4
edilməsində yaranmış meyllər maliyyə resurslarının və maliyyə bazarlarının
ə
həmiyyətinin artması, biznesin beynəlmiləşməsinin güclənməsi və iri transmilli
ş
irkətlərin inkişafı ilə şərtlənir. Bu reallıq, hər şeydən əvvəl, xüsusi kapitalın idarə
edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin
neoklassik nəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.
Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri
işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini
müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən
biridir. Maliyyə menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında
ə
laqələndirici həlqədir. Maliyyə menecmentinin məzmununa bir-biri ilə sıx
qarşılıqlı əlaqəli məsələlər: ümumi maliyyə təhlili və planlaşdırma; pul
vəsaitlərinin cari idarə edilməsi; istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini
təmin edən maliyyə fəaliyyətinin idarə edilməsi; investisiya fəaliyyətinin idarə
edilməsi; maliyyə resursları mənbələrinin idarə edilməsi aid edilirMaliyyə
menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və
onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə
ə
laqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə
menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici
həlqədir. Başqa sözlə, maliyyə menecmentinə gedən yolun başlanğıcı mühasibat
uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi
aşağıdakı səbəblərlə izah olunur:
-
bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə
meneceri və mühasib vəzifəsi birləşdirilir;
-
maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında
qəbul edilir;
-
maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və
müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir;
-
maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin
fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən
bilavasitə asılıdır;
5
-
maliyyə menecmentinin strukturlaşma məntiqi və onun əsas bölmələrinin
məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır.
Bazar iqtisadiyyatı strukturlarının böyük müstəqilliyə malik olduqları və
özlərinin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə görə səhmdarlar, işçilər,
banklar və kreditorlar qarşısında tam məsuliyyət daşıdıqları hazırki vaxtda maliyyə
menecmentinin təkmilləşdirilməsi problemlərinin tədqiqi xüsusi aktuallıq kəsb
edir.
Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi maliyyə
menecmentinin nəzəri-metodoloji və əməli tərəflərinin tədqiq edib öyrənilməsi
ə
sasında elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan
ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi
nəzərdə tutulmuşdur:
. maliyyənin klassik və neoklassik nəzəriyyələrinin təşəkkülü və inkişafı
mərhələlərinin öyrənilməsi
• müəssisədə maliyyə menecmentinin təşkilinin xüsusiyyətlərinin öyrənilib
aşkara çıxarılması;
• maliyyə
menecmentinin
metodoloji
və
konseptual
planının
formalaşmasının metodiki səmtlərinin açıqlanması;
• maliyyə menecmentinin təkmilləşdirilməsinin başlıca istiqamətləri
• təsərrüfat subyektlərinin maliyyə resurslarının formalaşması, istifadəsi və
idarə edilməsi proseslərinin tədqiq edilməsi;
• maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili ilə
bağlı məsələlərin araşdırılması;
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini maliyyə və
investisiya təminatı məsələləri, obyektini isə milli iqtisadiyyatın sənaye sektorunda
biznes fəaliyyəti təşkil edir.
Tədqiqatın informasiya bazası və işlənməsi metodlarını
Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin hesabatları, respublikamızda maliyyə
menecmentinin genişləndirilməsinə həsr edilmiş Dövlət Proqramları təşkil edir.
Tə
dqiqatın elmi yeniliyi
aşağıdakılardan ibarətdir:
6
• müəssisədə
maliyyə
menecmentinin
təşkilinin
təkmilləşdirilməsi
məsələləri kompleks şəkildə tədqiq edilmişdir;
• maliyyə strategiyasının işlənib hazırlanması və reallaşdırılması prinsipləri
və metodları araşdırılmışdır;
• müəssisənin maliyyə dayanıqlığının kompleks təhlil edilməsi;
• qeyri-müəyyənlik şəraitində müəssisənin maliyyələşdirilməsinin səmərəli
variantının seçilməsi və qiymətləndirilməsi modeli işlənilmişdir;
• Azərbaycanın sahibkarlıq mühitində maliyyə menecmentinin mövcud və-
ziyyəti və investisiya təminatı müxtəlif təhlil metodlarının köməyi ilə
qiymətləndirilmiş və ehtiyat imkanları aşkara çıxarılmışdır.
Tədqiqatın praktiki əhəmiyyəti
ondan ibarətdir ki, onun əsas müddəaları,
hazırlanan əməli nəticə və təkliflər Respublikamızda fəaliyyət göstərən sənaye
müəssisələrində biznesin inkişafını sürətləndirməyə, keyfiyyətcə yeni mərhələyə
qaldırmağa imkan verər. Müəssisədə maliyyə menecmentinin təkmilləşdirilməsi
üzrə irəli sürülən təklif və tövsiyələr müvafiq Dövlət Proqramlarının işlənib
hazırlanmasında istifadə oluna bilər