Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

vardır. Belə ki, göstəricidə öz əksini tapmış 678 məqalədən 100 
məqalənin müəllifi Ə.Əliyevdir. Bu da bu göstəricidə haqqında məlumat 
verilmiş məqalələrin 14%-ni təşkil edir. 
Bu bölmədə həmçinin “Qanun” jurnalında nəşr olunmuş “Avropa 
Şurasının Konstitusional statusu”, “Avropa Şurası hüququ” və s. elmi  
xarakterli məqalələr haqında da məlumat almaq olar. 
Sonda elektron resurslar bölməsində www.anl.az 
və 
www.google.az saytlarının elektron ünvanları verilmişdir. Hər halda bu 
ünvanlar vasitəsilə  də haqqında bəhs etdiyimiz mövzu barədə infor-
masiya verilir. 
Kitabın son hissəsi “Müəlliflərin  əlifba göstəricisi” adlanır. Bu 
bölmə mövzu ilə əlaqədar yazılmış  məqalə  və kitabların müəlliflərinin 
soyadlarının axtarışını xeyli asanlaşdırır. 
Ənənəvi metodikaya görə tövsiyə biblioqrafik göstəricilərində öz 
əksini tapan informasiya mənbələri mövcud resursun məqsəd və oxucu 
istiqamətinə uyğun olan aktual və elmi-nəzəri cəhətdən daha əhəmiyyət-
li hissəsini əks etdirməlidir. Bu baxımdan vəsaitin ümumi informativliyi 
tələblərə cavab verir. Lakin yaxşı olardı ki, bu mühüm biblioqrafik gös-
təricidə elmi və elmi-kütləvi xarakterli mənbələrə annotasiya yazılsın. 
Bütövlükdə bu biblioqrafik resursu M.F.Axundov adına Azər-
baycan Milli Kitabxanasının biblioqrafik fəaliyyətinin  ən mühüm 
nəticəsi kimi qiymətləndirmək olar. 
 


Nadir İSMAYILOV  
BDU-nun dosenti, pedaqoji elmlər namizədi 
 
KİTABXANA-İNFORMASİYA RESURSLARININ 
YERLƏŞMƏSİNİN NƏZƏRİ VƏ TƏCRÜBİ MƏSƏLƏLƏRİ 
 
Müasir kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elmləri qar-
şısında duran prioritet istiqamətlərdən biri də ölkənin, onun ayrı-ayrı 
regionlarının kitabxana landşaftının öyrənilməsi və informasiya re-
surslarının palitrasını müəyyən etmək, məskunlaşmanın dayaq kar-
kaslarında kitabxana-informasiya sistemlərinin yerləşməsi vəziyyətinin 
təhlili  əsasında  əhalinin informasiya təminatının təkmilləşdirilməsinin 
yollarını müəyyən etməkdən ibarətdir. 
Azərbaycan tarixən kitabxana landşaftının zənginliyi ilə seçilən 
regionlardan biridir. Əgər, dünya əhalisinə yarım milyon kitabxana 
xidmət göstərirsə, (6,s.125) Azərbaycan Respublikasında 12 mindən çox 
kitabxana-informasiya müəssisəsi fəaliyyət göstərir. (1 s.6) Bu da dünya 
kitabxana resursunun 2,4%-ni təşkil edir. Azərbaycan Respublikasının 
kitabxanalarının informasiya resursları hal-hazırda 150 milyona qədər 
çap vahidi ilə ölçülür. Ölkə əhalisinin 9 milyon olduğunu nəzərə alsaq 
hər 750 nəfərə 1 kitabxana, hər nəfərə isə  təqribən 16,6 çap vahidi 
düşdüyü müəyyənləşir. Eyni zamanda bütövlükdə ölkə üzrə, həmçinin 
ayrı-ayrı regionlarda kitabxana-informasiya resurslarının düzgün yerləş-
dirilməsi və ondan səmərəli istifadə olunmasının tədqiq edilməsi aktual-
lıq kəsb edir. Ölkənin biblioqrafik informasiya mərkəzlərinin istehsal 
etdiyi informasiya resursunun ilkin sənəd kütləsinin axınını  əks et-
dirməsi üzrə inkişaf meyllərinin öyrənilməsi nəticəsində müəyyən 
olunmuşdur ki, biblioqrafik informasiya ehtiyatının inkişaf səviyyəsi 
cəmiyyətin informasiya tələbatına əsasən cavab verir. 
Kitabxana-informasiya ehtiyatlarının (6,c.30) yerləşdirilməsində 
müxtəlif amillər rol oynayır. Buraya kitabxana şəbəkələrinin quruluşunu 
müəyyən edən, kitabxana-informasiya ehtiyatlarının ayrı-ayrı sahə-
lərinin konkret yerləşdirilməsinə  təsir edən amilləri, müxtəlif səviyyəli 
ərazi-kitabxana sistemlərinin təşkili amillərini aid etmək olar.(8, с.6-9) 
Amil dedikdə, hər hansı bir prosesin və ya hadisənin hərəkətverici 
qüvvəsi, onun ayrı-aryı xüsusiyyətlərini və ya xarakterini müəyyən edən 
səbəblər nəzərdə tutulur. Kitabxana-informasiya ehtiyatlarını yerləş-
dirilməsi və kitabxana işinin  ərazi baxımından təşkili amilləri kimi bir 


mənalı olmayan məkan  şəraiti və bu ehtiyatların məcmusu qəbul 
edilmişdir. Kitabxana obyektinin, obyektlər qrupunun, sahə  və ya 
regionun kitabxana-informasiya sahəsinin strukturunun konkret olaraq 
ərazicə yerləşdirilməsi nöqteyi-nəzərdən yuxarıda qeyd olunan amillər 
məcmusunun istifadəsilə kifayət qədər rasional nəticələr  əldə etmək 
olar. Adətən kitabxanaşünaslıqda amillərin tərkibinə  aşağıdakıları aid 
edirlər: 
1) iqtisadi-coğrafi xüsusiyyətləri; 
2) demoqrafik amillər; 
3) əhalinin yerləşdirmə sistemi; 
4) nəqliyyat strukturu; 
5) təbii şərait və s. 
Kitabxana-informasiya ehtiyatlarının yerləşdirilməsinə  təsir edən 
əsas amil isə inzibati-ərazi amili sayılır. Belə ki, ərazi öz növbəsində 
yalnız ixtisaslaşması  ərazinin tələblərinə cavab verən kitabxanaları de-
yil, bütün kitabxanaları əhatə edir. Cəmiyyətdə baş verən dəyişikliklər, 
bazar iqtisadiyyatı yerləşdirmənin qanunauyğunluqları, prinsip və amil-
lərinə ciddi təsir göstərir. 
Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya resursunun 
inkşafında istiqamət diqqəti cəkb edir. Birincisi paytaxt və digər 
şəhərlərdə formalaşmış kitabxana resursları, ikincisi, mərkəzdən uzaq 
region və digər kiçik yaşayış məntəqələri. 
Kitabxananın yerləşdirilməsinin başlıca məqsədi digər kitabxa-
naların fəaliyyəti  şəraitində  cəmiyyətin informasiya tələbatlarının daha 
tam  şəkildə ödənilməsinə kömək göstərməkdən ibarətdir. Bu məqsəd 
kitabxana işinin  ərazicə  təşkilinin və inkişafının başlıca vəzifələriylə 
uyğun gəlir. İnzibati amirlik sistemi şəraitində kitabxanaların bu və ya 
digər regionun ərazisində yerləşdirilməsi haqqında qərar qəbul edən 
şəxslərin dairəsi məhdud və nisbətən eyni idi. Kitabxanaların yer-
ləşdirilməsinin mövcud olan prinsipləri nazirliklər və müəssisələr, ida-
rələr qismində mərkəz üçün əsas sayılırdı və ərazinin aşkar passivliyini 
şərtləndirdi. Ərazi bu prosesdə yalnız sınaq meydanı kimi çıxış edirdi. 
Müasir dövrdə isə regionlarının sosial-iqtisadi inkşafını nəzərə alan 
yeni prinsiplərin elmi cəhətdən  əsaslandırılmasına zərurət yaranmışdır. 
Dəyişən vəziyyət səhmdar cəmiyyətlərin, konsernlərin, assosiasiyaların, 
firmaların, ərazi sakinlərinin (əhali, müəssisənin yerli özünü idarə etmə 
orqanları  və s.) maraqlarının dəqiq  əsaslandırılmasına uyğun gəlir. 
Birincilər (sahibkarlar) kitabxananın yerləşdirilməsiylə bağlı məsələnin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə