Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   8   9   10   11   12   13   14   15   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
34
dəqiq desək, inflections)
1
 hadisəsinə örnək qismində təqdim 
edir
2

«Fuziya» termini. Amerikan alimi E.Sepir tərəfindən 
təklif olunan bu istilahdan
3
, əsasən, flektiv dillərə nəzərən, 
forma və sözdüzəldici affiksasiyada yer alan xəlitələşmə 
hallarını  təyinləndirmək üçün istifadə edildiyi halda, 
türkoloji araşdırmalarda sözügedən terminin semantik 
tutumu bir qədər də genişləndirilmişdir. Burada həmin 
termindən daha çox ilkin köklərdən fonomorfoloji inkişaf 
nəticəsində meydana gələn törəmə  əsasların tərkibinin 
təhlili zamanı istifadə edilir.
4
 
 Əslində, bu iki bir-birini istisna etməyən təfsir özlü-
yündə problem doğurmasa da, iltisaqi dillərdəki fuziyon 
elementlərin flektiv dillərdəki analoji hallarla müqayisəsi 
tədqiqat orbitinə yeni terminlərin – rus dilçisi V.Boqorodit-
ski tərəfindən irəli sürülən
5
 «sadələşmə» (oprohenie), 
«yerdəyişmə» və ya «yenidən tərtiblənmə» (pererazlocenie) 
istilahlarının da çıxmasına  şərait yaradır. Belə ki, 
türkologiyada  çox vaxt fuziya hadisəsi kimi nəzərdən 
keçirilən bir neçə morfemin vahid tərkibdə birikməsi (məs: 
bacı+inaq>bacanaq və s.) halları «sadələşmə»yə; «qonşu» 
morfemlərin eksponentləri arasında «səs materialı»nın 
                                                 
1
 Yule George The study of language. Cambridge: Cambridge University 
press.1996. 
 
2
  Ону  да  гейд  едяк  ки,  сон  дювр  арашдырмаларында  якс  вязиййят  дя 
мцшащидя олунмагдадыр.Беля ки, бязи мцгайисяли – типолоъи тядгигатларда 
тцрк  дилляриндяки  кюк  дяйишмяси Internal flextion  (йяни,«дахили  флексийа» 
олараг)  дяйярляндирилир.бах:
Yunusov D., Khanbutayeva L. Comparative 
tipology of English and Azerbayjani languages.B.,2008., p.17 
3
  Сепир Э. Язык. Введение в изучение речи. М.-Л., 1934, стр.102. 
4
 бах:Йусифов М.И. Оьуз групу тцрк дилляринин мцгайисяли фонетикасы. Б., 
1984; Щажыйев Т.И. Тцрк дилляриндя сюзцн морфолоъи инкишафы / Тцрк дилля-
ринин лексик-морфолоъи гурулушу. Б., 1981, с.16-25.вя б. 
5
 бах: Реформатский А.А. Введение в языковедение. М., 1967, стр.272-273. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
35
yenidən bölgüsü və morfem «tikişi»nin irəliləyiş»i
1
 isə 
(məs: bu+ara> bu-ra və s.) «yenidən tərtiblənmə»yə uyğun 
gəlir. Buradakı qarışıqlığın səbəbləri qeyd olunan 
istilahların və «fuziya» termininin əksər tədqiqatlarda 
paralel müstəvidə (morfoloji proseslər və tipoloji 
tendensiyalar) nəzərdən keçirilməsindən qaynaqlanır. Bu 
mənada sözügedən linqvistik hadisələri iltisaqiliklə eyni 
müstəvidə  təhlil edərək «morfoloji proseslər» kimi 
dəyərləndirən V.İ.Koduxovun
2
 «barışdırıcı» mövqeyi, 
zənnimizcə, daha doğrudur. 
Yeri gəlmişkən, bu məqamda, dil faktlarının müvafiq 
tipoloji xarakteristika qazanmasına mane olan və fuziya və 
aqlütinasiya istilahlarının fərdi interpretasiyasından 
qaynaqlanan bəzi termin qarışıqlığı hallarının kökündə 
dayanan problemə  də diqqət ayırmaq istərdik. Belə ki, 
«tarixən fonologiya bazasında meydana gələn (yəni səslərin 
kombinator dəyişikliklərindən qaynaqlanan) və dil 
təkamülü prosesində morfoloji dəyişikliklər (məsələn: 
pererazlocenie «yenidən tərtiblənmə» üçün) baza təşkil 
edən «fuziya»
3
 hadisəsinin mahiyyəti bir  qisim tədqiqat-
larda «aqlütinasiya»nın təbiəti ilə, demək olar ki, 
eyniləşdirilir. Söhbət «aqlütinasiya» termininin bu istilahın 
tətbiqini  şərtləndirən digər proseslərlə  bərabər, «adətən 
yanaşı  işlədilən iki sözün birikməsinin, bəzən isə 
(pererazlocenieyenidən tərtiblənmə (məs: fransız d. ma 
amiema mie  «mənim rəfiqəm») hadisəsinin» 
tipoloji səciyyələndirməsi zamanı istifadəsindən
4
 gedir. 
                                                 
1
 Маслов Ю.С.Введение в языкознание. М., 1975, стр.212 
2
 Кодухов В.И. Введение в языкознание. М., 1979, стр.300-301. 
3
Булыгина  Т.В.,  Крылова  С.А.  Фузия / Лингвистический  энцикло-
педический словарь. М., 1990, стр.563-564. 
4
  Агглютинация / Лингвистический  энциклопедический  словарь.  М., 
1990, стр.17 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
36
 Maraqlıdır ki, Ferdinand de Sössür də özünün tipoloji 
dəyərləndirmələrindəki iltisaqilik qavramı ilə, məhz, 
sonuncu təfsirə yaxınlığı ilə seçilir (dilçiyə görə, aqlütina-
siya, vaxtilə asan üzvlənə bilən, lakin bir sintaqmdakı fraza 
çərçivəsində tez-tez təsadüf edilən iki və ya bir neçə 
elementin tamamilə bölünməz olan və ya çətin analiz edilən 
(çətin üzvlənə bilən) bütövə – birikməyə çevrilməsi 
hadisəsindən başqa bir şey deyil)
1
. Bu mülahizənin 
«fuziya» anlayışının meydana çıxmasından çox öncə 
səsləndirilməsi problemin daha sonralar – sözügedən isti-
lahla «aqlütinasiya» termini arasındakı  əsaslı  fərqlərin 
təsbit edilməsindən sonra aradan qalxması anlamına gəlmir. 
Belə ki, bir çox tədqiqatlarda haqqında bəhs edilən tipoloji 
tendensiyaların qarşılaşdırılmasının aparılmasına
2
 
baxmayaraq, hələ də aqlütinasiya istilahının Sepirəqədərki 
təfsirlərinin aradan qalxdığını söyləmək olmaz. Məsələn: 
analoji birikmə hallarını aqlütinasiya hadisəsi qismində 
dəyərləndirən L.Tenyer
3
 bu yanaşması ilə sözügedən 
terminin Sepirəqədərki interpretasiyası ilə razılaşdığını 
ortaya qoyur. Bu kimi problematik məqamlar məsələnin 
bəsit istilah qarışıqlığı olmayıb dillərdəki morfonoloji 
proseslərin dəqiqliklə araşdırılmamasının fəsadlarını 
təcəssüm etdirdiyini düşünməyə  əsas verir. Bu mənada, 
dillərin tipoloji xarakteristikasının təsbiti zamanı 
morfonoloji proseslərə xüsusi həssaslıqla yanaşılmasının 
vacibliyini vurğulayan N.S.Trubetskoy
4
 
və onun 
                                                 
1
 де Соссюр Ф. Курс общей лингвистики. М., 1993, стр.171. 
2
  мяс:  Реформатский  А.А.  Агглютинация  и  фузия  как  две  тенденции 
грамматического  строения  слова / Морфологическая  типология  и 
проблема классификации языков М.-Л., 1965, стр.64 
3
 Теньер Люсьен. Основы структурного синтаксиса. М., 1988, стр.39-40. 
4
 Трубецкой Н.С. Некоторые соображения относительно морфонологии 
// Пражский лингвистический кружок. М., 1967, стр.115-118. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə