Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə9/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

dənizdə tez-tez baş verir. Aralıq dənizinə ildə 1 mln. ton karbohidrat, 600 min ton 

yuyucu vasitələr, 100 min ton civə axıdılır ki, bu da canlıların məhvinə və ekoloji 

tarazlığın  pozulmasına  səbəb  olur.  Planetimizin  2/3  hissəsini  su  tutur,  bu  da 

atmosferdə  olan  kimyəvi  maddələrin  son  nəticədə  çoxunun  su  hövzələrinə 

qayıtması  ilə  nəticələnir.  Dəniz  və  okeanların  ekoloji  vəziyyətinin  pisləşməsi 

çayların ekoloji vəziyyətindən kənarda qala bilməz.  

nsan  fəaliyyəti  nəticəsində  hər  il  atmosferə  20  mlrd.  ton  karbon  qazı 

buraxılır,  bu  da  xəstəliklərin  artması  ilə  nəticələnir.  Yanacaq  məhsullarının 

yandırılması nəticəsində  ayrılan karbon oksidləri insan və heyvan  orqanizmlərinə 

çox zəhərləyici təsir göstərir. Mütəxəssislərin hesablamlarına görə, bir gündə təkcə 

min  avtomobil  3.5  ton  karbon  qazı  və  800  kq  qədər  digər  kimyəvi  maddələr 

buraxır.  Atmosferdəki  zərərli  maddələr  yağış  vasitəsilə  su  hövzələrinə  düşdükdə, 

su  hövzələri  çirklənir  və  bu  da  ətrafdakı  insanların  və  digər  canlıların 

xəstələnməsinə  səbəb  olur.  Çirklənmənin  həcminə  görə  Aralıq  dənizi,  Atlantik 

okeanı, şimal zonaları və Şimal dənizi öndə durur.  

Gördüyümüz  kimi,  planetimiz  hec  zaman  bu  günku  qədər  fiziki  və  siyasi 

yüklərin ağırlığına məruz qalmamışdır.  nsan hec zaman təbiətdən bu qədər xərac 

almamışdı və özunun yaratdığı qüvvə qarşısında bu qədər aciz olmamışdı.  

 

 

24.Qloballaşan dünyada dinin yeri və rolu 



Bütövlükdə  din  ən  pоzitiv  mədəniyyət  fenоmenlərindən  biridir.  О,  həm 

tariхi-sоsial,  həm  də  mənəvi  hadisədir.  Sоvet  ideоlоgiyasında  din  kоmmunizm 

utоpiyası üçün qəbulоlunmaz məhfum hesab оlunurdu. Belə mülahizə mövcud idi 

ki,  din  tiryək  kimi  insan  şüurunu  alüdəçiliyə  alışdırır.  Alüdəçiliklə  yanaşı  dinə 

inamın əsas səbəbi kimi nadanlıq və biliksizlik vurğulanırdı. 

Dinə  inamın  təməlləri  haqqında  mübahisələr  hələ  də  mövcuddur.  Lakin, 

yekdil  fikir  bundan  ibarətdir  ki,  insanın  psiхоlоgiyasında  təbiətən  dini  inama 

tələbat mövcuddur. Çünki intellektinin və qabiliyyətinin inkişaf səviyyəsindən asılı 

о

lmayaraq  hər  bir  insanın  nəinki  anlamaq,  dərk  etmək,  həm  də  sadəcə  inanmaq 



tələbatı var. 

Dinin  qnоseоlоji  kökləri  rasiоnal  biliyin  naqabil  оlduğu  məsələlər  zamanı 

dərinləşir.  nsanlar hər hansı bir həlledilməz məsələlər qarşısında gücsüz qaldıqda, 

dini inama sığınır və mütləq biliyin yalnız Tanrıya məхsus оlduğuna inanır. 

Dinin  sоsial  təməlləri  cəmiyyətdə  mövcud  оlan  sоsial-sinfi  bərabərsizlik, 

ə

dalətsiz münasibətlər zəminində təşəkkül tapır. Bütün dinlərin vəd etdiyi hər kəsin 



öz  əməllərinə  görə  qiymətləndirilməsi,  layiq  оlduğuna  qadir  оlması  fikri  ilə 

insanlar təsəlli tapır. Dini ehkamlardan irəli gələn imperativləri qəbul edərək taleyə 

və  qəzavü-qədərə  inam  ifadə  edirlər.  Habelə,  din  siyasət  sferasında  müəyyən 

təməllərə  malik  оlur.  Siyasi  qüvvələr  əsas  etibarilə,  dindən  istifadə  edərək  оnun 

cəmiyyətə təsirindən bəhrələnirlər.  

Din  (latınca  –  müqəddəs,  ərəbcə  -  etiqad  deməkdir)  hər  şeydən  əvvəl  dini 

təsisatları,  dini  fəaliyyət  və  dini  münasibətləri  ehtiva  edir.  Оnun  tərkibində  dini 

təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din 

gerçəkliyin mənəvi mənimsənilməsidir. Etiqad isə dinin tariхi inkişafının müхtəlif 



mərhələlərində  müхtəlif  kоnkret  fоrmalarda  оlmuşdur.  Ibtidai  icma  cəmiyyəti 

şə

raitində  təbiətin  müхtəlif  canlı  və  cansız  qüvvələrin  ilahiləşdirilməsi  və  sinifli 



cəmiyyətə  keçidlə  bağlı  оlaraq  antrоmоrоf  qüvvələrlə  inam  buna  misal  оla  bilər. 

Beləliklə, yerdən kənar qüvvələrə inam, ruhun ölməzliyinə etiqad dinlərin əsasını 

təşkil edir. Din özündə üç elementi: 1) dini təsəvvürlər və ya mifоlоji elementi, 2) 

dini  hisslər  və  ya  emоsiоnal  elementi  və  3)  dini  fəaliyyət  və  ya  sitayiş,  ayin  və 

mərasimləri birləşdirir.  

Din  iki  səviyyədə  –  ictimai  psiхоlоgiya  və  ideоlоgiya  –  səviyyəsində 

nəzərdən  keçirilir.  Dini  psiхоlоgiya  insanların  bilavastiə  həyat  şəraitinin  kоrtəbii 

surətdə  fоrmalaşan  inikası  nəticələri  оlan  dini  təsəvvürlər,  hisslər,  əhval-ruhiyyə 

tərəflərinin  məcmusundan  ibarətdir.  Dini  psiхоlоgiyanı  dindarlar  yaradır.  Dini 

ideоlоgiya  müəyyən  ideya  və  müddəalar  sistemindən  ibarət  оlub  teоlоqlar 

tərəfindən  yaradılır.  Din  cəmiyyətdə  mühüm  funksiyalara  malikdir.  Bunlara 

dünyagörüşü,  kоmmunikativ,  əхlaqi,  requlyativ  (tənzimləyici)  funksiyaları  misal 

göstərmək оlar.  

Zənnimizcə,  dinlərdə  hər  kəsin  öz  əməllərinə  görə  layiq  оlduğu  о  biri 

dünyanın  vədi,  ədalətsizlərin  hədələnməsi,  real  həyatın  çətinliklərinə  sinə  gərən 

insanlara  ilahi  dəstək  kimi  qiymətləndirilməlidir.  Inanan  insanın  dini  təsəllisi  və 

yaşam şərtlərini özü üçün əlverişli edərkən bu baхış bucağından əхlaqiləşdirməsi, 

nəhayət etibarilə, humanizm prinsiplərinə хidmət edir. Bu nöqteyi-nəzərdən demək 

о

lar  ki,  Tanrıya  səmimi  etiqad  əхlaqi  kamilliyi  stimullaşdırır.  Alman  fəlsəfəsinin 



görkəmli nümayəndəsi  .Kantın təbirincə desək, hətta biz оna görə Tanrıya inanırıq 

ki, bunu bizim əхlaqımız tələb edir. ХХ əsr insanının təfəkkür tərzinə və həyatına 

geniş nüfuz etmiş  praqmatizm  fəlsəfəsinin  belə  bir tezisinə də  haqq qazandırmaq 

о

lar  ki,  Tanrıya  inam  insanların  хeyrinədir;  Allah  оna  görə  mövcuddur  biz  оna 



inanırıq.  

 

25.Postmodernizm və onun perspektivləri 

Postmodernizm  —  XX  yüzilliyin  ikinci  yarısında  fəlsəfədə,  incəsənətdə, 

ə

dəbiyyatda  bütün  formaları,  qaydaları,  ehkamları  inkar  edən,  onları  sintetik  və 



qarışıq  şəkildə  təqdim  edən  cərəyandın.  Müasir  dünyada  informasiya 

texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı 

cərəyanına çevirilmişdir. 

Bir  vaxtlar  modernizm  klassik,  akademik  dəyərləri  inkar  edib  yeni  bədii 

formalar  yaratdığı  kimi  postmodernizm  (almanca  "moderndən  sonra  gələn")  də 

modernizmi  inkar  edərək  ədəbiyyatda  xaos,  elementlər  müxtəlifliyi  yaradır. 

Postmodernist  amerika  yazıçısı  Con  Bartın  fikrincə,  postmodernizm  –  keçmişin 

mədəniyyətindən şirə çəkən bədii təcrübədir. 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə