Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə12/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   9   10   11   12   13   14   15   16   17

Azərbaycan  mütəfəkkirlərində  millətçilik  və  bəşərilik,  vətənpərvərlik  və 

beynəlmiləlçilik  bir-biri  ilə  təzad  təşkil  etmir,  əksinə,  qovuşur.  Bütövlükdə 

Azərbaycanın  yaradıcı  ziyalılarının  əsərlərində  ümumbəşəri,  humanist  ideyalar, 

beynəlmiləlçiliyin  təbliği  mühüm  yer  tutur,  millətçilik  və  bəşərilik,  mənsub 

olduqları dinin dünyanın digər dinlərilə bərabər tutulması meyli aydın hiss olunur. 

Onlar bütün insanların və millətlərin bərabər hüquqlara malik olması tərəfdarı kimi 

çıxış edirdilər. Mədəniyyət inkişaf etməkdə olan bütöv sistem kimi onu təşkil edən 

ayrı-ayrı  elementlərin  vahid  məcmusudur.  Müxtəliflik  və  rəngarənglik 

mədəniyyətin  məzmununa  zənginlik  bəxş  edir,  mədəni  proses  və  hadisələrin 

vəhdətinə  və  sintezinə  səbəb  olur.  Bəşəriyyət  müxtəlif  mədəniyyətlərin  dialoqu 

olmadan  yeksənək  və  cılız  görünərdi.  Müxtəliflik  və  rəngarənglik  bəşər 

mədəniyyətinin  inkişafını  stimullaşdırır,  ikinci  təbiətin  yaradılması  və 

kamilləşmdirilməsinə impuls verir. Dünya mədəniyyətinin bütöv tam təşkil etməsi 

sivilizasiyalararası dialoqu və mədəni sinkretizmi zəruriləşdirir.  

 

 

30.A.Toynbinin sivilizasiya konsepsiyası 



A.Toynbi  (1889-1975)  lokal  sivilizasiyalar  konsepsiyasını  işləyib 

hazırlamışdır. Onun fikrincə tarixi tədqiqatın predmetini milli dövlətin ərazisindən 

qat-qat  böyük  əraziləri  əhatə  edən  konkret  cəmiyyətlər  təşkil  etməlidir.  Toynbi 

onları  lokal  sivilizasiyalar  adlandırır.  O,  əvvəlcə  indiyədək  mövcud  olmuş  21, 

sonra isə 26 belə sivilizasiyanın adını çəkir. O, bəşər tarixində inkişaf etmiş cəmi 

sivilizasiyaları  sadalayır;  -  Qərb,  provaslav-Rus  və  provaslav-Bizans,  iran,  ərəb, 

hind, iki uzaq Şərq, antik, Suriya,  nd, Çin, Minoy, Şumer, Hett, Babilistan, And, 

Meksika, Yukatan, Mayya və Misir; öz inkişafında yarımçıq qalmış 4 sivilizasiya – 

Eskimos,  Ottoman,  Sparta;  5  “ölü  doğulmuş”  sivilizasiya  olduğunu  və  onlardan 

XX əsrin ortalarına doğru cəmi yeddisinin – qərbi xristianlıq, provaslav xristianlıq, 

islam,  unduist,  uzaq  Şərq,  buddizm,  iudaizmin  bu  və  ya  digər  dərəcədə 

saxlanıldığını  qeyd  edir.  Sivilizasiyalar  prinitiv  mədəniyyətlərdən  onlarda  baş 

verən  dərin  keyfiyyət  çevrilişi  nəticəsində  yaranır.  Lakin  heç  də  bütün  primitiv 



mədəniyyətlər sivilizasiya yaratmırlar. Sivilizasiyanın yaranması üçün iki əsas şərt 

vacibdir:  1)  baxılan  cəmiyyətdə  yaradıcı  azlığın  mövcud  olması;  2)  həddən  artıq 

mülayim  olmayan  və  həddən  artıq  sərt  olmayan  ətraf  təbii  və  insani  mühitin 

mövcudluğu. Ətraf mühit həddən artıq mülayim olduqda sivilizasiyaya keçid üçün 

heç  bir  stimul  yaranmır.  Mühitin  sərtliyinin  həddən  artıq  yüksək  olması  da 

sivilizasiyanın  yaranması  üçün  əlverişli  deyil.  Bu  halda  ya  primitiv  mədəniyyət 

ə

traf mühitin (təbii və ya insani) sərtliyinə tab gətirməyərək məhv olur, ya da onun 



bütün  enerjisi  mühitin  sərtliyini  aradan  qaldırmağa  sərf  olunur.  kinci  halda 

mühitin  ifrat  sərtliyinə  qarşı  primitiv  mədəniyyətin  verdiyi  ilkin  güclü  cavab 

reaksiyası  sivilizasiyaya  keçidi  təmin  etsə  də,  onun  sonrakı  inkişaf  üçün  kifayət 

etmir.  Yaranmış  sivilizasiyanın  bütün  enerjisi  ətraf  mühitə  uyğunlaşmağa  sərf 

olunduğuna görə, o sonrakı inkişafdan qalır.Yalnız ətraf mühitin sərtliyinin optimal 

həddi elə cavab reaksiyası stimullaşdırır ki, o özündə sonrakı inkişafı təmin edən 

inersiya qüvvəsi daşıyır. Toynbinin fikrincə, nə sivilizasiyasının coğrafi ekspansiya 

yolu  ilə  yeni  ərazilərə  yayılması,  nə  də  texniki  tərəqqi  və  cəmiyyətin  bu  tərəqqi 

nəticəsində  ətraf  mühit  üzərində  hökmranlığının  artması  sivilizasiyanın  özünün 

tərəqqisini  şərtləndirə  bilməz.  Əksinə,  bu  amillər  daha  çox  sivilizasiyanın 

tərəqqisini dayandırmağa xidmət edir. Sivilizasiyanın tərəqqisini səciyyələndirmək 

üçün  Toünbi  eterifikasiya  qanununu  irəli  sürür.  Bu  qanuna  görə  sivilizasiyanın 

fəallığının  istiqaməti  onu  əhatə  edən  xarici  aləmdən  getdikcə  daha  çox  onun  öz 

daxilinə  yönəlirsə,  bu  onun  tərəqqisinin  əsas  göstəricisi  sayılmalıdır.  Yüksəliş 

mərhələsində  olan  sivilizasiyanın  fəallığını  stimullaşdıran  problemlər  getdikcə 

daha  çox  xaricdə  deyil,  onun  öz  daxilində  yaranır.  Nəticədə  sivilizasiya  daxildən 

strukturlaşaraq mütəşəkkilləşir. Lakin gec-tez bütün sivilizasiyalar tənəzzül (süqut) 

mərhələsinə  qədəm  qoyur.  Bu  mərhələ  üç  fazadan  ibarətdir:  sivilizasiyanın  çat 

verməsi,  onun  dağılması  və  məhvi.  Birinci  faza  ilə  axırıncı  arasında  bir  çox 

hallarda  əsrlər  və  hətta  bir  neçə  minilliklər  keçir.  Toynbinin  təsnifatına  görə  hal-

hazırda  qərbi-xristian,  pravoslav-xristian,  islam,  hinduist  və  uzaq  şərq 

sivilizasiyaları  mövcuddur.  Toynbi  bəzi  cəmiyyətlərin  öz  inkişaflarının  ilk 

mərhələsində  hərəkətsiz  olması,  sivilizasiyaya  keçə  bilməməsi,  digərlərinin  isə 



buna  nail  olmasının  səbəblərini  nə  irqi  amillə,  nə  coğrafi  mühitlə,  nə  həmin 

cəmiyyətdəki  yaradıcı  azlıqla  əlaqələndirmir.  Texniki  tərəqqi  ilə  sivilizasiyanın 

tərəqqisi  arasında  heç  bir  qarşılıqlı  nisbət  mövcud  deyildir.  Toynbiyə  görə 

sivilizasiyanın yüksəlişi onun mütərəqqi daxili özünütəyin etməsi və özünün ifadə 

etməsindən,  daha  “sərt”,  kobud  din  və  mədəniyyətdən  daha  “incə”  din  və 

mədəniyyətə  keçməsindən  ibarətdir.  Yüksəlməkdə  olan  sivilizasiya  daima 

vəhdətdən  ibarətdir.  Yüksəliş  prosesi  nəticəsində  inkişafda  olan  sivilizasiyaların 

bütövlüyü və fərdi özünəməxsusluğu aşkar olunur.  



31. Mədəniyyətin idraki funksiyası 

draki (qnoseoloji) funksiya

 öz təzahürünü elmdə, elmi axtarışlarda tapır. Bu 

özünü müasir elmi-texniki tərəqqidə daha qabarıq təzahür etdirir. Bu funksiya ikili 

istiqamətə  malikdir:  o,  bir  tərəfdən,  biliklərin  sistemləşdirilməsi,  təbiət  və 

cəmiyyətin  inkişaf  qanunlarının  açılmasına  istiqamətlənirsə,  digər  tərəfdən,  o, 

insanın  özü-özünü  dərketməsinə  yönəldilir.  Göründüyü  kimi,  birinci  istiqamət 

ikincisini  daha  da  üstələyib.  nsan  öz  qəlbi  və  ruhunun  kəşfindən  çox,  dünya  və 

cəmiyyətin qanunlarını, onu əhatə edən aləmin sirlərini kəşf edə bilmişdir.  draki 

funksiya  xalq,  ölkə  haqqında  bütöv  bir  təsəvvür  verir.  Onun  sayəsində  insanlar 

elm,  incəsənət,  fəlsəfə,  təlim,  tərbiyə  və  b.  sahələrdə  öz  mənafelərini  dərk  edir, 

sosial 

təcrübənin 



ötürülməsi 

və 


digər 

xalqların 

mədəniyyətlərinin 

mənimsənilməsinə güclü təsir göstərir. 

Mədəniyyət  yalnız  ətraf  aləmin  insan  tərəfindən  dərk  edilməsi  dərəcəsini 

xarakterizə  etməklə  kifayətlənmir.  Digər  tərəfdən,  mədəniyyət  yalnız  ictimai 

ş

üurun  formalarının  vəhdətdə  inkişaf  səviyyəsini  deyil,  həm  də  insanların  öz 



praktiki fəaliyyətində aydınlaşan bilik və bacarıqlarının səviyyəsini aşkarlayır. 

Həyat  müstəsna  dərəcədə  mürəkkəbdir  və  daima  insanların  qarşısına  yeni-

yeni  problemlər  qoyur.  Bu,  cəmiyyətdə  baş  verən  proseslərin  dərk  olunmasını, 

onların  həm  elmi,  həm  də  bədii-estetik  mövqedən  anlaşılmasını  tələb  edir. 

Mədəniyyətin  idraki  funksiyası  ictimai  təcrübənin  qorunub  saxlanılmasına 

cavabdehdir. 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə