18
Bu və ya digər zonanın yaradılması zamanı ortaya çıxan vacib məsələlərdən
biri də onların yerləşdirilməsi ilə əlaqədardır. Bu zaman müəyyən şərtlər və
tələblər irəli sürülür ki, onların sırasına da əsasən aşağıdakılar daxildir:
•xarici və daxili bazarlara çıxmağa imkan yaradan əlverişli nəqliyyat-
coğrafi yerləşmə və inkişaf etmiş nəqliyyat şəbəkələrinin mövcudluğu;
• inkişaf etmiş istehsal potensialının, istehsal və sosial infrastruktur
növlərinin mövcudluğu;
•qiymətli təbii-resurs potensialı.
Buna görə də azad iqtisadi zonaların yaradılması üçün daha əlverişli
ə
razilər bir qayda olaraq, xarici ölkələrlə sərhədyanı mövqeyə malik olur, həmçinin
burada dəniz ticarəti limanları və magistral nəqliyyat şəbəkələri (dəmiryolu,
avtomobil yolu, aeroportlar) yerləşir ki, bu da həmin ərazini sənaye, elmi və
mədəni mərkəzlərlə, daha qiymətli təbii resursların cəmləşdiyi regionlarla
qovuşdurur.
zonası tipində
xüsusi rejimli
zonalar
(güzəştlər
10 000-ə
qədər tətbiq
edilir)
müəyyən bir
hissəsi üçün
mütləqdir
maliyyə,
vergi
Argentina ("Odlu
torpaq")
c) xüsusi iqtisadi
zonalar
Inzibati-ərazi
vahidləri
çərçivəsində
(şəhər, rayon)
Xüsusi zona
ə
razisində
yerləşən ayrı-
ayrı lokal
zonalar üçün
mütləqdir
Gömrük,
maliyyə,
vergi
Rusiya (Kalininqrad
vilayəti, digər ərazilər)
19
I.2. xrac-istehsal zonaları azad iqtisadi zonaların başlıca növü kimi
Ayrı-ayrı hallarda azad iqtisadi zonaların yaradılması üçün əvvəlcədən
inkişaf etmiş sənayeyə, istehsal və sosial infrastruktura malik olmayan, lakin bir
sıra uzunmüddətli dövlət proqramlarının həyata keçirilməsi üçün imkan yaradan,
təsərrüfat baxımından yeni mənimsənilmiş əlverişli ərazilərin seçilməsi də
məqsədəuyğun hesab edilir.
A Z-i yaradarkən adətən mütəxəssislər aşağıdakı suallara cavab tapmağa
çalışırlar:
• nkişafa nail olmaq üçün konkret hansı işlər görülməlidir;
• Fəaliyyətin sonu nə ilə nəticələnəcəkdir;
• Hansı layihələr öncə həyata keçirilməlidir və bunun üçün hansı maliyyə
mənbələri cəlb edilməlidir;
• Taktiki və strateji addımlar nədən ibarət olmalıdır;
• Zonanın inkişafı üçün tədbirlər nə cür təşkil olunmalıdır.
Azad iqtisadi zonaların müxtəlif növlərinin fəaliyyət göstərməsində vacib
aspektlərdən biri yerli və xarici investorlar üçün tətbiq ediləcək güzəştlər
sistemidir. Vergi güzəştləri investor üçün daha çox əhəmiyyət kəsb edir, belə ki,
bazar iqtisadiyyatı ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz
mənfəətlərinin təxminən yarısından məhrum olurlar. Bu vergilərin içərisində isə
ə
sas yeri mənfəət vergisi tutur. Bu vergi üzrə güzəştlər vergi dərəcələrinin
azaldılması və ya onun ödənilməsindən uzunmüddətli azadolmalar formasında
tətbiq edilə bilər. Demək lazımdır ki, bir sıra ölkələrdə bu müddət kifayət qədər
uzundur. Məsələn, Hindistanın zonalarında bu güzəşt mənfəətin bəyan
edilməsindən sonra 5 il müddətinə, Peruda isə 15 il müddətinə tətbiq olunur. Vergi
dərəcələrinin azaldılması da böyük əhəmiyyət kəsb edir. Təbii ki bu cür güzəştlər
tətbiq edilərkən müəssisənin növü və onun fəaliyyət göstərdiyi sahənin prioritetliyi
nəzərə alınmalıdır. Misal üçün, Çində azad iqtisadi zonalarda fəaliyyət göstərən
müəssisələr üçün mənfəət vergisi 15% həcmindədir, halbuki daxili bazarda
eyniadlı verginin dərəcəsi 33% təşkil edir. Bolqarıstanda “Rüsumsuz azad zonalar”
haqqında qərara görə, istehsal, ticarət və digər fəaliyyət nəticəsində əldə edilən
20
mənfəət yalnız məhsulun zonanın daxilində və ya onun xaricində reallaşdığı zaman
vergidən azad edilə bilər.
Mənfəət vergisindən başqa, həmçinin əmlak, dövriyyə və digər vergi
növlərinin də ödənilməsində güzəştlər tətbiq olunur. Braziliyanın Manaus azad
zonasında buraya gətirilmək üçün nəzərdə tutulan və bu ərazinin xaricində istehsal
edilən, həmçinin bu ərazidə istehsal edilib ölkənin daxili bazarında satılmaq üçün
nəzərdə tutulan, o cümlədən zonada satılmaq üçün yerli xammaldan istehsal edilən
məhsullar vergilərdən azad edilir.
Azad iqtisadi zonalarda həmçinin dolayı güzəştlər də tətbiq edilir. Bu, ilk
növbədə icarə, kommunal və digər xidmətlərdən istifadıyı görə tariflərin
azaldılmasına aiddir. Dolayı güzəştlərin növləri çoxdur və onlar azad iqtisadi
zonanın yaradılma məqsədlərindən asılı olaraq müəyyən edilir.
Azad iqtisadi zonaların xarakterik cəhətlərindən biri də onların ölkənin
gömrük sərhədlərindən ayrılması və mal və xidmətlərin idxal-ixracına xüsusi
tənzimləmə rejiminin tətbiq edilməsidir. Bir qayda olaraq, zonaya istehsal prosesi
üçün lazım olan istehsal vasitələrinin, komplekt materialların, xammalın, həmçinin
ölkə daxilində satılmaq üçün istehlak mallarının və ərzaq məhsullarının idxalı
rüsum tətbiq edilmədən həyata keçirilir. Bəzi ölkələrin azad iqtisadi zonalarında isə
hətta ixrac rüsumları da yığılmır.
Bir sıra ölkələrdə, məsələn, Çin, Çili, Peruda azad iqtisadi zonaların
müəssisələri tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatlarının və daxili
bazarda hesablaşmaların aparılması üçün həm sərbəst dönərli valyuta, həm də
ölkənin milli valyutası tətbiq edilir. Misal üçün, Çinin azad iqtisadi zonalarında bir
neçə ödəniş valyutasından istifadə olunur – yuan, honqkonq dolları, sərbəst dönərli
valyuta. Bu zaman subyektlərin valyuta fəaliyyəti hakimiyyət dairələrinin sərt
nəzarəti altında olur. Sahibkarlar istənilən valyutada hesablaşmalar aparmaq
hüququna malikdirlər. Beləliklə də, valyuta rejimi də azad iqtisadi zonaların
xarakterik cəhətlərindən hesab olunur.
Azad iqtisadi zonaların klassik formaları içərisində hazırda daha geniş
yayılanları kimi aşağıdakıları misal göstərmək olar: