Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

25 
 
 
1.2.Pul nəzəriyyələrinin mahiyyəti 
Pul cəmiyyətdə məhsuldar qüvvələrin və istehsal münasibətlərinin obyektiv 
inkişafı nəticəsində meydana gəlmiş və müasir şəraitdə o, təsərrüfat həyatının 
ayrılmaz atributu, iqtisadi sistemin ən mühüm ünsürlərindən biridir.  
Cəmiyyətdə baş verən hər bir ictimai əmək bölgüsü istehsalın artmasına, 
yaradılan əmtəə əmtəə çeşidlərinin çoxalmasına və mübadilə sferasında kökündən 
dəyişikliklərə gətirib çıxarmışdır. Beləliklə də, mübadilədə vasitəçi rolu oynayan 
ə
mtəələrin təkamülü baş vermişdir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə 
ə
mtəə tədavülü deyilir. Bu Ə – P – Ə formulu ilə ifadə olunur. Mübadilənin 
inkişafı dəyərin aşağıdakı formalarının bir biri ilə əvəz olunması yolu ilə baş 
verirdi. 
• Dəyərin sadə, fərdi və yaxud təsadüfi forması. Bu forma tayfalar arasında 
mübadilənin ilkin pilləsinə xarakterik idi. Pul, hətta onun ilkin formasında, 
mübadilədən gec meydana gəlmişdir. O vaxta qədər ki, tayfalar və ya ailələr 
miqyasında təsəffüratlar tamamilə natural xarakter daşıyırdı, hələ əmtəə mövcud 
deyildi, məhsul şəxsi xarakter daşıyırdı, məhsul şəxsi istehlak üçün istehsal 
olunurdu.  nsanlar özlərini bütün lazım olanlarla təmin edirdi, mübadilə vasitəçiliyi 
olmadan keçinirdilər, pul onlara lazım deyildi. Mübadilə təsadüfi hallarda, yalnız 
ə
mək məhsulları şəxsi istehlakdan artıq olduğu vaxt baş verirdi. Bu cür mübadilədə 
mübadilə dəyəri zaman və ya məkan baxımından kəskin fərqlənirdi. Lakin artıq 
mübadilənin bu ilkin, yəni dəyərin həmin sadə formasında gələcək pulun əsası 
qoyuldu. ( məsələn, əmtəə A bərabərdir əmtəə B – yə ). K.Marks yazırdı ki, bu 
forma ilk baxışda bizə göründüyü kimi çox da sadə deyil, belə ki, artıq burada 
ə
mtəənin dəyər ifadəsinin 2qütbü mövcuddur: birinci qütbdə - öz dəyərini ifadə 
edən, aktiv rol oynayan əmtəə ( o, dəyərin nisbi formasında çıxış edir ), ikinci 
qütbdə - birinci əmtəənin dəyərini ifadə etmək üçün material xidmətini göstərən, 


26 
 
passiv rol oynayan əmtəə, hansı ki, ekvivalent formasında çıxış edir, yəni dəyərcə 
onun bərabəridir (dəyərin ekvivalent forması ). 
• Dəyərin tam və yaxud geniş forması əməyin ilkin bölüşdürülməsinin, 
cəmiyyətdə baş verən birinci ictimai əmək bölgüsü – maldarlıq və əkinçilik 
tayfalarının ayrılması nəticəsində istehsalın artımı və və mübadilənin inkişafı ilə 
meydana gəlmişdir. Mübadilə inkşaf etdikcə hər bir əmtəə bir sıra başqa əmtəələrin 
istehlak dəyərində öz ifadəsini alır, hansılara ki, o mübadilə olunur. Sadə (təsadüfi) 
dəyər forması tam və yaxud geniş dəyər formasına çevrilir.  
• Ümumi dəyər forması – məhsuldar qüvvələrin və onlarla bağlı istehsalın və 
mübadilənin sonrakı inkişafı ilə əlaqədar idi ki, bu da yerli ( rasional ) bazarlarda 
başlıca mübadilə əşyaları rolu oynayan ayrı – ayrı əmtəələrin əmtəələr aləmindən 
kortəbii ayrılmasına, bütün digər əmtəələrin istənilən vaxt onlara mübadilə 
olmasına gətirib çıxartdı. Dəyərin bu formasının xüsusiyyəti ondan ibarətdir ki, 
ümumi ekvivalent rolu bir əmtəəyə şamil edilməmiş və ayrı – ayrı vaxtlarda həmin 
rolu müxtəlif əmtəələr oynamışdır. 
• Dəyərin pul forması mübadilənin növbəti inkişafı ilə bağlı olaraq, əmtəələrin 
içindən bir əmtəənin seçilib ümumi ekvivalent rolunu oynaması ilə bağlıdır.  
Bu rol getdikcə nəcib metalların üstündə möhkəmləşməyə başladı. Bu isə 
qızıl və gümüşün bazarın ekvivalent rolunu üzərinə götürə biləcək əmtəəyə - pula 
olan bütün tələblərinə cavab verməsi ilə əlaqədar idi. Bu tələblər aşağıdakılardan 
ibarət idi: 
• Yekcinslik; 
•  stənilən miqdarda əldə edilməsinin çətinliyi; 
• Dəyərini itirmədən bölünməsi; 
• Yığcamlığı; 
• Uzun müddət saxlanılması. 


27 
 
Pulun mahiyyəti aşağıdakı üç xüsusiyyətin vəhdətində meydana çıxır: 
- bilavasitə ümumi mübadilədə; 
- mübadilə dəyərinin kristallaşmasında; 
- ümumi iş vaxtının maddiləşməsində. 
Pulun təkamülü prosesində bir çox nəzəriyyələr fəaliyyət göstərmişdir.  
Pulun nominalist nəzəriyyəsi.
 Bu nəzəriyyəyə görə pul öz təbiəti baxımından 
daxili dəyərə malik olmayan, şərti hesab vahidi olan sadə nişanlar kimi müəyyən 
olunur. Buna əsaslanaraq belə nəticəyə gəlirik ki, pulun alıcılıq qabiliyyəti sanki 
onun maddi məzmunundan qətiyyən asılı deyil və yalnız onun nominalı ilə 
müəyyən olunur. Konsepsiyanın adı məhz buradan qaynaqlanır. 
Bu nəzəriyyəyə görə, pulun dəyərinin pulların çəkisinə görə deyil, üzərində 
göstərilən nominalına görə qəbul olunması, nominalist nəzəriyyənin əsasını təşkil 
edir.  
Kağız pul tədavülünün yaranması və inkişafı nominalist pul nəzəriyyəsinin 
tərəfdarlarnın mövqeyini daha da möhkəmlətdi. Kağız pul nişanlarının yaranması 
pulların sadəcə dövlət tərəfindən emissiya olunan şərti nişanlar olduğunu bir daha 
sübut etdi. 
Nominalist pul nəzəriyyələri XVIII əsr iqtisadçılarının əsərlərində sistemli 
şə
kildə inkişaf etdirildi. Belə ki, ingilis iqtisadçısı J.Stüart (1712-1780) “ideal pul 
vahidləri” konsepsiyası ilə çıxış edirdi. Bu konsepsiyaya görə pulun bir ictimai 
təzahürü kimi real pul metalları olan qızıl və gümüş ilə heç bir əlaqəsi yoxdur. 
Yalnız “ideal pul vahidləri” pula xas olan yeganə funksiyasını - qiymət miqyası 
funksiyasını yerinə yetirməlidir. 
Subyektiv idealizmin tərəfdarlarından biri olan məşhur ingilis filosofu 
J.Berkli (1685-1753) də oxşar fikirləri inkişaf etdirmişdir. O, pulu maddi 
məzmundan məhrum olan abstrakt dəyər münasibəti kimi nəzərdən keçirirdi. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə