13
uğursuzluqlarından qaçmaq, rəqiblərlə mübarizədə liderlik, istehsal həcminin
artırılması və realizasiyası, maksimum mənfəətin əldə edilməsi, əmtəə bazarında
müəyyən paya malik olması əlamətlərinə xidmət edir. Müxtəlif vəziyyətlərdən asılı
olaraq bu və ya digər kəmiyyət, yaxud keyfiyyət göstəricilərinin məqsədyön-
lülüyünü əsaslandırmaq olar. Konkret situasiyadan, fəaliyyət növündən, firmanın,
yaxud layihənin təyinatından və digər vəziyyətlərdən asılı olaraq bu və ya digər
meyarlar çıxış edə bilər. Ən ümumi halda kapitallaşmanın artırılması və mənfəətin
dayanaqlı alınmasına yönəldilən iki baza yanaşmasından söhbət gedə bilər.
Biznes fəaliyyətinin idarə edilməsi ilə əlaqədar maliyyə menecmenti bütöv
maliyyə elmindən ayrılaraq müstəqil elm sahəsinə çevrilmişdir. Maliyyə elminin
təşəkkülü və inkişafı üçün səciyyəvi olan iki mərhələni ayırmaq olar: birincisi, Rim
imperiyası vaxtında başlayan və XX əsrin ortalarında başa çatan mərhələdir ki,
bunun nəzəri əsasını maliyyənin klassik nəzəriyyəsi təşkil edir; bu mərhələnin
məntiqi davamı kimi gələn və nəzəri əsasını maliyyənin qeyri-klassik nəzəriyyəsi
təşkil edən ikinci mərhələdir. Birinci nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki,
maliyyələrdə dominantlıq dövlətindir, ikinci nəzəriyyənin mahiyyəti isə ondan
ibarətdir ki, maliyyələrdə dominantlıq xüsusi sektora məxsusdur.
Orta əsrdə maliyyə mövzusu üzrə hər hansı əhəmiyyətli sistemləşdirilmiş işlər
görülməmişdi. Məhz elə ona görə də bir çox alimlər orta əsrin sonunu maliyyə
elminin inkişafının ikinci dövrü – elmi işləmələrə keçid mərhələsi adlandırmışlar.
Orta əsrlərin sonunda dövlət xəzinəsinin karol xəzinəsindən ayrılması prosesi
başladı. Səbəb aydındır: daim artan dövlət xərclərini karol xəzinəsi ödəyə
bilməzdi; dövlət ehtiyaclarını ödəmək üçün iri həcmli daxili vəsait mənbələrinin
yaradılmasında təzahür edən problemi domen, reqaliya, rüsum və müxtəlif
yığımlar hesabına həll etmək mümkün deyildi. Ona görə də XVIII əsrin sonunda
bir çox ölkələrdə təzahür edən vergi sisteminin formalaşması prosesinin
aktivləşməsi tamamilə təbii hal idi. Domen, reqaliya və yığımların idarə
edilməsinin ümumi prinsiplərini formalaşdırmağa cəhd edən müəlliflərin ilk
kitabları yalnız XV-XVI əsrlərdə işıq üzü görmüşdü. Maliyyə haqqında biliklərin
sistemləşdirilməsinə
taliya alimləri böyük töhfə vermişlər. Rus alimi
14
A. .Bukovetski «Maliyyə elminə giriş» kitabında qeyd edir ki, maliyyənin klassik
nəzəriyyəsi sahəsində «moqikanlardan axırıncısı», məhz taliyanın şəhərlərində
XV əsrdə maliyyə elminin xüsusi yaranması baş vermişdir. Bu kapitalın ilkin
yığım erasını açan merkantalizmdən əvvəlki illərdə olmuşdu. Bu cərəyanın əsas
ideyası təsərrüfat həyatına dövlətin aktiv müdaxiləsində ifadə olunur, onun başlıca
elementi isə aktiv ticarət balansı sistemidir.
Formalaşan maliyyə elminin iki xüsusiyyətini xüsusi vurğulamaq lazımdır.
Birincisi, maliyyə birmənalı dövlət vəsaiti kimi traktovka edilirdi; sonradan onların
təqdim sferası genişləndi; maliyyə altında açıq ittifaqlara məxsus vəsait başa
düşülürdü. kincisi, maliyyə təkcə pul vəsaitinə aid edilmədi; maliyyə altında pul,
materiallar, xidmətlər şəklində alınmış dövlətin istənilən vəsaiti başa düşüldü.
Maliyyənin klassik nəzəriyyəsinin təşəkkülü və inkişafı XX əsrin ortalarında
başa çatdı. kinci dünya müharibəsi ərəfəsində və ondan sonra dünya
iqtisadiyyatında vəziyyət kəskin şəkildə dəyişdi, yəni bazar iqtisadiyyatı inkişaf
etdikcə dövlətin və açıq ittifaqların iqtisadiyyatda rolu azalmağa başladı. Kapitalın
inkişafı və beynəlmiləşməsi, transmilli şirkətlərin rolunun artması, istehsal
sahəsində təmərküzləşmə prosesi, biznesin resurs təminatı sistemində maliyyə
resurslarının əhəmiyyətinin güclənməsi XX əsrin ortalarında istənilən iqtisadi
sistemin əsas sistemyaradıcı səviyyəsində, yəni təsərrüfat subyekti səviyyəsində
maliyyənin rolunun nəzəri dərk edilməsini zəruriyyətə çevirdi. ngiltərə-Amerika
maliyyə məktəbinin nümayəndələrinin səyilə maliyyə nəzəriyyəsi XVIII-XIX
ə
srlərdə alimlərin yuxarıda qeyd edilən baxışları ilə müqayisədə xeyli
təkmilləşdirilmişdi. Mübaliqəsiz demək olar ki, maliyyənin klassik nəzəriyyəsi
çərçivəsində əsasən mərkəzləşdirilmiş (yaxud açıq) maliyyə inkişaf etdirilmiş və
sistemləşdirilmişdi.
XX əsrin 40-50-ci illərini maliyyə elminin inkişafında prinspcə yeni
mərhələnin başlanğıcı adlandırmaq olar, məhz həmin illərdə maliyyənin neoklassik
nəzəriyyəsi inkişaf etdirilmişdi. Yeni nəzəriyyənin təşəkkülü və inkişafı çox sürətli
templə getmişdi; əsas səbəb biznesin inkişafı və beynəlmiləşməsi, maliyyə
bazarının möhkəmlənməsi, bank sektorunun genişlənməsi və s. ilə əlaqədar
15
praktiklər tərəfindən son dərəcə tələbatın artması olmuşdur. Artıq XX əsrin 50-ci
illərinin sonunda ngiltərə-Amerika maliyyə məktəbinin nümayəndələrinin səyi
sayəsində mikroiqtisadiyyatdan yeni bir istiqamət ayrıldı və maliyyə elmində
üstünlük təşkil etdi.
Maliyyənin neoklassik nəzəriyyəsini ümumi şəkildə maliyyə üçlüyünün:
resurslar, münasibət, bazarların təşkili və idarə edilməsi barədə biliklər sistemi
kimi müəyyənləşdirmək olar. Bu nəzəriyyə çərçivəsində aksent, hər şeydən öncə,
bazar iqtisadiyyatının əsas sistemyaradıcı elementi kimi firmanın maliyyəsinin
idarə edilməsində meyllərin ümumiləşdirilməsi, izahı, proqnozlaşdırılması və
formalaşmasına edilir.
Kapital bazarına və iri şirkətlərə diqqət yetirilməsi təsadüfi deyil. Dünya
təcrübəsi göstərir ki, real bazar iqtisadiyyatında səhmdar cəmiyyətləri mühüm rol
oynayırlar. Müxtəlif mülkiyyət formalı müəssisələrin ümumi sayında onların
xüsusi çəkisi nisbətən böyük deyil, amma milli sərvətin yaradılmasında töhfəsi son
dərəcə böyükdür. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatında korporativ
biznes aparıcı rol oynayır; kapitalın təmərgüzləşmə səviyyəsi yüksəkdir; milli
iqtisadiyyata iri şirkətlər nəzarət edirlər; maliyyə bazarlarının rolu böyükdür,
məhz bu bazarlar bir çox iqtisadi fəlakətlərin, sarsıntıların katalizatoru sayılır.
Maliyyənin neoklassik nəzəriyyəsinin əsasını maliyyə bazarlarının fəaliyyət
prinsipləri haqqında biliklərin sistemləşdirilməsi təşkil edir. Maliyyə kapitalı
təşəkkül tapdıqca iqtisadiyyatın inkişafında maliyyə bazarlarının rolu daha
ə
həmiyyətli olur. XIX əsrin sonunda maliyyə bazarlarında yaranmış meyllərin
nəzəri dərk edilməsinə, birjaların və birja torqları iştirakçılarının işinə bəzi standart
yanaşmaların hazırlanmasına tələbat tədricən formalaşırdı.
Maliyyə menecmentinin məşhurlaşmasında ngiltərə-Amerika məktəbinin
nümayəndələri T.Kouplyend, Dj.Uyeston, R.Breyli, S.Mayers, Y.Briqxem və
başqalarının xidmətləri böyükdür. MDB məkanında maliyyə menecmenti haqqında
elmin inkişafı Avropa ölkələrindən xeyli geri qalırdı, uçot və maliyyə sahəsində
yenilik əsasən Almaniyadan gəlirdi. Rusiyada maliyyə üzrə ilk nəşr olunmuş kitab
(1806-cı il) Alman professoru X.Şletserin monoqrafiyasının tərcüməsidir.
Dostları ilə paylaş: |