Microsoft Word M. Suleymanov doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix08.07.2018
ölçüsü2,17 Mb.
#53925
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

80  
 
64 
 
Heyvandarlıq və yem istehsalı sahəsində Kalinin adına 
kolxozun işindən aldığımız təəssürrata gəldikdə, mənim fikrimcə, 
bütün seminar iştirakçılarının təəssüratı eynidir: İvanovka kəndində 
eşitdiklərimizin və gördüklərimizin hamısı böyük hörmətə  və  ən 
yüksək qiymətə layiqdir. Əvvəla biz maraqlı  əməli təcrübə ilə 
zəngin, çox məzmunlu, konkret, dolğun çıxışlara qulaq asdıq.  Ən 
əvvəl, Nikitin yoldaşın canlı, sadə  və tutarlı  dəlillərlə 
əsaslandırılmış məruzəsini dinlədik. O, bir saat ərzində bizə yüksək 
istehsal göstəricilərinə əsaslanan, işi, heyvandarlıq və yem istehsalı 
nəzəriyyəsini və praktikasını  dərin izah edən inandırıcı  və  zəngin 
material təqdim etdi. Eyni zamanda toplan-mış bütün təcrübəni və 
biliyi çox böyük həvəslə və səxavətlə bölüşdü. Biz onun çıxışında 
Kalinin adına kolxozun sədrinin öz işinə  əsl vətənpərvər kimi
dövlət adamı kimi yanaşdığını hiss etdik. Öz kollektivi ilə birlikdə 
böyük müvəffəqiyyətlər qazanmış Nikitin yoldaş ürəkdən istəyir ki, 
onların qabaqcıl metodları respublikanın hər yerində yayılsın, 
bütün təsərrüfatların malı olsun. Nikitin yoldaşın məruzəsi mənə 
bax belə təsir bağışladı və zənnimcə, siz onunla razılaşarsınız. 
Kolxozun digər nümayəndələri: partiya komitəsinin katibi Panin 
yoldaş, heyvandarlıq kompleksinin müdiri Smorodin yoldaş, yem 
tədarükü briqadasının briqadiri Jabin yoldaş, kolxozun baş 
mühəndisi Minnikov yoldaş da bu ruhda danışdılar. 
Seminarımızın fərqləndirici xüsusiyyəti, müstəsna  əhəmiyyəti 
və  əməli faydası bundadır ki, biz məruzələri dinlədikdən sonra 
deyilənlərlə yerindəcə,  əyani  şəkildə tanış ola bildik. Demək olar 
ki, biz hər  şeyə - yonca və qarğıdalı  əkinlərinə  də, digər yem 
bitkiləri sahələrinə də, yolüstü, taxıl zəmilərinə də baxdıq. Kolxozu 
gəzdikcə öz gözümüzlə görüb yəqin etdik ki, təsərrüfatda  


80  
 
65 
 
yem istehsalının kompleks inkişafı planı müvəffəqiyyətlə  həyata 
keçirilir. Gördük ki, gərgin  əməklə yetişdirilmiş yem bacarıqla 
tədarük olunur, hazırlanır, sonra da, mal-qaranın yüksək 
məhsuldarlığına nail olmaq üçün səmərəli tətbiq edilir. Yəni yem 
istehsalının və mal-qaranın yemlənməsinin yaxşı sahmanlanmış 
mürəkkəb prosesini öz gözümüzlə gördük. Bütün bunlar çox güclü 
təsir bağışladı  və aydın göstərdi ki, ictimai heyvandarlığı 
dönmədən intensivləşdirmək yolunda Kalinin adına kolxozun 
müvəffəqiyyətlərinin təməli həqiqətdə nədən ibarətdir. 
Bununla birlikdə biz digər mühüm texnoloji proseslərlə də, mal-
qaranın törəyib artması, qaramalın sayının çoxaldılması  işləri ilə, 
mal-qaranın saxlanma şəraiti ilə  də tanış olduq. Heyvandarlıq 
binalarının vəziyyəti, kompleksin bütün ərazisi, kökəltmə 
məntəqəsi, süni mayalanmanın təşkili, habelə fermada istehsal 
proseslərinin yüksək dərəcədə mexanikləşdirilməsi, inəklərin 
maşınla sağılması - südün bol və keyfiyyətli olmasını  təmin edən 
hər şey hamımıza gözəl təsir bağışladı. 
Başlıcası isə biz həm seminarın birinci hissəsində kalininlilərin 
çıxışlarını dinləyərkən, həm də kolxoz obyektlərini gəzərkən hiss 
etdik ki, burada heyvandarlıqda və yem istehsalında çalışan hər bir 
adam öz işinə necə  məhəbbətlə, maraqla və  həvəslə yanaşır, öz 
işini nə qədər yaxşı bilir. İvanovka kəndində biz vicdanla işləyən, 
heyvandarlıq məsələlərinə  dərindən bələd olan, nəzəri biliklərdən
ölkəmizin və xarici ölkələrin qabaqcıl təcrübəsindən  əməli işdə 
bacarıqla və yaradıcılıqla istifadə edən kolxoz üzvlərini gördük. 
Seminarda düzgün qeyd edildi ki, kolxozun bütün üzvləri - həm də 
bu tribunadan danışanlar, həm də  təsərrüfatda tanış olduğumuz 
əməkçilər öz peşələrini 


80  
 
66 
 
mükəmməl bilən, məharətdə  nə respublika, nə  də Ümumittifaq 
miqyaslı mütəxəssislərdən geri qalmayan adamlardır. Kalinin adına 
kolxozun heyvandarlarmm sanballı nailiyyətlərinin 
əsas 
amillərindən biri də məhz budur. 
Təəccüblüdür ki, bəzi yoldaşlar Kalinin adına kolxozun 
heyvandarlıq sahəsindəki yüksək göstəricilərini xüsusi, son dərəcə 
əlverişli torpaq-iqlim şəraitində görürlər. Deyirlər ki, belə 
torpaqlarımız olsa idi, biz də müvəffəqiyyət qazanardıq. Bu cür 
düşünənlər ancaq təəssüf doğurur. Belə mühakimələr işə  səthi 
yanaşmağı, kənd təsərrüfatının heyvandarlıq kimi çox mühüm 
birsahəsində  əməlli-başlı  işləmək arzusunun olmamasını göstərir. 
Deyim ki, Kalinin adına kolxozun şəraiti adi şəraitdir, ideal 
şəraitdən uzaqdır, onun torpaqları suvarılmayan  əkinçilik 
zonasındandır, bütün məhsulu dəmyə torpaqlarda istehsal edilir. Bu 
isə  əsla  əlverişli cəhət deyildir, əksinə, təsərrüfatın idarə 
olunmasını mürəkkəbləşdirən cəhətdir. Deməli, burada taxıl, üzüm, 
yem bitkiləri, heyvandarlıq məhsulları istehsalında  əldə edilmiş 
yüksək göstəricilər ən əvvəl və yalnız inadlı, gərgin əməyin, kənd 
təsərrüfatına, o cümlədən heyvandarlığa və yem istehsalına 
dərindən bələd olmağın nəticəsidir. 
Kalinin adına kolxozun nailiyyətlərinin mənbələrini dərindən 
təhlil etmək fikrində deyiləm, lakin hər halda bəzi cəhətlər üzərində 
dayanmaq istəyirəm. Müvəffəqiyyətin həlledici amillərindən biri 
bundan ibarətdir ki, kolxozun idarə heyəti, partiya təşkilatı Sov. 
İKP MK mart (1965-ci il) plenumunda müasir mərhələ üçün işlənib 
hazırlanmış, Sov. İKP qurultaylarında və MK-nın sonrakı 
plenumlarında, daha da inkişaf etdirilmiş aqrar siyasətin dönmədən 
həyata keçirilməsinə kollektivi səfərbər edə bilmişlər. Yəni Sov. 
İKP-nin aqrar siyasətinin həyata keçirilməsinə  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə