Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə68/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
138
 
Ali 
Məhkəmə 
vurğulamışdır 
ki, 
insan 
alveri 
maliyyə 
mənfəəti 
üçün 
törədilən 
cinayətdir.Məhkəmənin  fikrinə  əsasən,  müttəhim  yeni  doğulmuş  körpəyə  görə  2000  ABŞ  dolları 
götürdüyünə  və  bu  məbləği  bütövlükdə  körpəni  tapan  və  gətirən  həkimə  verdiyinə  görə, 
müttəhim  bu  cinayətdə  yalnız  iştirakçıdır  və  buna  görə  də  müttəhimin  cəzası  azaldılmışdır. 
Məhkəmə azadlıqdan məhrum müddətini 3 ilə qədər azaltmışdır. 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №.1 (102)-465/2009, 13 oktyabr 2009-cu il. 
Bu  qərar  Cinayət  Məcəlləsinə  düzəlişlər  edilməmişdən  əvvəl  verilmişdir,  buna  görə  də  ya 
müttəhim İnsan Alverinə dair Protokolda nəzərdə tutulan vasitələrdən istifadə etməmişdir, ya da 
məhkəmə  bu  vasitələri  müzakirə  etməmişdir  (belə  ki,  Azərbaycanda  insan  alveri  cinayətinin 
müəyyən edilməsində bu, gərəkli deyil). 
AZE007 İş №. (102)-674-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-12-30 – Məhkum olunma tarixi 2009-12-30 
Müttəhim qurbanı fahişəlik üçün təqdimetmə məqsədilə ona pasport və onun Türkiyəyə səfərini 
təşkil etmişdir. Qurban Türkiyədə Ərzurumda yataqxanada qalmış və cinsi istismar edilmişdir. 
Müttəhim 4 il müddətinə cəzaya məhkum edilmişdir. Müttəhim Ali Məhkəməyə müraciət edərək 
aşağı  instansiya  məhkəməsinin  qərarına  əsasən  ona  təyin  edilmiş  azadlıqdan  məhrum  olunma 
müddətinin  qalan  hissəsinin  şərti  cəza  ilə  əvəz  olunmasını  xahiş  etmişdir.  İddiaçı  Məhkəmədən 
onun yaşının, ailə vəziyyətinin və peşmançılığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə belə 
bir fikirdə olmuşdur ki, aşağı instansiya məhkəməsi artıq yüngülləşdirici halları nəzərə almışdır və 
verilən  cəza  həqiqətən  qanunlara  əsasən  belə  cinayət  üçün  minimum  azadlıqdan  məhrumetmə 
müddətindən aşağıdır. Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №. 1 (102)-674/2009, 30 dekabr 2009-cu il.  
 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
139
 
