Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc


Qrem Huley, Con Sonders, Naycel Pirsi



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə4/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   2   3   4   5   6   7   8   9   ...   345

                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

10 


Müzakirə üçün suallar 

648 

 

19. Daxili marketinqin köməyilə strategiyanın reallaşdırılması 



 

649 

Giriş 


649 

19.1 Daxili marketinqin inkişafı 



652 

19.2 Daxili marketinqin miqyası 



655 

19.3 Daxili marketinqin planlaşdırılması 



673 

19.4 Əmək resurslarının idarəedilməsində əməkdaşlıq 



675 

19.5 Nəticə 



686 

Təcrübədən missal: Daimler Chrysler UK 

Müzakirə üçün suallar 

687 

689 

 

5-ci H SSƏ. NƏT CƏLƏ



 

 

691 

20.  yirmi birinci əsrin marketinq strategiyaları 

693 

Giriş 


693 

 

20.1 Rəqabət mübarizəsi meydanında dəyişikliklər 



693 

 

20.2 Dəyişən dünyada stratehiyasnın hazırlanmasının əsasları 



701 

 

20.3 Rəqabətli mövqeləşdirmə strategiyaları 



711 

 

20.4 Nəticə 



729 

Təcrübədən misal: Ora elə təhlükəlidir… 

Müzakirə üçün suallar 

729 

732 

Biblioqrafiya 

733 

Kompaniya/brendlərin siyahısı 

 

763 

 

 



 

 

        



 

 

 



 

 

 



 

 

 

 


Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

11

Giriş 

 

Bu kitab bazar şəraitində üstünlük əldə etmək və onu qorumaqdan bəhs 



edir. Bu kitabda əsas diqqət marketinq strategiyasının formalaşdırılması-

nın  iki  əsas  məsələsinə  -  məqsədli  bazarların  müəyyənləşdirilməsi  və 

fərqləndirici üstünlüklərin yaradılmasına yönəlib. Kitaba strateji düşüncə 

sahəsində  tamamilə  yeni  olan  işlər  daxil  edilmişdir.  Bizim  yanaşma  isə 

təşkilatda marketinqin tamamilə yeni rolunu – sadəcə fəaliyyət istiqaməti 

deyil, strateji qüvvə rolunu – vurğulayır. Bundan başqa, biz, kitabda daha 

geniş  auditoriyanı,  təkcə  qərar  qəbulu  hüququna  malik  olanları  deyil, 

həm də marketinq mütəxəssislərini də əhatə etməyə çalışacağıq.   

 

Araşdırılna  mövzulardan  bəziləri  bunlardır: xidmət  keyfiyyəti  və 



ə

laqələr marketinqi, şəbəkələr və birliklər,  yenilikçilik, daxili marketinq 

və  bazar  proqnozlarının  tərtib  edilməsi.  Kitabda  marketinq  resurslarının 

və imkanlarının inkişafı geniş şərh olunur, həmçinin, marketinqə sadəcə 

ə

nənəvi istiqamət kimi deyil, təşkilat üçün mühüm proses kimi baxılması 



ə

həmiyyəti qeyd olunur. 

 

Kitab necə qurulub 

1-ci  hissə  təşkilatda  marketinqə  funksional  ixtisaslaşma  kimi  deyil, 

proses  kimi  artan  əhəmiyyətinə,  həmçinin,  marketinq  metodlarındakı 

radikal  dəyişikliklərə  həsr  olunub.  Təşkilatın  bazar  yönəlməsinin  əsas 

məsələsi və narahat, birmənalı olmayan mühitə reaksiya vermək zəruriy-

yəti bizi bazarla tənzimlənən strateji idarəetmə, həmçinin, marketinq stra-

tegiyasının hazırlanması üçün baza təklifi ilə çıxış etməyə stimullaşdırdı. 

Onlar  bütövlükdə  bu  kitabın  hazırlanmasında  əsas  oldular.  Strateji 

marketinq  planlaşdırılmasının  müzakirəsi  və  portfelin  təhlili  iki  əsas 

məsələ üçün bazadır: bazar məqsədinin seçilməsi və güclü rəqabətli möv-

qeyin  yaradılması.  Bundan  başqa,  resusrslar  baxımından  marketinqə 

yanaşmağa imkan verən yeni materialları da kitaba daxil etmişik. 

2-ci hissədə kompaniyanın fəaliyyət göstərdiyi rəqabət mühiti araşdırılır. 

Hissənin  başlanğıcında  strateji  şəraitin  müxtəlif  tipləri  və  bunların  hər 

birində  həlledici  əhəmiyyətə  malik  amillər  nəzərdən  keçirilir.  Kompa-

niyanın  sərəncamında  hansı  variantlarının  olduğunu  başa  düşməsi  üçün 

onların  hər  birinin  təhlil  üsulları  tədqiq  olunur.  Korporasiyanın 

resurslarının,  aktivlərinin  və  qabiliyyətlərinin  bazar  imkanlarına  uyğun-

laşdırılması əsas məsələ hesab olunur. 

3-cü  hissədə  bazar  seqmentlərinin  (və  ya  potensial  məqsədlərin) 

müəyyənləşdirilməsinn əlçatan metodları və cari (və potensial) mövqelər 

nəzərdən keçirilir.  stehlakçı və işgüzar bazarların seqmentləşdirilməsinin 



                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

12 


alternativ  əsasları,  həmçinin,  hal-hazırda  istifadə  edilən  məlumatların 

yığılması və təhlil olunması metodları da araşdırılır. 



4-cü hissədə strategiyanın formalaşdırılması verilir. Bazar cazibədarlığın 

və  biznesin  davamlılığın  nəzərə  almaqla  bazar  məqsədlərinin  seçilməsi 

məsələlərinin nəzərdən keçirdikdən sonra bazarda müdafiə olunan möv-

qenin  qurulması  araşdırılır.  Rəqiblərin  mövqelərinə  hücum  və  bazarda 

qorunan  mövqelərin  səmərəli  müdafiəsi  strategiyaları  ətraflı  surətdə 

nəzərdən  keçirilir.  Üç  fəsil  strategiyanın  formalaşdırılmasına  və  reallaş-

dırılmasına  həsr  olunub.  Əlaqələrin  qurulmasında  müştərilərə  xidmətin 

rolu,  rəqabətli  üstünlüyün  yaradılmasında  yenilikçiliyin  rolu  və  bütün 

təşkilat  çərçivəsində  marketinq  strategiyasının  reallaşdırılmasında  daxili 

marketinqin rolu kimi məsələlərin dərin təhlili verilir. 



5-ci  hissədə  iyirmi  birinci  əsrdə  rəqabətə  yeni  baxış  təqdim  olunur. 

Bazarda  baş  verən  vacib  dəyişiklikləri,  bu  dəyişikliklərə  təşkilatların 

düzgün cavab reaksiyalarını və gələcəkdə səmərəli marketinq üçün təməl 

daşı  ola  biləcək  rəqabətli  mövqeləşdirmə  strategiyalarını  müəyyən-

ləşdirmək üçün kitabın əvvəlki hissələrindəki müxtəlif mövzular burada 

bir yerə toplanılıb.  

 

Bu nəşrdə hansı yeniliklər var 

Üçüncü nəşrə iki yeni fəsil əlavə olunub.  ndi 4-cü fəsil (“Dəyişən bazar 

mühiti”)  təşkilatların  XXI  əsrdə  qarşılaşdıqları  bazar  şəraitindəki 

dəyişiklikləri  daha  ətraflı  tədqiq  edir.  “Elektron  marketinq  əsasında 

rəqabət”  adlı  18-ci  fəsil  nternetin  marketinq  strategiyalarına  və  yanaş-

malarına həsr olunub. 

Oxucuların  istəyilə  hər  fəslin  sonunda  praktikadan  misal  verilir.  Bu 

materiallar  The  Financial  Times-ın  sonuncu  nəşrlərindən  götürülüb  və 

hər  fəsildə  toxunulan  məsələlərin  praktiki  təsviri  kimi  nəzərdə  tutulub. 

Bundan başqa, hər bir fəsil əsaslı surətdə yenidən işlənilib və marketinq 

sahəsində  ən  müasir  baxışları  əks  etdirir;  oxucu  onda  çoxlu  yeni  misal-

ları,  xüsusən  də  baxılan  məsələlərin  beynəlxalq  xarakterinə  aid  olanları 

tapacaqlar. 

 

Yenilik! Əlavə-materialların yüklənməsi üçün sayt        

Oxucuların  istəyilə  indi  kitabın  mətni  saytla-əlavələrlə  müşaiyət  olunur. 

www.booksites.net/hooley saytına girin və aşağıdakılara giriş əldə edin: 

 

Ə

sas  məsələlərin  müzakirəsi  üzrə  təqdim  olunan  qeydlərlə 



birgə hər bir fəsli müşayiət edən Power Point slayd-prezenta-

siyalarını. 

 

Mühazirəçiyə kömək məqsədilə hər fəslin sonundakı suallara 



cavabların nümunələri. 

 

Oxumaq  üçün  əlavə  ədəbiyyat  siyahısı,  həmçinin,  mətni  ta-



mamlaya biləcək videolar və praktikadan hadisələr kimi digər 


Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə