Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə74/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
153
 
6-cı Əlavə. Uşaq alverinə dair beynəlxalq sənədlər 
Sənəd 
Məqsəd 
Ratifikasiya ili 
Birləşmiş  Millətlər  Təşkilatının 
Uşaq hüquqları haqqında  Kon-
vensiyası və əlavə protokollar. 
Bütün  uşaqlara  və  yeniyetmələrə  (17  yaş  və 
ondan aşağı) geniş hüquqlar verir.  
 
1992 
BƏT-in  Uşaq  əməyinin  ən  ağır 
formaları  haqqında  182  nöm-
rəli Konvensiyası (1999-cu il) 
18  yaşadək  olan  bütün  uşaqlar  üçün  köləliyin 
bütün formalarını və ya uşaq ticarəti və alveri, 
borc  asılılığı  kimi  köləliyə  bənzər  adətləri  …  və 
fahişəlik məqsədi üçün uşaqları cəlb etməni və 
təklif etməni qadağan edir. (3-cü maddə). 
2004 
Uşaq  alverinə,  uşaq  fahişə-
liyinə və uşaq pornoqrafiyasına 
dair Fakultativ Protokolu  
İştirakçı-dövlətlər  uşaqlarla  ticarət,  uşaq  fahi-
şəliyi  və  uşaq  pornoqrafiyasını  bu  Protokolda 
nəzərdə tutulduğu kimi qadağan edəcəklər  
2002 
Avropa  Şurasının  Uşaqların 
cinsi istismardan və cinzi zora-
kılıqdan  müdafiəsi  haqqında 
Konvensiyası 
Mövcud standartların möhkəmləndirilməsi, ay-
dın  və  ümumi  standartlar  və  anlayışlar  müəy-
yənləşdirməklə, xüsusən də cinayət qanunu və 
digər  müvafiq  tədbirləri  uyğunlaşdırmaqla  bü-
tün  uşaqlar  üçün  uzlaşdırılmış  və  bərabər 
müdafiəni təmin edir.  
Ratifikasiya 
olunmayıb. 
BƏT-in  İşə  qəbul  üçün  mini-
mum  yaş  həddinə  dair  138 
nömrəli  Konvensiyası:  qanun-
vericiliyin tətbiqi və təcrübə. 
Uşaq  əməyinin  effektiv  şəkildə  aradan  qal-
dırılmasını təmin etmək və məşğulluq və işə qə-
bul  üçün  minimum  yaş  həddinin  tədricən  qal-
dırılması  üçün  nəzərdə  tutulmuş  “milli  siya-
sətin” həyata keçirilməsi. 
1992 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
154
 
7-ci Əlavə. Qurbanların müdafiəsi üzrə əsas prinsiplər 
Başlıca “zərər vurmama” prinsipinə əlavə olaraq, insan alveri qurbanları ilə etik rəftar üçün bəzi 
mühüm prinsiplər işlənib hazırlanmışdır. 
 
(a) İnsan hüquqlarına hörmət və onların qorunması. 
İnsan alveri insan hüquqlarının ciddi pozuntusudur. Bütün yardım və müdafiə səyləri insan alveri 
qurbanının hüquqlarının bərpasına yönəlməlidir. 
(b) Məlumatlı şəkildə razılıq vermə 
İnsan  alverinin  qurbanına  yardım  qurbanın  tam  və  məlumatlı  şəkildə  verdiyi  razılıq  əsasında 
olmalıdır.  Alınmalı  olan  məlumatlı  şəkildə  verilmiş  razılığa  imkan  yaratmaq  üçün  bütün  müvafiq 
iştirakçıların,  siyasətlərin  və  prosedurların  izah  olunması  vacibdir.  Heyət  üzvləri  qurbanla  onların 
başa  düşdüyü  dildə  ünsiyyət  qurmaq  imkanına  malik  olmadıqda,  tərcüməçinin  köməyini  təmin 
etmək üçün bütün zəruri səylər göstərilməlidir. 
 
(c) Ayrı-seçkiliyin yolverilməzliyi 
İnsan  alveri  qurbanlarına  xidmətlər  gender,  cinsi  mənsubiyyət,  yaş,  əlillik  vəziyyəti,  rəng,  sosial 
sinif, irq, din, dil, siyasi əqidə və ya digər vəziyyətlərə görə ayrı-seçkilik olmadan göstərilməlidir. 
(d) Konfidensiallıq və şəxsi həyatın toxunulmazlığı. 
Qurbanla  bağlı  bütün  məlumatlarla  qurbanın  konfidensiallıq  və  şəxsi  həyatın  toxunulmazlığı 
hüququ  nəzərə  alınmaqla  davranılmalıdır.  Bütün  təşkilatlar  öz  heyət  üzvlərinin  qurbana  dair 
məlumatlarla  məsuliyyətli  şəkildə  davranmalarını,  qurbana  dair  məlumatları  məlumatlı  şəkildə 
razılıq  vermə  prinsipinə  riyaət  olunmaqla  və  “bilməsi  tələb  olunur”  zəminində  toplamalarını  və 
bölüşmələrini  təmin  etməlidirlər.  Heyət  tərəfindən  qurbanın  konfidensiallıq  və  şəxsi  həyatın 
toxunulmazlığı hüququnun pozulması ilə onların həyatının və digərlərinin həyatının risk altına düşə 
biləcəyini bilmə vacibdir.  
 
(e) Öz müqəddəratını təyin etmə və iştirak 
Qurbanın məlumatlı şəkildə öz seçimlərini etmə və qərarlar vermə hüququnu qəbul edərək, onlar, 
özlərinə 
aid 
qərarların 
qəbul 
edildiyi 
prosesdə 
mümkün 
qədər 
geniş 
iştiraka 
həvəsləndirilməlidirlər.  
 
(f) Fərdiləşdirilmiş rəftar və qayğı 
İnsan alveri qurbanlarının məruz qaldıqları bir çox ümumi halların olduğunu qəbul etməklə yanaşı, 
hamının  ayrıca  fərdlər  olduğu  da  etiraf  edilməlidir.  Mədəni,  gender  və  yaş  fərqləri  baxımından 
şəxsin  bu  cür  fərdiliyi,  habelə  insan  alverinə  məruz  qalarkən  və  ondan  sonra  bu  şəxslərin 
üzləşdikləri vəziyyətlərdəki fərqlər də qeyd olunmalıdır. Təklif olunan qayğı mümkün qədər şəxsin 
ehtiyaclarına uyğunlaşdırılmalıdır. 
 
(g) Yenidən travmaya məruz qoymama. 
Emosional reaksiyanı oyandıqmaq üçün nəzərdə tutulan suallar verməklə insan alveri qurbanını 
yenidən travmaya məruz qoymamaq üçün səy göstərilməlidir.  
BMqT 2010, İnsan alveri əleyhinə təlim modulları: insan alveri köləliyin müasir formasıdır, səh. 38. 
 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
155
 
8-ci Əlavə. Xüsusi araşdırma üsulları 
1. Nəzarət. 
Nəzarətin  məqsədi  ya  həmin  şəxsi  izləməklə  və  ya  yaşayış  yerindən  məlumat  əldə  etməklə  şəxs 
barəsində özəl məlumatın əldə edilməsindən ibarətdir. 
2. Gizli hüquq-mühafizə fəaliyyəti
Məqsəd,  cinayətkar  fəaliyyət  barədə  məlumat  və  informasiya  əldə  etmək  məqsədilə  cinayətkar 
roluna girmiş gizli polis əməkdaşından istifadə etməkdir. 
3. Gizli şəxs qismində məlumat mənbəyi. 
Cinayətkar  fəaliyyət  barədə  məlumat  və  ya  informasiya  əldə  etmək  və  ya  bu  məlumata  və 
informasiyaya çıxış imkanı əldə etmək üçün istifadə məqsədilə, xüsusi polis müstəntiqinin təlimatı 
altında, hər hansı bir şəxs gizli şəkildə digər bir şəxslə əlaqə yaradır və saxlayır.  
4. Yoxlama üçün təklifi qəbul etmə 
Hüquq-mühafizə  orqanının  əməkdaşı  özünü  xidmətlərin  potensial  alıcısı  və  ya  işçi  kimi  qələmə 
verməklə  məlumat  və  ya  informasiya  əldə  edir.  Burada  məqsəd  vəziyyətin  qurbanların  istismar 
olunduğu vəziyyət olduğuna əmin olmaqdır. 
5. Nəzarət altında aparma. 
İnsan  alveri  əməliyyatında  əməliyyatı  izləyən  polis  müstəntiqləri  əvəzinə  qurbanların  hərəkətinin 
nəzərdə  tutulduğuna  dair  məlumat  alındıqda,  şəxsin  nəzarət  altında  öz  işini  davam  etdirməsinə 
imkan  yaradılır.  Qurbanlar  və  cinayəti  törədənlər  nəzarət  altında  saxlanılır  və  davamlı  risk 
qiymətləndirməsi  aparılır.  Məqsəd,  şəxsləri  cəlb  edənlərdən  onların  daşınmasına  və  istismarına 
görə məsuliyyət daşıyanlara qədər insan alverində iştirak etmiş bütün şəxslər barədə məlumat və 
informasiya toplamaqdır. 
6. Telefon danışıqlarının dinlənilməsi / ünsiyyətlə bağlı məlumatlardan istifadə 
Məlumat əldə etmək üçün əlaqə vasitələrinin qanuni şəkildə dinlənilməsi araşdırmada istifadə 
edilə bilən məlumat və ya informasiyanı təmin edə bilər.  
 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə