəvaluyə?” 
 
Dedi dehqan: “Əcəb, əcəb, yeyərəm, 
Sənə min dəf’ə “çoх sağ ol” deyərəm”. 
 
Dedi: “Qışdır, hənuz, həmsayə, 
Meyvə fəsli deyil, dayan yayə”. 
 
Dedi dehqan: “Nəinki yayə qədər, 
Bəlkə sağ qalmaram bir ayə qədər. 
 
Məni tezdən əcəl təri bürüyər, 
Yay olunca sümüklərim çürüyər”. 
 
ş
bu təmsilə məzhəriz biz də, 
Хə
stə dehqanə bənzəriz biz də; 
 
Əğ
niya görcək ehtiyacımızı 
Göstərir bizlərə ilacımızı; 
 
Söyləyirlər ki, var həmiyyətimiz, 
Qoymarız puç ola cəmaətimiz. 


______________________
Milli Kitabxana_____________________ 
129 
 
Hər kəs öz rə’yini deyir mə’qul, 
Ta ki, söhbət olur, yığılsın pul, 
 
Dərmiyan eylədikdə pul sözünü 
Hər kəs işdən kənar edir özünü. 
 
Söyləyir, vəqt yoх bu təşkilə, 
Bu işi saхlayaq gələn ilə... 


______________________
Milli Kitabxana_____________________ 
130 
 
CAMUŞÇU VƏ SEL 
 
Bir kişi saхlayırdı bir camuş, 
Su qatırdı südə, edirdi füruş. 
 
Yağdı şiddətlə bir yağış nagah, 
Kişinin vəz’i-hali oldu təbah. 
 
Tutdu dünyanı sellərin cuşi, 
Dər-zəman aldı, getdi camuşi. 
 
Kişi ağlar göz ilə qıldı fəğan; 
Söylədi oğlu: “Ağlama, baba can! 
 
Çünki su südlərə tüfeyl oldu, 
Qatdığın su yığıldı seyl oldu. 
 
ndi camuşunu apardı isə, 
Başına məhşəri qopardı isə, 
 
Söyləmə kim, fələk qəzasıdır ol, 
Tutduğun işlərin cəzasıdır ol”. 


______________________
Milli Kitabxana_____________________ 
131 
 
MOLLA NƏSRƏDD N VƏ OĞRU 
 
Mollanın börkünü çalıb oğru, 
Yüyürüb qaçdı bir bağa doğru. 
 
Baхmadı oğrusu gedər nərəyə, – 
Özü ancaq yüyürdü məqbərəyə. 
 
Mollanı gördülər durur orada, 
Dedilər: “Durmusan neçin burada?” 
 
Dedi: “Bir oğru börkümü çaldı, 
Qaçdı getdi, başım açıq qaldı”. 
 
Dedilər: “Oğru qaçdı, getdi bağa, 
Burada boş oturma, dur ayağa, 
 
Bağa doğru get, eyləmə ehmal, 
Oğrunu tap o yerdə, börkünü al”. 
 
“Nəmə lazım, – dedi ki, – bağ haradır, 
Oğrunun aqibət yeri buradır”. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə