87
Cədvəldən göründüyü kimi Azərbaycanda əsas kapitala yönəldilmiş
investisiyanın həcmi 2013-cü ildə 2005-ci illə müqayisədə 3,1 dəfə artmışdır, həm
də bu artım əsasən daxili vəsaitlərin hesabına təmin edilmişdir. Belə ki, həmin
dövrdə əsas kapitala yönəldilmiş daxili vəsaitlər 5,8 dəfə artmış, xarici vəsaitlər isə
ə
ksinə 11,1% azalmışdır. Bunun nəticəsidir ki, əsas kapitala yönəldilmiş
investisiyanın ümumi həcmində daxili vəsaitlərin xüsusi çəkisi 2005-ci ildəki 36,5
%-dən 2013-cü ildə 79,5%-ə qalxmış, xarici vəsaitlərin xüsusi çəkisi isə əksinə
63,5%-dən 21,2%-ə
Təhlil göstərir ki, əsas kapitala yönəldilmiş investisiyanın quruluşunda
tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 2005-ci ildəki 53,9%-dən 2013-cü ildə
62,3%-ə çatmış, avadanlıq, alət və invertarların xüsusi çəkisi isə 23,4%-dən 15,1%-
ə düşmüşdür.
Beləliklə, investisiyanın qiymətləndirilməsi zamanı inflyasiyanın nəzərə
alınmasına rəğmən aşağıdakı nəticələri çıxarmaq olar:
1. nflyasiyanı nəzərə almaq lazımdır.
2. Kapital qoyuluşu büdcəsinin formalaşması zamanı inflyasiyanın təhrif
olunan təsirinin aradan qaldırılmasının daha səmərəli yolu qiymət dəyişmələrinin
təsiri altında onların dəyişmə dərəcəsindən asılı olmaqla ayrılan pul axını
tərkibinin təshihindən ibarətdir.
3. nflyasiyanın gələcək templərinin dəqiq qiymətləndirilməsini aparmaq
mümkün olmadığına görə, səhvlər qaçılmazdır.
4. nflyasiya kapital qoyuluşunun risk dərəcəsini yüksəldir.
Son illər Azərbaycanda istər antiinflyasiya, istərsə də investisiya
siyasətlərinin hüquqi təminatı müvafiq qanunvericilik bazası və digər normativ
aktlarla daha möhkəmləndirilmişdir. Eyni zamanda Azərbaycan inkişaf etmiş
ölkələr üçün strateji maraq kəsb etdiyinə görə ölkədə investisiya iqlimini normal
hesab etmək olar.
88
Nə ticə və tə kliflə r
Maliyyə sistemi və onun idarə edilməsi məsələsinə həsr edilmiş bu doktorluq
dissertasiyası konseptual, sistemli iqtisadi problemlərlə əlaqədardır. Bütövlükdə iş
iqtisad elminin, makroiqtisadi nəzəriyyənin, o cümlədən maliyyə nəzəriyyəsi və
praktikasının ən vacib, vaxtı çatmış problemlərinə həsr edilmişdir. Burada maliyyə
menecmenti həm də bazar idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, onun
milli iqtisadiyyatın stabilləşməsinə pozitiv təsiri baxımından da nəzərdən
keçirilmişdir. Bu məqsədlə qlobal iqtisadiyyatın, habelə bir çox ölkələrin pozitiv
təcrübəsindən geniş istifadə edilmiş və həm də yeri gəlmişkən müəllif müvafiq
problemli məsələlərə öz tədqiqatçı mövqeyini bildirmişdir.
Müasir dövrdə qlobal və milli iqtisadiyyatda, makro və mikro səviyyəli
problemlər getdikcə kəskinləşmiş, qeyri-müəyyənlik və riskli hallar daha da
artmışdır. Bu baxımdan müasir şəraitdə maliyyə menecmentinin təkmilləşdirilməsi
probleminə həsr edilmiş dissertasiya mühüm əhəmiyyət kəsb edir.Dissertasiya
işində maliyyə menecmentinin təkmilləşdirilməsi problemləri sistemli şəkildə
tədqiqi aşağıdakı elmi-nəzəri nəticələr çıxarmağa və təkliflər irəli sürməyə əsas
verir:
Maliyyənin klassik nəzəriyyəsinin çərçivəsində əsasən mərkəzləşdirilmiş
maliyyə inkişaf etdirilmiş və sistemləşdirilmişdi. kinci dünya müharibəsi ərəfəsin-
də və ondan sonrakı dövrdə dünya iqtisadiyyatında vəziyyət kəskin şəkildə dəyişdi,
bazar iqtisadiyyatı inkişaf etdikcə dövlətin və açıq ittifaqların iqtisadiyyatda rolu
azalmağa başladı. Kapitalın inkişafı və beynəlmiləşməsi, transmilli şirkətlərin
rolunun artması, istehsalın təmərküzləşməsi prosesi, biznesin resurs təminatı siste-
mində maliyyə resurslarının əhəmiyyətinin artması XX əsrin ortalarında istənilən
iqtisadi sistemin əsas sistemyaradıcı səviyyəsində, yəni təsərrüfat subyektində
maliyyənin rolunun nəzəri cəhətdən dərk edilməsini zəruriyyətə çevirdi.
Maliyyə menecmenti üç elmi istiqamətin: maliyyə, mühasibat uçotu və
idarəetmənin kəsişməsində müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi
89
formalaşmışdır.Bazar münasibətlərinin bərqərar olduğu ölkələrdə maliyyə
menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki müvafiq nəzəri və
praktiki yanaşmaların vəhdəti şəklində meydana çıxmaqla ən perspektivli elmi
istiqamətlərdən birinə çevrilmişdir
Bazar iqtisadiyyatı şəraitində maliyyə menecmentinin ayrılmaz tərkib
hissəsi olan maliyyə təhlilinin əhəmiyyəti xeyli artmışdır. Müasir dövrdə maliyyə
təhlilinə dair iki yanaşma mövcuddur. Birinci yanaşmada maliyyə təhlili geniş
aspektdə başa düşülür, yəni kapital bazarı da daxil olmaqla ətraf mühit
kontekstində təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi ilə əlaqədar
analitik işlərin bütün bölmələrini əhatə edir, ikinci yanaşma maliyyə təhlilinin
ə
hatə sferasının mühasibat uçotunun təhlili ilə məhdudlaşdırılmasını nəzərdə tutur.
Müştərək sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində,
beynəlxalq əmək bölgüsünün dərinləşməsində, firmalararası koopera-siya
ə
laqələrinin qurulmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və
rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayır. Müştərək sahibkarlığın
inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət
təsir göstərir, həmçinin yerli xammal resurslarından daha səmərəli istifadə
olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə,
ixrac potenmsialının artırılmasına səbəb olur.
Pul axınları müəssisənin istehsal-kommersiya fəaliyyəti prosesində baş verir
və maliyyə fəaliyyətinin son nəticələrinə təsir edirBazar münasibətləri şəraitində
pul axınlarının effektiv idarə edilməsi maliyyə menecmentinin təşkilinin mühüm
alətinə çevrilib, çünki müəssisənin fəaliyyətinin yüksək son nəticələrinə nail
olmağın əsas yolları istehlak bazarında cəmlənmişdir.
90
Istifadə edilmiş ədəbiyyat
1. D. A. Bağırov , M.X. Həsənli “ Maliyyə” dərslik Bakı 2011
2. Abbasov S.A. Maliyyə menecmenti: təşkili və təkmilləşdirilməsi
problemləri (monoqrafiya). Bakı, “Elm və Təhsil”, 2009. – 288 səh.
3. Biznesin təşkili və idarə edilməsi. Dərslik. Bakı, “ qtisad Universiteti”
nəşriyyatı, 2011. – 464 səh.
4. Səhmdarlıq işi. Dərslik. Bakı. “ qtisad Universiteti” nəşriyyatı, 2010. –
491 səh.
5. Брихем Ю., Хьюстон Дж. Финансовый менеджмент. СПБ: Питер,
2007. – 544
6. Джемс К., Ван Хорн, Джон М. Вахович. Основы финансового
менеджмента
– М: ООО «ИД Вильямс», 2006. – 1232 с.
7. Дранко О.Ш. Финансовый менеджмент: Технологии управления
финансами
предприятия. Учеб. Пособие для вузов. – М.:ЮНИТИ –
ДАНА
, 2004. – 351 с.
8. Ковалев В.В. Финансовый анализ: методы и процедуры. – М.:
Финансы
и статистика, 2006. – 560 с.
9. Ковалев В.В. Курс финансового менеджмента. Учебник. – М.: ТК
Велби
. Проспект, 2008. – 448 с.
10. Финансовый менеджмент: Учебное пособие. М.: КНОРУС, 2010. –
432 с.i
91
Mə mmə dli Fuad Kamal oğ lunun"Müasir şə raitində maliyyə
menecmentinin tə kmilləş dirilmə si” mövzusunda
magistr
dissertasiyasının
Рефераты
Mövzunun aktuallığ ı.
Qlobal maliyyə böhranının təsiri maliyyə sistemində daha
çox psixoloji xarakterli olmuş və maliyyə institutlarının inkişaf strategiyalarını
yenidən nəzərdən keçirməyə sövq etmişdir. Maliyyə sistemi çərçivəsində maliyyə
resurslarının yenidən bölüşdürülməsi həmişə müəyyən məqsədlərin əldə
olunmasına yönəldilmişdir. O, idarəetmənin müəyyən sxeminin yaradılmasını tələb
edir.
Maliyyə siyasətinin əsas məqsədləri: səmərəli dövlət və bələdiyyə
idarəçiliyinin maliyyə təminatı, dövlət siyasətinin prioritet istiqamətlərində
maliyyə resurslarının cəmləşdirilməsi, milli sərvətlərin və əvəzedilməz resursların
istifadə olunması üçün rasional rejimin müəyyən olunması, dövlətin maliyyə
sabitliyinin və maliyyə təhlükəsizliyinin təmin edilməsi, əhalinin dövlətin sosial
siyasət tapşırıqlarına cavab verən normativ həyat səviyyəsinin təmin olunmasıdır.
qtisadi sistemin transformasiyası şəraitində Azərbaycanda bazar prinsipləri
ə
sasında fəaliyyət göstərən iqtisadi cəhətdən təhlükəsiz və sivil cəmiyyətin
qurulması zərurəti xeyli dərəcədə ölkənin maliyyə potensialının formalaşması, ölkə
iqtisadiyyatının aparıcı sahələri üzrə onların düzgün bölüşdürülməsi və istifadəsi
ilə müəyyən olunur. nkişaf etmiş ölkələrin iş təcrübəsi göstərir ki, maliyyə
potensialından istifadə problemi mürəkkəb və sistemli bir prosesdir. Keçid iqtisadi
şə
raitində maliyyə potensialının formalaşması və istifadəsi özünə dövlətin və
təsərrüfat subyektlərinin iqtisadi mənafelərinin uzlaşdırılmasını daxil edir. Deməli,
maliyyə potensialından səmərəli istifadə mexanizmini həm ölkə, həm onun
regionları səviyyəsində, eləcə də təsərrüfat subyektləri üzrə qarşılıqlı fəaliyyət
halında müəyyən edilməlidir. Bu proses isə öz növbəsində biznes mühitinin
yaradılması ilə bilavasitə bağlıdır.
92
Maliyyə menecmentinin müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət
kimi formalaşmasına biznesin idarə edilməsində yaranmış meyllərin reallığına
alimlərin və praktiklərin təbii reaksiyası səbəb olmuşdur. Biznesin idarə
edilməsində yaranmış meyllər maliyyə resurslarının və maliyyə bazarlarının
ə
həmiyyətinin artması, biznesin beynəlmiləşməsinin güclənməsi və iri transmilli
ş
irkətlərin inkişafı ilə şərtlənir. Bu reallıq, hər şeydən əvvəl, xüsusi kapitalın idarə
edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin
neoklassik nəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.
Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri
işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini
müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən
biridir. Maliyyə menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında
ə
laqələndirici həlqədir. Maliyyə menecmentinin məzmununa bir-biri ilə sıx
qarşılıqlı əlaqəli məsələlər: ümumi maliyyə təhlili və planlaşdırma; pul
vəsaitlərinin cari idarə edilməsi; istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini
təmin edən maliyyə fəaliyyətinin idarə edilməsi; investisiya fəaliyyətinin idarə
edilməsi; maliyyə resursları mənbələrinin idarə edilməsi aid edilirMaliyyə
menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və
onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə
ə
laqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə
menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici
həlqədir. Başqa sözlə, maliyyə menecmentinə gedən yolun başlanğıcı mühasibat
uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi
aşağıdakı səbəblərlə izah olunur:
-
bəzi təsərrüfat subyektlərində, xüsusilə kiçik müəssisələrdə maliyyə
meneceri və mühasib vəzifəsi birləşdirilir;
-
maliyyə xarakterli qərarlar mühasibat uçotunun informasiyaları əsasında
qəbul edilir;
-
maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və
müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir;
93
-
maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin
fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən
bilavasitə asılıdır;
-
maliyyə menecmentinin strukturlaşma məntiqi və onun əsas bölmələrinin
məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır.
Bazar iqtisadiyyatı strukturlarının böyük müstəqilliyə malik olduqları və
özlərinin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə görə səhmdarlar, işçilər,
banklar və kreditorlar qarşısında tam məsuliyyət daşıdıqları hazırki vaxtda maliyyə
menecmentinin təkmilləşdirilməsi problemlərinin tədqiqi xüsusi aktuallıq kəsb
edir.
Tə dqiqatın mə qsə di və və zifə lə ri. Dissertasiya işinin məqsədi maliyyə
menecmentinin nəzəri-metodoloji və əməli tərəflərinin tədqiq edib öyrənilməsi
ə
sasında elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işləyib hazırlamaqdan
ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi
nəzərdə tutulmuşdur:
. maliyyənin klassik və neoklassik nəzəriyyələrinin təşəkkülü və inkişafı
mərhələlərinin öyrənilməsi
• müəssisədə maliyyə menecmentinin təşkilinin xüsusiyyətlərinin öyrənilib
aşkara çıxarılması;
• maliyyə
menecmentinin
metodoloji
və
konseptual
planının
formalaşmasının metodiki səmtlərinin açıqlanması;
• maliyyə menecmentinin təkmilləşdirilməsinin başlıca istiqamətləri
• təsərrüfat subyektlərinin maliyyə resurslarının formalaşması, istifadəsi və
idarə edilməsi proseslərinin tədqiq edilməsi;
• maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili ilə
bağlı məsələlərin araşdırılması;
Tədqiqatın predmeti və obyekti. Tədqiqatın predmetini maliyyə və
investisiya təminatı məsələləri, obyektini isə milli iqtisadiyyatın sənaye sektorunda
biznes fəaliyyəti təşkil edir.
94
Tə dqiqatın informasiya bazası və iş lə nmə si metodlarını
Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin hesabatları, respublikamızda maliyyə
menecmentinin genişləndirilməsinə həsr edilmiş Dövlət Proqramları təşkil edir.
Tə dqiqatın elmi yeniliyi
aşağıdakılardan ibarətdir:
• müəssisədə
maliyyə
menecmentinin
təşkilinin
təkmilləşdirilməsi
məsələləri kompleks şəkildə tədqiq edilmişdir;
• maliyyə strategiyasının işlənib hazırlanması və reallaşdırılması prinsipləri
və metodları araşdırılmışdır;
• müəssisənin maliyyə dayanıqlığının kompleks təhlil edilməsi;
• qeyri-müəyyənlik şəraitində müəssisənin maliyyələşdirilməsinin səmərəli
variantının seçilməsi və qiymətləndirilməsi modeli işlənilmişdir;
• Azərbaycanın sahibkarlıq mühitində maliyyə menecmentinin mövcud və-
ziyyəti və investisiya təminatı müxtəlif təhlil metodlarının köməyi ilə
qiymətləndirilmiş və ehtiyat imkanları aşkara çıxarılmışdır.
Tə dqiqatın praktiki ə hə miyyə ti
ondan ibarətdir ki, onun əsas müddəaları,
hazırlanan əməli nəticə və təkliflər Respublikamızda fəaliyyət göstərən sənaye
müəssisələrində biznesin inkişafını sürətləndirməyə, keyfiyyətcə yeni mərhələyə
qaldırmağa imkan verər. Müəssisədə maliyyə menecmentinin təkmilləşdirilməsi
üzrə irəli sürülən təklif və tövsiyələr müvafiq Dövlət Proqramlarının işlənib
hazırlanmasında istifadə oluna bilər
Nəticə və təkliflər
Maliyyə sistemi və onun idarə edilməsi məsələsinə həsr edilmiş bu doktorluq
dissertasiyası konseptual, sistemli iqtisadi problemlərlə əlaqədardır. Bütövlükdə iş
iqtisad elminin, makroiqtisadi nəzəriyyənin, o cümlədən maliyyə nəzəriyyəsi və
praktikasının ən vacib, vaxtı çatmış problemlərinə həsr edilmişdir. Burada maliyyə
menecmenti həm də bazar idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, onun
milli iqtisadiyyatın stabilləşməsinə pozitiv təsiri baxımından da nəzərdən
keçirilmişdir. Bu məqsədlə qlobal iqtisadiyyatın, habelə bir çox ölkələrin pozitiv
təcrübəsindən geniş istifadə edilmiş və həm də yeri gəlmişkən müəllif müvafiq
problemli məsələlərə öz tədqiqatçı mövqeyini bildirmişdir.
95
Müasir dövrdə qlobal və milli iqtisadiyyatda, makro və mikro səviyyəli
problemlər getdikcə kəskinləşmiş, qeyri-müəyyənlik və riskli hallar daha da
artmışdır. Bu baxımdan müasir şəraitdə maliyyə menecmentinin təkmilləşdirilməsi
probleminə həsr edilmiş dissertasiya mühüm əhəmiyyət kəsb edir.Dissertasiya
işində maliyyə menecmentinin təkmilləşdirilməsi problemləri sistemli şəkildə
tədqiqi aşağıdakı elmi-nəzəri nəticələr çıxarmağa və təkliflər irəli sürməyə əsas
verir:
Maliyyənin klassik nəzəriyyəsinin çərçivəsində əsasən mərkəzləşdirilmiş
maliyyə inkişaf etdirilmiş və sistemləşdirilmişdi. kinci dünya müharibəsi ərəfəsin-
də və ondan sonrakı dövrdə dünya iqtisadiyyatında vəziyyət kəskin şəkildə dəyişdi,
bazar iqtisadiyyatı inkişaf etdikcə dövlətin və açıq ittifaqların iqtisadiyyatda rolu
azalmağa başladı. Kapitalın inkişafı və beynəlmiləşməsi, transmilli şirkətlərin
rolunun artması, istehsalın təmərküzləşməsi prosesi, biznesin resurs təminatı siste-
mində maliyyə resurslarının əhəmiyyətinin artması XX əsrin ortalarında istənilən
iqtisadi sistemin əsas sistemyaradıcı səviyyəsində, yəni təsərrüfat subyektində
maliyyənin rolunun nəzəri cəhətdən dərk edilməsini zəruriyyətə çevirdi.
Maliyyə menecmenti üç elmi istiqamətin: maliyyə, mühasibat uçotu və
idarəetmənin kəsişməsində müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi
formalaşmışdır.Bazar münasibətlərinin bərqərar olduğu ölkələrdə maliyyə
menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki müvafiq nəzəri və
praktiki yanaşmaların vəhdəti şəklində meydana çıxmaqla ən perspektivli elmi
istiqamətlərdən birinə çevrilmişdir
Bazar iqtisadiyyatı şəraitində maliyyə menecmentinin ayrılmaz tərkib
hissəsi olan maliyyə təhlilinin əhəmiyyəti xeyli artmışdır. Müasir dövrdə maliyyə
təhlilinə dair iki yanaşma mövcuddur. Birinci yanaşmada maliyyə təhlili geniş
aspektdə başa düşülür, yəni kapital bazarı da daxil olmaqla ətraf mühit
kontekstində təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi ilə əlaqədar
analitik işlərin bütün bölmələrini əhatə edir, ikinci yanaşma maliyyə təhlilinin
ə
hatə sferasının mühasibat uçotunun təhlili ilə məhdudlaşdırılmasını nəzərdə tutur.
96
Müştərək sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində,
beynəlxalq əmək bölgüsünün dərinləşməsində, firmalararası koopera-siya
ə
laqələrinin qurulmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və
rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayır. Müştərək sahibkarlığın
inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət
təsir göstərir, həmçinin yerli xammal resurslarından daha səmərəli istifadə
olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə,
ixrac potenmsialının artırılmasına səbəb olur.
Maliyyə təhlilinin başlıca məqsədi müəssisənin maliyyə vəziyyətini obyektiv
şəkildə xarakterizə edən əsas parametrləri, yəni aktiv və passivlərin strukturunda,
debitor və kreditor borclarında, mənfəət və zərərin tərkibində baş verən
dəyişiklikləri aşkara çıxarmaqdan ibarətdir. Maliyyə təhlilinin köməyilə təsərrüfat
subyektlərinin maliyyə dayanaqlığını obyektiv qiymətləndirmək, maliyyə
resurslarından
istifadənin
səmərəliliyini
müəyyənləşdirmək,
mütərəqqi
maliyyələşdirmə mənbələrini aşkara çıxarmaq mümkündür.
Pul axınları müəssisənin istehsal-kommersiya fəaliyyəti prosesində baş verir
və maliyyə fəaliyyətinin son nəticələrinə təsir edirBazar münasibətləri şəraitində
pul axınlarının effektiv idarə edilməsi maliyyə menecmentinin təşkilinin mühüm
alətinə çevrilib, çünki müəssisənin fəaliyyətinin yüksək son nəticələrinə nail
olmağın əsas yolları istehlak bazarında cəmlənmişdir.
Dostları ilə paylaş: |