7. Beynəlxalq əməkdaşlıq 
 
 Bu fəsildə beynəlxalq əməkdaşlığın vacibliyi və hüquqi çərçivəsi və qarşılıqlı hüquqi yardım prosesi 
izah  ediləcəkdir.  Burada  insan  alveri  hallarının  təqib  olunmasında  beynəlxalq  əməkdaşlığın  rolu  və 
ekstradisiya prosedurları izah ediləcəkdir. Burada həmçinin qurbanların müdafiəsində, onlara yardım 
və onların repatriasiyasında beynəlxalq əməkdaşlığın vacib olduğu izah ediləcəkdir. 
Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq Əleyhinə Konvensiyasının (UNTOC) 
başlıca məqsədlərindən biri transmilli  mütəşəkkil cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığı 
təşviq  etmək  olmuşdur.BMT-nin    İnsan  Alverinə  dair  Protokolunun  2-ci  maddəsinin  məqsədi 
Protokoldakı  məqsədlərə  nail  olmaq  üçün  iştirakçı
-
dövlətlər  arasında  əməkdaşlığı  təşviq  etmək 
olmuşdur. İnsan alveri cinayəti dövlətin sərhədləri çərçivəsində, ölkə hüdudlarında törədilə bilindiyi 
halda, insan alveri hallarının xeyli hissəsi transmilli xarakter daşıyır. 
Cinayətin transmilli xüsusiyyətdə olmasına görə insan alveri hallarının mürəkkəbliklər və problemlər 
yaratdığı  üçün    beynəlxalq  əməkdaşlıq  tələb  olunur.  Çox  vaxt  qurbanlar,  şahidlər  və  müttəhimlər 
hamısı  müxtəlif  dövlətlərdən  ola  bilər  və  müxtəlif  dövlətlərin  ərazisində  qala  bilər.Əməlin  digər  bir 
dövlətdə  törədilə  bilinməsi  faktı  vəziyyəti  bir  qədər  də  mürəkkəbləşdirə  bilər.  İnsan  alverçiləri 
ölkədən kənarda həbs edilə bilər və bu, çox güman ki, beynəlxalq həbs qərarından sonra esktradisiya 
prosesini zəruri edə bilər. Beynəlxalq əməkdaşlığa,  həmçinin  cinayətkar yolla əldə edilmiş gəlirlərin 
müəyyənləşdirilməsi  və  müsadirəsi  ilə  bağlı  maliyyə  araşdırmalarına  dəstək  göstərmək  üçün  də 
ehtiyac duyula bilər. 
Beynəlxalq  əməkdaşlıq  hüquqi,  mədəni,  siyasi  və  dil  məsələlərinə  görə  problemli  ola  bilsə  də, 
əməkdaşlığa şərait yaratmaq üçün hüquqi qaydalar və
 
prosedurlar və insan alverçilərini təqib etmək 
üçün  tələb  olunan  vasitələr  mövcuddur.  UNTOC-da  cinayət  işləri  üzrə  həm  formal,  həm  də  qeyri-
formal əməkdaşlığa dair təfsilatlı müddəalar toplanır. Bunlar həmçinin müvafiq düzəlişlərlə, aşağıdakı 
kimi, İnsan Alverinə dair Protokola da tətbiq edilə bilər. 
•  Ekstradisiya (16-cı maddə); 
•  Məhkum olunmuş şəxslərin verilməsi (17-ci maddə); 
•  Qarşılıqlı hüquqi yardım (18-ci maddə); 
•  Birgə istintaqlar (19-cu maddə); 
•  Xüsusi araşdırma üsullarından istifadə edilməsində əməkdaşlıq (20-ci maddə); 
•  Cinayət işlərinin verilməsi (21-ci maddə); 
•  Müsadirə məqsədləri üçün beynəlxalq əməkdaşlıq (13-14-cü maddələr);  
•  Hüquq-mühafizə əməkdaşlığı (27-ci maddə). 
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasınının  Qanununun  “İnsan  alverinə  qarşı 
mübarizədə beynəlxalq əməkdaşlıq” başlıqlı 26-cı maddəsində deyilir: 
 “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı 
mübarizə  sahəsində  digər  dövlətlərlə,  onların  hüquq-mühafizə  orqanları  ilə,  habelə  insan 
alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”. 
 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
140
 
7.1 Yurisdiksiya 
İnsan alveri hallarında yurisdiksiyaya dair beynəlxalq hüquq normaları mühüm beynəlxalq və regional 
müqavilələrdə müəyyən edilir. Onların məqsədi insan alveri cinay
ə
tinin harada baş verməsindən asılı 
olmayaraq  cəzalandırıla  bilinməsini  təmin  etməklə,  insan  alverçiləri  üçün  yurisdiksiya  baxımından 
təhlükəsiz məkanları aradan qaldırmaqdır.Digər bir məsələ birdən çox dövlətin öz yurisdiksiyasını təs-
diq  etməsi  üçün  əsaslar  olduğu  halda,  əlaqələndirmə  mexanizmlərinin  effektiv  olmasını  təmin 
etməkdir.
 213
 
 
UNTOC-un “Yurisdiksiya” başlıqlı 15-ci maddəsində deyilir:  
 “1.  1.  Hər  bir İştirakçı  dövlət  bu  Konvensiyanın  5,  6,  8  və  23-cü  maddələrinə  uyğun  olaraq 
cinayət kimi tanınmış  cinayətlərə  dair öz yurisdiksiyasının müəyyən edilməsi üçün tələb olunan 
tədbirlər görür: 
a)cinayət həmin iştirakçı  dövlətin ərazisində törədildikdə; və ya 
b)  cinayət  cinayət  törədilən  zaman   İştirakçı  dövlətin  bayrağı  altında  üzən  gəminin  göyərtə-
sində   və   ya  həmin  
i
ştirakçı  dövlətin  qanunvericiliyinə   uyğun  olaraq  o  zaman  qeydiyyatda 
olan hava gəmisində törədildikdə.”  
 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasınının  Qanununun  “İnsan  alveri  ilə  bağlı 
cinayətlərə dair Azərbaycan Respublikasının yurisdiksiyası” başlıqlı 27-ci maddəsində deyilir: 
“İnsan  alveri  ilə  bağlı  cinayət  törətmiş  Azərbaycan  Respublikasının  vətəndaşları,  əcnəbilər  və 
ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər”. 
 
7.2 Prosedurlar 
Prokurorlar  və  hakimər  beynəlxalq  əməkdaşlıq  faydaları,  habelə  maneələri  haqqında  məlumatlı 
olmalıdırlar.  Beynəlxalq  əməkdaşlıq  araşdırmaları  və  təqibləri  sürətləndirə  və  onların  keyfiyyətini 
artıra  bildiyi  halda,  güclü  milli  cəmləşmələr  beynəlxalq  əməkdaşlıqla  maneə  olur.  Beynəlxalq 
əməkdaşlığın ən çox yayılmış forması kimi qarşılıqlı hüquqi yardım üçün sorğu (QHY), adətən, həqiqi 
beynəlxalq iş qurmaq əvəzinə, məhdud bir məqsəd üçün edilir.
 214
 
 Azərbaycanda beynəlxalq əməkdaşlıq prosesində toplanmış dəlil baxımından dəyərli faktlar 
Azərbaycanın  hüquq  sistemi  beynəlxalq  operativ  əməkdaşlıq  prosesində  toplanmış  (yardım  üçün 
sorğulara  cavab  olaraq),  yəni  hüquqi  yardım  üçün  sorğuların  icrası  zamanı  alınmamış  faktiki 
məlumatları məhkəmədə dəlil kimi qəbuletmə imkanını nəzərdə tutur. Bu, prosedur qayda əsasında 
edilir ki, məhkəmə və ya hüquq-mühafizə orqanları tərəfindən əldə edilmiş və mənbəyi heç bir şübhə 
doğurmayan sənədlər və onların əldə edilmə üsulu (xüsusən də, əgər bu, dəqiq şəkildə qanunla tələb 
olunursa, məhkəmə qərarı əsasında alınanlar) dəlil kimi istifadə edilə bilər. 
Beynəlxalq  müqavilə  əsasında  digər  bir  ölkənin  hüquq-mühafizə  orqanları  ilə  Azərbaycan 
Respublikasının  hüquq-mühafizə  orqanlarının  sorğusu  ilə  aparlan  birgə  gizli  əməliyyat,  elektron 
nəzarət,  nəzarət  altında  çatdırılma  nəticəsində  toplanan  informasiya  da  Azərbaycanda  dəlil  kimi 
                                                            
213
 ASEAN İnsan alveri ilə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığa dair əyani vəsait 2009, səh.20. 
214
 Cernov, A.2009.İnsan alveri, prokurorlar və hakimlər. red. Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar: 
təhlükəsizlik sektorunun rolu, səh.347. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə