Microsoft Word ismayii-maliyy? Riski docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix20.09.2018
ölçüsü0,57 Mb.
#70089
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

54 

 

 



risklərdən qorunma tədbirlərini əsas götürməlidirlər. Həmin tədbirlərdə risklərdən 

yan  alma,  onların  yumşaldılması,  risklərin  bilavasitə  idarə  edilməsi  (risklərin 

sığortalanması, kredit rejiminə əməl edilməsi, müştərilərin tədiyyə qabiliyyətinin 

yoxlanılması,  risklərin  müvafiq  iqtisadi  normativlərlə  məhdudlaşdırılması  və 

nəzarət  edilməsi  və  s.)  məsələləri  nəzərdə  tutulmalıdır.  Bütün  bu  və  ya  digər 

tədbirlər  risklərin  minimuma  endirilməsinə  səbəb  olur.  Risklərin  minimal  və 

maksimal həcmi bir qayda olaraq itirilmiş pul vəsaitinin yaxud əmlakın həcmi ilə 

müəyyən  olunur.  Lakin  burada  mənəvi  itkiləri,  sarsıntıları  da  nəzərə  almaq 

lazımdır.  Risklər  siyasətində  itirilmiş  vəsaitlərin,  dağıdılmış  əmlakın  yerinin 

doldurulması mənbələri də müəyyən edilməli və imkan daxilində əvvəlcədən belə 

bir  mənbə  ehtiyatı  nəzərdə  tutulmalıdır.  Məsələn,  deyək  ki,  10  000  manatlıq 

imkanı  olanın  100  000  manatlıq  riskə  getməsini  heç  bir  vəchlə  başa  düşmək 

olmaz,  əksinə  olduqda  isə  uğurlu  risk  xatirinə  bunu  və  ondan  da  artıq  məbləği 

qəbul etmək olar.  

Problemlərin məzmunu və xarakteri hər bir firma və təşkilatlarda müxtəlif 

olur.  Bu,  birində  iflasa  uğrama,  plan  tapşırıqlarının  kəsirlə  yerinə  yetirilməsi, 

digərində  satış,  kadr  məsələsi  il  bağlı  ola  bilir.  Ona  görə  də  əvvəlcə  problemin 

konkret səbəbləri və situasiyalar öyrənilməli, aşkara çıxarılmalı və vaxtında həll 

olunmalıdır. Əks təqdirdə daha yeni problemlər meydana çıxa bilər. Bunun üçün 

problemlərdən irəli gələn vəzifələr dərindən təhlil edilməlidir.  

Vəzifələrin təhlili zamanı aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır: 

1.

  Sistemin  idarə  olunmayan  ilkin  cəhətlərinin  parametrinin  nəzərdən 



keçirilməsi. 

2.

  Ayrı-ayrı  problemlərin,  vəzifələrin  həlli  üzrə  qərarın  qəbulu 



imkanlılığını müəyyən etmək. 

3.

  Sistemin arzu olunan vəziyyətinin müəyyən edilməsi. 



4.

   Əlverişli qərarların qəbulu, çıxış yolunun tapılması üçün meyarların 

seçilməsi 

5.

  Resursların  məhdudluğunu,  real  situasiyanı  nəzərə  almaq  şərti  ilə 



vəziyyətdən çıxış variantının hazırlanması  


55 

 

 



Problem  və  vəzifələr  idarəetmə  obyektinin    istənilən  (tələb  olunan)  və 

faktiki vəziyyəti ilə müqayisədə meydana çıxır. Ona görə də problemin meydana 

gəlməsi  səbəbləri,  vəzifələrin  irəli  sürülməsi,  problem  və  vəzifələrin  konkret 

məzmununun  müəyyən  edilməsi  idarəçilik  qərarlarının  qəbulu  üçün  başlıca 

şə

rtlərdən  biridir.  Lakin  elə  problem  var  ki,  onu  hüç  də  həmişə  həll  etmək 



mümkün olmur.  

Risklərin  qabaqcadan  və  operativ  təhlilinin  başlıca  məqsədi  onların 

nəticələrinin  qiymətləndirilməsidir.  Müxtəlif  istehsal  təyinatlı  təsərrüfat 

subyektlərində fəaliyyət növləri üzrə fərqlənən saysız-hesabsız miqdarda əsas və 

ə

lavə 


risklərdən 

istifadə 

edildiyinə 

görə, 


onların 

nəticələrinin 

qiymətləndirilməsində  də  müxtəlif  üsullardan  istifadə  edilir.  Deməli,  risklərin 

nəticələrinin  həm  qabaqcadan  və  həm  də  sonradan  qiymətləndirilməsində  çoxlu 

sayda tədqiqat üsullarından istifadə edilir. Bu üsulları bilmədən hansı riskin hansı 

üsullarla  qiymətləndirilməsinin  və  dəqiq  nəticələrin  əldə  edilməsinin 

mümkünlüyünü  təyin  etmək  olmaz.  Bazar  münasibətləri  şəraitində  bir  sıra 

maliyyə  əməliyyatları  (Məsələn,  vençur  (riskli)  investisiya  qoyuluşları, 

aksiyaların alınması, selinq əməliyyatları, kredit əməliyyatları və s.) kifayət qədər 

ə

həmiyyətli  risklərlə  əlaqədardır.  Onlar  həm  əməliyyata  başlamazdan  əvvəl  və 



həm də əməliyyatın icrası mərhələlərində risk dərəcəsinin qiymətləndirilməsini və 

onun həcminin təyin edilməsini tələb edir. 

Riskin  dərəcəsi  itki  hadisəsinin  başlanması  və  həm  də  mümkün  zərərin 

baş  verməsi  miqdarına  dair  ehtimaldır.  Sahibkarın  riski  qoyulan  kapitaldan 

gözlənilən maksimum və minimum gəlirin (zərərin) miqdarını subyektiv ehtimalı 

ilə  kəmiyyətcə  xarakterizə  edir.  Bu  hesablamada  maksimal  və  minimal  gəlirlər 

(itkilər)  arasında  diapazon  çox  olduqca  (onların  alınması  ehtimalı  bərabər  olan 

şə

raitdə), riskin dərəcəsi bir o qədər yüksək olur.    



Risk ola bilər: 

• 

Qəbul  olunan  –  planlaşdırılmış  layihənin  reallaşdırılması  zamanı 



bütün gəlirin itməsi təhlükəsi vardır; 


56 

 

 



• 

Kritik  –  ancaq  gəlirin  itirilməsi  təhlükəsi  deyil,  həmçinin  zərərin 

sahibkarın vəsaitləri hesabına örtülməsidir; 

• 

Faciəli  –  kapitalın,  əmlakın  itirilməsi  və  sahibkarın  müflisləşməsi 



təhlükəsidir; 

Təsərrüfat  situasiyalarının  qeyri-müəyyənliyi  tam  informasiyanın 

olmaması, təsadüflər və əks təsir amilləri ilə izah olunur. Təsərrüfat situasiyaları 

haqqında  informasiyanın  natamamlığı  və  onun  dəyişilməsi  perspektivi  sahibkarı 

ə

lavə informasiyanı toplamaq imkanlarını axtarmağa vadar edir. 



Təsərrüfat  situasiyasının  qeyri-müəyyənliyi  çox  vaxt  təsadüf  amili  ilə 

təyin  edilir.  Təsadüfi  hadisələr,  onların  müşahidəsi  zamanı  müəyyən  fasilələrlə 

təkrar  olunur  və  onların  sıxlığı  şakar  olanların  sayını  müşahidələrin  ümumi  

sayına bölməklə təyin edilir.  

Təsadüfi    A  hadisəsinin  obyektiv  mümkünlüyü  ölçüsü  onun  ehtimalı 

adlanır.  Məhz  buna  görə  də  bu  ehtimal  ədədi  ətrafında  A  hadisəsinin  sıxlığı 

qruplaşdırılır.  stənilən hadisənin ehtimalı 0 ilə 1 arasında tərddüd edir. Ehtimal 

0-a bərabər olduqda hadisə qeyri-mümkün, 1-ə bərabər olduqda isə hadisə gerçək 

sayılır. 

 Təsadüfi  hadisələri  qruplaşdırmağa  imkan  verən  ehtimal  eyni  zamanda, 

onların kəmiyyət və keyfiyyət xarakteristikasını verir. 

Kəmiyyət

  təhlili  –  maliyyə  risklərinin  növlərinin  və  yekun  maliyyə 

risklərinin  konkret  olaraq  dəymiş  pul  zərərinin  müəyyən  edilməsidir.  Təhlil 

zamanı  riskin  həcmini  kəmiyyətcə  təyin  etmək  üçün  hər  bir  hadisənin  bütün 

mümkün nəticələrini və onların baş verməsi ehtimalını bilmək lazımdır. Ehtimal 

müəyyən nəticəni almağın mümkünlüyünü göstərir.  

Fərz  edək  ki,  müəssisəyə  kapital  qoyuluşunun  iki  variantı  təklif  olunur. 

Eyni məbləğdə vəsait qoyuluşu müqabilində birinci variantda 500 milyon manat 

məbləğində  mənfəətin  alınması  ehtimalı  0.6,  ikinci  variantda  isə  600  milyon 

manat  mənfəətin  alınması  ehtimalı  0.4-dür.  Bu  halda  kapital  qoyuluşundan 

gözlənilən mənfəət alımı (riyazi gözləmə): 

Birinci variantda 500*0.6=300 milyon manat 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə