Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

28 
 
XX əsrin əvvəllərində nominalizm pulun dövlət nəzəriyyəsi kimi 
rəsmiləşdirilir. Bu cərəyanın fikirləri alman iqtisadçısı Q.F.Knappın “pulun dövlət 
nəzəriyyəsi"”əsərində təqdim edilmişdir. Müasir şəraitdə pulun mahiyyətinə bu cür 
yanaşma daha geniş yayılmışdır. Nominalizm tərəfdarı olan Q.F.Knapp pulu hüquq 
normalarından (qaydalarından) irəli gələn nəticə hesab edirdi. Q.F.Knapp pulu 
ödəniş vasitəsi kimi müəyyən edirdi və hesab edirdi ki, kağız pullar da (qızıla 
dəyişdirilə bilməyən) tam dəyərli metal pullar üçün səciyyəvi olan bütün 
funksiyaları da heç bir məhdudiyyət olmadan yerinə yetirə bilərlər. 
Nominalizm ideyalarını C.Keyns və onun ardıcılları (E.Xansen, R.Xarrod, 
P.Samuelson) müdafiə edirdilər. Belə ki, P.Samuelson hesab edir ki, “kağız pullar 
pulun mahiyyətini, onun daxili təbiətini təmsil edir. Pul əmtəə kimi deyil, pul 
olaraq öz – özlüyündə deyil, onlarla alına biləcək şeylərin xatirinə lazımdır”. 
Qiymətli metalların pul tədavülü sferasından sıxışdırılıb çıxarılması, kağız pul 
nişanlarının qızıla dəyişdirilməsinin tam dayandırılması, nağdsız hesablaşmaların 
inkişafı, elektron pulların meydana gəlməsi – bütün bunlar nominalist pul 
nəzəriyyələrinin hökmran mövqe qazanmasına gətirib çıxardı. 
Metal pul nəzəriyyəsi.
Erkən metallizm XVI – XVII əsrlərdə kapitalın ilkin 
yığımı dövründə yarandı. Bu nəzəriyyə həmin dövrün ən inkişaf etmiş ölkəsi olan 
ngiltərədə meydana gəlmişdir. Metal pul nəzəriyyəsinin banilərindən biri  
U.Stefford olmuşdur. Erkən metal nəzəriyyəsi üçün pulun bütün funksiyalarının 
inhisar icrası aid edilən cəmiyyətin sərvətinin qiymətli metallarla eyniləşdirilməsi 
xarakterik idi.  
Bu nəzəriyyənin çatışmazlıqlarından biri metal pulun kağız pulla əvəz 
edilməsinin vacibliyi nəzərdə tutulmamışdır.   kincisi, onun tərəfdarlarının 
cəmiyyətin sərvəti haqqında təsəvvürləri məhdud idi, belə ki, onlar başa 
düşmürdülər ki, cəmiyyətin sərvəti qızıldan deyil, əməklə yaradılmış maddi və 
mənəvi dəyərlərdən ibarətdir.  


29 
 
Daha sonra XVIII əsr və XIX əsrin birinci yarısında sənaye burjuaziyasını 
deyil, ticarətin maraqlarını əks etdirən metal pul nəzəriyyəsi öz mövqeyini itirirdi. 
Metal pul nəzəriyyəsi mahiyyəti və praktiki yönümünə görə nominalizm 
nəzəriyyəsinə tam ziddir. Onun əsas tezisi pulun və qiymətli metalların faktiki 
olaraq eyniləşdirilməsindən ibarətdir. Metal pul nəzəriyyəsinin tərəfdarları çox 
vaxt hesab edirdilər ki, qızıl və gümüş öz təbiəti etibarilə elə puldur.  
Rüşeymləri hələ antik dövrdə meydana gələn bu nəzəriyyə bütöv bir 
nəzəriyyə kimi orta əsrlərdə yarandı.  
Metal pul nəzəriyyəsi merkantilistlər tərəfindən tamamlanaraq bütöv bir 
nəzəriyyə kimi formalaşdırılmışdır ki, bu da onların təliminin ruhuna uyğun olaraq 
xarici ticarətlə bağlı olan ticarət kapitalı haqqında baxışları əks etdirir.  
Məlum olduğu kimi, merkantilistlər dövlətin malik olduğu həqiqi sərvət 
olaraq yalnız pulu qəbul edirdilər. Xarici ticarət ölkəyə qiymətli metal axınını 
təmin edən əsas mənbə olaraq hesab edilirdi.  
Metal pul nəzəriyyəsi pul tədavülünün tarazlığının pozulduğu dövrdə 
ə
həmiyyətli dərəcədə müdafiə olunmuş və dövlət tərəfindən “sikkələrin 
korlanması”na qarşı mübarizədə istifadə edilmişdir. 
Merkantilizmi tənqid edənlər metal pul nəzəriyyəsinə qarşı çıxaraq sübut 
etməyə çalışırdılar ki, daxili tədavül üçün tam dəyərli pullara ehtiyac yoxdur, belə 
ki, onlar qeyri – istehsal xərclərini yaradırlar. 
Qızıl standartın hökmran olduğu dövrdə metal pul nəzəriyyəsi çox geniş 
yayıldı. Kağız pul inflyasiyasına qarşı yönəldilən bütün pul islahatları metal pul 
nəzəriyyəsinin ənənəvi prinsiplərinə əsaslanırdı. 
Metallizm nəzəriyyəsində müəyyən oyanış (renessans) və neometallizm 
konsepsiyasının yaradılması 1950-ci illərin ortalarına təsadüf edir. Müəlliflərin 
fikrinə görə dünya miqyasında qızıl standartı sisteminin daxil edilməsi qarşılıqlı 


30 
 
etibarın bərpasına, maliyyə sabitliyinə, iqtisadi artıma və sosial tərəqqiyə gətirib 
çıxara bilərdi. 
Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə müasir dövrdə metal pul 
nəzəriyyəsi praktiki olaraq tətbiq olunmur. Metal valyutaya qayıdış ideyası ona 
görə populyar deyil ki, bu halda pulun xeyli hissəsi tədavüldən çıxa bilərdi, 
tezavrasiya olardı. Bu ideyanın reallaşması ölkənin pul sistemini qızıl istehsalından 
asılı vəziyyətə salardı və bununla da pul – kredit və valyuta sferasına hökumətin 
müdaxilə imkanlarını azaldardı. 
Pulun miqdar nəzəriyyəsi.
 Pulun miqdar nəzəriyyəsi pulun yeganə 
keyfiyyətinin (yəni, alıcılıq qabiliyyətinin) onun miqdarında cəmlənməsi 
təsəvvürləri ilə bağlıdır. Bu konsepsiyanı Ş.L.Monteskyö, D.Yum, D.Rikardo, 
.Fişer, C.M.Keyns, A.Piqo işləyib hazırlamışdılar. Onların fikirlərinə görə, pul 
vahidinin dəyəri və məhsulların qiymət səviyyəsi tədavüldə olan pulların miqdarı 
ilə müəyyən olunur. Tədavüldə pul nə qədər çoxdursa, qiymətlər də bir o qədər 
yüksəkdir və əksinə.  
Pulun miqdar nəzəriyyəsindən merkantilizmi tənqid etmək üçün, eləcə də 
qiymətli metalların yığılması onların dəyərdən düşməsinə səbəb olduğundan 
milləti varlandırmadığını sübut etmək üçün istifadə olunurdu. 
XX əsrdə iqtisadi nəzəriyyədə monetarizm cərəyanı formalaşdı və bu cərəyan 
pulun miqdar nəzəriyyəsinə əsaslanırdı. M.Fridmenə görə monetarist – pulun 
miqdar nəzəriyyəsinə inanan adama deyilir. 
Bugünkü gündə də pulun miqdar nəzəriyyəsi əvvəlki populyarlığını qoruyub 
saxlamaqdadır. Bu nəzəriyyəyə görə, əmtəələrin nisbi dəyəri, pulun alıcılıq 
qabiliyyəti və onun dəyişmə səbəbləri ilə bağlı bütün suallara cavab verməyə 
çalışır.  
Pulun klassik miqdar nəzəriyyəsi üçün 3 postulat səciyyəvi idi:  
1) səbəbiyyət (qiymətlər pul kütləsindən asılıdır);  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə